SOFİSTİKA

Qədim Yunanıstanda vətəndaşlar arasında münaqişə yarananda işə andlılar məhkəməsində baxılırdı. Münsifləri hər hansı bir tərəfə çəkmək üçün natiqlik istedadı tələb olunurdu. Belə istedada malik müdafiəçinin təqsirkarı zərərçəkəndən daha üstün təqdim edə bilməsi halları tez-tez baş verirdi.

Bu səbəbdən də ritorika, yəni bəlağətli danışıq müəllimlərinə ehtiyac yaranmışdı. Sokratın dövründə Protaqor adlı məşhur ritorika müəllimi yaşayırdı. O özünü sofist, yəni müdrik insan adlandırır, tələbələrinə bütün bildiklərini, bacardıqlarını və onların nə bilmək istədiklərini öyrətməyi təklif edirdi. Protaqor və onun davamçılarını indi də sofist adlandırırlar.

Sokratın şagirdi Platon sofistlərə sərt müxalif mövqedə dayanırdı. Öz “Dialoqlar”ında Sokratın Protaqor, həmçinin Gorgi ilə mübahisələrini və bu mübahisələrdən qalib çıxdığını təsvir etmişdi. Platon sofistləri öz şagirdlərini bilərəkdən saxta iddialar və yanlış məntiqdən istifadə edərək ağı qara göstərməyi öyrədənlər kimi təsvir edirdi.

O vaxtdan “sofistika” və “sofizm” terminlərindən ilk baxışdan həqiqət kimi görünən, amma həqiqətlə əlaqəsi olmayan hər hansı bir arqumenti ifadə etmək üçün istifadə olunur. (Ayzek Azimov. Sözlərin tarixi)

SOFİ
SOĞAN
OBASTAN VİKİ
Sofistika
Sofistika (qədim yunan dilindən – hikmət): Sofistika — qədim yunan sofistlərinin təlimi. İkinci sofistika — e.ə. I əsrdən b.e. III əsrinə qədər davam edən dövrü. Sofizm — müzakirədə sofizmlərdən istifadə.
Yeni sofistika
İkinci sofistika və ya yeni sofistika — sofistika dövrlərindən biri. Əsas nümayəndələri Samosatalı Lukian və Flavi Filostrat olmuşdur. II əsrin əvvəlindən, yəni Antoninlərin "qızıl dövrü"ndən IV əsrin sonuna qədərki dövrü əhatə edir. İkinci sofistikanın nümayəndələri adətən Filostratın "Sofistlərin bioqrafiyası" kitabında bəhs etdiyi filosoflar hesab olunurlar. Bəzi tədqiqatçılar hesab edirlər ki, ikinci sofistika b.e. I əsrinin əvvəllərinə gedib çıxır. Yeni sofistika dövrünü V əsrdən başlayaraq üçüncü sofistika dövrü, digər adı ilə Bizans ritorikası izləmişdir. İkinci sofistikanın nümayəndələri xüsusi boşluqları ilə seçilirdilər, çünki onların dövründə fəlsəfə çox yüksək ehtiramla qarşılanırdı, Roma hökmdarları sofistləri hər formada təşviq etməyə çalışırdı. Məsələn, Eli Aristid yuxuda ona tanrının göründüyünü və ona dahi olaraq Platon və Demosfenə bərabər olduğunu elan etdiyini söyləmişdir. Odur ki, ikinci sofistika ümumiyyətlə Demosfen və Platonun tərənnümü ilə xarakterizə olunur.
İkinci sofistika

Digər lüğətlərdə