Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Qəriblik
Qəriblik — Azərbaycan Respublikasının Şabran rayonunun inzibati ərazi vahidində kənd.
Nəsibli
Nəsibli (Əvvəlki adı: Xaxollar) — Azərbaycan Respublikasının Tovuz rayonunun Göyəbaxan kənd inzibati ərazi dairəsində kənd. == Toponimikası == Kəndin keçmiş adı Xaxollar ol­muşdur. XIX əsrdə orada məskunlaşmış rus­ları yerli əhali xaxol adlandırırdı. Sonralar kənd burada məskunlaşmış qılıclı tayfasının nəsibli tirəsinin adı ilə adlandırılmışdır. == Tarixi == === Tarixi abidələri === Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır. == Coğrafiyası və iqlimi == Kənd Əsrikçayın yuxarı axarında, dağlıq ərazidə yerləşir. == Əhalisi == == İqtisadiyyatı == == Mədəniyyəti == Kənddə mədəniyyət müəssisəsi mövcud deyil. == Təhsil == Kənddə təhsil müəssisəsi mövcud deyil. == Din == Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır. == Səhiyyə == Kənddə səhiyyə müəssisəsi mövcud deyil.
Qara nəciblər
Qara nəciblər və ya qara kübarlar (it. nobiltà nera, aristocrazìa nera) — Roma Papası IX Piy ilə qohumluq əlaqəsi olan italyan aristokrat ailələri. İtaliya krallığının qoşunları 20 sentyabr 1870-cil tarixində Romaya daxil olduqdan sonra Roma Papasını dünyəvi hakimiyyətdən məhrum etmiş, Papa vilayətini ləğv etmiş və Papa sarayını tutmuşdular. Sonrakı 59 ildə Roma Papası ancaq Vatikan ilə məhdudlaşmış və o, İtalya hökumətinin hakimiyyətinin möhkəmlənməməsi üçün özünün Vatikan məhbusu olduğunu iddia etmişdir. Əvvəllər Müqəddəs Taxtdan, papa sarayının yüksək rütbəli üzvləri (gizli kamerqerlər) də daxil titullar almış aristokratlar Papanın "həbsinə" yas tutaraq öz qapılarını bağlı saxlamaqda davam etdikləri üçün onları "Qara nəciblər" adlandırdılar. 1929-cu ildə Lateran razılığına görə "qara nəciblərə" İtaliya və Vatikanda ikili vətəndaşlıq verildi. Bu razılıq "qara nəciblərin" nümayəndələrinə, əvvəllər ancaq keçmiş Papa vilayətindən olan zadəganlar üçün açıq olan Zadəgan qvardiyasına daxil olmağa icazə verdi. 1931-ci ildə Papa XI Piy XII Alfonsun bütün katolik ölkələrdən olan zadəganların Zadəgan qvardiyasına qəbuluna icazə verilməsi haqda müraciətini rədd etmişdir. "Qara nəciblərin" ən məşhur nümayəndələrindən biri, sonradan Roma Papası XII Piy olmuş Eucenio Paçellidir. == Qara nəciblərə daxil olan ailələr == ==== Papa sarayında ənənəvi olaraq vərəsəli olan titullara sahib olan Roma knyaz ailələri, digər markizlər, zadəgan ailələr ==== Orsini Saketti (it.
Eldar Nəsibli
Eldar Nəsibli Sibirel — Azərbaycan şairi, publisist. == Həyatı == Eldar Nəsibli Sibirel 1952-ci ildə Sibirin Baxçar rayonunun Çernişovka kəndində anadan olub. Valideynləri 1948-ci ildə Sibirin Tomsk vilayətinə sürgün edilib. Valideynləri bəraət aldıqdan sonra sürgündən öz doğma yurdlarına - Qazax rayonunun Sarıvəlli (İkinci Şıxlı) kəndinə qayıtmış və orta təhsili orada almışdır. Azərbaycan Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirib. 9 yaşlarından yaradıcılığa başlayıb. Şairin "Ağacların söhbəti" adlı ilk şeri 1968-ci ildə "Ədəbiyyat və incəsənət" qəzetində işıq üzü görüb. "Salam, dan ulduzu", "Məni səsləyən var", "Harayla məni", "Dünya məndən gəlib, keçir", "Bu da bir ömürdür ağlı, qaralı" "Bura Qazaxdır, oğlum!", "Turan Şərqisi" "Seçilmiş Əsərləri" şeirlər kitablarının, "Yaddaş" poemasının və "Yaşamaq da igidlikdir" xatirə kitabının müəllifidir. Eldar Nəsiblinin şeirləri bir çox dillərə tərcümə edilmişdir. Onun şeirlərini tərcümə edənlərdən biri də Azərbaycan Yazıçılar Birliyinin fəxri üzvü Mahir Həmzəyevdir.
Nəsib Nəsibli
Nəsib Loğman oğlu Nəsibli (15 sentyabr 1956, Aşağı Qoşakilsə, Bolnisi rayonu) — Azərbaycan Respublikasının Milli Məclisi III çağırış deputatı, tarix elmləri doktoru. == Həyatı == Nəsib Nəsibli 1956-cı il sentyabrın 5-də Gürcüstanın Bolnisi rayonunun Qoşakilsə kəndində anadan olmuşdur. Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirmişdir. 1978-ci ildən Azərbaycan EA-nın Şərqşünaslıq İnstitutunda baş laborant, kiçik elmi işçi, elmi işçi, 1987-ci ildən İran İslam Respublikasında istilik-elektrik stansiyasının tikintisində tərcüməçi, 1988-ci ildən Azərbaycan EA-nın Şərqşünaslıq İnstitutunda elmi işçi, Tarix İnstitutunda şöbə müdirinin müavini, şöbə müdiri işləmişdir. 1994–2002-ci illərdə Bakı Asiya Universitetində dosent, Xəzər Universiteti ndə professor, kafedra müdiri, dekan vəzifələrində çalışmışdır. 1997–1998 və 2002–2003-cü illərdə ABŞ-nin Çikaqo və Con Hopkins universitetlərində işləmişdir. Tarix elmləri doktorudur. 5 monoqrafiyanın və 100-dən çox elmi məqalənin müəllifidir. İngilis, fars, rus və fransız dillərini bilir. Evlidir, iki övladı var.
Yunis Nəsibli
Yunis Nəsibli (tam adı: Yunis Məsməli oğlu Nəsibli) — Azərbaycan tarixçisi, Bakı Dövlət Universitetinin Azərbaycanın qədim və orta əsrlər tarixi kafedrasının dosenti, tarix üzrə fəlsəfə doktoru. == Həyatı == Yunis Məsməli oğlu Nəsibli 1953-cü il fevralın 23-də Gürcüstanın Tiflis şəhərində anadan olmuşdur. 1970-ci ildə Tiflis şəhər 63 saylı orta məktəbini müvəffəqiyyətlə bitirmişdir. 1970–1975: Bakı Dövlət Universitetinin Tarix fakültəsində ali təhsil almışdır. 1975-ci ilin sentyabrından Azərbaycan Elmlər Akademiyası Tarix İnstitutunda laborant vəzifəsində elmi fəaliyyətə başlamışdır. 1976–1978-ci illərdə SSRİ Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunun Leninqrad bölməsində stajor-tədqiqatçı hazırlığı keçmişdir, 1979–1983-cü illərdə AMEA Tarix İnstitutunun qiyabi aspirantura, 1985-ci ildə "Azərbaycanın V–XII əsrlər tarixi qədim gürcü mənbələrində" mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir. 1984-cü ilin martında AMEA Tarix İnstitutunda kiçik elmi işçi vəzifəsinə təyin edilmişdir. 1989-cu ilin fevralında AMEA Tarix İnstitutunda elmi işçi vəzifəsinə təyin edilmişdir. 1992-ci ilin avqustunda Bakı Dövlət Universitetinin Tarix fakültəsində baş müəllim vəzifəsinə təyin edilmişdir. 1998-ci ilin sentyabrında Bakı Dövlət Universiteti Tarix fakültəsinin "Azərbaycan tarixi" kafedrasının dosenti vəzifəsini tutmuşdur.
Eldar Nəsibli Sibirel
Eldar Nəsibli Sibirel — Azərbaycan şairi, publisist. == Həyatı == Eldar Nəsibli Sibirel 1952-ci ildə Sibirin Baxçar rayonunun Çernişovka kəndində anadan olub. Valideynləri 1948-ci ildə Sibirin Tomsk vilayətinə sürgün edilib. Valideynləri bəraət aldıqdan sonra sürgündən öz doğma yurdlarına - Qazax rayonunun Sarıvəlli (İkinci Şıxlı) kəndinə qayıtmış və orta təhsili orada almışdır. Azərbaycan Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirib. 9 yaşlarından yaradıcılığa başlayıb. Şairin "Ağacların söhbəti" adlı ilk şeri 1968-ci ildə "Ədəbiyyat və incəsənət" qəzetində işıq üzü görüb. "Salam, dan ulduzu", "Məni səsləyən var", "Harayla məni", "Dünya məndən gəlib, keçir", "Bu da bir ömürdür ağlı, qaralı" "Bura Qazaxdır, oğlum!", "Turan Şərqisi" "Seçilmiş Əsərləri" şeirlər kitablarının, "Yaddaş" poemasının və "Yaşamaq da igidlikdir" xatirə kitabının müəllifidir. Eldar Nəsiblinin şeirləri bir çox dillərə tərcümə edilmişdir. Onun şeirlərini tərcümə edənlərdən biri də Azərbaycan Yazıçılar Birliyinin fəxri üzvü Mahir Həmzəyevdir.
Aşağı Necili
Aşağı Necili — Qərbi Azərbaycanda (indiki Ermənistanda) kənd. == Tarixi == Aşağı Necili İrəvan quberniyasının İrəvan qəzasında, indi Zəngibasar (Masis) rayonunda kənd. Rayon mərkəzindən 2 km qərbdə yerləşir. Zəngibasar (Masis) rayonu təşkil edilənədək 1969-cu ilə kimi Qəmərli (Artaşat) rayonun tərkibində olunmuşdur. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Kənddə 1828-ci ilə kimi yalnız azərbaycanlılar yaşamışdır. Toponim fərqləndirici əlamət bildirən aşağı sözü ilə "nəcli" türk etnonimi əsasında əmələ gəlmişdir. Etnotoponimdir. Quruluşca mürəkkəb toponimdir. Ermənistan SSR AS RH-nin 25.1.1978-ci il tarixi fərmanı ilə adı dəyişdirilib Sayat Nova (erməni aşığı Sayat Novanın şərəfinə) qoyulmuşdur.
Yuxarı Necili
Yuxarı Necili (?-25.01.1978), Nizami (25.01.1978-indi) — Qərbi Azərbaycanda (indiki Ermənistanda) kənd. == Tarixi == Yuxarı Necili - İrəvan quberniyasının İrəvan qəzasında, indi Zəngibasar (Masis) rayonunda kənd. Rayon mərkəzindən 1,5 km şimalda yerləşir. 1969-cu ildə Zəngibasar (Masis) rayonu təşkil edilənədək Qəmərli (Artaşat) rayonunun tərkibində olmuşdur. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Kənddə 1831-ci ildə 155 nəfər, 1873-cü ildə 540 nəfər, 1886-cı ildə 654 nəfər, 1897-ci ildə 791 nəfər, 1908-ci ildə 933 nəfər, 1914-cü ildə 945 nəfər, 1916-cı ildə 732 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1918-ci ilin sonu 1919-cu ilin əvvəllərində kəndin sakinləri erməni təcavüzünə məruz qalraq deportasiya olunmuşdur. Yalnız indiki Ermənistanda Sovet hökuməti qurulandan sonra sağ qalanlar ata-baba yurdlarına dönə bilmişdir. Burada 1922-ci ildə 319 nəfər, 1926-cı ildə 365 nəfər, 1931-ci ildə 627 nəfər azərbaycanlı yaşamışdır. 1988-ci ilin noyabr-dekabr aylarında azərbaycanlılar Ermənistan dövləti tərəfindən tarixi-etnik torpaqlarından deportasiya olunmuşdur.