Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Kazımlı
Kazımlı (Tovuz)
Qasımlı
== Kəndlər == === Azərbaycanda === Qasımlı (Gədəbəy) — Azərbaycan Respublikasının Gədəbəy rayonunun inzibati ərazi vahidində kənd. Qasımlı (Masallı) — Azərbaycan Respublikasının Masallı rayonunun inzibati ərazi vahidində kənd. Qasımlı (Ağdam) — Azərbaycan Respublikasının Ağdam rayonunun inzibati ərazi vahidində kənd. === Gürcüstanda === Qasımlı (Sarvan) — Gürcüstan Respublikasının Aşağı Kartli mxaresinin Sarvan bələdiyyəsinin inzibati-ərazi vahidində kənd.
Talışlı
Talışlı — Azərbaycan Respublikasının Lənkəran rayonundan 10 km şimal-qərbdə Haftoni qəsəbə inzibati ərazi vahidində yerləşən kənd. == Tarixi == Haftoni və həmçinin XX əsrin ortalarından yaşayış məntəqələrinə çevrilmiş digər qonşu ərazilər (Ləj, Haftoni, İstisu (Qamo)) Karpoviç adlı, millətcə polyak və yaxud yəhudi olan şəxsə məxsus imiş. Rusiya imperiyasında baş verən 1905-1907-ci il inqilabından sonra ölkədə olan gərginliyi nəzərə alaraq, Karpoviç 1910-cu ildə ona məxsus əraziləri Hacı İsaya satır. Səksəninci illərin axırına qədər rəsmi adının olmamasına (ərazi Haftoni qəsəbəsinə aid olub) baxmayaraq, yerli camaat arasında kəndin iki adı işlənmişdir; "Karpoviç" və "Hacıkənd". == Coğrafiyası və iqlimi == Talışlı Talış dağlarının ətəyində yerləşir.
Tamamlı
Tamamlı — Qərbi Azərbaycanın (indiki Ermənistan Respublikası) Qəmərli (Artaşat) rayonu ərazisində kənd. == Tarixi == İrəvan quberniyasının İrəvan qəzasında, indi Qəmərli (Artaşat) rayonunda kənd.
Tayıflı
Tayıflı — Azərbaycan Respublikasının Oğuz rayonunun inzibati ərazi vahidində kənd. == Toponimikası == Kəndin əsl adı Tayıblıdır. "B" səsinin "f" ilə əvəzlənməsi Azərbaycan dilinin qərb qrupu üçün və eləcə də bir sıra türk dilləri üçün səciyyəvidir. Yaşayış məntəqəsinin adı keçmişdə maldarlıqla məşğul olmuş tayıblı nəslinin adı ilə bağlıdır. Kəndin ərazisi vaxtilə həmin nəslin əkin yeri olmuşdur."Tayıflı" sözü üç hissədən ibarətdir: tay-ıf-lı. "Tay"ın "Azərbaycan dilinin izahlı lüğəti"ndə iki məna daşıdığı bildirilir: 1) bərabər, münasib, 2) qoşa şeylərdən biri – dağın, dərənin, çayın tərəflərindən biri. Kəndin mərkəzindən keçən yol vaxtilə çay olmuş, bu çayın hər iki tayında, tərəfində evlər tikilmiş, kənd salınmışdır. "Tay" həm də ucalığı bildirir. "Altay" sözündə (al-tay, yəni "uca dağ") olduğu kimi. Kənd də çayın yatağına nisbətən sahilindəki ucalıqlarda salınmışdır.
Yanıqlı
Yanıqlı — Azərbaycan Respublikasının Tovuz rayonunun Yanıqlı kənd inzibati ərazi dairəsində kənd. 7 mart 2012-ci ildə Əhmədabad, Avdal və Qoçdərə kəndləri Yanıqlı kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, mərkəzi Əhmədabad kəndi olmaqla Əhmədabad kənd inzibati ərazi dairəsi yaradılmış və Azərbaycan Respublikasının ərazi vahidlərinin dövlət reyestrinə daxil edilmişdir. == Toponimikası == Oykonimin etimologiyası haqqında üç fikir mövcuddur. Yerli əhalinin məlumatına görə, kənd monqol istilası zamanı (XIII əsr) dağıdılıb yandırılmış Xavər Zəmin adlı şəhərin yerində salındığı üçün belə adlanmışdır. Zəyəmçayın üstündəki xan körpüsü həmin şəhərin qalıqlarından hesab edilir. Bəzi tədqiqatçılara görə, kənd susuz (yanıq) ərazidə salındığına görə belə adlandırılmışdır. Bəzi tədqiqatçılar isə oykonimin Yanqılı variantına əsaslanaraq onu "yeni kənd, təzə kənd" kimi izah edirlər. == Tarixi == === Tarixi abidələri === Yanıqlı kəndində aşağıdakı daşınmaz tarix və mədəniyyət abidələri qeydə alınmışdır: == Coğrafiyası və iqlimi == Kənd Zəyəmçayın hər iki sahilində, Cınqıldağ silsiləsinin ətəyində yerləşir. == Əhalisi == === Şəhidləri === Aslanov Babək Sakit oğlu (1994-2020) — İkinci Qarabağ müharibəsi şəhidi. Hüseynov Emin Fərmayıl oğlu (1990-2020) — İkinci Qarabağ müharibəsi şəhidi.
Tağılı
Tağılı (Borçalı) — Gürcüstan Respublikasının Aşağı Kartli diyarının Bolnisi bələdiyyəsində kənd. Tağılı (Hacıqabul) — Azərbaycanın Hacıqabul rayonunda kənd.
Xanılı
Xanılı — Azərbaycan Respublikasının Cəlilabad rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == 1920-ci illərə qədər kənd Xanılar kəndi adlanırdı. Yaşayış məntəqəsi Xanı şəxs adı və "-lı" nəsil, mənsubiyyət bildirən şəkilçidən ibarətdir. Xanılı kəndində yaşı 70 den yuxarı evlər mövcuttur. Həmçinində vaxtı ikən Xanılı kəndinin xeyriyəçisi tərəfindən tiktirilmiş məscid vardır.[mənbə göstərin] == Toponimikası == Cəlilabad r-nunun Kürdlər i.ə.v.-də kənd. Dağətəyi ərazidədir. Keçən əsrin əvvəllərində Xanılarkənd variantında qeydə alınmışdır. Yaşayış məntəqəsini xanılı (və ya xanılar) nəslinə mənsub ailələr bina etdiyinə görə belə adlanmışdır. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 362 nəfər əhali yaşayır. == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq, quşçuluq və heyvandarlıq təşkil edir.
Adil Qasımlı
Qasımlı Adil Möhsün oğlu (12 mart 1938, Naxçıvan) — şair, publisist, SSRİ Yazıçılar İttifaqının üzvü(1978), SSRİ Jurnalistlər İttifaqının üzvü(1986), Əməkdar İncəsənət Xadimi (1989). == Həyatı == Adil Qasımlı 12 mart 1938-ci ildə Naxçıvan şəhərində anadan olmuşdur. Naxçıvan şəhəri 2№-li orta məktəbi bitirib, Azərbaycan Pedoqoji İnstitutuna daxil olur. Təhsilini başa vurduqdan sonra əmək fəaliyyətinin ilk illərində Naxçıvan Müəllimləri Təkmilləşdirmə İnstitutunda metodist, Naxçıvan pedaqoji məktəbində və Naxçıvan Pedaqoji İnstitutunda müəllim işləmişdir. Sonra jurnalistlik fəaliyyətinə keçərək Naxçıvan MR Dövlət Televiziya və Radio Verilişləri Komitəsində müvafiq ardıcıllıqla redaktor, böyük redaktor, şöbə müdiri, baş redaktor vəzifələrində çalışmışdır. Əsərləri və ərsəyə gətirdiyi televiziya verilişləri ilə milli ideyaların yayılmasına xidmət etməklə bərabər, müstəqillik uğrunda başlayan Azərbaycan Milli-Azadlıq Hərəkatında (1988-1991) aktiv mübarizə aparmışdır. == Yaradıcılığı == Gənclik dövrü sənət adamları üçün böyük sıçrayış və inkişaf dövrü kimi səciyyələnən ötən əsrin 60-cı illərinə təsadüf edən, yeni ruhlu şeirləri ilə görkəmli qələm ustalarının diqqətini özünə çəkən, ustad şair Adil Qasımlı müasir poeziyamızda əsərlərinin bədii-fəlsəfi yükü və özünün orijinal deyim tərzi ilə seçilib. Hələ sovet dönəmində «Azərbaycan», «Ulduz» kimi populyar bədii jurnallarda, «Ədəbiyyat və incəsənət», «Azərbaycan müəllimi», «Azərbaycan gəncləri», «Bakı» və «Baku» , «Sovet Naxçıvanı», «Şərq qapısı», «Ağrıdağ», «Güney» kimi qəzetlərdə mütəmadi olaraq şeir, rəy, ədəbi-tənqidi və publisistik əsərləri müntəzəm olaraq dərc edilmişdir. «Oqni nad Araksom» («Огни над Араксом»), Ukraynada nəşr olunan «Bakinski voqni» («Бакинсъкi вогнi»), Türkiyədə çap edilən «Nəqş-i Cahan Naxçıvan» («Nakş-ı Cihan Nahçıvan»), «Sabir poeziya günləri», «Araz», «Araz nəğmələri», və müəllifin şeirindən adını almış «Qoy tanısın dünya səni» ədəbi almanaxlarına şairin bir çox şeirləri daxil edilmişdir.«Əllər» şeiri Azərbaycan poeziyasından seçmələr—«Ən yaxşı 101 şeir» kitabına daxil edilmişdir. «Pıçıltılar», «Biz görüşəndə», «Dağlar, qalalar, babalar», «Qaranquş ömrü», «Sənə dönərəm», «Salam, sevgi» kitabları çap olunmuşdur.
Aran Yanıxlı
Aran — Azərbaycan Respublikasının Tovuz rayonunun Yanıqlı kənd inzibati ərazi dairəsində kənd. == Toponimikası == Kənd yerli əhali arasında Aran Yanıqlı kimi tanınır. Vaxtilə Yanıqlı kəndinin Aran adlı ərazisində əkin sahələri olmuş, İkinci Dunya müharibəsindən sonra isə həmin kənddən ayrılmış əhali burada yeni yaşayış məntəqəsi salmışdır. Oykonim "Aranda yerləşən Yanıqlı kəndi" mənasındadır. == Tarixi == === Tarixi abidələri === Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır. == Coğrafiyası və iqlimi == Kənd Çınqıldağ silsiləsinin ətəyində yerləşir. == Əhalisi == === Şəhidləri === Heydərov Vasif Nazim oğlu (1997-2020) — İkinci Qarabağ müharibəsi şəhidi. == İqtisadiyyatı == == Mədəniyyəti == Kənddə mədəniyyət müəssisəsi mövcud deyil. == Təhsil == Kənddə təhsil müəssisəsi mövcud deyil. == Din == Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır.
Asif Talıblı
Asif Arif oğlu Talıblı (26 aprel 1993, Zəhmətabad, Biləsuvar rayonu – 12 oktyabr 2020, Füzuli rayonu) — Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Asif Talıblı 1993-cü il aprelin 26-da Biləsuvar rayonunun Zəhmətabad kəndində anadan olub. == Hərbi xidməti == Asif Talıblı 2013-cü ildən Daxili Qoşunların sıralarında xidmət edirdi. Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının çavuşu olan Asif Talıblı 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Murovdağın, Cəbrayılın, Xocavəndin və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Asif Talıblı oktyabrın 12-də Füzulinin azad edilməsi zamanı şəhid olub. Biləsuvar rayonunda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Asif Talıblı ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Asif Talıblı ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Asif Talıblı ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Asif Talıblı ​ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.
Aslan Qasımlı
Aslan Qasımlı Murtuz oğlu (Aslan Kənan. d.1952 Bakı, Azərbaycan) — == Həyatı == 1952-ci ildə Bakıda anadan olub. == Təhsili == 1969-cг ildə Bakıda 240 nömrəli orta məktəbi bitirib. Həmin ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutun filologiya fakültəsinə daxil olub və 1973-cü ildə oranı bitirib. 1983-cü ildə AEA-nın Ədəbiyyat institutunun dissertantı olub. 1986-cı ildə elmi işini birtirib. 1991-ci ilin iyun ayından Dövlət Ədəbiyyat və İncəsənət arxivində elmi işçi, şöbə müdiri və director müavini vəzifələrində işləyib. == Əmək əaliyyəti == 1973–1975-ci illərdə təyinatı üzrə Neftçala rayonu Qaçaqkənd kənd orta məktəbində dil-ədəbiyyat müəllimi işləyib. 1975–1976-cı illərdə ordu sıralarında xidmət edib. Ordu sıralarından tərxis olandan sonra maarif sahəsində işini davam etdirib.
Aydın Qasımlı
Aydın Qasımlı (Mədətoğlu) — türkoloq, filologiya elmləri namizədi, dosent. == Həyatı == 1946-cı ildə Ordubad rayonunun Kələki kəndində anadan olub. 1971-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Şərqşünaslıq fakültəsini bitirmiş, elə həmin il Şərqşünaslıq fakültəsinin Elmi Şurasının zəmanəti ilə Azərbaycan Elmlər Akademiyasının Əlyazmalar Fondunun (indiki M. Füzuli Adına Əlyazmalar İnstitutu) əyani aspiranturasına müsabiqə yolu ilə daxil olmuş, 1976-cı ildə namizədlik dissertasiyası müdafiə edərək "filologiya elmləri namizədi" alimlik dərəcəsi almışdır. 1980-ci ilə qədər Əlyazmalar Fondunda baş elmi işçi vəzifəsində çalışmış, 1980-ci ildə müsabiqə yolu ilə Naxçıvan Dövlət Pedaqoji İnstitutuna (indiki Naxçıvan Dövlət Universiteti) Azərbaycan dili müəllimi seçilmiş, 1993-cü ilə qədər orada əvvəl müəllim, sonra isə baş müəllim və dosent kimi "Azərbaycan ədəbi dili tarixi" və "Müasir Azərbaycan dili" fənlərindən dərs demişdir.1993-cü ildə özü tərəfindən saxta hesab olunan ittihamlarla 12 il müddətinə azadlıqdan məhrum edilmiş, Avropa Şurası tərəfindən siyasi məhbus statusu aldıqdan sonra 2002-ci ildə dövlət başçısının əfv fərmanı ilə vaxtından əvvəl (8 il yarımdan sonra) azadlığa buraxılmışdır. Həbsdən sonra çoxsaylı şifahi müraciətlərinə baxmayaraq heç bir yerdə işlə təmin olunmamışdır. == Elmi və publisistik yaradıcılığı == Türk tarixi və mədəniyyəti, həmçinin fəlsəfi və milli-ideoloji mövzularda dəyərli əsərləri var və öz tədqiqatlarını davam etdirir. Yüzlərlə elmi, elmi-metodiki və publisistik məqalənin və 7 kitabın müəllifidir. 2006-cı ildən "Türküstan qəzeti"nin daimi yazarıdır. == İctimai-siyasi fəaliyyəti == 1980-ci illərin axırlarında Azərbaycanda formalaşmış milli azadlıq hərəkatının fəal iştirakçılarından olmuşdur. Hazırda Klassik Xalq Cəbhəsi Partiyası (KXCP) sədrinin strateji məsələlər üzrə müavini, İdarə Heyətinin üzvüdür.
Azər Qasımlı
Azər Qasımlı (siyasətçi)
Böyükağa Talıblı
Böyükağa Mirqasım oğlu Talıblı (21 mart 1897, Salyan, Cavad qəzası – 13 oktyabr 1937, Bakı) — şair, publisist, dövlət xadimi, 1934-cü ildən AYB-nin üzvü. "Kommunist" qəzetinin ikinci rəsmi redaktoru olmuşdur (1921-ci il martın 30-dan 1921-ci il aprelin 15-dək). == Həyatı == Böyükağa Mirqasım oğlu 1897-ci il martın 21-də Azərbaycanın Salyan rayonunda anadan olmuşdur. Bakı real məktəbində təhsil almışdır (1909–1915). Petroqrad vilayət komissarlığında müsəlman işləri üzrə təbliğat və təşviqat şöbəsinin müdiri, bir il sonra orada azərbaycanca buraxılan "Hürriyyət" qəzeti redaksiyasının əməkdaşı olmuş, xalq komissarlığında milli işlər üzrə müsəlman şöbəsinə müdir təyin edilmişdir. Krım cəbhəsində əks-inqilabi qüvvələrə qarşı vuruşmuş, eyni zamanda "Melitopolskiye izvestiya" qəzeti redaksiyasında əməkdaşlıq etmişdir (1915–1920). 1920-ci ilin mayında Azərbaycana fəhlə-kəndli müfəttişliyi komissarının müavini vəzifəsinə göndərilmiş, sonra burada xalq təsərrüfatı şurasının sədri olmuşdur. Azərbaycan Xalq Ədliyyə komissarı, Mərkəzi Statistika İdarəsinin rəisi, Sovet quruluşu və hüquq İnstitutunun direktoru, respublika prokuroru, Bakı Plan İdarəsinin sədr müavini vəzifələrində işləmişdir (1923–1932). "Keyf içində (1929), "Tövbə" (1930), "Dirək" (1971), "Seçilmiş əsərləri" (1983) kitablarının müəllifi olmuşdur. == Həbsi və ölümü == 8 yanvar 1937-ci il tarixdə 1934-1938-ci illərədə Zaqafqaziya Xalq Daxili İşlər Komissarları (XDİK) idarəsinə başçılıq etmiş Yuveliyan Sumbatov-Topuridzenin imzası ilə Böyükağa Talıblının həbsinə qərar qəbul olunub.
Gülnar Qasımlı
Gülnar Səma, Gülnar Qasımlı (1986, Dondar Quşçu, Tovuz rayonu) — Prezident təqaüdçüsü, Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutun İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri, Azərbaycan Yazıçılar Birliyinin və Dünya Gənc Türk Yazarlar Birliyinin üzvü, kitab, poema və monoqrafiya yazıçısı."Gənc Ədiblər Məktəbi"nin müdavimi, Azərbaycan Jurnalistlər Birliyinin Sumqayıt şəhər təşkilatının "Gündəlik Analitik İnformasiya Agentliyi"nin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Tovuz bürosunun rəhbəri. == Həyatı == Qasımlı Gülnar Vaqif qızı 1986-cı ildə Tovuz rayonunun Dondarquşçu kəndində anadan olub. Orta məktəbi Tovuz rayon Dondarquşçu kənd orta məktəbində bitirib. === Təhsili === 2004-cü ildə Bakı Dövlət Universitetinin filologiya fakultəsinə qəbul olmuş, 2007-ci ildə ali məktəblərarası keçirilən XII fənn olimpiadasında Azərbaycan dili fənni üzrə II yerə layiq görülmüşdür. 2010-cu ildə Azərbaycan Müəllimlər İnstitutunun Azərbaycan ədəbiyyatı bölməsinə magistraturaya daxil olmuşdur. 2014-cü ildə Azərbaycan AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Ədəbi Tənqid şöbəsinə Azərbaycan ədəbiyyatı ixtisası üzrə doktoranturaya qəbul olmuşdur. == Fəaliyyəti == 2009–2014-cü illərdə Tovuz rayonu Muncuqlu kənd ümumi-orta məktəbində, 2014–2015-ci tədris illərində "Hədəf" hazırlıq kurslarında müəllim işləyib. 2017-ci ildən AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Mətbuat tarixi və publisistika şöbəsinin elmi işçisidir. 2009 və 2014-cü il bələdiyyə seçkilərində Tovuz rayonu Dondarquşçu kənd bələdiyyəsinin üzvü seçilmişdir. 2014-cü ildən Azərbaycan Yazıçılar Birliyinin və Dünya Gənc Türk Yazarlar Birliyinin üzvüdür.
Kazım Kazımlı
Kazım Kazımlı (5 sentyabr 1993 - Lənkəran, Azərbaycan) − Azərbaycanlı gənc futbolçu, Xəzər-Lənkəran klubunun yetriməsi, Azərbaycan U-17 və Azərbaycan U-19 milli komandalarımızın üzvü. == Karyerası == Kazım Kazımlı 5 sentyabr 1993 tarixində Lənkəran şəhərində anadan olub. Uşaqlıqdan futbol ilə məşğul olub. Xəzər-Lənkəran klubunun aşağı yaş qruplarında məşq edib, daha sonradan yaxşı oyunu ilə seçilərək 2009-cu ildə Azərbaycanın U-17 millisinə çağırılıb və Xəzər klubunun əvəzedici heyətində oynamağa başlayıb. 2009-cu ilin avqust ayında U-17 millimizin tərkibində Kazım FA of Moldova Cup turnirində iştirak edir və finala qədər çatır. Turnirdən sonra isə "ən yaxşı hücumçu" nominasiyasında mükafatlandırılır. Bundan sonra Kazım Kazımlı Xəzər-Lənkəran klubu ilə peşəkar müqavilə imzalayır. Kazım Xəzər-Lənkəranın heyətində cəmi 16 yaş 66 günlükdə Azərbaycan kuboku 2009/2010 uğrunda yarışın 1/8 final mərhələsində Muğan Salyan klubu ilə səfərdə keçirilən cavab görüşünün 88-ci dəqiqəsində meydana çıxır. Kazım rəsmi matçda Xəzər Lənkəranın heyətində meydana çıxan 96-cı oyunçu kimi də tarixə düşüb. O, "ağ-yaşıl" formanı geyinmiş 45-ci yerli futbolçudur.
Kazımlı (Meşkinşəhr)
Kazımlı (fars. كاظم لو‎) — İranın Ərdəbil ostanının Meşkinşəhr şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 30 nəfər yaşayır (5 ailə).
Kazımlı (Tovuz)
Kazımlı — Azərbaycan Respublikasının Tovuz rayonunun Çatax kənd inzibati ərazi dairəsində kənd. == Toponimikası == Kənd XIX əsrdə Aşağı Quşçu kəndindən olan Kazım adlı şəxsə məxsus yurdun yerində salındığı üçün belə adlandırılmışdır. == Tarixi == === Tarixi abidələri === Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır. == Coğrafiyası və iqlimi == Kənd Çınqıldağ silsiləsinin yamacında yerləşir. Əsrikçay kəndi iki hissəyə ayırır. == Əhalisi == == İqtisadiyyatı == == Mədəniyyəti == Kənddə Kazımlı kənd kitabxana filialı fəaliyyət göstərir. == Təhsil == Kənddə təhsil müəssisəsi mövcud deyil. == Din == Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır. == Səhiyyə == Kənddə səhiyyə müəssisəsi mövcud deyil.
Mirhaşım Talışlı
Mirhaşım Mirmurtuza oğlu Talışlı (Hacı Mirhaşım; 1926, Lənkəran, Lənkəran qəzası – 6 aprel 2018) — Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri namizədi, şair, ədəbiyyatşünas, tədqiqatçı-alim,Lənkəran Dövlət Universitetinin dosenti, əməkdar müəllim, prezident təqaüdçüsü. == Həyatı == Lənkəran şəhər 1 nömrəli tam orta məktəbində, Lənkəran Dövlət Universtetində müəllim işləyib. 6 aprel 2018-ci ildə Bakıda vəfat edib. Lənkəranda dəfn olunub.
Mirhəmid Qasımlı
Qasımlı Mir Həmid Nazim oğlu (29 sentyabr 1994, Bakı – 20 oktyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Mir Həmid Qasımlı 29 sentyabr 1994-cü ildə Bakı şəhərində anadan olub.2012-ci ildə 240 nömrəli orta məktəbi bitirib. == Hərbi xidməti == Mir Həmid Qasımlı 2017-2018-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin "N" saylı hərbi hissəsində hərbi xidmətə başlayıb başa vurmuşdur. Azərbaycan Ordusunun əsgəri olan Mir Həmid Qasımlı 2020-ci il sentyabrın 21-də könüllü olaraq təlimlərə qatılıb Sentyabr ayın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi iştirakçısı olmuşdur. Cəbrayıl və Füzuli - Xocavənd rayonları istiqamətində döyüşmüşdür. Mir Həmid Qasımlı 2020-ci il oktyabrın 21-də Füzuli uğrunda döyüşlər zamanı şəhid olub. Əvvəlcə Qaradağ rayonundakı Ümumşəhər qəbiristanlığında dəfn olunub. Daha sonra məzarı II Şəhidlər Xiyabanına köçürülüb. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Mir Həmid Qasımlı ölümündən sonra "Vətən uğrunda" medalı ilə, 25.12.2020-ci il tarixli Sərəncamına əsasən “Xocavəndin azad olunmasına görə” medalı ilə , "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilmişdir.
Mirhəşim Talışlı
Mirhaşım Mirmurtuza oğlu Talışlı (Hacı Mirhaşım; 1926, Lənkəran, Lənkəran qəzası – 6 aprel 2018) — Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri namizədi, şair, ədəbiyyatşünas, tədqiqatçı-alim,Lənkəran Dövlət Universitetinin dosenti, əməkdar müəllim, prezident təqaüdçüsü. == Həyatı == Lənkəran şəhər 1 nömrəli tam orta məktəbində, Lənkəran Dövlət Universtetində müəllim işləyib. 6 aprel 2018-ci ildə Bakıda vəfat edib. Lənkəranda dəfn olunub.
Musa Qasımlı
Qasımlı Musa Cəfər oğlu (28 oktyabr 1957, Hamarkənd, Yardımlı rayonu) — Görkəmli Azərbaycan tarixçisi, tarix elmləri doktoru, professor (1992), Azərbaycan Milli Elmlər Akademiyası Qafqazşünaslıq İnstitutunun direktoru (2016), AMEA-nın müxbir üzvü (2017),Azərbaycan Respublikası Milli Məclisinin IV, V, VI çağırış deputatı. "Şöhrət" ordeni (2017). == Həyatı == Musa Qasımlı 1957-ci il 28 oktyabrda Yardımlı rayonunun Hamarkənd kəndində anadan olmuşdur. 1974-cü ildə orta məktəbi tərifnamə ilə bitirmişdir. Həmin il Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) tarix fakültəsinə daxil olmuş, 1979-cu ildə oranı fərqlənmə diplomu ilə bitirmişdir. Təyinatla Yardımlı rayonunda işləmişdir.1982–1985-ci illərdə BDU-nun Avropa və Amerika ölkələrinin yeni və müasir tarixi kafedrasının əyani aspiranturasında təhsil almışdır. Beynəlxalq münasibətlər tarixi üzrə ixtisaslaşmışdır. 1986-cı ildə namizədlik, 35 yaşında isə doktorluq dissertasiyası müdafiə etmişdir. Ölkədə ən gənc tarix elmləri doktoru olmuşdur. Yardımlı rayonundan çıxan ilk tarix elmləri doktoru, professordur.
Muxtar Qasımlı
Muxtar Əli oğlu Qasımlı (23 fevral 1993, Bakı – 2 oktyabr 2020, Füzuli rayonu) — Fitnes üzrə Azərbaycan çempionu, Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Muxtar Qasımlı 23 fevral 1993-cü ildə Bakı şəhərində anadan olub. 1999-cu ildə Bakı şəhəri 318 nömrəli tam orta məktəbə daxil olmuşdur. 2009-cu ildə məktəbi bitirmişdir. 2009–2013-cü illərdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının kikboksinq fakültəsi üzrə Bakalavr təhsili almışdır. Erkən yaşlarından idmana marağı olub. Dəfələrlə yarışlarda iştirak edib və mükafatlara layiq görülüb. 27 oktyabr 2019-cu ildə fitnes üzrə Azərbaycan çempionu adına layiq görülmüşdür. Subay idi == Uğurları == Fitnes üzrə Azərbaycan çempionatı — 2019 == Hərbi xidməti == Muxtar Qasımlı 2013-cü ildə Gədəbəy rayonunun Azərbaycan Silahlı Qüvvələrinə müddətli həqiqi hərbi xidmətə çağırılıb. Xidmətini davam etdirərkən Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinə zabitlik kursuna yazılır.
Mürsəl Kazımlı
Mürsəl Kamil oğlu Kazımlı (23 iyul 1992, Bakı, Azərbaycan — 23 oktyabr 2020, Füzuli, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələri'nin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Mürsəl Kazımlı 23 iyul 1992-ci ildə Bakı şəhərində anadan olub. Orta təhsilini Pərviz İsmayılov adına 278 saylı orta məktəbdə alıb. 2002-2007-ci illərdə 36 saylı musiqi məktəbinin tar sinfində təhsil alıb. Orta məktəbi əla qiymətlərlə bitirdikdən sonra, 2010-cu ildə 613 balla UNEC-in Mühasibat uçotu və audit fakültəsinə daxil olub. 2014-ci ildə universiteti zərbəçi kimi bitirib. Məzun olduqdan sonra həqiqi hərbi xidmətdə olub. Hərbi xidmətini Gəncə, Naftalan və Tərtər artilleriya korpusunda rabitəçi kimi başa vurub. Əmək fəaliyyətinə 2016-cı ildə 2 saylı Tibb kollecində mühasib kimi başlayıb. == Hərbi xidmətləri == 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Mürsəl Kazımlı Füzulinin azad edilməsində savaşıb.
Tahirli
Tahirli — Azərbaycanda işlədilən soyad və coğrafi yer adı. Bu soyadı və təxəllüsü olan tanınmış insanlar Natiq Tahirli Sevda Tahirli Abid Tahirli Sahil TahirliKəndlər Tahirli (Yardımlı) — Azərbaycanın Yardımlı rayonunda kənd. Tahirli (Cəlilabad) — Azərbaycanın Cəlilabad rayonunda kənd.
Tanami
Tamani (ing. Tanami) — Avstraliyanın şimalında yerləşən daşlı-qumlu səhra. Sahəsi 292 194 km² təşkil edir. Səhra XX əsrə qədər avropalılar tərəfindən az öyrənilmişdir. == Coğrafiyası == Tamani səhrası Şimal ərazisi və Qərbi Avstraliya ərazilərini əhatə edir. Səhradan şimal-şərqdə Alis-Sprinqs şəhəri, qərbdə isə Böyük Qumlu səhra yerləşir. Avstraliyanın mərkəz səhralarına xas iqlimə və relyefə malikdir. Əsasən Triodia cinsinə aid bitkilər geniş yayılmışdır. Dyunlara, qum düzənliklərinə, duz göllərinə və quruyan bataqlıqlara rast gəlinir. İqlimi yarımsəhradır.
Abid Tahirli