Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Dünyada yalnız
Dünyada yalnız (fr. Seule au Monde,ing. Alone in the World) - fransız akademik rəssamı Vilyam Buqro tərəfindən işlənmiş əsər. Əsər rəssamın yaradıcılığının ilk dövrlərinə aid edilir. Tədqiqatçı Teo Van Qoq əsərin 1867 - ci ildən əvvəl çəkildiyini bildirmişdir. Əsərdə əlində violonçel tutaraq Parisdə, Sena çayının sahilində durmuş qız təsvir edilmişdir. Qız daha çox sol tərəfdən və qəmli sima ilə görünməkdədir. Qızın arxasında isə Paris Məryəm Ana kilsəsi və Royal Pont körpüsü görünməkdədir.
Cazda yalnız qızlardır
Bəziləri isti sevir (ing. Some Like It Hot) və ya Cazda yalnız qızlardır (rus. В джазе только девушки) — rejissor və prodüser Billi Uaylderin musiqili komediya filmidir. Bundan başqa bu rejissorun əsas işlərindən birisi və ssenarist İzi Daymondla tandem nəticəsində işlənilmiş ikinci filmdir. Baş rolda Merilin Monro, Toni Körtis və Cek Lemmon oynamışdırlar. Bu filmin ssenarisi Fransada ekranlaşdırılmış "Sevgi fanfaraları" adlı filmin və 1951-ci ildə Almaniyada çəkilmiş eyniadlı remeykin motivləri əsasında yaradılmışdır. Filmdə təhlükəli qanqsterlərdən gizlənmək üçün məcburi şəkildə qadın paltarlarını geyinən iki musiqiçinin macəraları haqqında bəhs edilir. Həmçinin filmdə nümayiş olunan səhnələr ABŞ-də spirtli içkiyə qoyulan qadağa dövrünü əhatə edir. Film geniş ekranlara 29 mart 1959-cu ildə, SSRİ-də isə artıq prokat şəklində 22 avqust 1966-cı ildə çıxarılmışdır. "Bəziləri isti sevir" kinokomediyası uzun illər davam edən studiya sistemindən nəhayət müstəqil prodüsserləşdirmə sisteminə keçən zaman, mühüm bir mərhələyə çevrilmişdir.
Yalnız güclülər (film)
Yalnız güclülər (İng: Only the Strong) — 1993-cü ildə baş rolda Mark Dakaskosun oynadığı, Şeldon Lettiçin çəkdiyi döyüş sənəti filmidir. Bu, Afro-Braziliya döyüş sənəti olan kapoeyranı əvvəldən sona qədər nümayiş etdirən yeganə Hollivud filmi hesab olunur.
Yalnız almanlar üçün
"Yalnız almanlar üçün" (alm. Nur für Deutsche‎) və ya "Yalnız arilər üçün" (Nur für Arien) — İkinci Dünya müharibəsi zamanı Nasist Almaniyasında və onun işğal etdiyi ölkələrdə istifadə olunmuş milliyətçi şüar. Bu ifadə ictimai nəqliyyat vasitələrində, kafelərdə, parklarda, kinoteatrlarda və s. yerləşdirilmişdi. Bu, ictimai ziyarət yerlərinin yalnız almanəsilli insanlar üçün nəzərdə tutulduğunu göstərirdi. İşğal olunmuş ölkələrin qalan əhalisinə bu yazı ilə ictimai yerlərə getmələri qəti qadağan edilmişdi.Nasist Almaniyasının irqi siyasətinin elementlərindən biri olan yazı əsasən qeyri-alman əhalisinin çoxluq təşkil etdiyi Şərqi Avropa ölkələrində istifadə olunurdu və yerli əhalini irqi cəhətdən təcrid etmək məqsədi daşıyırdı. Bir qayda olaraq, tramvay və qatarların birinci vaqonları Almaniya işğal və hərbi idarəsinin, Almaniya hərbi qulluqçularının, NSAFP üzvlərinin və almanəsilli mülki əhalinin daşınması üçün ayrılmışdı.
Yalnız arilər üçün
"Yalnız almanlar üçün" (alm. Nur für Deutsche‎) və ya "Yalnız arilər üçün" (Nur für Arien) — İkinci Dünya müharibəsi zamanı Nasist Almaniyasında və onun işğal etdiyi ölkələrdə istifadə olunmuş milliyətçi şüar. Bu ifadə ictimai nəqliyyat vasitələrində, kafelərdə, parklarda, kinoteatrlarda və s. yerləşdirilmişdi. Bu, ictimai ziyarət yerlərinin yalnız almanəsilli insanlar üçün nəzərdə tutulduğunu göstərirdi. İşğal olunmuş ölkələrin qalan əhalisinə bu yazı ilə ictimai yerlərə getmələri qəti qadağan edilmişdi.Nasist Almaniyasının irqi siyasətinin elementlərindən biri olan yazı əsasən qeyri-alman əhalisinin çoxluq təşkil etdiyi Şərqi Avropa ölkələrində istifadə olunurdu və yerli əhalini irqi cəhətdən təcrid etmək məqsədi daşıyırdı. Bir qayda olaraq, tramvay və qatarların birinci vaqonları Almaniya işğal və hərbi idarəsinin, Almaniya hərbi qulluqçularının, NSAFP üzvlərinin və almanəsilli mülki əhalinin daşınması üçün ayrılmışdı.
Yalnız güclülər (film, 1993)
Yalnız güclülər (İng: Only the Strong) — 1993-cü ildə baş rolda Mark Dakaskosun oynadığı, Şeldon Lettiçin çəkdiyi döyüş sənəti filmidir. Bu, Afro-Braziliya döyüş sənəti olan kapoeyranı əvvəldən sona qədər nümayiş etdirən yeganə Hollivud filmi hesab olunur.
Yalnız sən (film, 1994)
Yalnız sən (ing. Only You) — 1994-cü ildə komediya janrında çəkilmiş romantik film. == Məzmun == Hələ 11 yaşında ikən Feyt Kotvaça (Marisa Tomey) bir qaraçı qismətinin Deymen Bredli ismi ilə bağlı olacağını söyləyir. Falçı ona daha sonra deyir ki, bu qismətə çatmaq yolu ancaq onun özündən asılı olacaqdır. 14 il keçdikdən sonra gözəl qıza çevrilmiş Feyt yaxşı lakin darıxdırıcı bir ortoped həkimlə nişanlanır. Toy ərafəsində təsadüfi bir zəng hər şeyi alt-üs edir. 14 il bundan qabaq qaraçı falçının demiş olduğu Deymen Bredli ismli bir nəfər tərəfindən olunan telefon bağlantısı Feyti öz qismətinin dalıycan getməyə sürükləüir. Feyt qardqaşı arvadı ilə birlikdə bu ismin ardınca İtaliyaya: Venesiyaya, Romaya və nəhayət Pozitano şəhərinə gəlir. Bu zaman təsadüfən tanış olduğu Peter Urayt (Robert Dauni) ona sözügedən adamı tapmaqda yardımçı olur. Qismətini tapmayıb, çarəsiz geri Amerikaya dönən Feyt təsadüfən hava limanında Deymen Bredli isminin elan olunduğunu eşidərək dərhal o yerə özünü yetirir.
Yalnız şəxsi məsələ deyil (film, 1984)
== Məzmun == Film Bakıdakı Keşlə Maşınqayırma Zavodunun əməkçiləri və burada istehsal olunan avadanlıqlar barədə söhbət açır.
Yalnız bir ölkə ilə həmsərhəd olan ölkələrin siyahısı
Yalnız bir ölkə ilə həmsərhəd olan ölkələrin siyahısı - Siyahıda yalnız bir ölkə ilə quru sərhədlərinə malik ölkələrin adları qeyd olunmuşdur.
Samih Yalnızgil
Samih Rifat bəy və ya Samih Yalnızgil, (1875, İstanbul — 4 dekabr 1932) — türk şairi, dilçisi və siyasətçisi. == Həyat və fəaliyyəti == Rüşdiyə məzunudur. Xüsusi təhsil almışdır. İstanbul məhkəmə katibliyi, Mərcan Liseyi Ədəbiyyat müəllimliyi, Konya, Trabzon Qubernatorluğu, Daxili İşlər Müşaviri, Təhsil Nazirliyi Müəllif Hüquqları və Tərcümə İdarəsi, Tarix Cəmiyyətinin üzvü, Təhsil Nazirliyinin müşavirliyi, III və IV dövr Çanakkale Millət vəkili, III və IV dövr kitabxana əncüməni rəisliyi kimi fəaliyyət göstərirdi. Ailəlidir, üç övladı var. Türk Dili Cəmiyyətinin ilk prezidentidir. Mehmet Akif Ərsoy ilə birlikdə "Divanü Lüğat-it-Türk"ü türk dilinə tərcümə etmişdir. Şair, dramaturq və roman yazıçısı Oktay Rifatın atasıdır. Qızı, keçmiş Ədliyyə Nazirlərindən olan Həsən Səfyəddin Menemencioğlu ilə evlənmişdir.
Yalqız Ağac
Yalqızağac (Salmas) Yalqızağac (Mərənd) Elat Yalqızağac (Mərənd) Yalqızağac (Miyanə) Yalqız Ağac (Qürvə) — İranın Kürdüstan ostanı Qürvə şəhristanının ərazisinə daxil olan kənd. Əliabad-i Yalqız Ağac (Qürvə) — İranın Kürdüstan ostanı Qürvə şəhristanının ərazisinə daxil olan kənd.
Yalqız Ağac (Qürvə)
Yalqız Ağac (fars. يالغوز آغاج‎) — İranın Kürdüstan ostanı Qürvə şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 1,123 nəfər yaşayır (256 ailə). Əhalisini kürdlər təşkil edir.
Əliabad-i Yalqız Ağac (Qürvə)
Əliabad-i Yalqız Ağac (fars. علي آباد يالغوز آغاج‎) — İranın Kürdüstan ostanı Qürvə şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 270 nəfər yaşayır (62 ailə). Əhalisini kürdlər təşkil edir.
Baldız
Baldız — kişinin arvadının bacısı, yaxud arvadın ərinin bacısı. Kişinin arvadı sağ ikən öz baldızı ilə evlənməsi İslama görə qadağandır. Bu barədə Qurani-Kərimdə deyilir: "...iki bacını birlikdə almaq da sizə haramdır. Yalnız keçmişdə olan bu cür işlər müstəsnadır.
Yalbuz
Yalbuz - türk və altay mifologiyasında əfsanəvi dağ. Albuz və ya Alvuz olaraq da bilinir. Aşılmaz yüksəkliyə malikdir. Ətrafı sularla çevrilidir. Toğrul və Qonrul quşu burada yaşayır. Xəyali canlıların yaşadığı yerdir. Yaxın Şərq mədəniyyətlərinin təsiri Qaf dağı daha çox ön plana çıxmışdır. Bu dağ İran mədəniyyətində Elbürz olaraq keçər. Pəri qızlarının yaşadığı məkan olaraq qəbul edilir. == Etimologiya == (Yal/Al) kökündən törəmişdir.
Yarpız
Nanə (lat. Mentha) — dalamazkimilər fəsiləsinə aid bitki cinsi. Dünyada 25-30 qədər növü olan, sağlamlıq baxımından son dərəcə faydalı, xoş qoxulu bir bitkidir. Daha çox nəmli yerləri sevir. == Faydaları == İştah açır. Sinirləri sakitləşdirir və bədənə rahatlıq verir. Stressə və baş ağrısına yaxşı gəlir. Spazm və ürək döyüntüsü riskini azaldır. Qızdırmanı salır. Həzm sistemi və mədə üçün çox faydalıdır.
Yasnıy
Yasnı — Rusiya Federasiyasında yerləşən şəhər Orenburq vilayətinə daxildir == Tarixi == Şəhərin əsası 1961-ci ildə qoyulub. 1979-cu ildən şəhər statusunu daşıyır. == Coğrafiyası və iqlimi == == Əhalisi == 2017-ci ildə şəhər əhalisi 15000 nəfər təşkil edib.
Yallı
Yallı — Azərbaycan milli rəqsi. Ən qədim rəqs növlərindən biridir. 2018-ci ilin 26 noyabr – 1 dekabr tarixlərində Mavriki Respublikasının paytaxtı Port-Luis şəhərində UNESCO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinin növbəti 13-cü sessiyasında qəbul edilmiş qərarla "Yallı (Köçəri, Tənzərə), Naxçıvanın ənənəvi qrup rəqsləri" YUNESKO-nun Təcili Qorunma Siyahısına daxil edilmişdir. == Etimologiya == Azərbaycanın güney bölgələrində "yallı"ya "halay" da deyilir guney Azərbaycanın qərbi Azərbaycan əyalətində jəlman da adlanır. (Al/Hal) kökündən törəmişdir. Birlik və atəş mənaları ehtiva edir. Monqol "halah" feli sərbəst buraxmaq, rahatlaşdırmaq mənalarına gəlir. Mançurca "hələ" feli də eyni anlama gəlir. == Tarixi == Yallı (Halay), türk və altay xalq mədəniyyətində mərasim rəqsidir. Kökləri miladdan əvvəlki dövrlərə gedən bir oyundur.
Yanıq
Yanıq — termiki, kimyəvi, elektrik, günəş, şüa agentlərinin təsirindən orqanizmin dəri və toxumaların zədələnməsi. Zədələnmənin kütləvi xarakter aldığı fövqəladə vəziyyətlərdə (təbii fəlakətlər zamanı, istehsalat qəzalarında, hərbi münaqişələr zamanı və s.) yanıqlar xüsusi diqqət tələb edir. Ümumdünya Səhiyyə Təşkilatının məlumatlarına görə yanıqlar bütün travmatik zədələnmələr arasında 3-cü yeri tutur. Hər il min nəfərdən biri yanıq zədəsinə məruz qalır. Son illərdə lokal müharibələrdə zədələnmələrin 10%-ini yanıqlar təşkil edir. == Yanıqlar haqqında məlumat == Statistik məlumatlara görə, dünyada hər dəqiqədə kimsə yanıqla zədələnir. Alovla bağlı yanıqlar hər il bütün dünyada dörd yüz minə yaxın ölüm hadisəsinə səbəb olmuşdur. Bunların çox hissəsi (96%-i) inkişaf etməkdə olan ölkələrdə baş vermişdir.Azərbaycanda il ərzində ağır yanıqları olan xəstələrin sayı 1000 və daha artıq olur. Yanğınlara, əsasən uşaqlar və qocalar məruz qalır. Bütün dünya üzrə yanıqlara məruz qalmış şəxslərin ən yüksək faizini 12 yaşdan aşağı uşaqlar təşkil edir.
Yanıx
Yanıx, Nşxark — İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Qaranlıq (Martuni) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 13 km şimal-şərqdə, Göyçə gölünün sahilində yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Toponim Azərbaycan dilində «yanmış, susuz, quru yer» mənasında işlənən yanıx sözü əsasında əmələ gəlmişdir. Quruluşca sadə toponimdir. == Əhalisi == Kənddə 1873 - cü ildə 194 nəfər, 1886-cı ildə 245 nəfər, 1897-ci ildə 303 nəfər, 1908-ci ildən 360 nəfər, 1914 - cü ildə 730 nəfər, 1916-cı ildə 423 nəfər azərbaycanlı yaşamışdır. 1919 - cu ildə azərbaycanlılar ermənilər tərəfindən qırğınlarla qovulmuşdur. İndiki Ermənistanda Sovet hakimiyyəti qurulandan sonra sağ qalan azərbaycanlılar öz doğma kəndlərinə dönə bilmişdir. 1922-ci ildə burada 66 nəfər azərbaycanlı, 1926-cı ildə 37 nəfər azərbaycanlı, 163 erməni yaşamışdır. Göründüyü kimi, ermənilər buraya 1922-ci ildən sonra, 1923-1925-cı illərdə köçürülmüşdür.
Yasnı
Yasnı — Rusiya Federasiyasında yerləşən şəhər Orenburq vilayətinə daxildir == Tarixi == Şəhərin əsası 1961-ci ildə qoyulub. 1979-cu ildən şəhər statusunu daşıyır. == Coğrafiyası və iqlimi == == Əhalisi == 2017-ci ildə şəhər əhalisi 15000 nəfər təşkil edib.
Güvən Yalçın
Güvən Yalçın (türk. Güven Yalçın; 18 yanvar 1999, Düsseldorf) — "Beşiktaş"da hücumçu mövqeyində çıxış edən Türkiyə futbolçusu. == Klub karyerası == === Bayer Leverkuzen === Güvən Yalçın 2006-cı ildə 7 yaşında olarkən "Bayer Leverkuzen" komandasının futbol məktəbinə qəbul edilmiş və orada oynamağa başlamışdır. 2016-cı ildə "Bayer Leverkuzen" U-17 komandası ilə Almaniya çempionluğu yaşamışdır. 26 qarşılaşmada vurduğu 12 qol ilə komandasının çempionluğunda pay sahibi olmuşdur. 2016–2017-ci illər mövsümündə "UEFA Gənclər Liqasında" 6 qarşılaşmada forma geyinmişdir. === Beşiktaş === ==== 2018-2019-cu illər mövsümü ==== 27 iyul 2018-ci ildə Türkiyə Super Liqasında çıxış edən klublardan olan "Beşiktaş"a transfer edilmişdir. Yeni komandasında ilk oyununa "UEFA Avropa Liqası"nın təsnifat mərhələsində oynadıqları "Partizan" klubuna qarşı matçda çıxmışdır. 29 sentyabr 2018-ci ildə "Kayserispor" ilə oynanan qarşılaşmanın son dəqiqələrində Rikardo Kuarejmanın yerinə meydana daxil olaraq ilk liqa oyununa çıxmışdır. == Milli komanda karyerası == 2020-ci ildə keçiriləcək olan futbol üzrə Avropa Çempionatının təsnifat mərhələsində Türkiyə milli futbol komandasının Albaniya və Moldova milliləri ilə oynayacağı qarşılaşmaların iştirak ərizəsinə baş məşqçi Şənol Günəş tərəfindən daxil edilmişdir.
Mehmet Yıldız
Mehmet Yıldız, 1981-ci ilin 14 sentyabrında anadan olub. Futbolçu kimi karyerasına "Tigemspor" klubunda başlayıb. Çox keçmədən gənc hücumçu nisbətən güclü klubların maraq dairəsinə düşür və 2000-ci ildə Mehmet "Sivasspor"a keçir. Onun komandaya gəldiyi vaxt "Sivasspor" aşağı dəstədə superliqaya çıxmaq üçün mübarizə aparırdı. Elə həmin il, yəni 2000-2001-ci il mövsümündə "Sivasspor" aşağı dəstənin çempionu olur və superliqaya vəsiqə əldə edir. Amma Mehmet yeni klubunda təsadüfi hallarda meydana çıxır, özünü göstərmək şansı əldə edə bilmirdi. Ona görə də gənc futbolçu klubunu dəyişməli olur. Mehmet 3-cü liqada mübarizə aparan "Samsun Çarşanbaspor"a keçir. 21 yaşlı futbolçu peşəkar karyerasında ilk qolunu da Samsunda vurur. Yıldız "Divriğispor"a qarşı oyunun 7-ci dəqiqəsində hesabı açır.
Taner Yıldız
Taner Yıldız (3 aprel 1962) — Türk siyasətçi, elektrik mühəndisi. 22., 23. və 24. Dövr Ədalət və İnkişaf Partiyası Kayseri millət vəkili və Türkiyə respublikasın Enerji və Təbii Qaynaqlar Naziridir. == Həyatı == 3 Aprel 1962 tarixində Yozğadın Boğazlıyan mahalına bağlı Dəvəçipinar Qəsəbəsində dünyaya gəldi. Lisey təhsilini Kayseri Liseyində tamamladı. İstanbul Texniki Universiteti Elektrik-Elektronik Fakültəsi Elektrik Mühəndisliyi Hissəsini bitirdi. Kayseri Elektrik İstehsal Şirkətinin İdarə heyəti Üzvü, Kayseri və Ətrafı Elektrik TAŞ-ının İdarə heyəti Üzvü və Ümumi Müdiri olaraq vəzifə yerinə yetirdi. 2002 ümumi seçkilərində Əİ Partiyasından Kayseri millət vəkili namizədi oldu, 22. Dönəmdə Türkiyə Böyük Millət Məclisinə girdi.
Uzunyarpaq yarpız
Uzunyarpaq yarpız (lat. Mentha longifolia) — dalamazkimilər fəsiləsinin nanə cinsinə aid bitki növü. == Qısa morfoloji xüsusiyyətləri == Hündürlüyü 30-100 sm, sürünən kökümsovlu, gövdəsi düz, dördtilli, sıx yumşaq və qısa tüklüdür, çox vaxt ağımtıl rəngdədir, adətən qollu-budaqlı olan çoxillik ot bitkisidir. == Botaniki təsviri == Hündürlüyü 30-100 sm olan sürünən kokümsovlu çoxillik bitkidir. Gövdəsi düz, adətən budaqlı, kəsikdə dördkünc, yumşaq tüklü, ağımtıl rəngdədir. Yarpaqları oturaq, ucu biz, uzunsovyumurtavari, bəzən uzunsov-lansetvari, qıraqları mişarvari-diş-dişlidir, üstdən bozumtul-yaşıl, tükləşmiş, altdan ağ keçəvaridir. Çiçəkqrupu gövdənin və ya budaqların ucunda sıx, silindrikvari sünbül əmələ gətirir. Kasacığı zəngvari, çox tüklü, tacı 4–5 mm, çəhrayıdır. Qozcuqları yumurtavari, təpəsi tüklüdür. İyun-avqust aylarında çiçəkləyir, sentyabr oktyabrda meyvə verir.
Yalçın Adıgözəlov
Yalçın Vasif oğlu Adıgözəlov (4 noyabr 1959, Bakı) — Azərbaycan dirijoru, Bakı Musiqi Akademiyasının dirijorluq kafedrasının professoru, Azərbaycan Respublikasının xalq artisti (2012). == Həyatı == Yalçın Vasif oğlu Adıgözəlov 4 noyabr 1959-cu ildə Bakı şəhərində bəstəkar Vasif Adıgözəlovun ailəsində anadan olmuşdur. Tanınmış musiqi sülaləsinin üçüncü nəsil nümayəndəsidir. İki oğlu, bir qızı var. === Təhsili === 8 yaşında konservatoriyanın nəzdində fəaliyyət göstərən Bülbül adına Orta İxtisas Musiqi Məktəbində fortepiano ifaçılığı üzrə A. Y. Kopeleviç və B. L. Qusliserin sinfində təhsil almağa başlamışdır. 1982-ci ildə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının fortepiano fakültəsini bitirmişdir (professor R. Atakişiyevin sinfi). 1983–1984-cü illərdə Daşkənd Dövlət Konservatoriyasında "opera-simfonik dirijorluğu" fakültəsində təhsil almışdır (professor K. M. Usmanovun sinfi). 1984-cü ildən 1989-cu ilədək Leninqrad konservatoriyasının "opera-simfonik dirijorluğu" fakültəsində tanınmış professor İlya Musinin sinfində təhsil almışdır. 1990–1992-ci illərdə Vyana Musiqi və İfaçılıq Sənəti Akademiyasında (alm. Wien – Musikhochschule‎) Azərbaycanı təmsil edən ilk musiqiçi kimi professor Karl Esterrayxerin sinfində təcrübə keçmişdir.
Yalçın Cavadov
Yalçın Aydın oğlu Cavadov (19 may 1985; Şamaxı rayonu, Azərbaycan SSR — 9 oktyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Yalçın Cavadov 1985-ci il mayın 19-da Şamaxı rayonunun Sabir qəsəbəsində anadan olub. 1992-2002-ci illərdə A. Alxanov adına qəsəbə tam orta məktəbində təhsil alıb. Ailəli idi. 1 qızı və 2 oğlu yadigar qaldı. == Hərbi xidməti == Yalçın Cavadov 2003-2005-ci illərdə Dövlət Sərhəd Xidmətinin Naxçıvan şəhərində yerləşən "N" saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olub. 2017-ci ildən isə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq xidmət edirdi. Azərbaycan Ordusunun çavuşu olan Yalçın Cavadov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Yalçın Cavadov oktyabrın 9-da Füzulinin azad edilməsi zamanı şəhid olub. Şamaxı şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub.
Yalçın Dadaşzadə
Yalçın İsmayıl oğlu Dadaşzadə (10 iyun 1993; Beyləqan rayonu, Azərbaycan — 27 sentyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin giziri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Yalçın Dadaşzadə 1993-cü il iyunun 10-da Beyləqan rayonunun Mayaq qəsəbəsində anadan olub. == Hərbi xidməti == Azərbaycan Ordusunun giziri olan Yalçın Dadaşzadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Yalçın Dadaşzadə sentyabrın 27-də Füzulinin azad edilməsi zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Yalçın Dadaşzadə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Yalçın Dadaşzadə ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Yalçın Nəsirov
Yalçın Nəsirov — Azərbaycanın Milli Qəhrəmanı, Mart hadisələri zamanı şəhid olmuşdur. == Həyatı == 23 yanvar 1976-cı ildə Astara rayonunun Sərək kəndində anadan olmuşdur. 1982-1992-ci illərdə burada təhsil almışdır. 1994-cü il 19 aprel Milli Orduya çağırılır. Tərtər və Şamaxı rayonlarında qulluq edən Yalçın verilən tapşırıqları layiqincə yerinə yetirirdi. O, Vətənimizi azad və bütöv güclü görmək arzusu ilə yaşayırdı. 1995-ci il mart hadisələri baş verdi. 13-17 mart günlərində dövlət çevirilişinə cəhd edən dəstənin zərərsizləşdirilməsi zamanı Yalçın ağır yaralandı. Xeyli qan itirmişdi. 24 mart tarixdə o, aldığı yaradan Sabunçu rayon xəstəxanasında gözlərini əbədi yumdu.
Yanni
Yanni (tam adı Yiannis Hrysomallis ya da məşhur olduğu adıyla John Yanni Christopher; 14 noyabr 1954[…], Kalamata[d], Peloponnes, Qərbi Yunanıstan və İon adaları) — Yunan pianoçu və bəstəkar. 1992-ci ildə "Dare to Dream" albomu ilə Grammy mükafatı qazanmışdır. Başqa uğurlu albomlarından biri isə 1993-cü ildə çıxardığı "My Time" albomu olmuşdur. Əsl müvəffəqiyyəti 1994-ci ildə çıxardığı "Yanni Live at the Acropolis" albomu ilə qazanan sənətçinin bu əsəri bütün zamanların ən çox satan ikinci video-klipi olmuşdur. 2011-ci ilə qədər 20 ölkədə, 2 milyondan çox konsert vermiş; 20 milyonun üzərində albom satmışdır. == Yanni == 1993-cü ildə İngilis Kraliyət Simfonik Orkestri ilə Acropolis-də verdiyi konsertlə özünü dünyaya tanıtdırmışdır. Özü xüsusi bir musiqi təhsili almadığı halda Simfoniyalar yazan bir musiqiçidir. 1987-ci ildəki ilk albomu " Keys to Imagination " olan məşhur musiqiçinin eyni zamanda Yunanıstan gənclər üzmə rekorçuluğu və Amerikadakı Minnesota Universitetindən psixologiya lisenziya var. == Albomları == Optimystique (1980) Keys to Imagination (1986) Out of Silence (1987) Chamaleon Days (1988) Niki Nana (1989) Reflections of Passion (1990) In Celebration of Life (1991) Dare to Dream (1992) In my time (1993) Live at the Acropolis (1993) In the Mirror (1997) Tribute (1997) If I Could Tell You (2000) Ethnicity (2003) Yanni Live!
Talnik (Auırqazı)
Talnik (başq. Тальник, rus. Тальник) — Başqırdıstan Respublikasının Avurğazı rayonunda yerləşən kənd. Kənd Semenkin kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Talbazı): 32 km, kənd sovetliyindən (Semenkin): 6 km. ən yaxın dəmiryol stansiyasından (Sterlitamak stansiyası): 30 km. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə çuvaşlar (97%) üstünlük təşkil edir.
Talnik (Avurğazı)
Talnik (başq. Тальник, rus. Тальник) — Başqırdıstan Respublikasının Avurğazı rayonunda yerləşən kənd. Kənd Semenkin kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Talbazı): 32 km, kənd sovetliyindən (Semenkin): 6 km. ən yaxın dəmiryol stansiyasından (Sterlitamak stansiyası): 30 km. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə çuvaşlar (97%) üstünlük təşkil edir.