sellüloid
sellüloz-kağız
OBASTAN VİKİ
Sellüloz
Sellüloza bitki aləmində ən geniş yayılmış homopolisaxariddir. Karbon birləşmələrinin yarıdan çoxunu sellüloza təşkil edir. Bu ən çox kətanda (80-90%), çətənədə, samanda, bitkilərin oduncağında (40-50%) və pambığın lifində (90-98%) olur. Kimyəvi düsturu aşağıda: (C6H10O5)n Bitkilər ildə 1011 ona yaxın sellüloza sintez edir. Bitkilərdə sellüloza başqa karbohidratlarala (hemisellüloza, liqinin və s.) birlikdə olur. Sellüloza hidroliz edilərkən D─qlükozanın β─forması əmələ gəlir. Sellülozanın molekul kütləsi 10-20 milyon arasında dəyişir, qlükoza qalıqlarının miqdarı 3000-dən 10 000-ə qədər olur və zəncirvari şaxələnir. Qlükoza qalıqları biri digəri ilə birinci və dördüncü karbonlar arasında β─1─4 qlükozid rabitələri hesabına birləşir. Təbiətdə sellüloz ən geniş yayılmış maddədir. Bitkilərin hüceyrələri ondan qurulmuşdur.
Sellüloza
Sellüloza (lat. cellula) — təbiətdə əsasən bitki aləmində geniş yayılmış polisaxarid olub, tərkibi [С6Н7О2(OH)3]n formulu ilə ifadə olunur. Yaşıl bitkilərin və eləcə də əksər yosunlar və oomisetlərdə hüceyrə divarının əsas kompanenti sellüoza hesab olunur. Sellüloza nişastaya nisbətən daha çox yayılmış karbohidratdır. bitki hücüyrələrinin qılıfları sellülozadan ibarətdir. Quru ağacda 60%-ə qədər, pambıq və süzgəc kağızında isə 90%-ə qədər sellüloza olur. Molekul kütləsi bir neçə milyona çatır. Makromolekulları yalnız xətti quruluşa malikdir. Bir istiqamətdə yerləşərək onlar lif əmələ gətirir (kətan, pambıq və s.) Təmiz sellüloza ağ, bərk maddədir, suda və adi üzvi həlledicilərdə həll olmur, mis 2-hidroksidin ammonyakda məhlulunda (Şveyser reaksiyası) yaxşı həll olur. Sellülozanın həll olmamasının səbəbi onun makromolekulları arasında başqa həlledicilərin qıra bilmədiyi, çoxlu sayda hidrogen rabitələrinin olmasıdır.

Digər lüğətlərdə