slovaklar

slovaklar
slovakca
sloven
OBASTAN VİKİ
Slovaklar
Slovaklar (slovak. Slováci, tək sayda Slovák, qadın cinsində Slovenka) Slovakiya əhalisinin əsas hissəsini təşkil edən, slovak dilində danışan, slavyan icmasına aid olan xalq. Slovakların əksər hissəsi müstəqil Slovakiya ərazisində yaşayır. Digər dövlətlərdən isə Çexiya, Xorvatiya, Polşa, Macarıstan və Serbiya ərazilərində etnik azlıq təşkil edirlər. ABŞ, Kanada və Böyük Britaniyada yaşayan immiqrant slovaklar isə həmin ölkələrdəki Slovak diasporunu təşkil edir.
Voevodinada slovaklar
Voevodinada slovaklar — böyük bir milli azlıqdır və muxtar bölgənin serb və macarlardan sonra üçüncü ən böyük etnik qrupudur. 2011-ci il siyahıyaalmasına görə Voevodinadakı slovakların sayı 50 321 nəfər və ya Voevodina əhalisinin 2,61% -i olmuşdur. Slovaklar rəsmi olaraq milli azlıq olaraq tanınıb, slovak dili Voevodinada rəsmi dildir. Onların təhsil, mədəniyyət və informasiya sahəsindəki hüquqları rəsmi olaraq qorunur. Katolik olan əksər etnik slovaklardan fərqli olaraq, Voevodina slovaklarının əksəriyyəti protestantlardır (evangelistlər). Voevodinanın indiki slovakları 18-19-cu əsrlərdə müasir Slovakiya ərazisindən köç edənlərin nəsilləridir. Tatralardan gələn ilk məskunlar VI Karlın hakimiyyəti dövründə Baçkaya köçdülər. 1720-ci ildə Bayşa ətrafına, təxminən 1740-ci ildə Baçi-Petrovasa yerləşdilər və Mariya Tereza dövründə Bezdana yerləşdilər. Bəziləri sonradan Sremə köçür. 1760-cı ildə 120 slovak ailəsi Selençada məskunlaşdı, sonradan bir çoxu Stara Pazova köçdü.
Serb Respublikasında slovaklar
Serb Respublikasında slovaklar (serb. Словаци у Републици Српској, slovak. Slováci v Republike srbskej) — Serb Respublikası ərazisində yaşayan və işləyən slovak əsilli icması. Hazırda slovaklar Serb Respublikasının rəsmi 12 milli azlıqları siyahısına daxildir. Onların hüquqlarını Serb Respublikası Milli Azlıqlar Soveti tərəfindən qorunur. 2013-cü il məlumatına respublika ərazisində 109 slovak yaşayır. Slovaklar Serb Respublikası ərazisində ilk slovaklar 1885-ci ilə meydana gəlmişdir: bu zaman 12 kəndli ailəsidən ibarət icma idi. Onlar Pivnise, Kovaçisa, Lyoba, Binqula və Baçki-Petovasdan insanlar gələrək Bielinada yerləşmişlər. Gəlmələr əsasən kənd təsərrüfatı ilə məşğul olurlar. Köçkünlər arasında ən məşhurlarından biri XIX — əsrin sonları XX əsrin əvvəlləri bölgəyə gəlmiş İosip Senixradski olmuşdur.

Digər lüğətlərdə