Stokholm

coğ. Stockholm

stimullaşdırma
Strasburq
OBASTAN VİKİ
Stokholm
Stokholm (isv. [stɔkːhɔlm]) — İsveç Krallığının paytaxtı. Melaren gölünün şərq sahilində yerləşir. Əhalisi 2.000.000-a yaxındır. 6.519 km² ərazisi olan metropoliya ərazisində isə əhalinin sayı 2 milyon nəfərdir. 2009-cu ilin statistikasına görə İsveç əhalisinin 22 faizi Stokholm metropoliyasında yaşayır. Kralın iqamətgahı, Beynəlxalq Arlanda aeroportu, Hökumət binası və riksdaq bu şəhərdə yerləşir. 2008-ci ildə 1.1 milyon turistin ziyarət etdiyi Stokholm Skandinaviyada 2-ci ən çox turist qəbul edən şəhər olmuşdur (1-ci yerdə Kopenhagen). Bəzən Stokholmu "Şimalın Venesiyası" adlandırırlar. Bu şəhər haqqında ilk məlumat Aqnafit haqqında saqada rast gəlinir.
Stokholm Universiteti
Stokholm Universiteti (isv. Stockholms universitet) — İsveç Krallığının paytaxtı Stokholm şəhərində yerləşən ali təhsil müəssisəsi. Universitetin əsası 1878-ci ildə qoyulmuşdur.
Stokholm qətliamı
Stokholm qətliamı - 1513-1523-cü illərdə hakimiyyətdə olmuş Danimarka kralı II Kristian tərəfindən Stokholm şəhərininin kübar təbəqəsinə qarşı 1520-ci ilin 8-9 noyabr tarixlərində gercəkləşdirilmiş qətliam. Danimarkanın nəzarətində olan İsveçin, Kamar Birliyindən ayrılması müharibəyə səbəb olmuşdur. Kalmar Birliyinə qarşı olan kral naibi Sten Sture Danimarka tərəfdarı olan din xadimi Qustav Trolu həbs etdirir. Hadisədən sonra kral II Kristian Roma papasının dəstəyinə arxalanaraq İsveçə hücum edir və oranı işğal edir. Muzdlu əsgərlərinin hesabına işğal hərəkatına rəhbərlik edən kral isveçiləri məğlub edib Stokholm şəhərinə daxil olur. 1520-ci ilin 8-9 noyabr tarixlərində krala qarşı təxribatlar törətməkdə günahlandırılan 80 nəfərə yaxın İsveç ziyalısı edam edilir. Edamların ardından ölkənin digər bölgələrində və Finlandiyada da oxşar edamlar gercəkləşdirilir.
Stokholm sindromu
Stokholm sindromu (ing. Stockholm Syndrome) — populyar psixologiyaya aid termin olaraq insan oğurluğu və ya zorakılıq tətbiqi və ya belə zorakılıq tətbiqi hadisəsi zamanı qurbanla aqressor arasında yaranan birtərəfli və ya qarşılıqlı simpatiyanı, müdafiə-təhtəlşüur xarakterli travmatik əlaqəni təsvir edir. Güclü şokun təsiri altında girovlar onları girov götürən şəxslərə təəssübkeşlik etməyə, onların hərəkətlərinə bəraət qazandırmağa və son nəticədə özlərini onlarla eyniləşdirməyə başlayırlar, onların ideyalarını qəbul edirlər və özlərinin "ümumi" məqsəd naminə qurban verilmələrini zəruri hesab edirlər. Dominant xarakterli ailə-məişət münasibətləri zamanı məişət xarakterli Stokholm sindromu yarana bilər. Stokholm sindromu xüsusi ədəbiyyatda "Girovun eyniləşdirmə sindromu" (ing. Hostage Identification Syndrome), "Sağlam fikir sindromu" (ing. Common Sense Syndrome) , "Stokholm amili" (ing. Stockholm Factor), "Girovun yaşama uğrunda mübarizəsi sindromu" (ing. Hostage Survival Syndrome) və sair sinonimlərə malikdir. 23 avqust 1973-cü ildə həbsxanadan qaçmış Yan Erik Ulsson Stokholmda yerləşən "Sveriges Kreditbank"ə gələrək onu qarət etməyə başladı, bir polisi yaraladı və üç nəfəri qadın olmaqla (Brigitta Lundblad, Kristin Enmark, Elizabet Oldqren) bankın dörd əməkdaşını girov götürdü.
Stokholm şəhəri
Stokholm (isv. [stɔkːhɔlm]) — İsveç Krallığının paytaxtı. Melaren gölünün şərq sahilində yerləşir. Əhalisi 2.000.000-a yaxındır. 6.519 km² ərazisi olan metropoliya ərazisində isə əhalinin sayı 2 milyon nəfərdir. 2009-cu ilin statistikasına görə İsveç əhalisinin 22 faizi Stokholm metropoliyasında yaşayır. Kralın iqamətgahı, Beynəlxalq Arlanda aeroportu, Hökumət binası və riksdaq bu şəhərdə yerləşir. 2008-ci ildə 1.1 milyon turistin ziyarət etdiyi Stokholm Skandinaviyada 2-ci ən çox turist qəbul edən şəhər olmuşdur (1-ci yerdə Kopenhagen). Bəzən Stokholmu "Şimalın Venesiyası" adlandırırlar. Bu şəhər haqqında ilk məlumat Aqnafit haqqında saqada rast gəlinir.
Stokholm Müasir İncəsənət Muzeyi
Stokholm Müasir İncəsənət Muzeyi (Moderna Museet) - İsveçin paytaxtı Stokholmun mərkəzində, Şeppensxolmen adasında yerləşən muzey. Muzey 1958-ci ildə təşkil olunmuşdur. Stokholm Müasir İncəsənət Muzeyinin direktoru Otto Skyöld olmuşdur. 1994-1998-ci illərdə muzeyin yeni binası Rafael Moneonun layihəsi əsasında tikilmişdir. Qalereyalardan biri Penso Pyano tərəfindən planlaşdırılmışdır. 2010-cu ildən muzeyə Daniel Birnbaum başçılıq edir. Əvvəllər əsas ekspozisiyalar pulsuz olmuşdur. Stokholm Müasir İncəsənət Muzeyində 100 minə yaxın müasir incəsənət nümunəsi nümayiş etdirilir. Muzeydə Matissanın, Pikassonin, Maleviçin, Alberto Cakomettinin, Corco de Kirikonun Salvador Dalinin, Marsel Dyüşanın, Aleksandr Kolderin, Luiza Burjuanın, Endi Uorxolun, Jan Tenqlinin, Nike de Sen-Fallın, Pobert Rauşenberin, Pera Kirkebinin, Ulrix Ryurimin, Den Qrimin əsərləri mühüm yer tutur. 1993-cü ildə muzeydən Pikassonun 6 əsəri və Jorj Brakın 2 əsəri oğurlanmışdır, bu əsərlərin ümumi dəyəri 40 mln.
Stokholm terror hücumu (2017)
Stokholm terror hücumu - İsveçin paytaxtı Stokholm şəhərində çatdırılma xidməti göstərən yük maşını ilə törədilmiş terror hücumu. Hadisə nəticəsində 4 nəfər həlak olub, 9 nəfəri ciddi olmaqla 15 nəfər yaralanıb. Yük maşını insanların çoxluq təşkil etdiyi əraziyə daxil olaraq, qarşısına çıxan mülki əhalini əzib. Hadisəni təşkil etməkdə günahlandırılan 39 yaşlı Özbəkistan vətəndaşı həmin gün yerli polis tərəfindən həbs olunub. Stokholm terror hücumu oxşarlıq baxımından 2016-cı ildə Fransanın Nitsa şəhərində törədilmiş və 87 nəfərin ölümünə səbəb olan terror hücumu ilə bənzərlik təşkil edir.
Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutu
Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutu (SIPRI) — Stokholmda yerləşən beynəlxalq institut. O, 1966-cı ildə yaradılıb və silahlı münaqişə, hərbi xərclər və silah ticarəti, eləcə də tərksilah və silahlara nəzarət üçün məlumat, təhlil və tövsiyələr təqdim edir. Tədqiqat açıq mənbələrə əsaslanır və qərar qəbul edən şəxslərə, tədqiqatçılara, mediaya və maraqlı ictimaiyyətə yönəlib. İnstitutun təşkilati məqsədi beynəlxalq sülh və təhlükəsizlik üçün əhəmiyyət kəsb edən münaqişə və əməkdaşlıq məsələləri üzrə elmi araşdırmalar aparmaq və beynəlxalq münaqişələrin sülh yolu ilə həlli və davamlı sülh şərtlərinin dərk edilməsinə töhfə verməkdir. İnstitut 2014-cü ildə Pensilvaniya Universitetinin Lauder İnstitutunun "Global Go To Think Tanks" hesabatına görə ABŞ-dan kənar dünya üzrə ən yaxşı üç araşdırma mərkəzləri arasında yer alıb. 2020-ci ildə SIPRI qlobal araşdırma mərkəzləri arasında 34-cü yeri tutub.