Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Rifah Partiyası
Rifah Partiyası — 1983-cü ildə Türkiyə qurulmuş siyasi partiya. Nəcməddin Ərbakanın başqanlıq etdiyi və 12 sentyabr 1980-ci il hərbi çevrilişindən sonra bağlanan Milli Səlamət Partiyasının sələfidir. == Tarixi == 1987-ci ildə Ərbakan siyasi haqları qaytarıldıqdan sonra partiya rəhbərliyinə gəlmişdir. 1990-cı il parlament seçkilərinə dək Türkiyə Böyük Millət Məclisində təmsil oluna bilməsə də 1989-cu il Bələdiyyə seçkilərində Van, Konya və Şanlıurfa Bələdiyyələrini qazanmışdır. 1990-cı il Parlament seçkilərinə MHP ilə ittifaqa girərək öz adı və emblemi ilə getmiş, MHPli namizədlər, o cümlədən MHP sədri Alparslan Türkeş Rifah Partiyasından namizəd göstərilmişdir. Bu seçkilərdə 12% səs alan Rifah Partiyası TBMM-yə girməyi bacarmışdır. 1994-cü ilin Bələdiyyə seçkilərində birinci yeri tutan partiya İstanbul, Ankara və İzmir Bələdiyyələrini də əldə etmişdir. Rəcəb Tayyib Ərdoğan bu partiyadan İstanbul Bələdiyyə sədri seçilmişdir. 1995-ci ilin parlament seçkilərində 32% səs alan partiya 1996-cı ildə Tansu Çillərin rəhbərlik etdiyi Doğru Yol Partiyası ilə ittifaq quraraq hakimiyyətə gəlmişdir. "Rifahyol" adlandırılan koalisya hökumətində Rifah Partiyasının sədri Nəcməddin Ərbakan baş nazir olmuşdur.
Rifah iqtisadiyyatı
Rifah iqtisadiyyatı — iqtisadi sakitçilik, firavanlıq, bütövlükdə iqtisadiyyat səviyyəsində qiymətləndirmək üçün mikroiqtisadi yanaşma və texnika ilə işləyən iqtisadi elm bölməsi; böyük ölçüdə iqtisadi səmərəlilik və faydaların son bölgüsü arasında iqtisadiyyatda ümumi tarazlığın təmin edilməsidir. Sosial rifah iqtisadiyyatının vacib vəzifəsi nəyin arzuolunan və nəyin olması lazım olduğunu mühakimə edə biləcəyi etik meyarların hazırlanmasıdır. Bu meyarlar kifayət qədər subyektivdir; onların həqiqəti və ya yalanlığı qətiyyətlə müəyyən edilə bilməz. Bununla birlikdə, məntiq və empirik biliklərə əsaslanaraq, uyğun etik meyarları inkişaf etdirmək və bu meyarlara dair sosial razılığın “məqbul səviyyədə” olmasını təmin etmək mümkündür. Rifah iqtisadiyyatı prinsiplərini tətbiq etmək cəhdləri, ictimai rifahı yaxşılaşdırmaq üçün hökumətin müdaxiləsini araşdıran iqtisadiyyat bölməsi olan dövlət sektoru iqtisadiyyatının ortaya çıxmasına səbəb oldu. Rifah iqtisadiyyatı, eyni zamanda dövlət sektoru iqtisadiyyatının, xərc-mənfəət təhlili daxil olmaqla xüsusi tədbirlərinin nəzəri əsaslarını inkişaf etdirir, rifah iqtisadiyyatı və davranış iqtisadiyyatı birləşməsi yeni bölünməyə — davranış rifahı iqtisadiyyatına səbəb oldu.Rifah iqtisadiyyatının öyrənilməsi sahəsi iki əsas teoremlə sıx əlaqəlidir. Birincisi, müəyyən şərtlər daxilində sərbəst rəqabət bazarının effektiv son nəticələr yaratdığını söyləyir (Paretoya görə); Adam Smithin görünməz əli prinsipini əks etdirir . İkincisi, əlavə məhdudiyyətlər altında Pareto-səmərəli nəticələrin hər hansı birinin rəqabətli bazarların tarazlıq vəziyyəti kimi çıxış edə biləcəyini iddia edir . Nəticə etibarilə bərabərliyi təmin edən təsirli bir son nəticə tapmaq üçün birdəfəlik köçürmələr sistemi ilə sosial rifah funksiyasından istifadə etməklə rəqabətli ticarətə nail olmaq mümkündür . Rifah iqtisadiyyatı ilə sosial seçim nəzəriyyəsi arasındakı sıx əlaqəyə görə, Errou teoremi bəzən üçüncü əsas teorem kimi bilinir.
Rifah Partiyası (Türkiyə)
Rifah Partiyası — 1983-cü ildə Türkiyə qurulmuş siyasi partiya. Nəcməddin Ərbakanın başqanlıq etdiyi və 12 sentyabr 1980-ci il hərbi çevrilişindən sonra bağlanan Milli Səlamət Partiyasının sələfidir. == Tarixi == 1987-ci ildə Ərbakan siyasi haqları qaytarıldıqdan sonra partiya rəhbərliyinə gəlmişdir. 1990-cı il parlament seçkilərinə dək Türkiyə Böyük Millət Məclisində təmsil oluna bilməsə də 1989-cu il Bələdiyyə seçkilərində Van, Konya və Şanlıurfa Bələdiyyələrini qazanmışdır. 1990-cı il Parlament seçkilərinə MHP ilə ittifaqa girərək öz adı və emblemi ilə getmiş, MHPli namizədlər, o cümlədən MHP sədri Alparslan Türkeş Rifah Partiyasından namizəd göstərilmişdir. Bu seçkilərdə 12% səs alan Rifah Partiyası TBMM-yə girməyi bacarmışdır. 1994-cü ilin Bələdiyyə seçkilərində birinci yeri tutan partiya İstanbul, Ankara və İzmir Bələdiyyələrini də əldə etmişdir. Rəcəb Tayyib Ərdoğan bu partiyadan İstanbul Bələdiyyə sədri seçilmişdir. 1995-ci ilin parlament seçkilərində 32% səs alan partiya 1996-cı ildə Tansu Çillərin rəhbərlik etdiyi Doğru Yol Partiyası ilə ittifaq quraraq hakimiyyətə gəlmişdir. "Rifahyol" adlandırılan koalisya hökumətində Rifah Partiyasının sədri Nəcməddin Ərbakan baş nazir olmuşdur.
Yenidən Rifah Partiyası
Yenidən Rifah Partiyası və ya qısaca YENİDEN REFAH (həmçinin YRP) — Türkiyə Respublikasında 23 noyabr 2018-ci ildə Fatih Ərbakanın rəhbərliyində qurulan Milli Görüş ideologiyasında fəaliyyət göstərən sağ yönümlü, islamçı siyasi partiya. Onun rəsmi abbreviaturası partiya nizamnaməsinə görə "Yenidən Rifah"dır.
Azərbaycan Sosial Rifah Partiyası
Azərbaycan Sosial Rifah Partiyası və ya qısaca ASRP — Xanhüseyn Kazımlı tərəfindən qurulan və 1995-ci il avqustun 4-də dövlət qeydiyyatına alınmış, 23 mart 2023-cü il tarixində fəaliyyətini dayandırmış siyasi partiya. ASRP 2000–2020-ci illərdə Milli Məclisdə təmsil olunub. ASRP sədri 1995–2020-ci illərdə Xanhüseyn Kazımlı, 2020-2023-cü illərdə isə onun qızı Əsli Kazımova olmuşdur. == Tarixi == 1994-cü ildən İqtisadiyyat Nazirliyi Baş Qiymətlər İdarəsinin rəisi olan Xanhüseyn Kazımlı qurucusu olduğu Azərbaycan Sosial Rifah Partiyası (ASRP) 1995-ci il avqustun 4-də Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alındı. Yeni qurulan Azərbaycan Sosial Rifah Partiyası üç il sonra, 1998-ci ildə baş tutan Prezident seçimlərində mübarizə apardı.[mənbə göstərin] ASRP sədri Xanhüseyn Kazımlı, 8 254 səslə, yəni 0,30 %-lə altı namizəd sırasında sonuncu, 6-cı pillədə qərarlaşdı. Azərbaycan Sosial Rifah Partiyası 2000-ci il noyabrın 11-də baş tutan Parlament seçimlərində mübarizə apardı.[mənbə göstərin] 58 saylı Biləsuvar dairəsindən namizədliyini irəli sürən ASRP sədri Xanhüseyn Kazımlı, qalib gəldi və Milli Məclisin deputatı seçildi. Azərbaycan Sosial Rifah Partiyası 5 il sonra, 2005-ci il noyabrın 6-da baş tutan Parlament seçimlərində də mübarizə apardı.[mənbə göstərin] 66 saylı Biləsuvar dairəsindən namizədliyini irəli sürən ASRP sədri Xanhüseyn Kazımlı, növbəti dəfə qalib gəldi və Milli Məclisin deputatı seçildi. ASRP sədri Xanhüseyn Kazımlı növbəti illərdə də, 2010-cu il noyabrın 7-da baş tutan və 2015-ci il noyabrın 1-də baş tutan Parlament seçimlərində də qalib gəldi və 20 il Milli Məclisin deputatı oldu. 2020-ci il iyulun 15-də Azərbaycan Sosial Rifah Partiyasının IX Qurultayı baş tutdu. COVID-19 pandemiyasına görə online formada baş tutan qurultayda ASRP sədri, sədr müavinləri, Nəzarət və Təftiş Komissiyasının üzvləri seçildi.
Azərbaycan Demokratiya və Rifah (ADR) Partiyası
Rifahın iqtisadi nəzəriyyəsi (kitab)
"Rifahın iqtisadi nəzəriyyəsi" (ing. The Economics of Welfare, 1920) — ingilis iqtisadçısı Artur Sesil Piqunun traktatı. == Məzmunu == Kitabda 4 hissə (66 fəsil) vardır: I. Rifah və milli gəlir (11); II. Milli gəlir və resursların müxtəlif istifadə növləri arasında bölüşdürülməsi (22); III. Milli gəlir və əmək (20); Milli gəlirin bölgüsü (13); habelə 3 tətbiq. == Fikirlər == Alimin fikrincə, milli gəlirin ölçüsü bir sıra amillərdən asılıdır: resursların və kapitalın həcmi, insanların xüsusiyyətləri, hökumətin fəaliyyəti və xarici ticarət. Əhalinin əksəriyyəti üçün rifah, hökumətin müdaxiləsi, mütərəqqi vergilər, maliyyə siyasəti və iqtisadiyyatın müəyyən sahələrindəki dövlət subsidiyaları sayəsində əldə edilə bilən daha bərabər gəlir bölgüsü yolu ilə əldə edilə bilər. Eyni zamanda, iqtisadiyyata dövlətin irrasional müdaxiləsi həm də özəl kapitalın, dövlətin və əmək qabiliyyətli əhalinin maraqları tarazlığındakı dengesizliyə və gəlirlərinin azalmasına səbəb ola bilər. == İstinadlar == == Ədəbiyyat == Блауг М. Теория благосостояния Пигу // Экономическая мысль в ретроспективе. М.: Дело. 1994 [Economic Theory in Retrospect]. 551–553.
Rifat Hacıselimoviç
Rifaə Təhtavi
Rifaə Rəfi ət-Təhtavi (ərəb. رفاعة رفيع الطهطاوي‎; 15 oktyabr 1801 – 27 may 1873, Qahirə, Misir xidivliyi, Osmanlı imperiyası) —Ərəb filosofu. == Fəlsəfəsi == İslam dünyasında şəhərlərin artımı determinizm prinsipinin fəaliyyət məkanını genişləndirirdi. Şəhər mədəniyyətinin özünün inkişaf meylləri isə determinist və ya analitik təfəkkürün həll etməli olduğu çoxsaylı problemləri üzə çıxardı. Lakin müsəlman təfəkkürünə nisbətən Avropa təfəkkürü determinizmə daha çox yatımlı olduğundan, Yeni dövr problemlərini Avropa müsəlman dünyasına nisbətən daha yaxşı həll etdi və Yeni dövr tarixinin aparıcı qüvvəsinə çevrildi. İslam dünyası yavaş-yavaş, qəlpə-qəlpə öz siyasi sərhədlərini daraldır, Avropanın müstəmləkəsinə yaxşı halda isə, yarımmüstəmləkəsinə çevrilirdi. Müsəlman dünyası özünü qoruyub saxlama xatirinə Avropa elmini öyrənməli olur. Bu iş isə ilk növbədə maarifçilər tərəfindən yerinə yetirilir. Ərəb maarifçilərindən ən nüfuzlusu isə öncə xatırladılan Rifaə Təhtavi idi. Lakin Rifaə Təhtavi dövründə və ondan sonra da, bir çox ərəb mütəfəkkirləri Avropanı,sadəcə olaraq, təqlid etmədilər, Avropa sivilizasiyasının tənqidi olaraq mənimsənilməsinə üstünlük verdilər.
Taleb Rifai
Taleb Rifai (d. 1949, İordaniya) — Ümumdünya Turizm Təşkilatının baş katibi (2010-cu ildən). == Həyatı == Taleb Rifai 1949-cu ildə İordaniyada anadan olmuşdur. == Ailəsi == Ailəlidir. 5 övladı var.
Rafah qırğını 2014
2014-cü il Rəfah qətliamı və ya Qara Cümə, İsrailin işğalçı ordusu tərəfindən 2014-cü il avqustun 1-də Qəzza zolağında İsrail müharibəsi zamanı, Fələstinin Rəfah şəhərinin şərqində, Əbu Əl-Rous bölgəsində həyata keçirilən qətliamdır. Qırğın nəticəsində 140-dan çox fələstinli, o cümlədən 75-ə yaxın uşaq öldürülmüş, 1000-dən çox adam isə yaralanmış və ərazidəki evlər dağıdılmışdır. == Hadisələrin ardıcıllığı == === 31 iyul 2014-cü il === Birləşmiş Millətlər Təşkilatının Baş katibi Pan Gi Mun və ABŞ dövlət katibi Con Kerri Misirin vasitəçiliyi ilə Qəzza şəhərində yerli vaxtla səhər saat 8-də başlayan və 72 saat müddətinə uzadıla bilən qeyd-şərtsiz humanitar atəşkəs elan etdilər. HƏMAS barışığı qəbul etdikdən sonra öz yerlərində yerdə qalan qüvvələr.İsraildən əlavə. === 1 avqust 2014-cü il === 08:00: Humanitar atəşkəs sazişinin qüvvəyə minməsi ilə Rəfah şəhərinin şərq məhəllələrinin sakinləri mallarını yoxlamaq üçün məhəllələrinə qayıtmağa başladılar. 09:00: Givati ​​Briqadasının patrul bölməsindən bir qüvvə Fələstin müqaviməti üçün tunel açmaq üçün kənd təsərrüfatı istixanalarının yaxınlığındakı Fələstin ərazilərində təxminən 2 kilometr irəlilədi, Əsgərlər onun yaxınlığında silahsız bir şəxsi gördülər, sonra qeyb oldu və əsgərlər yerə çatdılar . 09:16: İsrail ordusunun geyimində olan Şəhid İzzəddin əl-Qəssam Briqadalarının müqavimət döyüşçüləri tuneldən çıxıb və İsrail əsgərləri ilə toqquşub. Toqquşma iki İsrail əsgərinin şəhid olması və cəsədi yerində qalan bir fələstinli döyüşçünün ölümü, Hadar Golden adlı israillinin izlərinin itməsi ilə nəticələnib.Daha sonra İsrail ordusundan əlavə qüvvələr gəlib və üç meyiti aparıblar, Hər şeyin güc əsgərləri üçün olduğunu düşündükləri yerdə. Təxminən iki saatdan sonra İsrail ordusu Hadar Qoldinin itkin düşdüyünü aşkar etdi və İsrail ordusu Hannibal direktivindən istifadə edərək Rəfah şəhərinin hər yerində ağır hava zərbələri endirməyə başladı. İsrail Hərbi Hava Qüvvələri Rəfah şəhərində Əbu Yusif Əl-Nəccar dövlət xəstəxanasının tərəfini bombalayıb, Xəstəxana rəhbərliyinə İsrail kəşfiyyatından üç zəng gəldi, birincisi xəstəxanada nə baş verdiyini soruşdu, ikincisi xəstəxananın yaxınlığındakı atəşin səbəbini bildi, sonuncusu isə xəstəxananın boşaldılmasının qarşısını almaq və oradan çıxanları bombalamaqla hədələyib.
Rifa ət-Təhtəvi
Rifaə Rəfi ət-Təhtavi (ərəb. رفاعة رفيع الطهطاوي‎; 15 oktyabr 1801 – 27 may 1873, Qahirə, Misir xidivliyi, Osmanlı imperiyası) —Ərəb filosofu. == Fəlsəfəsi == İslam dünyasında şəhərlərin artımı determinizm prinsipinin fəaliyyət məkanını genişləndirirdi. Şəhər mədəniyyətinin özünün inkişaf meylləri isə determinist və ya analitik təfəkkürün həll etməli olduğu çoxsaylı problemləri üzə çıxardı. Lakin müsəlman təfəkkürünə nisbətən Avropa təfəkkürü determinizmə daha çox yatımlı olduğundan, Yeni dövr problemlərini Avropa müsəlman dünyasına nisbətən daha yaxşı həll etdi və Yeni dövr tarixinin aparıcı qüvvəsinə çevrildi. İslam dünyası yavaş-yavaş, qəlpə-qəlpə öz siyasi sərhədlərini daraldır, Avropanın müstəmləkəsinə yaxşı halda isə, yarımmüstəmləkəsinə çevrilirdi. Müsəlman dünyası özünü qoruyub saxlama xatirinə Avropa elmini öyrənməli olur. Bu iş isə ilk növbədə maarifçilər tərəfindən yerinə yetirilir. Ərəb maarifçilərindən ən nüfuzlusu isə öncə xatırladılan Rifaə Təhtavi idi. Lakin Rifaə Təhtavi dövründə və ondan sonra da, bir çox ərəb mütəfəkkirləri Avropanı,sadəcə olaraq, təqlid etmədilər, Avropa sivilizasiyasının tənqidi olaraq mənimsənilməsinə üstünlük verdilər.
Rıfat Bağırov
Rıfat Bağırov (10 oktyabr 1979) — azərbaycanlı şahmatçı, qrosmeyster (2002). 1999-cu ildə Batumidə Avropa çempionatında Azərbaycan milli komandasında çıxış edib. 200-cü ildə Azərbaycan milli komandasının bir hissəsi kimi, İstanbulda keçirilmiş 34-cü olimpiadada iştirak edib. 2010-cu ildə Rusiyanın Vladimir şəhərində keçirilən “Vladimir Open-2010” beynəlxalq şahmat turnirini 26-cı yerdə başa vurmuşdur. 2011- ci ildə Azərbaycan çempionatının qalibi olub 2011-ci ildə Açıq Fərdi Avropa Çempionatında 238-ci yer tutub.
Bifax
Bifax (lat. Bifax) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin batraxkimilər dəstəsinin batraxlar fəsiləsinə aid heyvan cinsi.
Cinah
Cinah — İranın Hörmüzgan ostanının Bəstək şəhristanının Cinah bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 5,636 nəfər və 1,322 ailədən ibarət idi.
Difai
Difai partiyası, Difai firqəsi (az.-əbcəd دیفاعی فرقهسی‎) və ya sadəcə Difai (az.-əbcəd دیفاعی‎) — 1905-ci ildə Bakıda və Gəncədə, Daşnaksütun partiyasının terrorizminə və çar istibdadına qarşı mübarizə aparmaq üçün yaradılan siyasi təşkilat. == Haqqında == 1905-ci ildə baş verən Birinci Rus İnqilabı nəticəsində, Rusiyanın ərazisində milliyətçi hərəkatlar fəallaşmışdı. İnqilab Qafqaza da təsir göstərmişdi. Dumada qurulmuş Müsəlman fraksiyasını əsasən azərbaycan türk mənşəli siyasi xadimlər təmsil edir, Rusiya müsəlmanlarının problemlərini gündəmə qaldırırdı. Rusiya, erməni daşnaklarını silahlandırır və onları Azərbaycan türk əhaliyə qarşı yönəldirdi. Daşnaklar İrəvan, Naxçıvan, Ordubad, Qarabağ, Gəncə, Bakı və Şirvanda yaşayan silahsız dinc Azərbaycan türklərinə hücum edir, vəhşiliklər törədir və onların mal-mülkünü qarət edirdilər. Azərbaycan ziyalıları daşnaklarla mübarizə aparmaq üçün cəmiyyətlər qururdular. Belə cəmiyyətlərdən birini 1905-ci ildə Bakı şəhərində Əhməd bəy Ağaoğlu yaratmışdı. "Fədai" adlanan bu təşkilat gizli fəaliyyət göstərirdi. Hüseyn Baykara "Fədai" cəmiyyətinin fəaliyyəti nəticəsində ermənilərin türklərə qarşı törətdikləri qırğının qarşısı müəyyən dərəcədə və müxtəlif vasitələrlə alındığını yazırdı.
Digah
Digah (Abşeron) — Azərbaycanın Abşeron rayonunda kənd. Digah (Quba) — Azərbaycanın Quba rayonunda kənd. Digah (Lerik) — Azərbaycanın Lerik rayonunda kənd. Digah (Lənkəran) — Azərbaycanın Lənkəran rayonunda kənd. Digah (Masallı) — Azərbaycanın Masallı rayonunda kənd. Yuxarı Digah — Azərbaycanın Quba rayonunda kənd.
Gilah
Gilah—Azərbaycan Respublikasının Qusar rayonunun inzibati ərazi vahidində kənd. == Toponimikası == Yaşayış məntəqəsi ləzgilərin məskunlaşdığı kəndlərdəndir. Oykonim gilək etnoniminin bir qədər təhrifə uğramış formasıdır. == Coğrafiyası və iqlimi == Kənd Qusar maili düzənliyində yerləşir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 98 nəfər əhali yaşayır.
Nigah
Nikah, kəbin, izdivac — evlənmənin qanuni şəklə salınması. Azərbaycan Respublikasında nikah kişi ilə qadının ailə qurmaq məqsədilə müvafiq icra hakimiyyəti orqanında qeydiyyata alınan könüllü ittifaqıdır. Ailə dövlətin himayəsindədir. Azərbaycanda ailə-nikah hüquqları ailə və nikah haqqında Azərbaycan Respublikasının Ailə Məcəlləsində öz əksini tapmışdır; bu məcəllə Azərbaycan Respublikasının Konstitusiyasında qoyulmuş qaydalara əsasən nikahı tənzimləyir. Azərbaycanın Əsas Qanununun 34-cü maddəsinə uyğun olaraq "nikah qarşılıqlı razılıq əsasında bağlanır", "nikah dövlətin himayəsi altındadır", "ər və arvadın hüquqları bərabərdir". Azərbaycan Respublikasında nikah və ailə münasibətlərinin hüquqi baxımdan tənzimlənməsi dövlət tərəfindən həyata keçirilir və yalnız müvafiq icra hakimiyyəti orqanında bağlanmış nikah tanınır. Azərbaycan Respublikasında nikah bağlamaq üçün aşağı yaş həddi kişilər və qadınlar üçün 18 yaş müəyyən olunur. === Azərbaycanda dini kəbinkəsmə (dini nikah) hüquqi əhəmiyyətə malik deyildir. === Ər-arvadın soyad seçmək hüququ - Ər-arvad öz arzuları ilə onlardan birinin soyadını özləri üçün ümumi soyad seçə , yaxud onlardan hər biri nikahdan əvvəlki soyadını saxlaya və ya öz ərinin (arvadının) soyadını öz soyadı ilə birləşdirə bilər == Mütə == Mütə — İslamın bəzi məzhəblərində evlənməsi qadağan olmayan qadın və kişi arasında bağlanmış müvəqqəti nikah. == Maraqlı faktlar == Böyük Britaniyada 1836-cı ildən 2012-ci ilədək axşam saat 6-dan səhər saat 8-dək nikah bağlamaq qadağan edilmişdir.
Nikah

Rafal
Rafal (isp. Rafal) — İspaniyada yerləşən bələdiyyə. Bələdiyyə Veqa-Baxa-del-Sequra ərazisinin 1,60 km² hissəsini əhatə edir. 2010-cu ildə hesablamalara görə əhali 4181 nəfərə çatmışdır.
Rical
Rical — Ərəb dilində "insanlar" mənasını versə də hədis üsulu elmində hədisləri rəvayət edən ravilər haqqında işlədilən ümumi ifadə, ravilərinin şəxsiyyətini tədqiq edən elmdir. == İstinadlar == == Həmçinin bax == Hədis == Xarici keçidlər == Hədis elmi. hadis.313news.net Arxivləşdirilib 2013-05-31 at the Wayback Machine (az.) Dini terminlər lüğəti.
Riyahi
Riyahi (fars. ریاحی‎ Riyaḥī) — İran soyadı.
Riyal
İran rialı — İranın pul vahidi. Qatar rialı — Qatarın pul vahidi. Oman rialı — Omanın pul vahidi. Səudiyyə Ərəbistanı rialı — Səudiyyə Ərəbistanının pul vahidi. Yəmən rialı — Yəmənin pul vahidi.
Silah
Silah — insanların və ölkələrin bir başqa insana və ya ölkələyə qarşı müdafiə və müqavimət üçün istifadə etdiyi alətdir. Silahlardan həm də özünü müxtəlif yırtıcılardan və təhlükəli obyektlərdən qorumaq üçün istifadə edilir. == Silahın tarixi == İlk dəfə odlu silah XIV əsrdə Çində ixtira olundu. Daha sonra bu odlu silahlar Yaxın Şərqə, Avropaya və Afrikaya yayıldı. Hətta silahda istifadə olunan barıtı da çinlilər ixtira edib. Bu isə IX əsrdə ixtira olunub. == Silah növləri == Silahlar iki yerə bölünürlər: soyuq və odlu. === Soyuq silahlar === Soyuq silahlara bıçaq, şüşə parçası, kəsici alətlər, sağlamlığa zərər verə biləcək bütün bərk əşyalar və s. aiddirlər. Soyuq silahlar da iki yerə bölünürlər: cinayət məsuliyyəti daşıyan və daşımayan.
Siyah
Qara – rənglərdən biri. Ən tünd rəng olub işığın səthdən əks olunmaması yəni bütün işığın absorbsiyası nəticəsində yaranır. Soyuq, qəmli rəng hesab olunur və ağ rəngin, aydınlığın, işıq rəmzinin əksidir. Bir çox xalqlarda matəmi tərənnüm edir. Bu rəng geyimlərə ciddilik, rəsmilik verir. == Ümumi məlumat == Ağ rəngin əksi, müxalifi olan qara rəngin cəmiyyətdə, məişətdə daşıdığı məna, qoşulduğu sözlər bütün rənglərdəkindən çoxdur. Arxada qara rəngin kainatın quruluş modelində Yerin alt qatını bildirdiyini demişdik. Bu elə indinin özündə də belə düşünülür və həmin təsəvvür dilimizdə işlənən ifadələrdə də özünü qorumaqdadır: "Qara yerə girəsən", "Başını qara yer oğurlasın", "Qara yer otağın olsun", "Qaranlıq dünyanın qara küncündə qaralasan", "Qara qəbir evin olsun", "Qara qəbrin dar qazılsın", "Qara yerdə çürüyəsən". Sayını istənilən qədər artıra biləcəyimiz bu nümunələrdə qara rəngin yeraltı dünyanı – qaranlığı bildirməsi şəksizdir. Bundan savayı, bilavasitə mənəviyyatla bağlı "qaraüz"; tale təyinli "qara-bəxt", "qaragünlü", "qaraduvaq", "qaranişan"; xasiyyət əlamətli "qaradinməz", "qaraqabaq", "qaraniyyət", "qarayaxa", "qaragüruh"; cəmiyyətin aşağı təbəqəsinə aid edilən "qara camaat", "qara kütlə" və s.
Riyad
Riyad (ərəb. رياض‎) — ərəb mənşəli ad.
Batareya (silah)
Batareya — bir neçə topdan, haubitsadan, raket, zenit və artilleriya qoşun növünə aid başqa qurğulardan ibarət ordu bölüyü. Batareyalar artelleriya divizionu təşkil edir.