Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Xeyirlə şərin rəqsi (film, 2015)
Xeyirlə şərin rəqsi filmi rejissor Yavər Rzayev tərəfindən 2016-cı ildə ekranlaşdırılmışdır. Film Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Filmin süjet xətti dünyaca məşhur xəfiyyə Dronqonun Azərbaycanın dağlıq rayonundakı bir qəsəbədə baş verən müəmmalı hadisəni araşdırması üzərində qurulub. Filmdə əsas rolları İlqar Muradov, Məbud Məhərrəmov, Qurban İsmayılov, Şükufə Yusupova və Rasim Cəfər ifa edirlər. == Məzmun == Filmin süjet xətti dünyaca məşhur xəfiyyə Dronqonun Azərbaycanın dağlıq rayonundakı bir qəsəbədə baş verən müəmmalı hadisəni araşdırması üzərində qurulub. == Film haqqında == Film Çingiz Abdullayevin "Quba kapriççiosu" əsəri əsasında çəkilmişdir.
Cəyirli
KəndlərCəyirli (Bərdə) — Azərbaycanın Bərdə rayonunda kənd. Cəyirli (Qobustan) — Azərbaycanın Qobustan rayonunda kənd. Cəyirli (Şəki) — Azərbaycanın Şəki rayonunda kənd. Cəyirli (Göyçay) — Azərbaycanın Göyçay rayonunda kənd.
Cəyirli (Bərdə)
Cəyirli — Azərbaycan Respublikasının Bərdə rayonunun Güloğlular inzibati ərazi vahidində kənd. Qarabağ düzündədir. Əhalisi 853 nəfərdir (2009).
Cəyirli (Göyçay)
Cəyirli — Azərbaycan Respublikasının Göyçay rayonunun Cəyirli kənd inzibati ərazi dairəsində kənd. == Toponomikası == Cəyirli yaşayış məntəqəsinin Şamaxı rayonun Cəyirli kəndindən ayrılıb gəlmiş ailələr burada saldığı üçün kənd belə adlandırılmışdır. Cəyirli – qəadim türk mənşəli tayfadır. Oykonim “cəyirli” türkdilli tayfasının adını özündə əks etdirir. == Coğrafiyası == Rayon mərkəzindən cənubda, Göyçay çayı sahilində, Göyçay – Ucar avtomobil yolu üzərində, Şirvan düzündə yerləşir. == Əhalisi == Əhalisinin sayı 1258 (2009) nəfərdir. == Məşğuliyyəti == Kənd əhalisi əsasən heyvandarlıq, üzümçülük, taxılçılıq, pambıqçılıq və bağçılıqla məşğul olur. == Faydalı qazıntıları == Göyçay çayı dərəsinin və Cəyirli kəndinin yaxınlığında çay daşı, çınqıl, qum çıxarılır.
Cəyirli (Qobustan)
Cəyirli — Azərbaycan Respublikasının Qobustan rayonunun Cəyirli kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == Cəyirli kəndinin adı eyniadlı tayfanın adı ilə bağlıdır. Cəyirli tayfası Tulunc yaylasında oturaq həyata keçmiş, və beləliklə Cəyirli kəndi yaranmışdır. Cəyirlilər Çakirli, Çəkirli şəklində adlarla bilinən Qaraqoyunlu tayfalarından biridir. Öz adını Cəlayirilər dövründə Əmir Cagirdən aldığı güman edilən bu tayfa onun ölümündən sonra oğlu Bəstam Cagir tərəfindən idarə edilmişdir. Ərdəbil bölgəsinin bu tayfanın qədim yurdu və Qızılbaş tayfasından olduğu qeyd edilmişdir. Tayfanın ən böyük əmiri Əmir Bəstam illərlə Qara Yusif Türkmanla vuruşdu və axırda onun əmir əl-ümərası oldu.(Onun) oğlanlarından Əmir Bayəzid Cahanşah padşahın divan əmiri (əmir-i divan) idi və ölümündən sonra qardaşı Əbülfəth bəy onu əvəz etdi. Bəyazid bəyin oğlu Ömər bəy isə Cahanşahın böyük əmiri olmuş,Həsənəlinin məğlubiyyətindən sonra Əbu Səidin xidmətinə keçmişdir.Sonda isə Həsən padşah tərəfindən əsir alınmışdır. Tayfanın nümayəndələrindən Əli bəy Cahan şahın böyük əmiri idi və Səncəq döyüşündə Həsən padşahın qoşunu tərəfindən öldürüldü.Bu tayfa ilə bağlı olan oykonimlər İmişli, Göyçay, Cəbrayıl və Masallı bölgələrində "Çaxırlı" şəklində saxlanılmışdır. Lakin Cagirlu tayfası ilə bağlı oykonimlərə vaxtı ilə Göyçay,Cavanşir,Nuxa,Şamaxı və Yelizavetpol qəzalarında Cagirli,hazırda isə Bərdə, Şəki, Göyçay, Şəmkir və Qobustan bölgələrində Cəyirli formasında rast gəlinir.
Cəyirli (Şəki)
Cəyirli — Azərbaycan Respublikasının Şəki rayonunun eyniadlı kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == Şəki rayonunun Sucma inzibati ərazi vahidində kənd. Şəki yaylasındadır. Etnotoponimdir. == Əhalisi == Kəndin əhalisi 2046 nəfər təşkil edir ki, onun da 1039 nəfəri kişi, 1007 nəfəri isə qadındır. .
Cəyirli bələdiyyəsi
Cəyirli bələdiyyəsi (Şəki) — Şəki rayonuda bələdiyyə
Cəyirli bələdiyyəsi (Bərdə)
Bərdə bələdiyyələri — Bərdə rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis edilib. == Xarici əlaqələri == Bərdə rayonunda fəaliyyət göstərən Bərdə (şəhər) bələdiyyəsi və Türkiyə Respublikası İstanbul şəhəri Beykoz bələdiyyəsi arasında 11 oktyabr 2021-ci il tarixində qardaş şəhər protokolu imzalanmışdır. İmza mərasimində VI çağırış Milli Məclisin deputatı Fatma Yıldırım, Beykoz bələdiyyəsinin başçısı Murat Aydın, Bərdə şəhər bələdiyyəsinin sədri Sadiq Xəlilov və Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının icraçı katibi Tofiq Həsənov iştirak etmişdir. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Cəyirli bələdiyyəsi (Göyçay)
Göyçay bələdiyyələri — Göyçay rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Seyidli
Seyidli (Ağdam) — Ağdam rayonunda kənd. Seyidli-Ağsaxlı — İrəvan xanlığının 15 mahalından biri.
Veyisli
Veyisli (əvvəlki adı: Çalaberti) — Azərbaycan Respublikasının Goranboy rayonunun Veyisli kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 3 iyul 1998-ci il tarixli, 518-IQ saylı Qərarı ilə Goranboy rayonunun Çalaberti kəndi Veyisli kəndi, Çalaberti kənd inzibati ərazi vahidi Veyisli kənd inzibati ərazi vahidi adlandırılmışdır. == Toponimikası == Kəndin keçmiş adı Veyisli tarixi Çiləbörd mahalının adıyla bağlıdır. Oykonim "çala" (çuxur, dərə) və "bert" (ər. "qala") sözlərindən düzəlib ("-i" mənsubiyyət şəkilçisi), "dərə qalası" deməkdir. 1998-ci ildən kənd Veyisli adı ilə rəsmiləşdirilmişdir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 1555 nəfər əhali yaşayır. == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı — əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Xeyrimli
Xeyrimli (keçmiş adları Dil Xeyrimli və Deli Xeyrimli) – Azərbaycan Respublikasının Qazax rayonunun inzibati ərazi vahidində kənd. Kənd 8 mart 1992-ci ildən Ermənistan Silahlı Qüvvələrinin işğalı altında idi. == Toponimikası == Xeyrimli (oykonim, sadə) — Qazax rayonunun Əskipara inzibati ərazi vahidində kənd. Gəncə-Qazax düzənliyindədir. Keçmiş adı Dil Xeyrimli və Deli Xeyrimli variantlarında qeyd olunmuşdur. Tədqiqatçılara görə, oykonim əvvəllər deli xeyrimli tayfasının, və ya deli və xeyirli adlı iki etnonimin birləşməsindən düzəlmiş, sonralar bu etnonimlərdən birincisi ixtisara uğramışdır. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 290 nəfər əhali yaşayır. Əhalinin 134 nəfəri kişilər, 156 nəfəri qadınlardan ibarətdir. == Həmçinin bax == Qazax rayonu == Xarici keçidlər == Azərbaycan Respublikasi Qazax Rayon İcra Hakimiyyəti.
Şeyinli
Şeyinli — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Zəylik kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == Şeyinli kəndi Qarabağ yaylasının ətəyindədir. Keçmiş adı Təkdam olmuşdur. Yerli əhalinin məlumatına görə, yaşayış məntəqəsini Laçın rayonunun Mirik kəndindən köçüb gəlmiş Şeyin adlı şəxs salmışdır. Hazırda oradakı nəsil də şeyinoğlular adlanır. Kəndin ərazisində bu nğsilin adi ilə bağlı bir neçə obyekt qeydə alınmişdir.1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib.
Cəyirli bələdiyyəsi (Qobustan)
Qobustan bələdiyyələri — Qobustan rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycan bələdiyyə sistemi 1999-cu ildə təsis edilib. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Cəyirli bələdiyyəsi (Şəki)
Şəki bələdiyyələri — Şəki şəhərində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Məmməd Xeyirov
Məmməd Bəy oğlu Xeyirov (1925, Susayqışlaq kəndi, Xaçmaz rayonu, Azərbaycan SSR – 2008, Bakı şəhəri, Azərbaycan) — görkəmli Azərbaycan alimi, geologiya-mineralogiya üzrə elmlər doktoru (1975), Azərbaycan Milli Elmlər Akademiyasının (2001) müxbir üzvü. == Həyatı == Məmməd Xeyirov 1925-ci ildə Xaçmaz rayonunda anadan olmuşdur. O, 1949-cu ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Fizika-riyaziyyat fakültəsini fizika ixtisası üzrə bitirmişdir. 1964-cü ildə fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, 1975-ci ildə geologiya-mineralogiya üzrə elmlər doktoru elmi dərəcələrini almış, 2001-ci ildə isə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) müxbir üzvü seçilmişdir. == Pedaqoji və elmi fəaliyyəti == O, 1941–1944-cü illərdə Xaçmaz rayon orta məktəbində fizika və riyaziyyat fənlərindən dərs demişdir. 1949–1951-ci illərdə Azərbaycan Dövlət Universietinin Rentgen-struktur analiz laboratoriyasında laborant, baş laborant və laboratoriya müdiri vəzifələrində işləmişdir. 1951–1957-ci illərdə Bakı Rabitə Elektrotexnikumunda fizika və riyaziyyat müəllimi vəzifəsində çalışmışdır. M.Xeyirov elmi fəaliyyətə 1957-ci ildə Azərbaycan Dövlət Neftçıxarma İnstitutunda böyük mühəndis vəzifəsində başlamışdır. Görkəmli alim, bu institutun Litologiya laboratoriyasının nəzdindəki Süxurların fiziki üsullarla tədqiqi bölməsində axtarış-kəşfiyyat quyularından kern nümunələrinin rentgen quruluş təhlili ilə tədqiqatlar aparmışdır. Həmçinin o, "Azəbaycan neft təsərrüfatı" jurnalının redaksiya heyətinin üzvü olmuşdur.
Seyidli-Ağsaxlı
Seyidli-Ağsaxlı — İrəvan xanlığının 15 mahalından biri.İki tayfanın adından götürülmüş mahal Talın mahalı sərhədlərindən başlayaraq Alagöz dağının cənub və şərq ətəkləri ilə Abaran mahalına qədər əraziləri əhatə edirdi. Şimal-dan Abaran, qərbdən Talın, cənub-qərbdən az bir hissəsi Sərdarabad-şərqdən isə tamamilə Qərbibasar mahalı ilə həmsərhəd idi [95, 444]. Mərkəzi Uşi (Üşü) olan bu mahal cəmi 20 kənddən ibarət idi. Bunlardan 11 kənd Seyidli tayfasına, 9 kənd isə Axsaxlı tayfasına məxsus idi. Burada dağıdılmış kənd qeydə alınmayıb .Bu mahalda Dian, Qaracalar, Avan, Maxta, Kum, Qoytul, Ucan, Persi, Dığır, Kotanlı, Nəzrəvan, Sarıgöl, Uşi, Babakişi, Kirəcli, Kələşkənd, Kiçikkənd, Qəzənfər kəndləri daxil idi. İrəvan xanlığı ləğv edildikdən sonra mahal da ləğv edilmişdir. Mahalın adı iki türk tayfasının adını (seyidli və axsaqlı) əks etdirir. Etnotoponimdir. Qurulşca mürəkkəb toponimdir.
Seyidli (Ağdam)
Seyidli — Azərbaycan Respublikasının Ağdam rayonunun Seyidli kənd inzibati ərazi dairəsində kənd. Kənd 1993-ci il iyulun 23-də Ermənistan Ordusu tərəfindən işğal olunmuşdur. 20 noyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətindədir. == Tarixi == Seyidli XVIII əsrdə Kəbirli tayfasının oymaqlarından sayılırdı. Qarabağ xanlığı zamanında Seyidli oymağının əhalisi xanlığın güvəndiyi igid, mərd insanlar sırasında idi.Çar Rusiyası zamanında Seyidli Yelizavetpol quberniyasının, Şuşa qəzasının, Kəbirli mahalının kəndi idi.Azərbaycan keçmiş SSRİ-nin tərkibində olduğu illərdə Seyidli 1930-cu ildə yaradılan Ağdam rayonunun kəndi olmuşdur. Hazırda Seyidli Azərbaycan Respublikasının Ağdam rayonunun inzibati ərazi vahidində kənddir. == Mədəniyyəti == Erməni işğalına qədər kəndin 2 orta məktəbi (Seyidli kənd orta məktəbi və Tillər kənd orta məktəbi), 1 musiqi məktəbi, mədəniyyət evi, kitabxanası, tibb məntəqəsi, rabitə qovşağı var idi. == Təhsil == Seyidli kənd orta məktəbi İkinci Dünya Müharibəsindən sonra 1946-cı ildə Ağdamın Seyidli kəndində yaranmışdır. == Coğrafiyası və iqlimi == Seyidli kəndi rayon mərkəzindən 1 km şimal şərqdə, Ağdam dəmir yol stansiyasından 5 km aralı, Qarabağ düzündədir. == Əhalisi == Azərbaycan Respublikası Dövlət Tarixi Arxivində saxlanılan əhalinin siyahıya alınması sənədinə əsasən Çar Rusiyası dövründə müxtəlif illərdə Azərbaycan əhalisinin siyahısı aparılmışdır.
Seyidli (Mərənd)
Seyidli (fars. سيدلو‎) — İranın Şərqi Azərbaycan ostanının Mərənd şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 277 nəfər yaşayır (66 ailə).
Seyidli (Qışlaq)
Seyidli (fars. سيدلي‎) — İranın Şərqi Azərbaycan ostanının Əhər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə yaşayış yoxdur.
Seyidli (Əhər)
Seyidli (fars. سيدلي‎) — İranın Şərqi Azərbaycan ostanının Əhər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 144 nəfər yaşayır (34 ailə).
Seyidli Məscidi
Seyidli məscidi — XVIII əsrdə Şuşanın Seyidli məhəlləsində tikilmiş məscid. == Haqqında == Məscid paytaxt Bakıdan təxminən 350 km məsafədə yerləşir. Məscid Şuşa şəhərinin Telman və Qaryağdıoğlu küçələrinin kəsişməsində yerləşir. Məscid iki mərtəbəli formada tikilmişdir.Seyidli məscidinin XVIII əsrdə tikildiyi ehtimal edilir. 30 illik erməni işğalı dövründə məscid xeyli ziyan görmüşdür. == Memarlıq üslubu == Məscid Cıdır yolunun üstündəki Seyidli məhəlləsində yerləşir. Bu kiçik məhəllə məscidi də özünün indiki durumu ilə digər məscidlərdən demək olar ki, fərqlənmir və yerli yaşayış mülklərini xatırladır. Düzbucaqlı formaya malik məscidin ibadət salonu Mamay və ya Saatlı məscidləri kimi üçnefli bölgüyə malik deyil.Məscidin qonşuluğunda Məşədi Qaranın evi adlı memarlıq abidəsi yerləşir. Yerli əhəmiyyətli abidələr siyahısında olan bu abidə də erməni işğalı dövründə xaraba qalmışdır.
Seyidli bulağı
Seyidli bulağı — Şuşa rayonu ərazisində məşhur bulaqlardan və tarixi yerlərdən biri. == Tarixi == Seyidli məhəlləsində yerləşir. XIX əsrin 80-ci illərində qurulub. Belə ki, 1873-cü ilə qədər Şuşada bulaq mövcud deyilmiş. 120 ildən çox müddət ərzində içməli su mənbəyi mövcud olmayıb. Şuşanın hər iki tərəfindən çay axdığından buna ehtiyac duyulmayıb. Müxtəlif vasitələrlə həmin çaylardan su gətirib həm təsərrüfatda, həm də içmək üçün istifadə edilirdi.Şuşanın özündə su olmasa da onun hər iki yanından axan çaydan suyu tuluqlara doldurub gətirib şəhərdə satırdılar.Şuşaya ilk bulağı isə Xan qızı Natəvan saxsı borularla çəkib. Bu məşhur "Xan Qızı" bulağıdır. Xurşidbanu Natəvan həmin bulağın çəkilməsi üçün yüz min qızıl pul xərcləyib. Bundan sonra şəhərin müxtəlif yerlərinə bulaqlar çəkilir.
Seyidli məhəlləsi
Seyidli məhəlləsi — Şuşanın XVIII əsrdə salınmış aşağı məhəllələrindən biri. Digər məhəllələr kimi bu məhəllədə də məscid, hamam, kiçik meydan və bulaq olmuşdur. Cabbar Qaryağdıoğlunun evi bu məhəllədə yerləşir.
Veyisli bələdiyyəsi
Goranboy bələdiyyələri — Goranboy rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Qeydlər == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Xaliddin Veyisli
Xaliddin Zəkər oğlu Veyisli (14 sentyabr 1981; Qazax, Azərbaycan SSR — 26 oktyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Xaliddin Veyisli 1981-ci il sentyabrın 14-də Qazax şəhərində anadan olub. 1987-1998-ci illərdə S. Əfəndiyev adına 1 nömrəli tam orta məktəbdə təhsil alıb. Ailəli idi. Bir qızı və bir oğlu yadigar qaldı. == Hərbi xidməti == Xaliddin Veyisli 1999-2001-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2008-ci ildən isə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu idi. Azərbaycan Ordusunun çavuşu olan Xaliddin Veyisli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Xaliddin Veyisli oktyabrın 26-da Füzulinin azad edilməsi zamanı şəhid olub. Qazax şəhərində dəfn olunub.
Yafət Xeyirov
Yafət Xeyirov — Azərbaycanlı kino montajçısı == Həyatı == Yafə Xeyirov 1965-ci il mayın 16-da Quba rayonunun Susay kəndındə ziyalı ailəsində anadan olub. 1980-ci ildə Bakı Rabitə Elektrotexnikumuna daxil olub. 1984-cü ildə oranı qırmızı diplomla bitirib. Həmin il Azərbarcan Televiziya və Radio Verilişləri Komitəsində videomühəndis vəzifəsinə işə qəbul olunub və Moskva şəhərinə hərbi qulluğa göndərilib. Hərbi qulluğu bitirdikdən sonra televiziyada əmək fəaliyyətinə başlayıb. 1987-ci ildə Moskvada Ostankinoda ixtisas artırma inistitutunda oxuyub. 240-a yaxın sənədli televiziya filmlərinin montaj rejissorudur. Hal-hazırda Aztv-nin Xəbərlər departamentində ölkə başçısının xarıcı və daxili siyasətinin tamaşaçı kütləsinə çatdırılması ilə məşğul olur. Əmək fəaliyyəti, Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətininin sədri Arif Alışanov və prezident İlham Əliyev tərəfindən qiymətləndirilərək 2011-ci il noyabrında 10-da "Tərəqqi medalı" ilə təltif olunub. Ailəlidir, iki övladı var. == Filmoqrafiya == 20 il. Müstəqillik (film, 2011) Abbas Səhhət (film, 2007)(qısametrajlı sənədli film)(Aztv)-montaj Afurca nağılı (film, 2007) Ağ adam (film, 2004) Ağdamlı günlərimiz (film, 2001) Ah, ədalət!
Ruslan Xeyirov
Ruslan Xeyirov (7 yanvar 1976) — Rusiyanı və Azərbaycanı təmsil edən boksçu. == Karyerası == Ruslan Xeyirov 2000-ci ildə Azərbaycanı Sidney şəhərində (Avstraliya) baş tutan XXVII Yay Olimpiya Oyunlarında təmsil elədi. Ruslan Xeyirov 1/8 final mərhələsində Tunis nümayəndəsi Kamel Çatera 14:8 hesabı ilə qalib gəlsə də, 1/4 final mərhələsində Rusiya nümayəndəsi Oleq Saitova 10:10+ hesabı ilə məğlub oldu. Bununla da Ruslan Xeyirov Sidney Olimpiadasını beşinci pillədə başa vurdu.Daha sonra Ruslan Xeyirov 2002-ci ildə Perm şəhərində (Rusiya) baş tutan Avropa Çempionatında mübarizə apardı. Ruslan Xeyirov turnirin 1/16 final mərhələsində Estoniya nümayəndəsi Sergey Melisa 14:8 hesabı ilə qalib gəlsə də, 1/8 final mərhələsində Bolqarıstan nümayəndəsi Spas Genova 10:14 hesabı ilə məğlub oldu və Avropa Çempionatını doqquzuncu pillədə başa vurdu.Ruslan Xeyirovun növbəti turniri 2003-cü ildə Tailandda baş tutan Dünya Çempionatı oldu. Ruslan Xeyirov turnirin 1/16 final mərhələsində Gürcüstan nümayəndəsi Robert Pliyeva, 1/8 final mərhələsində Yeni Zelandiya nümayəndəsi Kahuhura Bentsona 22:6, 1/4 final mərhələsində isə Rusiya nümayəndəsi Andrey Mişina 18:11 hesabı ilə qalib gəldi və turnirin yarım-final mərhələsinə adladı. Finala gedən yolda Ruslan Xeyirov Özbəkistan nümayəndəsi Şerzod Husanova 6:30 hesabı ilə məğlub oldu və Dünya Çempionatının bürünc medalına sahib oldu.Bir il sonra isə Ruslan Xeyirov Pula şəhərində (Xorvatiya) baş tutan Avropa Çempionatında mübarizə apardı. Ruslan Xeyirov turnirin 1/16 final mərhələsində Polşa nümayəndəsi Miroslav Novosada 22:12, 1/8 final mərhələsində İsrail nümayəndəsi Məhəmməd Sabah Tahaya 5:0, 1/4 final mərhələsində isə İtaliya nümayəndəsi Filip Lo Qresoya üçüncü raundda vaxtından əvvəl qalib gəldi və turnirin yarım-final mərhələsinə adladı. Bu mərhələdə Ruslan Xeyirov Rusiya nümayəndəsi Oleq Saitova 16:20 hesabı ilə məğlub oldu və Avropa Çempionatının bürünc medalına sahib oldu.Ruslan Xeyirov 2004-cü ildə həm də Azərbaycanı Afina şəhərində (Yunanıstan) baş tutan XXVIII Yay Olimpiya Oyunlarında təmsil elədi. Ruslan Xeyirov 1/16 final mərhələsində Kanada nümayəndəsi Adam Trupişa, 1/8 final mərhələsində isə Çin nümayəndəsi Kanat İslama 26:16 hesabı ilə qalib gəlsə də, 1/4 final mərhələsində Kuba nümayəndəsi Lorenzo Araqona 14:16 hesabı ilə məğlub oldu.
Bəbirli
Bəbirli — İrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Ağin (Ani) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 36 km məsafədəyerləşir. «İrəvan əyalətinin icmal dəftərin»də, Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Toponim bəbirli türk tayfa adı əsasında formalaşmışdır və quruluşca sadə toponimdir. Erm. SSR AS RH-nin 3.11.1947-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Bartsraşen qoyulmuşdur. == Əhalisi == Burada 1860-cı illərə kimi yalnız azərbaycanlılar yaşamışdır. Ermənilər buraya 1860-cı ildə Türkiyənin Qazarabad, 1915-20-cı illərdə Muş və Bulanis vilayətindən köçürülmüşdür.
Bədirli
Bədirli — Azərbaycan Respublikasının Cəlilabad rayonunun inzibati ərazi vahidində kənd. == Toponimikası == Yaşayış məntəqəsinin türkdilli təklə tayfasının bədirli nəslinin məskunlaşması nəticəsində meydana gəlməsi güman edilir. Etnotoponimdir. 1933-cü ildə Bərdə rayonunun Qaramanlı inzibati ərazi dairəsində, Bakı yaxınlığında Pirəkəşkül adlanan ərazidə də Bədirli kəndləri qeydə alınmışdır. == Coğrafiyası və iqlimi == Kənd dağətəyi düzənlikdə, Cəlilabad rayonunun şimal-qərbində yerləşir. Əliqasımlı, Üçtəpə, Adnalı, Babaxanlı kəndləri ilə sərhəddir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 773 nəfər əhali yaşayır. == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı — əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Bəyimli
Bəyimli (Ağsu) — Ağsu rayonunda kənd. Bəyimli (Zərdab) — Zərdab rayonunda qəsəbə. == Dağlar == Bəyimli (dağ) — İsmayıllı rayonu ərazisində dağ.
Bəşirli
Bəşirli — Azərbaycan soyadı və toponim. Xatirə Bəşirli (d. 1958) — filologiya elmləri doktoru, professor. Səməd Bəşirli (d. 1976) — Azərbaycan Respublikasının iqtisadiyyat nazirinin müavini. == Toponim == Bəşirli (Goranboy) — Azərbaycan Respublikasının Goranboy rayonunun Hazırəhmədli kənd inzibati ərazi dairəsində kənd. Bəşirli-i Süfla (Germi) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. Bəşirli-i Ülya (Germi) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd.
Dəmirli
Yaşayış məntəqələriDəmirli (Borçalı) — Gürcüstanın Bolnisi rayonunda azərbaycanlıların yaşadığı kənd. Dəmirli (Tərtər) — Azərbaycanın Tərtər rayonunda kənd. Dəmirli — Tiflis quberniyasının Borçalı qəzasında, indiki Şəmşəddin rayonu ərazisində qışlaq. Dəmirli yaşayış yeri — Naxçıvan Muxtar Respublikasının Culfa rayonunda qədim yaşayış yeri.
Kəbirli
Kəbirli (Ağcabədi) — Azərbaycanın Ağcabədi rayonunda kənd. Kəbirli (Beyləqan) — Azərbaycanın Beyləqan rayonunda kənd. Yuxarı Kəbirli — Azərbaycanın Beyləqan rayonunda kənd. Kəbirli (Tərtər) — Azərbaycanın Tərtər rayonunda kənd.
Nəmirli
Nəmirli (Ağdam) — Azərbaycan Respublikasının Ağdam rayonunun inzibati ərazi vahidində kənd. Nəmirli (Ağsu) — Azərbaycan Respublikasının Ağsu rayonunun inzibati ərazi vahidində kənd. Nəmirli (Yevlax) — Azərbaycan Respublikasının Yevlax rayonunun inzibati ərazi vahidində kənd.
Qədirli
Qədirli (Masallı) — Azərbaycan Respublikasının Masallı rayonunun inzibati ərazi vahidində kənd. Qədirli (Tovuz) — Azərbaycan Respublikasının Tovuz rayonunun inzibati ərazi vahidində kənd. Qədirli (Qobustan) — Azərbaycan Respublikasının Qobustan rayonunun inzibati ərazi vahidində kənd. Qədirli (Vedibasar) — Ermənistan Respublikasının Vedi rayonunun inzibati ərazi vahidində kənd.
Xıdırlı
Xıdırlı — Soyad. Sevil Xıdırlı — aşıq.Yaşayış məntəqələriXıdırlı (Ağdam) — Azərbaycanın Ağdam rayonunda kənd. Xıdırlı (Qubadlı) — Azərbaycanın Qubadlı rayonunda kənd. Xıdırlı (Salyan) — Azərbaycanın Salyan rayonunda kənd.
Xızırlı
Xızırlı — İranın Şərqi Azərbaycan ostanının Əcəbşir şəhristanının Mərkəzi bəxşində yerləşən bir şəhərdir. 2006-cı ilin siyahıya alınması əsasında bu şəhər 3,746 nəfər və 848 ailədən ibarət idi.Əhalisinin əksəriyyəti azərbaycanlılardan ibarətdir və azərbaycan dilində danışırlar.
Xəlilli
Xəlilli — Azərbaycanda daha çox işlədilən soyad. Kəndlər Xəlilli (Ağsu) — Azərbaycanın Ağsu rayonunda kənd. Xəlilli (Şabran) — Azərbaycanın Şabran rayonunda kənd. Xəlilli (İsmayıllı) — Azərbaycanın İsmayıllı rayonunda kənd. Xəlilli (Xocalı) — Azərbaycanın Xocalı rayonunda kənd. Xəlilli (Babək) — Azərbaycanın Babək rayonunda kənd. Xəlilli (Cəlilabad) — Azərbaycanın Cəlilabad rayonunda kənd.
Xəlitli
Xəlitli — Azərbaycan Respublikasının Göyçay rayonunun Yeniarx inzibati ərazi vahidində kənd. Rayon mərkəzindən cənub-qərbdə, Göyçay-Ucar avtomobil yolu üzərində, Çərəkə və Yeniarx kəndlərin yanında, Şirvan düzündə yerləşən kənd. == Tarixi == == Toponimikası == Xalidli oyk., sadə. Göyçay r-nunun Yeniarx i.ə.v.-də kənd. Şirvan düzündədir. XIX əsrin birinci yarısında Çərəkə kəndindən ayrılmış xalidli nəslinə mənsub ailələrin məskunlaşması nəticəsində yarandığına görə belə adlandırılmışdır .Xəlitli (bəzən adı Xalidli və ya Xəlidli kimi də yazılır) yaşayış məntəqəsi XIX əsrin birinci yarısında indiki Göyçay rayonunun Çərəkə kəndindən ayrılıb gəlmiş xalidli nəslinə mənsub olan ailələrin burada məskunlaşması nəticəsində yarandığına görə belə adlandırılmışdır. Yerli əhali kəndin adını Xəlitli kimi tələffüz edir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 1154 nəfər əhali yaşayır. == Məşğuliyyəti == Kəndin əhalisi əsasən heyvandarlıq, taxılçılıq, baramaçılıq, üzümçülük və pambıqçılıqla məşğul olur.
Xəzərli
Xəzərli — Azərbaycan Respublikasının Xaçmaz rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Xəzərli Xacmaz rayonunun Üzünoba inzibati ərazi vahidində qəsəbə. Xəzər dənizi sahilində, Samur-Dəvəçi ovalığındadır. Yaşayış məntəqəsi Böyük Vətən müharibəsindən sonrakı illərdə yaranmışdır. Xəzər dənizi sahilində salındığı üçün belə adlandırılmışdır.
Çayırlı
Çayırlı — Ərzincanın 9 ilçəsindən biri
Xəsili
Xəsili — Azərbaycan Respublikasının Bərdə rayonunun eyniadlı inzibati ərazi vahidində kənd. == Coğrafiyası və iqlimi == Xəsili kəndi rayon mərkəzindən və Bərdə dəmir yolu stansiyasından 15 km cənub-şərqdə, Qarabağ düzündədir. == Əhalisi == Əhalisi pambıqçılıq, taxılçılıq, heyvandarlıq və baramaçılıqla məşğuldur.