semantik-sintaktik

semantik-sintaktik
semantik-qrammatik
semantik-struktur
OBASTAN VİKİ
Semantik veb
Semantik veb və ya Veb 3.0 — Ümumdünya Hörümçək Toru Konsorsiumu (W3C) tərəfindən müəyyən edilmiş standartlar vasitəsilə Ümumdünya hörümçək torunun genişlənməsidir. Semantik vebin məqsədi internet məlumatlarını maşın tərəfindən oxunabilən etməkdir. Semantikanın verilənlərlə kodlaşdırılmasını təmin etmək üçün Resurs Təsvir Çərçivəsi (ing. Resource Description Framework; RDF) və Veb Ontologiya Dili (ing. Web Ontology Language) kimi texnologiyalardan istifadə olunur. Bu texnologiyalar metaməlumatı formal şəkildə təmsil etmək üçün istifadə olunur. Məsələn, ontologiya anlayışları, varlıqlar arasındakı əlaqələri və əşyaların kateqoriyalarını təsvir edir. Bu daxil edilmiş semantika verilənlər üzərində əsaslandırma və müxtəlifnövlü məlumat mənbələri ilə işləmək kimi əhəmiyyətli üstünlüklər də təklif edir. Bu standartlar internetdə, əsasən RDF-də olduğu kimi ümumi məlumat formatlarını və mübadilə protokollarını təşviq edir. W3C-yə görə, "Semantik veb məlumatların proqram, şirkət və cəmiyyət sərhədləri arasında paylaşılmasına və təkrar istifadə edilməsinə imkan verən ümumi bir çərçivəni təmin edir." Buna görə də Semantik veb müxtəlif məzmun və məlumat tətbiqləri arasında birləşdirici kimi qiymətləndirilir.
Sintaktik diaqram
Sintaktik diaqram(syntax diagram,синтаксическая диаграмма,sözdizimi diyagramı)-ər hansı dilin elementlərinin necə düzüldüyünü göstərən diaqram.Hər diagramın bir giriş nöqtəsi və son nöqtəsi var.Diaqram digər nonterminals və terminallar vasitəsilə gedən bu iki xal arasında mümkün yolları təsvir edir. Nonterminals kvadrat qutuları ilə təmsil olunur,Terminals isə dəyirmi qutuları ilə təmsil olunur. Bu qrammatikada EBNF ifadə edilə bilər:: İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 831 s.
Sintaktik əlaqələr
Sintaktik əlaqələr — sintaktik (yun. sintaksisə aid olan), əlaqə (ərəb. qarşılıqlı münasibət, bir-biri ilə bağlılıq‎) deməkdir. Söz birləşməsi və cümlədəki sözlər bir-birilə iki cəhətdən bağlı və əlaqəli olurlar: Məna(semantik) cəhətdən; Qrammatik (morfoloji və sintaktik) cəhətdən. Obyektiv aləmdəki əşyalarla, onların müxtəlif xüsusiyyətləri arasındakı əlaqə nəzərdə tutulur. Onları dörd növə ayırmaq olar: Subyekt əlaqəsi: Əşya ilə onun hərəkəti arasındakı əlaqədir. Buna predikativ əlaqə də deyilir: O gəlir. Tələbə yazır. Obyekt əlaqəsi: Obyektlə hərəkət arasındakı əlaqə nəzərdə tutulur: kitabı oxumaq, yeri şumlamaq, məqaləni yazmaq.Cibindən dəsmalını çıxartdı, eynəyini götürdü, gözlərini sildi. Atributiv əlaqə: Əşya ilə onun müxtəlif əlaməti, keyfiyyət və xasiyyəti arasında olan əlaqə nəzərdə tutulur: ağ divar; həmin adam; Həyatın əzəli, əbədi qanunları var.
Semantik viki
Semantik viki — səhifələrində təsvir olunan biliklərin əsas modelinə malik olan viki. Adi və ya sintaktik vikilərdə strukturlaşdırılmış mətn və tipsiz hiperlinklər var. Semantik vikilər semantik sorğular vasitəsilə verilənlər bazası kimi sorğulana və ya ixrac edilə bilən yollarla səhifələr daxilindəki məlumatlar və səhifələr arasındakı əlaqələr haqqında məlumatları tutmaq və ya müəyyən etmək imkanı verir. Semantik vikilər ilk dəfə 2000-ci illərin əvvəllərində təklif edilmiş və 2005-ci ildə ciddi şəkildə tətbiq olunmağa başlamışdır. 2021-ci ildən etibarən tanınmış semantik viki mühərrikləri "Semantic MediaWiki" və "Wikibase"dir. "Semantik viki" termininin məlum olan ilk istifadəsi 2001-ci ilin yanvarında Endi Dinqli tərəfindən dərc edilmiş "Usenet" postu idi. Texniki bir məqalədə məlum olan ilk təsviri avstriyalı tədqiqatçı Leo Sauermann tərəfindən 2003-cü ildə çap edilən bir məqalədə olmuşdur. Mövcud semantik viki proqramlarının bir çoxu 2000-ci illərin ortalarında başlamışdır, o cümlədən "ArtificialMemory" (2004), "Semantic MediaWiki" (2005), "Freebase" (2005) və "OntoWiki" (2006). 2006-cı ilin iyun ayında Monteneqroda Avropa Semantik Veb Konfransı ilə birlikdə semantik vikilərə həsr olunmuş ilk görüş – "SemWiki" seminarı keçirilmişdir. Bu seminar 2010-cu ilə qədər hər il davam edirdi.