Bir mənası, ümumiyyətlə, “bağırsaq”, ikinci mənası isə “içi dolu bağırsaq” deməkdir. İshal olan adamlara sucuqlayan deyiblər (“bağırsağı boşaltmaq” mənasını verir). İfrazat (nəcisat) anlamı ilə bağlı kəlmə də bununla əlaqədardır. Qədim mənası su ilə bağlıdır (müqayisə et: sucuq, suyuq və cuyuq). Sözün sirop mənası da olub. Sucuq kəlməsinin kökü feil olub (sucmaq), -uq şəkilçisi onu ismə çevrilib. (Bəşir Əhmədov. Etimologiya lüğəti)