simulyasiya
simurq
OBASTAN VİKİ
Tikinti və menecement simulyatoru
Tikinti və menecement simulyatoru (TMS) — simulyasiya videooyunlarının növü. Burada oyunçular məhdud resurslardan istifadə edərək uydurma təşkilatlar və ya layihələri inşa edir, onları inkişaf və ya idarə edir. Bəzi strategiya oyunları oyunçunun resurslarının idarə edilməsi və layihənin inkişafı ilə bağlıdır. Bununla belə, strategiya oyunlarından fərqli olaraq, əsas TMS oyunlarında məqsəd rəqibi məğlub etmək deyil, davam edən proseslə bağlı məqsədlərə çatmaqdır. Bu kateqoriyaya aid oyunlar bəzən sadəcə idarəetmə oyunları adlanır.
Uçuş simulyatoru
Aviasiya (pilotaj) trenajoru — pilotların yerüstü hazırlığı üçün nəzərdə tutulmuş uçuş simulyatorudur. Aviasiya trenajorunda trenajorun hesablama kompleksinin proqram təminatında həyata keçirilən xüsusi modellərin köməyi ilə aparat-proqram kompleksi vasitəsilə, uçuş dinamikası və hava gəmisi (HG) sistemlərinin işi imitasiya olunur. == Pilotların hazırlanması == Aviasiya trenajorunda pilotların hazırlanması — HG-nin təhlükəsiz istismarının təmin edilməsinin ən mühüm elementlərindən biridir. Bu, insan amilinin mənfi təsirini minimuma endirməyə imkan verir, yəni təyyarə heyətinin səhv hərəkətləri ehtimalını minimuma endirməyə imkan verir. Trenajor hazırlığının aktuallığı insan amilinin aviasiya qəzalarının əsas səbəbi olmağa davam etməsi səbəbindən sabit bir yüksəliş tendensiyasına malikdir. Bundan əlavə, EHM-in hesablama gücünün sürətlə artması müasir aviasiya trenajorlarını elə inkişaf səviyyəsinə çatdırmağa imkan verib ki, trenajorlarda pilotların hazırlanması real təyyarədə hazırlıqdan daha effektivdir. Aviasiya trenajorlarının bu cür effektivliyi onların yüksək hazırlıq intensivliyinin təmin edilməsi imkanları ilə şərtlənir. Belə ki, əgər real uçuşda ekipaj konkret təlim tapşırıqlarının yerinə yetirilməsilə bağlı olmayan, məsələn, uzun müddətli "qutu üzrə uçuş", hündürlüyün yığılması, zonaya uçuş və s. yerinə yetirilməsilə bağlı gündəlik əməliyyatların yerinə yetirilməsinə əhəmiyyətli vaxt ayırmalıdırsa, trenajorda isə xüsusi proqram təminatı uçuş şəraitini, havanı, coğrafi mövqeyi, təhlil və təkrarlama üçün tapşırığın yerinə yetirilməsini dayandırmağa və s. imkan verir.