Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Anemas (sərkərdə)
Numan ibn Əbdüləziz ibn Şüeyb ibn Ömər Kurtubi, həmçinin Bizans mənbələrində Anemas (yun. Ἀνεμᾶς) — Bizans sərkərdəsi. O, Kritin sonuncu əmiri Əbdüləziz ibn Şüeybin oğlu olmuşdur. Numan Xandaksın mühasirəsindən və Kritin Bizans tərəfindən ələ keçirilməsindən sonra əsir götürülmüş, Konstantinopola aparılmış və burada Nikofor Fokanın triumfunda nümayiş etdirilmişdir. Konstantinopolda məskunlaşdıqdan sonra Anemas xristianlığı qəbul etmiş və imperatorun cangüdəni olaraq Bizans ordusuna qatılmışdır. XI–XII əsrlərdə Bizans aristokratiyasında ortaya çıxmış Anemas ailəsinin onun nəslindən gəlməsi mümkündür. == Mənbə == === İstinadlar === === Ədəbiyyat === Kaldellis, Anthony. Streams of Gold, Rivers of Blood: The Rise and Fall of Byzantium, 955 A.D. to the First Crusade. Oxford University Press. 2017.
Calut (sərkərdə)
Calut (e. ə. XI əsr – təq. e.ə. 1023) — Qurani Kərimə görə Həzrət Davud peyğəmbər (s) tərəfindən sapandla öldürülmüş fələstinli nəhəng sərkərdə. Əhdi-Ətiqdə adı Qoliaf kimi keçir.
Pavsani (sərkərdə)
Spartalı Pavsani Kleombrot oğlu (yun. Παυσανίας; bilinmir, Sparta, Peloponnes – e.ə. 467, Sparta, Peloponnes) – Yunan-İran müharibələri dövründə Sparta sərkərdəsi. Fermopil döyüşündə kral Leonidin ölümündən sonra oğlu Plistarxusun regenti olmuşdur. Onun başçılığı ilə yunanlar Plateya döyüşündə farsları darmadağın etmişdir. Həmin qələbə, alman tarixçisi Ernst Kurtiusun sözləri ilə desək, Elladanın qurtuluş günü idi.
Böyük Sərkərdə (1949)
Böyük sərkərdə qısametrajlı sənədli filmi rejissor Mikayıl Mikayılov tərəfindən 1949-cu ildə çəkilmişdir. Bakı Kinostudiyasında istehsal edilmişdir. Film Stalinin anadan olmasının 70 illik bayramına həsr edilmişdir. == Məzmun == Film Stalinin anadan olmasının 70 illik bayramına həsr edilmişdir. Kinooçerkdə pambıq ustası Qüdrət Səmədovun və dəmiryolçu Firudin Ağayevin Stalinə teleqram vurmaları, Ağdam rayonunda yeni məktəb binasının açılması, Ağdaş rayonundakı Oktyabrın 30 illiyi adına kolxozda yeni mədəniyyət klubunun istifadəyə verilməsi, Bakıdakı Nizami meydanında artistlərin çıxışları, opera və balet teatrında keçirilmiş təntənəli yığıncaq və s. öz əksini tapmışdır. == İstinadlar == == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm".
Vladimir Adlerberq (sərkərdə)
Vladimir Fedoroviç Adlerberq (18 (29) noyabr 1791, Vıborq – 8 (20) mart 1884, Sankt-Peterburq) — Rusiya dövlət xadimi, piyada generalı, general-adyutant, qraf. O, 1842–1857-ci illərdə poçt şöbəsinə rəhbərlik etmiş, onun rəhbərliyi altında Rusiyada poçt markaları tətbiq olunmuşdur. Adlerberq 1852–1870-ci illərdə imperator məhkəməsi naziri olmuşdur. == Mükafatlar == 4-cü dərəcəli "Müqəddəs Anna" ordeni (1812); 1-ci dərəcəli "Müqəddəs Stanislav" ordeni (1829); 1-ci dərəcəli "Müqəddəs Anna" ordeni (1829); "Ağ qartal" ordeni (1833); 4-cü dərəcəli "Müqəddəs Georgi" ordeni. 25 illik xidmətə görə (1835); "Müqəddəs Aleksandr Nevski" ordeni (1837); "Müqəddəs Aleksandr Nevski" ordeni üçün almaz nişanları (1841); 1-ci dərəcəli "Müqəddəs Vladimir" ordeni (1846); "Müqəddəs apostol Andrey Pervozvannı" ordeni (1849); "Müqəddəs apostol Andrey Pervozvannı" ordeni üçün almaz nişanlar (1856); "L il qüsursuz xidmətə görə" fərqlənmə nişanı (1860). == İstinadlar == == Əlavə ədəbiyyat == Адлерберг, Владимир Феодорович, граф // Энциклопедический словарь Брокгауза и Ефрона: В 86 томах (82 т. и 4 доп.). СПб.. 1890–1907. Гр.
Böyük sərkərdə (film, 1949)
Böyük sərkərdə qısametrajlı sənədli filmi rejissor Mikayıl Mikayılov tərəfindən 1949-cu ildə çəkilmişdir. Bakı Kinostudiyasında istehsal edilmişdir. Film Stalinin anadan olmasının 70 illik bayramına həsr edilmişdir. == Məzmun == Film Stalinin anadan olmasının 70 illik bayramına həsr edilmişdir. Kinooçerkdə pambıq ustası Qüdrət Səmədovun və dəmiryolçu Firudin Ağayevin Stalinə teleqram vurmaları, Ağdam rayonunda yeni məktəb binasının açılması, Ağdaş rayonundakı Oktyabrın 30 illiyi adına kolxozda yeni mədəniyyət klubunun istifadəyə verilməsi, Bakıdakı Nizami meydanında artistlərin çıxışları, opera və balet teatrında keçirilmiş təntənəli yığıncaq və s. öz əksini tapmışdır. == İstinadlar == == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm".
Pərvərdə
Pərvərdə - karameləoxşar Azərbaycan şirniyyatı Mənbələrə əsasən pərvərdənin ilk reseptlərinin qədim İranda, xüsusilə ölkənin şimal hissəsində yaranmış, fars kulinariya mədəniyyətinin Azərbaycan kulinariya mədəniyyətinə təsiri nəticəsində bu şirniyyat Azərbaycan mətbəxində də geniş yayılmışdır. Tərkibinə düyü unu, şəkər tozu, limon turşusu, vanil daxildir. == Mənbə == Əhmədov Ə. 1002 şirniyyat. Bakı, «Gənclik», 2010.
Sərkərli
Sərkərli (əvvəlki adı: Borispol) — Azərbaycan Respublikasının Xaçmaz rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının 29 aprel 1992-ci il tarixli, 112 saylı Qərarı ilə Xaçmaz rayonunun Borispol kəndi Sərkarlı kəndi adlandırılmışdır.
Sərkərlər
Sərkərlər — Azərbaycanın tanınmış soylarından biri. Xançobanı elinin bir hissəsi olmuşdurlar. Şirvan xanlığını idarə edirdilər. == Tarixi == Soyun bilinən ilk nümayəndəsi Əsgər bəydir. Onun nəticəsi Allahverdi bəy Pyotr Butkovun yazdıqlarına görə hələ 1734-cü ildə Şamaxı ətrafı kəndlərin sahibi idi. Qafqaz Arxeoqrafiya Komissiyasının Aktlarına əsasən Allahverdi bəy 1767-ci ildə vəfat etmişdir.
Sərkənd
Sərkənd (qaz. Сарқан) — Qazaxıstanda şəhər, Almatı vilayətinin Sərkənd rayonunun mərkəzi. Sərkənd şəhər rəhbərliyinin inzibati mərkəzi. KATO kodu — 196020100 . Mulalı dəmir yolu stansiyasından 135 km şərqdə (Türksib xəttində) və Taldıkorqandan 155 km şimal-şərqdə, Cungarskiy Alatau'nun qollarında yerləşir. Şəhər mərkəzi Taldıkorqandan təxminən 155 km şimal-şərqdə yerləşir. == Tarixi == Sərkənd haqqında ilk bəhs 1857-ci ilə aiddir. Rusiyadan gələn ilk məskunlaşma yerləri 1858-ci ildə Kopalsky və Lepsinsky bölgələrindən 22 kazak ailəsinin köçürülməsi ilə Sərkənd çayının sahillərində meydana gəldi. İlk məktəb 1872-ci ildə açıldı. 1928-ci ildə Sərkənd bölgəsi quruldu.
Ramiz Sərkərov
Ramiz Beqay oğlu Sərkərov (3 iyul 1959, Qax – 7 aprel 2007) — aktyor, prodüser. == Həyatı == Ramiz Sərkərov 3 iyul 1959-cu ildə Qax rayonunda dünyaya gəlib. 1987-ci ildə M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirib. 1980-ci ildən ömrünün sonuna qədər Gənc Tamaşaçılar Teatrında işləyib. Əvvəlcə texniki vəzifələrdə çalışıb, sonralar aktyor kimi fəaliyyət göstərib. R.Sərkərov həm də bir sıra filmlərdə canlandırdığı maraqlı rolları ilə tamaşaçıların yaddaşında qalıb. 7 aprel 2007-ci ildə vəfat edib. == Xatirəsi == 2017-ci ilin aprelində aktyorun vəfatının 10-cu ildönümü münasibətilə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında xatirə gecəsi keçirilib. == Əsas rolları == Açıl, bənövşəm açıl (İ.Coşğun) — İsa Ərizə (Ə.Əmirli) — Kamil Cəza (Ə.Əmirli) — aktyor Mağara (A.Həsənzadə) — Eldəniz Sarıköynək günəşi necə gətirdi? (N.Qocaoğlu) — Sarıköynək Mahmud və Məryəm (Elçin) — Süleyman paşa Ölüm hökmü (Elçin) — A.M.Şərifzadə Ağ div və qara div (Ə.Səmədli) — qara div Yaddaş ağrısı (H.Mirələmov) — Vahan Molla Nəsrəddin və Əmir Teymurun filləri (Əjdər Ol) — şair Əmiri Ezop (G.Fiqeyredo) — Ksanf Mustafa (O.Asena) — Hüseyn dayı Hacı Qara (M.F.Axundzadə) — Sərkis Danışan gəlincik (A.Şaiq) — padşah == Filmoqrafiya == Apardı sellər Saranı (film, 1996) At ilinin birinci ayı (film, 1993) Bir anın həqiqəti (film, 2003) Cavid ömrü (film, 2007) Ərazi (film, 2005) Gəlinlər (film, 2002) Halal pullar (film, 2008) Hərənin öz payı+tayı (film, 2006) Kəndim+nizə qayıdın!?
Kərkərə (Sayınqala)
Kərkərə (fars. ‎كركره‎) — İranın Qərbi Azərbaycan ostanının Sayınqala şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 177 nəfər yaşayır (30 ailə).
Sərdərə (Kəleybər)
Sərdərə (fars. سردرق‎) - İranın Şərqi Azərbaycan ostanının Kəleybər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə yaşayışı yoxdur.
Sərdərə (Üşnəviyyə)
Sərdərə (fars. سردره‎) — İranın Qərbi Azərbaycan ostanının Üşnəviyyə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 302 nəfər yaşayır (40 ailə).
Bakı orta əsrlərdə
Bakı şəhəri — Azərbaycan Respublikasının paytaxtıdır. Müxtəlif dövrlərdə Bakı şəhəri Şirvanşahlar dövləti, Bakı xanlığı, Bakı quberniyası, Azərbaycan Demokratik Respublikası və Azərbaycan Sovet Sosialist Respublikasının mərkəzi olmuşdur. Hal-hazırkı dövrdə isə Bakı şəhəri Azərbaycan Respublikasının paytaxtıdır. == Adın etimologiyası == Bakı adının mənşəyi haqqında müxtəlif fikirlər vardır. Fars dilində bu adın ilkin forması kimi Baqavan sözündən istifadə edilmişdir. Bu söz Tanrının şəhəri kimi tərcümə olunur. Fars mənbələrində Bakı adının digər bir etimologiyası kimi Bādkube (بادکوبه) kimi yazılan Küləklər şəhəridir. Bakı şəhərinin eramızın V əsrində yarandığından Badükübə sözünü bu dövrdən etibarən istifadə olunduğu ehtimal olunur. === Müxtəlif dövrlərdə şəhərin adlanırılması === == Tarixi == Abşeron yarımadası ərazisində yazılmış arxeoloji materiallar buranın qədim yaşayış məskəni olduğunu sübut edir. Pirallahı, Zığ gölü ətrafı, Şüvəlan, Mərdəkan, Binəqədi, Əmircan və s.
Lvov orta əsrlərdə
Lvov orta əsrlərdə və ya Orta əsr Lvov şəhəri — tarixi Qərbi Rus bölgəsinin önəmli iqtisadi, mədəni və siyasi mərkəzlərindən biri idi. Onun tarixi XIII əsrdə şəhər istehkamlarının əsasının qoyulması və XVI əsrin ikinci yarısına kimi, davam edən geniş dövrləri əhatə edir (məhz həmin dövrlərdə Reç Pospolita dövlətinin yaranması və Yagellonlar sülaləsinin hakimiyyət dövrünün tamamlanması baş vermişdir). Yazılı salnamələrdə Lvov şəhərinin ilk xatırlamaları XIII əsrin ortalarına (daha doğrusu 1256-cı ilə) aid edilir. XIII əsrin ikinci yarısından etibarən, Lvov Qalitsiya-Volın knyazlığının ən böyük şəhərinə, 1341-ci ildən sonrakı dövrlərdə isə, Polşanın tərkibində olan "rus krallığının" mərkəzinə çevrilir. 1370-ci ildə Lvov Macarıstan krallığı tərəfindən işğal edilir, 1387-ci ildə isə yenidən Polşa krallığının tərkibinə daxil olur. 1433-cü ildən sonra şəhər Polşa krallığınının ərazisində formalaşdırılmış Rus voyevodalığı adlı inzibati vahidin mərkəzinə çevrilir. Orta əsr Lvov şəhərinin əhalisi çoxmillətli olması və müxtəlif konfessiyalara bölünməsi ilə fərqlənirdi ki, bu da tez-tez müxtəlif icmaların arasında açıq münaqişələrin və qarşı tərəfli nifrətlərin yaranmasına səbəb olurdu. == Tarix == Arxeoloji qazıntıların məlumatlarına əsasən, müasir Lvov və onun ən yaxın ətraflarının yerləşdiyi ərazilər qədim tayfalar tərəfindən hələ Mezolit dövründə məskun edilmişdir. Lvov şəhərinin şimal-qərbində yerləşən şəhər tipli Brüxoviçi (pol. Brzuchowice) adlı qəsəbədə aşkar edilmiş bir neçə qədim yaşayış məntəqəsinin və mağaraların qalıqları, həmçinin Vorontsev-Starunya mədəniyyətinə aid olan çoxsaylı daş məmulatları (e.ə.
Paris orta əsrlərdə
Orta əsr Parisi — Qərbi Avropanın ən böyük şəhərlərindən biri idi. Onun tarixi Merovinqlər (V–VIII əsrlər), Karolinqlər (VIII–X əsrlər), Kapetinqlər (X–XIV əsrlər) və Valua kimi dörd kral sülaləsinin hakimiyyət dövrlərini əhatə edir. Hələ qədim zamanlardan bəri şəhər üç şərti hissəyə bölünmüşdü (Site adası, şimal sağ sahili və cənub sol sahili). Bu ərazilərin hər biri öz fərdi inkişaf xüsusiyyətlərinə malik idi. Orta əsr Parisinə şimal tərəfdən Monmartr təpəsi, cənubdan isə daha yastı Sent-Jenevyev (məhz bu ərazidə sonralar məşhur Latın məhəlləsi formalaşmışdır) və Monparnas təpələri birləşirdi. Orta əsr şəhərinin təxmini sərhədləri günümüzdə Parisin ilk 6 dairəsinin (I–VI) və eləcə də VII dairənin bir hissəsinin tutduğu geniş əraziyə uyğun gəlir. Qalliya-Roma Lütesiyasının əsasında salınmış qədim Paris şəhəri Merovinqlər dövründə aktiv şəkildə inkişaf etsə də, Karolinqlərin hakimiyyət illərində öz paytaxt statusunu, eləcə də keçmiş siyasi çəkisini və ticarət canlılığını itirmişdir. Buna baxmayaraq, o, Kapetinqlər dövründə tez bir şəkildə ötürülmüş vaxtın yerini doldurmağı bacarmışdır: həmin zamanlar Avropanın ən nüfuzlu ilahiyyat mərkəzlərindən birisi olmuş Parisdə Qərbi Avropanın ən məşhur və etibarlı universitet binasının əsası qoyulmuşdur. Orta əsr Parisinin abadlıq işləri əsasən XIII əsrdə tamamlanmışdır, genişlənməsi isə XIV əsrin birinci yarısına kimi davam etmişdir. XV əsrin birinci yarısı paytaxt-şəhər üçün əsasən tənəzzül dövrü olmuşdur (Yüzillik müharibənin illəri ərzində şəhər öz əhalisinin təxminən yarısını itirmiş və əhəmiyyətli dərəcədə dağıdılmışdır), ancaq Orta əsrlərin sonuna kimi Paris tamamilə bərpa edilmiş və yenidən genişlənməyə başlamışdı.
Azərbaycan orta əsrlərdə
Azərbaycanda orta əsrlər dövrü — eramızın III–XVIII əsrləri Azərbaycan tarixində orta əsr və ya feodalizm dövrü kimi məlumdur. Tədqiqatçılar bir qayda olaraq bu dövrü 3 əsas mərhələyə bölürlər: III–X yüzilliklər erkən orta əsrlər və ya erkən feodalizm XI–XV əsrlər klassik feodalizm XVI–XVIII əsrlər son feodalizm Bu dövrdə təsərrüfatın əsas formaları əkinçilik, heyvandarlıq və sənətkarlıq olmuşdur. Həmin müddət orta əsr şəhərlərinin yüksəlişi və çiçəklənməsi dövrüdür. Onlar həm siyasi və inzibati mərkəzlər olmaqla yanaşı, həm də iqtisadiyyat və ticarətdə, mədəni, elmi və dini həyatda mühüm rol oynayırdılar. Azərbaycanın orta əsrlər tarixi 3–18 yüzillikləri əhatə edir. Bu yüzilliklər ərzində Azərbaycan xalqının dövlətçilik təcrübəsində, ictimai-iqtisadi, dini, mədəni həyatında əsaslı dəyişikliklər baş verdi. Orta əsrlər dövrünün əvvəlində Azərbaycan Sasani və Ərəb işğallarına məruz qaldı. Lakin İslam dininin qəbul olunması ilə Azərbaycan qədim dövlətçilik ənənələri yenidən dirçəldi. Azərbaycan torpaqlarında Şirvanşahlar , Sacilər ,Salarilər, Rəvvadilər, Şəddadilər dövlətləri yarandı. Səlcuqlar dövründə Qafqazda türklər əsas etnik amilə çevrildi.
Ağası xan Sərkər
Ağası xan Xançobanlı-Sərkər (1731, Şamaxı – 1788, Bakı) — Şirvanın ilk xanı. Dövləti qardaşı Məhəmmədsəid xan ilə birlikdə idarə etmişdir. == Gəncliyi == 1731-ci ildə Şamaxıda, Allahverdi bəy Sərkər və Ümmügülsüm xanımın ikinci övladı olaraq dünyaya gəlmişdir. Abbasqulu ağa Bakıxanov Ağası xanın atasını səhvən "Əsgər bəy" yazsa da, Nailə Bayramlının fikrincə bu ad Allahverdi bəy olmalıdır. Mənbələrdə 1748-ci ildən Ağası xan və Məhəmmədsəid xan birlikdə Şirvan xanı kimi hesab olunurlar. 1761-ci ildə Ağası xan qardaşı ilə Hacı Məhəmmədəli xanı devirərək Ağsunu ondan almışdıdı. == Hakimiyyəti == Fətəli xanın Məhəmmədsəid xan və Ağası xandan 10000 rubl xərac tələb etməsi, yayılmış taun xəstəliyinə görə bu pulu yığa bilməyən xanın rədd cavabı verməsi Şirvanın Quba tərəfindən işğalı üçün şərait yaratdı. Şirvan xanlığı əvvəl xərac verməyə razı olsa da, sonra Şəki xanı Hüseyn xana arxalanan Məhəmmədsəid xərac verməkdən imtina etdi. Lakin Şəki ilə də vəziyyət pisləşməsi Qubalı Fətəli xanın Hüseyn xanın Şamaxı xanlığına qarşı birləşməsinə səbəb olur. Xanlar 1764-cü ildə bir daha xərac verəcəyinə söz versə də, yenə sözündən dönür.
"Sərhəddə fərqlənməyə görə" medalı
Sərhəddə fərqlənməyə görə medalı — Azərbaycan Respublikasının medalı. "Sərhəddə fərqlənməyə görə" medalı milli ornamentli ensiz lövhə ilə birgə bürüncdən tökülmüş 35 mm diametrli girdə lövhədən ibarətdir. Medalın mərkəzində qala divarı fonunda qılınc təsvir olunmuşdur. Qala divarı ilə qılıncdan yuxarıda, çevrə boyunca "Sərhəddə fərqlənməyə görə" sözləri yazılmışdır. Yazı və təsvirlər qabarıqdır. Arxa tərəfi hamar səthlidir, ortasında medalın nömrəsi həkk olunmuşdur. Medal paltara bərkidilmək üçün elementi olan, 27 mm x 43 m ölçüdə mixəyi çalarlı düzbucaqlı xara lentə halqa və ilgək vasitəsilə birləşdirilir. Medala paltara bərkidilmək üçün elementi olan, üzərində aypara və ulduz təsvir edilən eyni xara lentdən hazırlanmış 27 mm x 9 mm ölçülü qəlib əlavə olunur.
Sərhəddə fərqlənməyə görə medalı
Sərhəddə fərqlənməyə görə medalı — Azərbaycan Respublikasının medalı. "Sərhəddə fərqlənməyə görə" medalı milli ornamentli ensiz lövhə ilə birgə bürüncdən tökülmüş 35 mm diametrli girdə lövhədən ibarətdir. Medalın mərkəzində qala divarı fonunda qılınc təsvir olunmuşdur. Qala divarı ilə qılıncdan yuxarıda, çevrə boyunca "Sərhəddə fərqlənməyə görə" sözləri yazılmışdır. Yazı və təsvirlər qabarıqdır. Arxa tərəfi hamar səthlidir, ortasında medalın nömrəsi həkk olunmuşdur. Medal paltara bərkidilmək üçün elementi olan, 27 mm x 43 m ölçüdə mixəyi çalarlı düzbucaqlı xara lentə halqa və ilgək vasitəsilə birləşdirilir. Medala paltara bərkidilmək üçün elementi olan, üzərində aypara və ulduz təsvir edilən eyni xara lentdən hazırlanmış 27 mm x 9 mm ölçülü qəlib əlavə olunur.
XVII-XVIII əsrlərdə dilçilik
Azərbaycan VII-IX əsrlərdə
Azərbaycan VII-IX əsrlərdə — Azərbaycanlı tarixçi Ziya Bünyadov tərəfindən yazılmış kitab. İlk dəfə rus, daha sonra isə Azərbaycan dilində nəşrə hazırlanmışdır. == Haqqında == "Azərbaycan VII-IX əsrlərdə" kitabı ilk dəfə 1965-ci ildə Azərbaycan Elmlər Akademiyası nəşriyyatı tərəfmdən rus dilində nəşr olunmuşdur. Kitab sonradan Azərbaycan dilinə də tərcümə edilmişdir. Akademik Ziya Bünyadov Azərbaycan dilindəki nəşrə yazdığı girişdə rusdilli və azərbaycandilli nəşrlərin mətnləri arasında demək olar ki, heç bir fərqin olmadığını, sadəcə Xürrəmilər hərəkatı ilə bağlı yeni materiallar üzə çıxdığı üçün o mövzuya əlavələr edildiyini bildirmişdir. Kitabda Azərbaycanın ərəblər tərəfindən istila edilməsi dövrü ilk dəfə tədqiq olunur. Onun siyasi və sosial-iqtisadi vəziyyəti, yerli hakimiyyətin Ərəb xilafətinə münasibəti, ərəblərə qarşı mübarizə araşdırılır. İnzibati bölgü, vergi sistemi, kənd təsərrüfatının inkişafı və s. haqqında məlumat verilir. Ərəblərə qarşı döyüşmüş Babək və onun silahdaşları haqqında ərəb mənbələrindən götürülmüş materiallara kitabda yer verilmişdir.
Bu Şəhərdə
"Bu Şəhərdə" — Azərbaycan kinematoqrafiyasına aid istehsalçı qurum. == Tarixi == 2000-ci ilin, noyabr ayında – "Bu şəhərdə" RTR kanalında yayımlanan "Qorodok" verilişinin prototipi kimi yaranmışdır. O zaman Müşviq Abbasov "Parni iz Baku" KVN komandasının ssenaristlərindən biri idi. Ana ideya İlya Oleynikov və Yuri Stoyanova məxsus olub. Azərbaycan versiyası Rafael İsgəndərova Məxsusdur. amma Rafael və Coşqun ikisi bu verilişi o vaxtkı formatında efirə hazırlayırdılar. Ssenari müəllifi Rafael İsgəndərov, rejissor Gülnarə Lətifqızı, prodüser Mehriban Ələkbərzadə idi. Müşfiq Abbasov: 2000-ci ilin sonunda onlar tərəfindən mənə təklif gəldi, lakin mən fiziki olaraq bunu çatdıra bilməzdim. 2001-ci ildə "Parni iz Baku" komandası kapitanımız, rəhmətlik Anar Məmmədxanovun qərarı ilə, fəaliyyətini dayandırdıqdan sonra, mən 2002-ci ildə CoRaf-ın təklifini qəbul etdim, daha sonra "Bu şəhərdə"ni prodakşn kimi qeydiyyatdan keçirtdik, sonra mən "Bu şəhərdə"nin formatını dəyişdim, etdim konsert formatı və sırf müəllif ssenarisi (o vaxta qədər hər veriliş yalnız 6 lətifədən ibarət idi). Rekord konsert 2008, 2012, 2014-cü illərdə olmuşdur.
Orta əsrlərdə İslam ölkələrində riyaziyyat
İslamın qızıl dövründə, xüsusilə IX-X əsrlərdə riyaziyyat, Yunan riyaziyyatı (Evklid, Arximed, Perqalı Apolloni) və hind riyaziyyatı (Ariabhata, Brahmaqupta) üzərində qurulmuşdur. Mövqeli say sisteminə onluq kəsrlərin daxil edilməsi ilə cəbrin ilk sistemləşdirilmiş tədqiqi, həndəsə və triqonometriyada əhəmiyyətli irəliləyiş əldə edildi. X-XII əsrlərdə riyaziyyatın Avropaya yayəlmasında ərəb əsərləri mühüm rol oynamışdır. == Anlayışlar == === Cəbr === Adı ərəbcədən tamamlama və ya "qırıq hissələrin birləşməsi" sözündən götürülən cəbr elmi İslamın qızıl dövründə inkişaf etmişdir. Bağdaddakı Hikmət Evində fars alimi Əl-Xarəzmi cəbrin banisi olub, cəbrin atası kimi tanınan yunan riyaziyyatçısı İskəndəriyyəli Diofantla bir anılıb. Əl-Xarəzmi özünün “Tamamlama və balanslaşdırma yolu ilə hesablama haqqında geniş kitab” əsərində birinci və ikinci dərəcəli (xətti və kvadrat) çoxhədli tənliklərin müsbət köklərinin həlli yollarından bəhs edir. O, reduksiya metodunu təqdim edir və Diofantdan fərqli olaraq, məşğul olduğu tənliklərin ümumi həllərini də verir. Əl-Xarəzminin cəbri ritorik idi, yəni tənliklər tam cümlələrlə yazılmışdır. Bu, Diofantın cəbri işindən fərqli idi, hansı ki, bəzi simvollardan istifadə olunub. Yalnız simvolların istifadə edildiyi simvolik cəbrə keçidi İbn Bənna və Əbu əl-Həsən ibn Əli əl-Qələsadinin əsərlərində görmək olar.
Foli-Berjerdə bar
Foli-Berjerdə bar (fr. Un bar aux Folies Bergère) — Eduard Mane tərəfindən 1882-cu ildə çəkilmiş rəsm əsəri. Əsər həmin ildə Paris Salonunda nümayiş olunmuşdur. Əsərdə Paris şəhərində yerləşən Foli-Berjer gecə klubundan bir səhnə canlandırılmışdır. Folies-Bergèredə bar Eduard Mane son ən önəmli əsərlərindən biridir, Mane bu tablonu ölümündən bir il əvvəl çəkmiş və tablo üzərində işlər davam etdiyi müddətdə belə Eduard Manenin səhhəti ağırlaşmağa başlamışdır.
"Bu Şəhərdə" Prodakşn
"Bu Şəhərdə" — Azərbaycan kinematoqrafiyasına aid istehsalçı qurum. == Tarixi == 2000-ci ilin, noyabr ayında – "Bu şəhərdə" RTR kanalında yayımlanan "Qorodok" verilişinin prototipi kimi yaranmışdır. O zaman Müşviq Abbasov "Parni iz Baku" KVN komandasının ssenaristlərindən biri idi. Ana ideya İlya Oleynikov və Yuri Stoyanova məxsus olub. Azərbaycan versiyası Rafael İsgəndərova Məxsusdur. amma Rafael və Coşqun ikisi bu verilişi o vaxtkı formatında efirə hazırlayırdılar. Ssenari müəllifi Rafael İsgəndərov, rejissor Gülnarə Lətifqızı, prodüser Mehriban Ələkbərzadə idi. Müşfiq Abbasov: 2000-ci ilin sonunda onlar tərəfindən mənə təklif gəldi, lakin mən fiziki olaraq bunu çatdıra bilməzdim. 2001-ci ildə "Parni iz Baku" komandası kapitanımız, rəhmətlik Anar Məmmədxanovun qərarı ilə, fəaliyyətini dayandırdıqdan sonra, mən 2002-ci ildə CoRaf-ın təklifini qəbul etdim, daha sonra "Bu şəhərdə"ni prodakşn kimi qeydiyyatdan keçirtdik, sonra mən "Bu şəhərdə"nin formatını dəyişdim, etdim konsert formatı və sırf müəllif ssenarisi (o vaxta qədər hər veriliş yalnız 6 lətifədən ibarət idi). Rekord konsert 2008, 2012, 2014-cü illərdə olmuşdur.
X-XI əsrlərdə Bağdada ideoloji mübarizə
X-XI əsrlərdə Bağdadda siyasi mübarizə - Xilafətin paytaxtı Bağdadda, ideoloji və məzhəb qarşıdurmalarında təzahür edən, sosial-iqtisadi səbəbləri olan üsyanlar. 991-ci ildə xəlifə Əl-Qadirin taxta çıxmasından 1092-ci ildə Sultan Məlikşahın vəfatına qədər İslam tarixi, həm dini, eyni zamanda siyasi mənada "keçid tarixi" kimi səciyyələnə bilər. Xilafətin paytaxtında, davamını gur kütləvi toqquşmalarda və alimlərin mübahisələrində tapan çoxsaylı təlatümlər, adi həyat hadisələrindən daha artıq idi. İnkişafını izləməyə və anlamağa çalışanlar üçün, onlar nəinki sünnüliklə şiəliyin münasibətlərini, eləcə də hakimiyətin mənası aydınlaşdırar. == Bağdad Buveyhilərin dövründə == Buveyhilərin 945-ci ildə Bağdada varmasından sünnülərlə şiələr arasında toqquşmalar çoxaldı, buveyhi əmirlərinin xəlifələr üzərindəki himayəsi isə bütövlükdə məhdud idi. Əl-Qadirin hakimiyətindən(991-1031) yeni an müəyyən olundu: sünnəni müdafiə etmək və xəlifənin hakimiyətini bərpa etmək. Bunun üçün əlbəttə ki Əl-Qadir, xəlifələrə həmişə kifayət etməyən maddi vəsaitlərdən deyil, çevik diplomatiyadan və missioner fəaliyətindən (da'va) istifadə etməli idi. 994-cü ildə ilk mədrəsə sayılan və şiəliyin müdafiəsi üçün nəzərdə tutulan Sabur bin Ərdəşirin (Dar əl-elm)inə qarşı, xəlifə əl-Hərbiyyə məhəlləsində xütbələrin də nəzərdə tutulduğu cümə məsçidi açdırdı. O biri yandan, ciddi xalq təlatümləri, bağdadlı şiələrin xüsusi canfəşanlıqla qeyd etdikləri Aşura və Qədiri-Xum mərasimləri ilə əlaqədar, 998-ci ildə alovlandı. Sünnülər buna qarşı iki tədbirə əl atdılar: Mus'eib bin Zubeyrin qəbrinin ziyarətinə, və Mağara günü bayramına (Yaum əl-qar).
Foli-Berjerdə bar (tablo)
Foli-Berjerdə bar (fr. Un bar aux Folies Bergère) — Eduard Mane tərəfindən 1882-cu ildə çəkilmiş rəsm əsəri. Əsər həmin ildə Paris Salonunda nümayiş olunmuşdur. Əsərdə Paris şəhərində yerləşən Foli-Berjer gecə klubundan bir səhnə canlandırılmışdır. Folies-Bergèredə bar Eduard Mane son ən önəmli əsərlərindən biridir, Mane bu tablonu ölümündən bir il əvvəl çəkmiş və tablo üzərində işlər davam etdiyi müddətdə belə Eduard Manenin səhhəti ağırlaşmağa başlamışdır.