Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Qızılcıq
Qırxbuğum (lat. Polygonum) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin qırxbuğumkimilər fəsiləsinə aid bitki cinsi. == Botaniki təsviri == Hündürlüyü 15–40 sm olan birillik ot bitkisidir. Gövdələri düz və ya açılmışdır. Yarpaqları enli lansetvari, gövdədən bitənlər daha iridir. Çiçəklərinin rəngi yaşıl, qıraqları isə ağ, çəhrayı və ya al qırmızıdır, meyvəsi üç tərəfli ovalvaridir. May-oktyabr (dekabr) aylarında çiçəkləyir və meyvə verir. == Mənşəyi və yayılması == Qırxbuğum boreal coğrafi tipinin qolarktik sinfinə aiddir. Rusiya, Orta Asiya və Qafqazda yayılmışdır. Azərbaycanda qırxbuğum Abşeron, Qobustan, Diabar, Lənkəran Muğanı, Kür-Araz və Lənkəran ovalıqları, Kür düzənliyi, Böyük Qafqazın Quba massivi, Kiçik Qafqazın mərkəzi rayonları, Lənkəran və Naxçıvanın dağlıq hissəsində yayılmışdır.
Qızılcıq (Sisyan)
Qızılcıq və ya İşxanasar (erm. Իշխանասար) - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Qarakilsə rayonunda kənd. Həmçinin kənd 2021-ci ildə yaradılmış Göyçə-Zəngəzur Respublikasının ərazisinə daxildir. == Tarixi == Rayon mərkəzindən 7 km şimal-şərqdə yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Toponim torpağın rəngini bildirən qırmızı mənasında işlənən qızıl sözünə kiçiltmə mənası bildirən -cıq şəkilçisinin artırılması yolu ilə əmələ gəlmişdir. Relyef əsasında yaranan düzəltmə quruluşlu toponimdir. == Əhalisi == Kənddə 1873 - cü ildə 165 nəfər, 1886-cı ildə 287 nəfər, 1897-ci ildə 407 nəfər, 1908-ci ildə 450 nəfər, 1914 - cü ildə 441 nəfər azərbaycanlı yaşamışdır. 1918-ci ildə azərbaycanlılar erməni təcavüzünə məruz qalaraq deportasiya olunmuşdur. İndiki Ermənistanda sovet hakimiyyəti qurulandan sonra sağ qalanlar öz yurdlarına dönə bilmişdir.
Qızılın demonetizasiyası
Qızılın demonetizasiyası — qızlın tədricən özünün pul funksiyalarını itirməsi. == Ədəbiyyat == Аникин А.В. Золото: Международный экономический аспект. M, Наука, 1988. Королёв И.С. Валютные отношения капитализма: экономика и политика. M, Наука, 1988.
Razılıq nişanı
Punktasiya nişanını ✓ («Razılıq nişanı») biz düzgün olan cavabları qeyd etməyə və razılığımızı bildirmək üçün istifadəyə adət etmişik. Lakin İsveç, Norveç, Finlandiya, Puerto-Riko və Yaponiyada bu əks məna verir. Misal üçün, isveç məktəblərində səhv cavablara quş qoyurlar, düzgün cavabları isə "R" ("Rätt" isveçcədən tərcümədə "Düzgün") hərfi ilə markalayırlar. Fin dilində ✓ "väärin" ifadə edir, yəni "doğru deyil". "Düzgün" cavab isə ⋅ / ⋅ {\displaystyle \cdot \!/\!\cdot } (maili şaquli xətt və hər iki tərəfində nöqtə) nişanı ilə işarə olunur.
Baktriya qızılı
Baktriya qızılı — Əfqanıstanın Tillya-Təpə şəhəri yaxınlığında 1978-ci ildə tapılmış qızıl əşyalar. Qızıl əşyalar e.ə. I əsrdə dəfn edilmiş kuşan çarlarının qəbrlərində tapılıb. Qazıntını sovet-əfqan arxeloji ekspedisiya həyata keçirmiş. Qazıntılara Sarianidi Viktor İvanoviç rəhbərlik edirdi. Hər qazılmış türbədən üç minə yaxın qızıl əşya aşkar edilmişdir. Ümumən 20 min qızıl əşya- bəzək və qızıl silahlar tapılıb. == Tarixi == Dəfn olunmuşları aşkar etdikdən sonra arxeloqlar “Qızıl təpədə” qazıntıları davam etdirməyi planlaşdırırdılar. Ancaq 1979-cu ildə başlanılan Əfqanıstan müharibəsi (1979-1989) qazıntıların davam edilməsinə mane oldu. Tapılmış qızıl əşyalar Kabil muzeyində yerlışdirildi.
Qızlıq pərdəsi
Qızlıq pərdəsi y (lat. hymen) — uşaqlıq yolu dəliyini örtən, genez cəhətcə Müller qabarcığının qalığı sayılan və adətən aypara şəklində olan (lat. hymen semilunaris) bir pərdə. Onun nazik sərbəst kənarı uşaqlıq yolu dəliyini əhatə edir, digər kənarı uşaqlıq yolunun dal divarına bitişir. Uşaqlıq yolu dəliyi (lat. stium vaginae) 1,5 smdiametrli dəliyə bənzəyir. Normal vəziyyətdə qızlıq pərdəsi büküşlər əmələ gətirərək uşaqlıq yolu dəliyini örtür. Bəzən uşaqlıq yolu dəliyi qızlıq pərdəsinin ortasında olur və bir həlqəyə bənzəyir. Bu növ qızlıq pərdəsi lat. hymen aularis adlanır.
Qızlıq soyadı
Qızlıq soyadı — qadınlarda soyadın evlənmədən əvvəl ailəsindən qalmasına deyilir. Bir qadın evlənmədən əvvəl ailəsindən aldığı soyadı daşıyır. Evləndikdən sonra isə evləndiyi kişinin ailəsindən daşıdığı yeni soyadı alır. Köhnə soyada "qızlıq soyad" deyilir. Bəzi ölkələrdə isə qadınlar, istədiyi soyadı daşıyabilir.
Qızılı alabayquş
Qızılı alabayquş (lat. Tyto aurantia) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin bayquşkimilər dəstəsinin alabayquşlar fəsiləsinin alabayquş cinsinə aid heyvan növü.
Qızılı balıqcıq
Qızılı balıqcıq, Şələquyruq qızıl balığı?, Yapon balığı? (lat. Carassius auratus) Çəkikimilər dəstəsinin Çəkilər fəsiləsinin Daban balıqlar cinsinə aid balıq növü. Çarprazlama üsulu istehsal ilə fərqli rənglərdə və bədən quruluşunda çox növü çıxarılmışdır. Şələquyruq qızıl balığı soyuq suda da yaşaya bilərlər. Tapıldıqları akvariumlarda tək cins olaraq bəslənirlərsə isidiciyə ehtiyac yoxdur. Su istiliyinin 25 dərəcə üstündə olması sağlamlıqlarına mənfi təsir edər. Koi olaraq adlandırılan törəmələri hovuzlarda 59 sm boy, 4.5 kq ağırlığa çata bilərlər. == Artıma == Lazımlı şərtlər və damızlıklar təmin edilsə akvariumda çıxarılması mümkündür. Yumurta tökərək törəyərlər.
Qızılı batbat
Qızılı batbat (lat. Hyoscyamus aureus) — bitkilər aləminin quşüzümüçiçəklilər dəstəsinin quşüzümükimilər fəsiləsinin batbat cinsinə aid bitki növü.
Qızılı beş
Qızılı beş (ing. The Figure 5 in Gold) və ya Qızılı beş gördüm (ing. I Saw the Figure 5 in Gold) — ABŞ rəssamı Çarlz Demut tərəfindən 1928-ci ildə çəkilmiş rəsm əsəri. Rəsm əsəri çəkilərkən kubizm və presizionizmdən təsirlənmişdir. Çarlz Demut rəsm əsərini dostu Vilyam Karlos Vilyamsa hörmət əlaməti olaraq çəkmişdir. Rəsm əsəri Vilyam Karlos Vilyamsın "Böyük rəqəm" şeirinə istinad edir. Bu şeirdə yağışlı gecədə şəhərin küçələri boyunca (güman ki, Nyu York şəhərində) bir yerə tələsən yanğınsöndürmə maşını təsvir edilmişdi. Rəsm əsəri adını bu şeirdə işlədilmiş bir ifadədən almışdır. == İstinadlar == == Xarici keçidlər == ABŞ Metropoliten muzeyinin katoloqunda rəsm əsəri.
Qızılı böcək
Qızılı donbalankök
Qızılı donbalankök (lat. Bongardia chrysogonum) — çoxillik bitki. == Qısa morfoloji təsviri == Çoxillik, hündürlüyü 10-35 sm, gövdəsi budaqlı, yarpaqsız olan, kökyumrulu bitkidir. Kök yumruları kürəvari, diametri 3,5 sm, torpaqda dərin yerləşir. Yarpaqları yalnız kökyanı, oturaq, lələkvari, əsasından pazvaridir, bir qayda olaraq qarşılıqlıdır. Ləçəkləri təxminən 10 mm uzunluqda, tərsyumurtavari, parlaq sarı rəngdədir. Meyvəsi ellipsvari və ya uzunsov, hər iki tərəfdən daralan qutucuqdur. == Yayılması == BQ Quba sahəsi, Xəzər sahili ovalığı, Qobustan, Abşeronın rayonlarında arandan aşağı dağ qurşağına kimi yayılmışdır. Quru yamaclarda, əkin sahələrində, yataq torpaqlarda bitir.
Qızılı doqquzdon
Qızılı doqquzdon (lat. Lonicera chrysantha) — bitkilər aləminin fırçaotuçiçəklilər dəstəsinin doqquzdonkimilər fəsiləsinin doqquzdon cinsinə aid bitki növü. == Təbii yayılması == Şərqi Sibirdə, Uzaq Şərqdə, Çində yayılmışdır. == Botaniki təsviri == Hündürlüyü 2-4 m-dək olan, şaxələnmiş, möhkəm çətirli, tünd-boz qabıqlı gözəl koldur. Yarpaqların uzunluğu 12 sm-dək, uzunsov-yumurtavari, ucu biz, dərili, tünd-yaşıl, qısa saplaqlıdır. Bir çox növlərdən fərqli olaraq bu növün çiçəkləri qızılı-sarı, bal qoxuludur. 5-6 yaşından hər il çiçəkləyir və bol meyvə verir. Meyvələri qırmızı, şarşəkilli, bünövrəsi ilə bitişikdir. Toxumlarla və qələmlərlə çoxalır, kök atması 100 %-ə çatır. == Ekologiyası == Torpağa tələbkar deyil.
Qızılı ilişgən
Qızılı ilişgən (lat. Sabanejewia aurata) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin çəkikimilər dəstəsinin çöprələr fəsiləsinin i̇lişgən cinsinə aid heyvan növü. == Yayılması == Yayılması nisbətən genişdir. Dunay, Egey dənizi çayları, Yuxarı Don və Kuban çayları hövzəsi, Xəzərin İran sahilli, Azərbaycan hüdudlarında bütün Kür və Araz boyu, eləcə də dağətəklərinə qədər onların qollarında qeydə alınır. == Morfoloji əlamətləri == D II–III (5) 6–7, A II–III 5–6, P I 6–8, V I 5–6, C I 12–14, l.l. 170–200, fəqərələrin sayı 41–43-dür. Bel və anus üzgəclərinin gerisində və ya çox dərəcədə inkişaf etmiş dəri darağı vardır. Gözaltı tikanı yaxşı inkişaf etmişdir. Bığları nisbətən uzundur, ağzın küncündəki bığlar gözün dal kənarı vertikalına qədər çatır. Cüt üzgəcləri xallıdır, quyruq ezgəcinin əsasında tünd rəngli zolaq olur; bu zolaq ortadan qırılmış şəklində olur.
Qızılı kefal
Qızılı kefal (lat. Liza parsia) — liza cinsinə aid heyvan növü. == Yayılması == Atlantik okeanında İngiltərədən Cənubi Afrikaya qədər, eləcə də Aralıq, Qara və Azov dənizlərində yayılıb. Xəzər dənizində geniş yayılmışdır. Orta və Cənubi Xəzərin sahilə yaxın yerlərində və habelə Şimali Xəzərin bir sıra rayonlarında yayılmışdır. == Morfoloji əlamətləri == D IV,19, A III 9 şüa var.Pilorik çıxıntıların sayı 7-9-dur. Bədəni uzunsov-girdəvarıdır, burun hissəsi kütdür. Pulcuq örtüyü geri burun dəliyinə qədər çatırsa da rostrumun üzərində pulcuqsuz enli zolaq olur.Bədəni üzərində bir neçə qızılı rəngdə zolaq, qəlsəmə qapağı üzərində isə həmin rəngdə ləkələr olur. Uzunluğu Qara dənizdə 50 sm Xəzər dənizində 55 sm-ə, kütləsi müvafiq olaraq 0,7-5 kq-a çatır,1 2 ilə qədər yaşayır. == Yaşayış yeri və həyat tərzi == Qızılı kefal sırf dəniz balığıdır.
Qızılı mabuya
Qızılı mabuya (lat. Trachylepis aurata) — Afrika mabuyaları cinsinə aid növ. рода == Xariçi görünüş == Orta ölçüyə malik olan kərtənkələ olaraq 10,5 sm uzunluğa və 21 q çəkiyə malikdir. Quyruğu çox qısadır. Dərisi inçə və hamardır. Yuxarı hissəsi qəhvəyi-boz və ya brünc rəngdə olur. Aşağı hissəsi isə sarıya çalan ağ və sarı rəngdə olur. Quyruğu isə mavi-sarı rəngə çalır. == Həyat tərzi == Əsasən dağlıq ərazilərdə yayılmışdır. Onlar qayalıqlar və daşlıqlarda məskən salır.
Qızılı palıd
== Təbii yayılması: == Qafqazda, Dağıstanda, Şərqi Zaqafqaziyada yayılmışdır. == Botaniki təsviri: == Hündürlüyü 30 m-dək olan ağacdır. Quercus iberica növünə yaxındır və ondan daha nazik, uzun, ensiz, oval yarpaqları ilə fərqlənir. Yarpaqların uzunluğu 10-18 sm, eni 5-8 sm, alt tərəfi sarımtıl-qızılı, ucları ulduzvari tükcüklü, qısa(5-7), enli qanadlı, hər tərəfdən az miqdarda yan qanadlı və kütdür. == Ekologiyası: == Kölgəli ərazilərdə, qarışıq meşələrdə bitir. == Azərbaycanda yayılması: == Talış zonasında, Qubada, Yalamada rast gəlinir. == İstifadəsi: == Tək əkinlərdə, meşəsalmada, kölgəli ərazilərin yaşıllaşdırılmasında istifadəsi məqsədyönlüdür. == Məlumat mənbələri == Azərbaycan Dendroflorası III cild-Bakı:"Elm",2016,400 səh. Arxivləşdirilib 2019-11-17 at the Wayback Machine T.S.Məmmədov == İstinad == Флoрa Aзeрбaйджaнa. т.5.
Qızılı pişik
Qızılı pişik (lat. Profelis aurata) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin pişiklər fəsiləsinin profelis cinsinə aid heyvan növü.
Qızılı qarağat
Qızılı qarağat (lat. Ribes aureum) — bitkilər aləminin daşdələnçiçəklilər dəstəsinin motmotukimilər fəsiləsinin qarağat cinsinə aid bitki növü. == Təbii yayılması == Qafqazda, Orta Asiyada, Uzaq Şərqdə, Şimali Amerikada geniş yayılmışdır. XIX əsrdən mədəni şəraitdə becərilir. == Botaniki təsviri == Hündürlüyü 2 m-ə çatan, qırmızı, çılpaq və ya xırda zoğlara malik olan kol bitkisidir. Yarpaqların uzunluğu 5 sm, eni 4 sm, növbəli, dairəvi-yumurtavari, qutucuqlu, kənarları dərin, 2-3 dişvari dilimli, hər iki tərəfdən çılpaq, qaidəsi pazvaridir. Yarpaqları payızda qızarır. Mart ayının axırı, aprel ayının əvvəllərində çiçəkləyir. Çiçək salxımları 3-7 sm uzunluqda, hər salxımda 5-15 ədəd çiçək olur. Çiçəklərin uzunluğu 1 sm, eni isə 1,5 sm, sarı, ətirlidir.
Qızılı qonurqanad
Qızılı qonurqanad (lat. Pluvialis apricaria) — çovdarçılar fəsiləsinin qonurqanad cinsinə aid quş növü.
Qızılı qızlarquşu
Qızılı qızlarquşu (lat. Merops apiaster) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin rakşikimilər dəstəsinin qızlarquşular fəsiləsinin qızlarquşu cinsinə aid heyvan növü. Yayılma arealı Cənubi Avropa, Şimali Afrika və Qərbi Asiyadır.
Qızılı rododendron
Qızılı rododendron (lat. Rhododendron aureum) — bitkilər aləminin erikaçiçəklilər dəstəsinin erikakimilər fəsiləsinin rododendron cinsinə aid bitki növü. == Təbii yayılması == Altay, Uzaq Şərq, Saxalin, Şimali Kurildə yayılmışdır. == Botaniki xarakteristikası == Qızılı rododendron tünd-qonurqabıqlı, sürünən, gövdələri əyilmlş və torpağın üzərindən 20-100 sm hündürlüyə qalxan həmişəyaşıl koldur. Budaqları vəzicikli-tükcüklütumurcuq pulcuqları ilə örtülmüşdür. Yarpaqları növbəli,uzunluğu 2-8 sm, kənarları bütöv, üst tərəfdən tünd-yaşıl, parlaq, alt tərəfi daha açıq, yaxşı bilinən torvarı damarcıqlı, ellipsvari və ya yumurtavari, bünövrəsi ensiz, dərili, hamar, kənarları aşağıya burulmuş, saplaqlıdır. Qızılı çiçəkləri budaqların uclarında, uzun çiçək saplaqlarında 3-5 (8) ədəd yığılmışdır. Çiçək tacı bir az əyri, diametri 4-5 sm, açıq-sarı, enli-qıfvarı, 5 qanadlıdır. Erkəkcikləri 10 ədəd, qeyri-bərabər uzunluqdadır. Dişiciyin yuxarı tərəfi keçəl-tükcüklü yumurtalıqlı, uzun sütuncuqlu və 5 qanadlı dişicik ağızlıdır.
Qızılı stafilokokk
Qızılı stafilokokk (lat. Staphylococcus aureus) kürə şəkilli, fakultativ anaerob, qrammüsbət kokklara aid bakteriya. Stafilokokklar hərəkətsizdir və spor əmələ gətirmirlər. Əsasən üzüm giləsini xatırladan bakteriyaların ölçüsü 0.8 1.2 mikrondur. lat. Staphylococcus aureus təbiətdə hər yerdə yayılmış, belə ki, 25–30% insanlarda heç bir simptom büruzə vermədən, dəri örtüyündə əsasən qasıq nahiyyəsində və tənəffüs yollarında xüsusən ağız-burun boşluğunda aşkar edilirlər. Bu halı təbabətdə klinik əlamətlərsiz patogen mikrobların kolonizasiyası ya işğalı adlandırırlar. Qızılı stafilakokk əksər insanın vücudunda kalonizasiya yaradaraq əlverişli şəraiti — immun sisteminin zəifləməsini gözləyir. Bu zaman lat. Staphylococcus aureus həyat üçün təhlükəli ağciyər sətəlcəmi, endokardit, toksiki şok sindromu və sepsis kimi hallara səbəb ola bilir.
Qızılı topalaq
Mirili
Mirili — Azərbaycan Respublikasının İmişli rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə İmişli rayonunun Bəcirəvan kənd Sovetinin Mirili kəndi Qaravəlili kənd Sovetinin tərkibinə verilmişdir. == Toponimikası == == Tarixi == == Coğrafiyası və iqlimi == Kənd Araz çayının sol sahilində, Mil düzündə yerləşir. Araz çayı boyunca Tuğay meşələri yerləşir, lakin bu meşələrin əksəriyyəti Sovet hakimiyyəti dövründə qırılmş və yerində əkin sahələri salınmışdır. Hazırda yalnız sahilboyunda qalmış meşələr isə intensiv qırılma nəticəsində məhv olmaq təhlükəsi qarşısında qalmışdır. İqlimi quraq keçən subtropik səhra iqlimidir. Mirili kəndində torpaq tipləri Araz boyu ərazilərlə qismən ondan uzaqda bir-birindən fərqlənir. Araz boyu ərazilərdə qumsal, bu ərazilərdən 2–3 km aralı isə şorangəli torpaqlardır. Topaq fondunun bir hissəsi şoranlaşmaya məruz qalmışdır. == Əhalisi == Kənd əhalisinin sayı 1014 nəfərdir ki, onun da 509 nəfəri kişi, 505 nəfəri isə qadındır.
Asif Mirili
Asif Mirili (10 dekabr 1991, Bakı, Azərbaycan) — azərbaycanlı futbolçu. == Həyatı == Asif Mirili Bakıda anadan olub. Uşaq yaşlarından karate ilə məşğul olub. 2000-ci ildə UGFM-də İsmayıl Əliyevin rəhbərlik etdiyi futbol komandasına yazılıb. Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında ali təhsil alır. 2003–2004-cü illərdə Təhsil klubunda çıxış edib.Türkiyənin DÇ-2002-də bürünc medal qazanmasından sonra isə Asifin bu idman növünə olan marağı daha da artıb. Bundan sonra İnterin aşağı yaş qrupuna cəlb olunan dayaq yarımmüdafiəçisi ötən mövsümə kimi əvəzedici heyətdə kapitan sarğısını daşıyıb. 18 yaşında əsas komandaya cəlb olunub və həmin il debüt edib. O, həm də U-21 yığmamızın üzvüdür.