Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Lezeli şüvərəni
Lezeli şüvərəni (lat. Sisymbrium loeselii) — bitkilər aləminin kələmçiçəklilər dəstəsinin kələmkimilər fəsiləsinin şüvərən cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == Gövdəsi budaqlanan, sıx yarpaq və tükcüklərlə əhatə olunmuş ikillik ot bitkisidir. Yarpaqları qayıqvari-lələkvari daraq şəklindədir. Ləçəkləri sarımtıldır. Qını 2-3 sm uzunluğunda düz, azca əyilən haldadır. Toxumları ellipsvari açıq sarımtıl rəngdədir. Lezel şüvərəninə demək olar ki, == Azərbaycanda yayılması == Azərbaycanın bütün ərazilərində rast gəlmək olar. Buna düzənlikdən tutmuş dağlıq zonalarına qədər sahələrdə təsadüf etmək olar. Ən çox zibilliklərdə təsadüf edilir.
Bəzəkli
Bəzəkli — Gürcüstan Respublikasının Aşağı Kartli mxaresinin Başkeçid rayonunun inzibati-ərazi vahidində kənd. 1 yanvar 2010-cu il vəziyyətinə görə Hamamlı kənd inzibati-ərazi dairəsinə daxildir. == Coğrafiyası == Kənd rayonun inzibati mərkəzi olan Başkeçid şəhərindən 8 km cənub-qərbdə, Qarasu çayının sol sahilində yerləşir. == Tarixi == "Bəzəkli" toponiminin Bozox oğuz boylarının adı ilə əlaqədar olduğu, tədricən deyiliş təhrifinə uğrayaraq Bəzəkli halına gəldiyi ehtimal edilir. == Əhalisi == Kənddə 1870-ci ildə 19 ailədə 159 nəfər, 1926-cı ildə 70 ailədə 405 nəfər azərbaycanlı yaşayırdı.17–24 yanvar 2002-ci il Ümumgürcüstan əhali siyahıyaalınmasının rəsmi yekunlarına əsasən kənddə yaşayan 763 nəfər əhalinin 97 %-i etnik azərbaycanlılardan ibarətdir.1 yanvar 2010-cu il tarixinə olan rəsmi təxminə əsasən kənddə 778 nəfər əhali yaşayır. == Təhsil == Kənddə bir baza məktəbi (doqquzillik) fəaliyyət göstərir. Azərbaycandilli olan məktəbdə 113 nəfər şagird təhsil alır.
Mədətli
Mədətli — Azərbaycan Respublikasının Cəlilabad rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == == Toponimikası == Mədətli oyk. Cəlilabad r-nunun Şorbaçı i.ə.v.-da kənd. Düzənlikdədir. Yaşayış məntəqəsini XIX əsrda mədətli nəsli saldığı üçün belə adlanmışdır. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 605 nəfər əhali yaşayır. == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Məzəmli
Məzəm – Azərbaycan Respublikasının Qazax rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Qarabağ müharibəsi dövründə bu kənd 8 şəhid verib. Bu kənddə dörd hərbçi şəhid olub, onlardan biri Mərifət Nəsibov Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb. Dörd sakin isə düşmən gülləsinin qurbanı olub. 2016-cı ildən başlayaraq sakinlərin təhlükəsizliyini və gediş-gəlişi təmin etmək məqsədilə kənddə 57 evin qarşısına uzunluğu 2530 poqonmetr, hündürlüyü üç metr olan istinad divarı çəkilib. Bundan əlavə, daha beş evin qarşısına 88 poqonmetr uzunluğunda istinad divarının çəkilməsi nəzərdə tutulub. == Coğrafiyası və iqlimi == Məzəm kəndi Ermənistanla sərhəd kəndidir. Sərhəd xəttindən 150 metr uzaqlıqda yerləşir. == Əhalisi == 2009-cu ilin əhalinin siyahıyaalınmasına əsasən kəndə 343 nəfər əhali yaşayır. Əhalinin 169 nəfəri kişilər, 174 nəfəri qadınlardan təşkil olunmuşdur.
Nəzərli
Nəzərli — soyad, təxəllüs.
Vənətli
Vənətli — Azərbaycan Respublikasının Zəngilan rayonunun Vənətli kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == Vənətli kəndi təpəli düzənlikdədir. Vaxtilə Ordubad rayonunun Vənənd kəndindən gəlmiş ailələr əvvəlcə Qubadlı rayonunun Dondarlı kəndinin qərbində Dağbaşı Vənətli kəndini salmış, sonralar isə indiki əraziyə köçmüşlər. Oykonim “Vənənddən gələnlər, vənəndlilər” mənasındadır.Kənddə 1993-cü ilə qədər (erməni qəsbkarları tərəfindən işğalınadək) orta məktəb,uşaq bağçası, ətraf 15 kəndə xidmət göstərən 50 çarpayılıq xəstəxana, ətraf 7 kəndə xidmət göstərən poçt və ATS, kitabxana, klub, mağazalar, baytarlıq müalicəxanası və digər sosial obyektlər olmuşdur. 1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 2020-ci ilin 23 oktyabrında Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilib. == Coğrafiyası == Vənədli kəndi Zəngilan rayon mərkəzindən 14 km şimal- qərbdə,Ələddin (Aladin) dərəsi ərazisində, Süsən meşəsinin ətəyində yerləşir. Bir tərəfdən Süsəndağı, digər tərəfdən Ütəlgi dağı və Çaxmaq dağı ilə əhatələnib. Mənbəyini Süsəndağı silsiləsindən götürən Süsən çayı Vənətlini keçərək, şərqə doğru uzanıb gedir və Qubadlı rayonu ərazisindən keçərək Araz çayına tökülür. Vənətli kəndi Zəngilan rayonunun böyük əraziyə malik kəndlərindən olaraq, kəndin geniş əkin-biçin, otlaq sahələri, meşə ərazisi, iki böyük süni gölü olubdur.
Xəzərli
Xəzərli — Azərbaycan Respublikasının Xaçmaz rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Xəzərli Xacmaz rayonunun Üzünoba inzibati ərazi vahidində qəsəbə. Xəzər dənizi sahilində, Samur-Dəvəçi ovalığındadır. Yaşayış məntəqəsi Böyük Vətən müharibəsindən sonrakı illərdə yaranmışdır. Xəzər dənizi sahilində salındığı üçün belə adlandırılmışdır.
Lələli
Lələli — Azərbaycan Respublikasının Qax rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == 1872-ci ildə dərc olunmuş və 1869-cu il əhalinin kameral siyahıyaalınması nəticələrini əks etdirən Tiflis quberniyasının və Zaqatala dairəsinin hərbi icmalına əsasən Zaqatala dairəsinin Əliabad naibliyinə daxil olan Lələli kəndində milli tərkibi muğallardan ibarət 105 ailə yaşayırdı. Müvafiq icmalda dairəni təşkil edən yaşayış məntəqələrinin əhalisinin milli tərkibinə dair məlumatlarda etnik türklər muğallar, Dağıstanlı xalqların nümayəndələri isə ümumi adla ləzgilər olaraq göstərilmişdirlər. 1 yanvar 1914-cü il tarixinə olan məlumata əsasən kənddə əsasən etnik muğallardan ibarət hər iki cinsdən toplam 231 nəfər əhali yaşayırdı. 1 yanvar 2012-ci il tarixinə olan rəsmi məlumata əsasən kənddə 128 təsərrüfatda hər iki cinsdən toplam 492 nəfər əhali yaşamaqdadır. == Toponimikası == Kənd Qanıxçayın sahilində yerləşir. Tədqiqatçılara görə, yaşayış məntəqəsi burada ilk dəfə məskən salmış lələli nəslinin adım daşıyır. Güman etmək olar ki, bu oykonim ərazidəki Lələpaşa kəndinin adı ilə bir mənbədəndir. Torpaqqalanın yaxınlığında olan bu kəndin adı XVIII əsrin birinci yarısına aid tarixi hadisələrlə bağlı mənbələrdə qeyd olunmuşdur.
Qəzəli
Əbu Hamid əl-Qəzali (daha dəqiqi: Qəzzali), tam adı Əbu Hamid Məhəmməd ibn Məhəmməd əl-Qəzali (ərəbcə: ابو حامد محمد بن محمد الغزالى, qısaca: الغزالى ); 1058 və ya təq. 1056, Tus – 19 dekabr 1111, Tus) — müsəlman teoloqu, filosofu, sufisi. == Həyatı == Heç mübaliğəsiz bu xorasanlının İslam aləmində görülən ən güclü şəxsiyyət və ən yaxşı beyinlərdən biri olduğu söylənə bilər. Ona verilən "Huccet-ul-İslam" (İslamın dəlili, sübutu) ləqəbi də bunu göstərir. Əbu Həmid Muhammed Qəzali Hicri 450 / Miladi 1059-cu ildə şair Firdovsinin Xorasandakı vətəni olan Tus civarında bir qəsəbədə Qəzələdə doğulmuşdur. O və qardaşı Əhməd atalarını itirdikləri sırada hələ kiçik yaşda bir uşaq idilər. (Qardaşından daha sonra bir sufi olaraq bəhs ediləcəkdir) Fəqət ölümündən öncə onları bir dostunun vəsiyyətinə əmanət etmişdir. Müdrik (hakim) bir mütəsəvvif (sufi) bu zat onlara ilk meyillərini təmin etdi. Daha sonra gənc Əbu Həmid Nişapura getdi. Nişapur o sırada Xorasanın və İslam aləminin ən vacib mədəniyyət mərkəzlərindən biri idi.
Əfətli
Əfətli — Azərbaycan Respublikasının Ağdam rayonunun Əfətli kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == Ağdam şəhərindən 15 km uzaqdır. Məmmədbağırlı kəndinin yaxınlığında yerləşir. Əfətli kəndi cəbhə bölgəsinə yaxın olduğu üçün Azərbaycan Silahlı Qüvvələrinin nəzarəti altındadır. Ermənistan Silahlı Qüvvələri tez-tez fasilələrlə işğal olunmuş ərazilərdən atəşkəs rejimini pozur. Bütün hallarda düşmən cavab atəşilə susdurulur. == Toponomik izahı == XIX əsrin əvvəllərinə aid məlumatda Əfətli 9 ailədən ibarət kiçik bir el idi. Həmin əsrin sonlarına aid məlumatda Mirzə Cəfərli Əfətli kimidir. XX əsrin əvvəllərində bu maldar el məskunlaşdıqda yaranmış Əfətli adlı üç kənd ilə Əfətli-Böyükbəy, Əfətli-Müqəddəmbəy və Əfətli-Əgri-Yataq yaranmışdır. Gürcüstanda Abatxevi (Axalsix r-nunda kənd adı), XIX əsrdə Cənubi Qafqazda Avat (kənd adı) və Avat (Xarabalıq) adları ilə mənşəcə eynidir.
Ələtli
Ələtli — Azərbaycan Respublikasının Hacıqabul rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == == Toponimikası == Ələtli oyk, düz. Hacıqabul r-nun eyniadlı i.ə.v-də kənd. Kəndin ilk sakinləri Ələt qəsəbəsindən köçüb gəlmələrdir. Oykonim "Ələtdən olanlar, Ələtdən gələnlər" mənasındadır. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 415 nəfər əhali yaşayır. == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Aqil Nəzərli
Aqil Nəzərli (tam adı: Aqil Ağaxan oğlu Nəzərli; 10 mart 1976, Güləbird, Laçın rayonu) — Laçın rayonu İcra Hakimiyyətinin başçısı (16 iyun 2016–indi). == Həyatı == Aqil Nəzərli 10 mart 1976-cı il tarixdə Laçın rayonunun Güləbird kəndində anadan olmuşdur. Elm və Təhsil Mərkəzi Təfəkkür Universitetinin hüquqşünaslıq, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını isə dövlət və bələdiyyə idarəetməsi ixtisası üzrə bitirmişdir. 1999-cu ildən Laçın rayonu İcra Hakimiyyətində müxtəlif vəzifələrdə çalışmış, 2008-ci ildən Laçın rayon İcra Hakimiyyəti Başçısının müavini, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri vəzifəsində işləmişdir. 3 mart 2016-cı ildən Laçın rayonu İcra Hakimiyyətinin başçısının vəzifəsini icra etmiş, 16 iyun 2016-cı ildə isə Laçın rayonu İcra Hakimiyyətinin başçısı təyin olunmuşdur.2012-ci ildən Yeni Azərbaycan Partiyasının Laçın rayon Təşkilatının sədri, Ehtiyatda olan zabitdir. == Ailəsi == Aqil Nəzərli Azərbaycan Respublikasının Əməkdar Kənd Təsərrüfatı işçisi Ağaxan Nəzərovun oğludur. Ailəlidir, iki övladı var.
Bəzəkli dağı
Bəzəkli dağı - Kəngərli rayonu ərazisində dağ (hünd. 1978,0 m). Dərələyəz silsiləsinin suayırıcısında, Çalxanqala kəndindən 2,5 km qərbdə yerləşən zirvə. Üst Triasın Karni və Nori mərtəbələrinə aid Tənənəm lay dəstəsinin dolomit və əhəngdaşılarından təşkil olunmuş günbəzvari yüksəklikdir. Tektonik cəhətdən Şərur-Culfa qalxım zonasının Şərur seqmentinin cənub-şərq batım hissəsində müşahidə edilən eyniadlı qılıcvari antiklinalın şimal-şərq qanadında yerləşir. Zirvə hissəsi və şimal-şərq yamacından cənub-şərq istiqamətli üstəgəlmə keçir.
Bəzəkli qalası
Bəzəkli qalası, Naxçıvan Muxtar Respublikası Kəngərli rayonunda arxeoloji abidə. == Bəzəkli qalası I == Qalanın mərkəzində narınqala yerləşir. Qala üçbucaq formalı quruluşa malikdir. O bir tərəfdən iri qaya parçalarından hörülmüş divarla əhatə olunmuşdur. Divar qalıqları bəzi yerlərdə 1 m hündürlükdə qalmışdır. Divarlar yanlarda iri daşlardan tikilmiş, onların arası isə kiçik həcmli qaya parçalan ilə doldurulmuşdur. Qala cənub tərəfdən iki qat divarla əhatə olunmuşdur. Sahəsi 1125 m2-dir. Sahəsi kiçik olduğu üçün onun gözətçi məntəqəsi kimi istifadə olunduğunu söyləmək olar. Qala kənd yerinə gedən yolun üzərində strateji cəhətdən əlverişli mövqedə yerləşdirilmişdir.
Bəzəkli qərənfil
Parlaq qərənfil (lat. Dianthus superbus) — qərənfilkimilər fəsiləsinin qərənfil cinsinə aid bitki növü.
Cəhətli (Urmiya)
Cəhətli — İranın Qərbi Azərbaycan ostanında kənd. == Coğrafi yerləşməsi == Urmiya şəhristanının Ətraf bölgəsinin Rövzəçay kəndistanında, Urmiya şəhərindən 6 km şimal-qərbdədir.
Eynulla Mədətli
Eynulla Mədətli (tam adı: Eynulla Yadulla oğlu Mədətli; 18 aprel 1954, Naxçıvan) — 1990–1995-ci illərdə Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin deputatı. Azərbaycanın İran İslam Respublikasının Təbriz şəhərində Baş konsulu və Azərbaycan səfirliyinin müşaviri (Tehran,1996–2001). Azərbaycan Xarici İşlər Nazirliyinin müşaviri (2001–2002). Azərbaycanın Pakistan İslam Respublikasında və Əfqanıstanda (iqamətqahı İslamabad olmaqla) Fövqəladə və Səlahiyyətli səfiri (2002–2010). Azərbaycanın Ukraynadakı fövqəladə və səlahiyyətli səfiri (2010–2015). Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunda aparıcı elmi işçi (2016–2017), 2017-ci ildən Fəlsəfə İnstitutunun elmi işlər üzrə direktor müavini, tarix elmləri doktoru. == Həyatı == == Elmi əsərlər == "Azərbaycan həqiqətləri İran tarixşünaslığında" Bakı, 2011, "XX əsrin əvvəllərində Azərbaycan tarixi məsələləri İran tarixşünaslığında" Bakı, 2017, "İranda Azərbaycan tarixi məsələləri" Bakı, 2020, "Bir millət-iki dövlət: fəlsəfi-tarixi təhlili" Həmmüəllif, Bakı, 2020. "Heydər Əliyev-İlham Əliyev: Azərbaycançılığın zəfər yolu" Bakı, 2021, "Tarix və tarixşünaslıq məsələləri" Bakı, 2022. == Mükafatları == Azərbaycan Respublikası diplomatik xidmətinin 90 illiyi yubiley medalı (2009). 2014-cü ildə Azərbaycan ilə Ukrayna arasında humanitar münasibətlərin inkişaf etdirilməsi, dərinləşdirilməsi və genişləndirilməsində xidmətlərinə görə "İlin adamı" proqramının Ali Akademik Şurasının qərarına əsasən diplomatiya sahəsində beynəlxalq mükafata layiq görülüb.
Fərid İzzətli
Fərid Aydın oğlu İzzətli (21 mart 1994; Şəki, Azərbaycan — 21 oktyabr 2020; Xocavənd rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Fərid İzzətli 1994-cü il martın 21-də Şəki şəhərində anadan olub. 2000-ci ildə Şəki Şəhər 17 saylı tam orta məktəbə başlamış və 2011-ci ildə həmin məktəbi bitirib. 2011—2015-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində ali hərbi təhsil almışdır. 2015-ci ildə İyun ayında Hərbi Akademiyanı bitirib 7 ay müddətinə Təlim Tədris Mərkəzində kurs keçmişdir. Ailəli idi, 1 oğlu yadigar qaldı. == Hərbi xidməti == Fərid İzzətli 2015-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin "N" saylı hərbi hissəsində "leytenant" hərbi rütbəsində xidmət edirdi. 2016-cı ilin 2-5 aprelində baş verən Aprel döyüşlərində savaşıb. 2018-ci ildən Qusar rayonunda yerləşən "N" saylı hərbi hissədə xidmət edirdi. Azərbaycan Ordusunun leytenantı olan Fərid İzzətli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın, Hadrut qəsəbəsinin, Füzulinin, Zəngilanın və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə Cəbrayılda 1 dəfə yaralanmasına baxmayaraq döyüşə davam etmişdir.Bu işğalı Oğluma saxlayan deyiləm!
Hacıağa Nəzərli
Hacıağa Məmmədcavad oğlu Nəzərli (d. 17 mart 1923, Bakı, Azərbaycan SSR, SSRİ - ö. 18 may 2002, Bakı, Azərbaycan Respublikası) — Azərbaycanın ilk plaktaçı rəssamı, respublikanın əməkdar rəssamı (1982). == Həyatı == Hacıağa Məmmədcavad oğlu Nəzərli 1923-cü il mart ayının 17-də Bakı şəhərində dövrünün qabaqcıl ziyalarından olan, mətbəə işçisi Məmmədcavad Nəzərlinin ailəsində dünyaya göz açıb. 1930-1937-ci illərdə keçmiş Kayegin rayonunda (indiki Füzuli rayonu) 1937-1940-cu illərdə Bakı şəhəri keçmiş Oktyabr (indiki Yasamal) rayonundakı Cəfər Cabbarlı adına orta məktəbdə təhsil alıb. 1940-ci ildə Bakı rəssamlıq məktəbinə daxil olan H. Nəzərli müharibənin başlaması ilə əlaqədar oradakı təhsilini yarımçıq qoyur. 1941-1945-ci illərdə Böyük Vətən müharibəsində iştirak edib. 1948-ci ildə Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq məktəbində təhsilini davam etdirir. H.Nəzərlinin rəssamlığa gəlməsinə atasının əmisi, Peterburq təhsilli rəssam Nəcəf Rasimin (Nəcəfqulu Nəzərli) təsiri olub. Bir müddət Azərbaycan Musiqili Komediya teatrında rəssam kimi çalışmışdır.
Hacıbaba Nəzərli
Nəzərli Hacıbaba Hacı Ələsgər oğlu (22 mart 1895, Şamaxı – 1938, Bakı) — nasir, 1934-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, AK(b)P-nın üzvi, ADDT sabiq direktoru. == Həyatı == Hacıbaba Nəzərli 1895-ci il martın 22-də Şamaxı şəhərində anadan olmuşdur. M.Ə.Sabirin "Ümid" məktəbini bitirmişdir. Moskvada Qırmızı Professura İnstitutunda təhsil almışdır (1930–1933). Yaradıcılığa 1925-ci ildə publisistika ilə başlayıb. "Qızıl əsgər" qəzetinin redaktoru, Yazıçılar Cəmiyyətinin məsul katibi (1929–1930) olmuşdur.Azərbaycan Sovet Yazıçıları İttifaqı təşkilat komitəsinə sədrlik etmiş (1933–1934), 1934-cü ildən 1937-ci ilə qədər Azərbaycan Dövlət Dram Teatrının direktoru işləmişdir. Hacıbaba Nəzərli repressiyaya uğramışdır. Belə ki, o, təhlükəsizlik idarəsinin əməkdaşı Qriqoryanın 9 aprel 1937-ci il tariхli arayışına əsasən və əksinqilabi, burjuamillətçi təşkilatının fəal üzvi kimi qeyd edilərək həbs edilmişdir. Ağır, dözülməz işgəncələr altında Əli Nazimin 4, 7 iyul 1937-ci il tariхlərdə istintaqa verdiyi ifadələrə görə Hacıbaba Nəzərli həbs olunması üçün IV şöbənin təhlükəsizlik kapitanı Çinmanın təsdiqinə verilmişdir. 1938-ci ildə xalq düşməni kimi güllələnmişdir.
Hikmət Nəzərli
Hikmət Baba oğlu Nəzərli (7 mart 1966, Bakı – 26 fevral 1992, Xocalı rayonu) — Azərbaycanın Milli Qəhrəmanı; Xocalı soyqırımı şəhidi. == Həyatı == 7 mart 1966-cı ildə Bakı şəhərində doğulmuşdur. 1973-cü ildə Xətai rayonundakı 27 saylı məktəbə getmiş sonra atasının iş yerini dəyişməsi ilə əlaqədar Daşkəndə köçmüşdür. 1982-ci ildə yenidən Bakıya qayıdır. 1984-cü ildə hərbi xidmətə çağırılımışdır. Gürcüstanda hərbi xidmətdə olan Hikmət 1986-cı ildə ordudan tərxis edilir. O, DİN-nin yanğından mühafizə idarəsinə işə qəbul olunur. == Döyüşlərdə iştirakı == Qarabağda ermənilərin törətdikləri vəhşiliklərə dözə bilməyən Hikmət könüllü olaraq orduya yazılır. Ağdam rayonunda şərəfli döyüş yolu başlayır. Umudlu kənd sakinlərinə kömək edərkən yaralanır müalicə olunduğdan sonra isə yenidən cəbhəyə üz tutur.
Lələkli (Qoşaçay)
Lələkli (fars. للكلو‎‎) - İranın Qərbi Azərbaycan ostanının Qoşaçay şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 1,397 nəfər yaşayır (318 ailə).
Lələkli stafula
Tüklüquyruqlu mirikariya (lat. Myricaria alopecuroides) == Təbii yayılması == Şərqi Avropa, Orta Asiya, Monqoliya, Himalay, Pamir və Altay ərazilərində bitir. == Botaniki təsviri == Hündürlüyü 2 m-dək, alçaq, şaxələnmiş, düz dayanan, az budaqlı koldur. Ətli gözəl zoğları göyümtül - yaşıl, zərif, çox xırda, sıx oturaq. növbəli yerləşmiş, ətli pulcuqvari görnüşlü yarpaqlarla örtülmüşdür. Maydan avqustadək çiçəkləyir. Xırda, zəif, çəhrayı çoxsaylı- ucda yığılmış sıx çiçəkləri sünbülvari və ya sallaq çiçək qrupları əmələ gətirir. Çiçəkləmə prosesində çiçək qrupları 3-5 dəfə uzanaraq 30-40 sm-ə çatır. Meyvələri eyni vaxtda yetişmir. Oktyabrda meyvələrin qutucuqları yetişdikdə açılır və zoğların ucunda yerləşən tükcüklər dəstəsi ―tülkü quyruqlarına‖ bənzəyir.
Ləçəkli printer
Ləçəkli printer (ing. daisy-wheel printer, rus. лепестковый принтер), türk. papatya çarklı yazıcı) – çap hissəsi "qızçiçəyi" şəklində olan printer. Belə printerlərdə boyayıcı və ya qrafit lentdən istifadə edildiyindən, çap olunmuş hərflər aydın və azca qabarıq alınır, həm də simvollar yazı makinasında çap olunmuş kimi görsənir. Lazer printerlərinin geniş istifadəsinədək ləçəkli printerlər yüksək keyfiyyətli çap almaq üçün əsas vasitə olub. Qızçiçəyi çarxı (ing. daisy wheel, rus. лепестковый литероноситель, türk. papatya çarklı) – ləçəkli printerlərdə istifadə olunan çarxşəkilli çap elementi; liter formalarından ibarətdir və onların hər biri mərkəzi topa bərkidilmiş qolda yerləşirlər; bütün konstruksiya ləçəkli qızçiçəyinə oxşayır.
Mehdi Nəzərli
Mehdi Nəzərli (azərb. Mehdi Cavad oğlu Nəzərli‎; d. 10 may 1892, Xızı; ö. 3 sentyabr 1952, Bakı) — Milli nəfəs alətləri ustası, muğam bilicisi. == Həyatı == XIX-XX əsrin tanınmış simalarından olan Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti, nəfəs alətlərinin mahir ifaçısı, Üzeyir Hacıbəyov orkestrinin aparıcı solisti olmuş, Mehdi Cavad oğlu Nəzərli Xızı şəhərinin Sayadlı kəndində anadan olmuşdur. Üzeyirbəyin şəxsi dəvəti ilə Azərbaycan Dövlət Opera və Balet Teatrına dəvət olunaraq "Koroğlu" operasının ilk premyerasının müşayətçisi olmuşdur. Üzeyirbəy orkestrinin solisti olan Mehdi Nəzərli "Koroğlu", "Əsli və Kərəm", "Aşıq Qərib", "Ər-arvad" və digər bu kimi tamaşaların müşayətçisi olaraq Azərbaycan milli opera musiqi sənəti sahəsinin inkişafında xidmətləri ilə öz müəyyən töhfələrini vermişdir. == Sənət və fəaliyyəti == Milli nəfəs alətləri ustası, muğam bilicisi olan Mehdi Nəzərli eyni məharətlə tütək, ney, balaban, zurna, çonqur saz, cürə saz, qarmon və klarnet alətlərində çalmışdır. Azərbaycan klarnet ifaçılığı sənətinə ilk yiyələnənlərdən biri olmuşdur. O, bu alətlərin müxtəlif üsullarla səsləndirilməsinə baxmayaraq, hamısında eyni məharətlə çalmağı bacarırdı.
Orxan Nəzərli
Nəzərli Orxan Faiq oğlu (5 dekabr 1984, Ağdam) — İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisi, 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri. == Həyatı və fəaliyyəti == 1984-cü il dekabrın 5-də Ağdam şəhərində anadan olmuşdur. 2005-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin "Beynəlxalq iqtisadi münasibətlər" fakültəsini bitirmişdir. Ailəlidir, 3 övladı var. Əmək fəaliyyətinə 2003-cü ildə özəl sektorda başlamış, 2005–2015-ci illərdə Azərbaycanda yerləşən audit firmasında çalışmışdır. 2014-cü ildə ABŞ-nin Alyaska ştatında sertifikasiyadan keçib mühasibatlıq üzrə lisenziya almışdır.2015–2016-cı illərdə Azərbaycan Respublikası Təhsil nazirinin iqtisadi məsələlər üzrə müşaviri, 2016–2017-ci illərdə isə Azərbaycan Respublikası Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini vəzifələrində calışmışdır.2018-ci ildə Azərbaycan Respublikası Vergilər nazirinin müşaviri vəzifəsinə təyin edilmişdir. 2019-cu ildən etibarən, həmçinin, Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsinin rəisi vəzifəsini icra etmişdir. Azərbaycan Respublikası Prezidentinin 13 may 2020-ci il tarixli Sərəncamı ilə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisinin müavini vəzifəsinə təyin edilmiş və Dövlət Vergi Xidmətinin rəisi təyin olunana qədər həmin vəzifənin icrası ona həvalə edilmişdir.Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 6 may 2021-ci il tarixli Sərəncamı ilə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisi vəzifəsinə təyin edilmişdir.
Mezitli
Mezitli (türk. Mezitli) — Mersin ilinin ilçəsi.
Lazerli məsafəölçən
Lazerli məsafəölçən — obyektə qədərki məsafəni təyin etmək üçün lazer şüasından istifadə edən cihaz. Lazerli məsafəölçənlər əsasən obyektə doğru dar bir şüa içərisində bir lazer impulsunu göndərir və impuls tərəfindən alınan müddəti hədəfi əks etdirəcək şəkildə ölçərək və göndərənə geri qaytararaq uçuş vaxtı prinsipi ilə işləyirlər. İşığın yüksək sürətinə görə bu texnika üçbucaqlanma və digər üsullarla tez-tez istifadə olunan yüksək dəqiqlikli submillimetr ölçmələri üçün uyğun deyildir.
Lazerli printer
Lazerli printer (en. laser printer) – fotokopiya qurğularındakı texnologiyanın tətbiq olunduğu elektroqrafik printer. Fokusa yığılmış lazer şüası fırlanan güzgülü fotohəssas barabanın səthinin sahələrini elektrostatik yükləməklə səhifənin çap olunası görüntüsünü yaradır, baraban kağız vərəqi boyunca diyirlənir və kağızın üzərinə toz şəkilli boyaq maddəsi tökülür ki, onların hissələri kağızın yalnız yüklənmiş hissəsinə yapışır. Sonra tonerli kağız qızdırılır, boyaq maddəsi əriyir və bununla da vərəqin səthində qeyd olunur. Adətən, bundan sonra elektrik yükü barabandan kənarlaşdırılır, artıq toner isə yığılır. Yalnız toneri vurmaq və kağız verməyi təkrarlamaqla printer çoxlu kağız çap edə bilər. Lazerli printerlərin yeganə ciddi çatışmazlığı matrisli printerlərdəki kimi kağızla manipulyasiyada az çeviklikdir. == Xarakteristikaları == Lazer printerlərinin əsas parametrlərinə aşağıdakılar aiddir: düymdə nöqtələri yerləşdirmə imkanı, dpi (dots per inch-düymdə nöqtələr) məhsuldarlıq (dəqiqədə səhifələr); istifadə olunan kağızın formatı; özünün operativ yaddaşının həcmi.Lazer printerlərinin əsas üstünlükləri yüksək keyfiyyətli təsvirlərin alınması imkanları ilə bağlıdır. Orta sinif modellər 600 dpi çap, yarı peşəkar modellər-1200 dpi, peşəkar modellər 1800 dpi çap imkanını təmin edir. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Leartlı Diogen
Leartlı Diogen (q.yun. Διογένης ὁ Λαέρτιος; 3 əsrin 1-ci yarısı) — miladi III yüzillikdə yaşayan yunan yazarı, “Filosofların həyatı, təlimləri və kəlamları” (yun. Βίοι καὶ γνῶμαι τῶν ἐν φιλοσοφίᾳ εὐδοκιμησάντων) adlı kitabın müəllifi idi.