sufi
sufi-fəlsəfi
OBASTAN VİKİ
Sufi
Sufi (Şot)
Dərviş
Dərviş (qaz. Диуана, Дәруіш), (fars. درویش‎) — səyahət edən, fiziki dünyadan imtina edən, mənəvi dünyada yaşayan, sufiliyi təbliğ edən dindar insan. Dərvişlər hər zaman özlərini Allah-taala, peyğəmbər və əhli-beytin mədhiyyəçiləri sayıblar. "Dərviş öz evini çiynində gəzdirər" deyimi onların laməkan olmasına işarədir. Araşdırmalar göstərir ki, dərvişlik orta əsrlərdə yayılmağa başlayıb. Diyarbadiyar gəzən dərvişlər əsasən Allahın şəninə, peyğəmbərimiz və onun əhli-beytinin şərəfinə qəzəllər oxuyub, müqəddəsləri təbliğ edən mərsiyələr deyərmişlər. İslam ölkələrinin çoxunda dərvişlik ayrıca təriqət hesab olunur. "Dərviş" fars sözü olub mənası qapı-qapı gəzən, sədəqə toplayan adam deməkdir. Amma əslində onlar sədəqə toplayan dilənçilər deyillər, dərvişlər tamam fərqli həyat və düşüncə tərzinə malik olublar.
Sufi (Hurand)
Sufi (fars. صوفي‎) — İranın Şərqi Azərbaycan ostanının Hurand şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə yaşayış yoxdur.
Sufi (Şot)
Sufi (fars. صوفي‎) - İranın Qərbi Azərbaycan ostanının Şot şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 2,523 nəfər yaşayır (572 ailə).
Sufi Xəlil
Sufi Xəlil Bektaş (v. 1492 və ya 1491, Təbriz) — Mosullu tayfasından olan, məşhur Ağqoyunlu sərkərdəsi və siyasi xadim. Sufi Xəlil bu tayfanın sərkərdələrindən olan Əmir bəyin qardaşı idi. == Həyatı == 1451-ci ildə Uzun Həsənin müdafiə etmiş başlıca qüvvələr Sufi Xəlilin içərisindən çıxdığı Mosullu və Pörnək tayfaları olmuşdur olmuşdur. Uzun Həsənin Teymuri hökmdarı Əbu Səid üzərindəki qələbəsində Mosullu Əmir bəy qardaşı və Sufi Xəlil mühüm rol oynamışlar. 1467-ci ildə Uzun Həsəinin Bağdada yürüşündə və Həsənəli mirzə ilə Xoy döyüşündə iştirak etmişdir.1473-cü ildə Ağqoyunlular və Osmanlılar arasında baş vermiş Otluqbeli döyüşündə Sufi Xəlil ordunun sağ cinahına rəhbərlik etmişdir. Döyüşdən əvvəl digər sərkərdələr kimi Sufi Xəlil də döyüşə girməyin yaxşı fikir olmadığını Uzun Həsənə bildirmişdi. Mənbələrdə onun bu sözləri qeydə alınmışdır, "vuruşmaq məsləhət deyildir və qeyblərin ən yaxşı bilicisindən (Allahdan) başqa heç kim vəziyyətin necə olacağını bilmir" Uzun Həsənin ölümündən sonra Gürcüstanda vəziyyət gərginləşdi. Çünki, Ağqoyunlu hökmdarı Tiflisə təyin etdiyi Sufi Xəlil vasitəsi ilə Gürcüstanı itaət altına almağı bacarmışdı. Lakin 1478-ci il yanvarın 5-də Uzun Həsənin ölümü ilə Ağqoyunlu taxtı uğrunda mübarizə başladı.
Sufi çay
Sufi çayı (Fars dili: صوفی چای) — İranın cənub qərbində yerləşən çay. İnzibati ərazi vahidi olaraq Şərqi Azərbaycan ostanında yerləşir.Öz mənbəyini Səhənd dağından götürən çay Marağa şəhərinin qərbi və Bünab şəhərinin cənubundan keçdikdən sonra Urmiyə gölünə tökülür. Çayın üzərində Ələviyan səddi tikilmişdir.
Dərviş (dəqiqləşdirmə)
Dərviş — səyahət edən. Dərviş (şərab) — Qırmızı kəmturş süfrə şərabı.
Dərviş (İrəvani)
Dərviş — XIX əsr Azərbaycan rəssamı Mirzə Qədim İrəvaninin çəkdiyi rəsm, İrəvaninin erkən yaradıcılıq dövrünə aiddir. Rəsm şüşə üzərində yağlı boya ilə çəkilib. Hal-hazırda rəsm Bakıda, Azərbaycan Milli İncəsənət Muzeyində saxlanılır. == Təsviri == İncəsənət muzeyinin inventar kitabında bu rəsm “Kişi” adı ilə qeyd edilib. Hal-hazırda "Dərviş" adlandırılır. Dərviş tamamilə yaşıl fonda təsvir edilib. Onun bədəni qabaqdan, üzünün dörddə üçü, ayaqları isə tam profildə təsvir edilib. Dərvişin üzü gənc və saqqalsızdır, sağ yanağında xalı var. Miklaşevskaya həmçinin qeyd edir ki, üz ifadəsinə bic-bic baxan gözlər əlavə edilib. Dərvişin qara saçları düz daranıb və onun çiyinlərinə qədər uzanır.Dərviş qırmızı paltar geyib.
Dərviş Cavanşir
Məmmədov Cavanşir Musa oğlu (Dərviş Cavanşir) — şair, nasir, publisist, 1990-cı ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Jurnalistlər Birliyinin üzvü (1996). == Həyatı == Dərviş Cavanşir 1954-cü il yanvarın 9-da Azərbaycanın Naxçıvan Muxtar Respublikasının Əliabad kəndində anadan olmuşdur. Ailədə dörd nəfər olmuşlar — atası Musa, anası Səbayel və balaca qardaşı Şirxan. (Bir neçə şeirlərində valideynləri və qardaşının adı da çəkilir). Burada kənd məktəbində ibtidai, Naxçıvan şəhərinin 1 saylı məktəbində orta təhsil almışdır (1960–1970). Əmək fəaliyyətinə tikinti sahəsində fəhləliklə başlamışdır (1970–1973). Ordu sıralarında xidmət etmişdir (1973–1975). Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində təhsilini davam etdirmişdir (1976–1982). Azreklam agentliyində qəzet və jurnal üzrə redaktor (1982–1985), kənd təsərrüfatı elmi xəbərləri jurnalında korrektor (1985–1986), "Yazıçı" nəşriyyatında redaktor (1986–1988), Azərbaycan Assosiasiyasında ədəbi-mədəni əlaqələr üzrə müavin (1989–1992), "Aydınlıq" qəzetində şöbə müdiri (1992–1995), "Xalq qəzeti"ndə baş müxbir (1995–1998) vəzifələrində çalışmışdır. "Ulus" qəzetinin əməkdaşı olub.
Dərviş Məhəmməd
Dərviş Məhəmməd və ya Kritli Məhəmməd. 23 dekabr 1930-cu ildə Menemen hadisəsi zamanı, kiçik leytenant Kubilayı Menemendə öldürən şəxsdir. Dərviş Məhəmməd hadisədən bir neçə gün sonra tutularaq edam edilmişdir.
Dərviş Zaim
Dərviş Zaimağaoğlu (1964, Famaqusta) — Kiprli türk film rejissoru və prodüseri. == Həyatı == Boğaziçi Universitetində Menecerlik fakültəsində oxumuş (1988), İngiltərə Warwick Universitetində mədəni çalışmalar fakültəsində master dərəcə almışdır (1994). Zaim İstanbulda yaşayır və müxtəlif universitetlərdə kinoşünaslıq dərsləri verir. == Kariyerası == Televiziya rejissorluğu və ssenaristliyi təcrübəsinə sahib olan Dərviş Zaimin bir romanı "Ares möcüzələr diyarında" (1995) çap olunmuşdur. İlk filmi "Tabutta rövaşata" (1996) ilə Türkiyədə və xarici ölkələrdə bir çox mükafat qazanmışdır. "Cənnəti gözləyərkən" rejissorun planlaşdırdığı bir trilogiyanın ilk filmidir. Ənənəvi ən işləmələri sənətinə əsaslanan trilogiyada Dərviş Zaim bu sənətlərin estetikasının film estetikası ilə harmoniya yaratmasına çalışmışdır. "Nöqtə" filmi isə trilogiyanın ikinci filmidir. Film işlərinə 1991-ci ildə təcrübi videosu "Hang the Camera" ilə başlayan Dərviş Zaim, sonra televiziya sənədli filmi olan "Məscidin ətrafındakı daş"a rejissorluq etmişdir. Bundan başqa, Dərviş Zaim, Londonda Hollivud Film İnstitutu tərəfindən idarə edilən müstəqil film prodüserliyi ilə əlaqəli bir kursa qatılmışdır.
Dərviş xalçaları
Dərviş xalçaları — Təbriz xalçaçılıq məktəbinə aid Azərbaycan xalçaları. == Ümumi məlumat == XV əsrdən başlayaraq Təbrizdə toxunan xalçalar Yaxın Şərq, o cümlədən Qafqaz Xalçaçılıq sənətinə ciddi təsir göstərmişdir. Sufilərin — tərki-dünyaların paltarları da yundan toxunurdu. İlk sufilər aydın dünyagörüşünə malik deyildilər. Sonralar tədricən sufizm qədim Şərqin müxtəlif dini baxışları olan qnostisizm və xristianlığın müxtəlif təlimlərini götürərək ideya-nəzəri cəhətdən təkmilləşmişdir. == Bədii analizi == Xalçada dərvişlərin məclisi təsvir olunur — sağ küncdə Şəmsi Təbrizi, yuxarı sol küncdə Sultan Bəyazid, aşağı sol küncdə Nur Əli Şah, aşağıda sağ tərəfdə Əli şah Müştaq təsvir edilmişdir. Kompozisiyanın gözündə Nemətulla şahdır. Xalçada təsvir olunmuş adamlar sufiliyin davamçılarıdır. Sufiliyin davamçıları qardaşlıq əsasında bölünür və onların hər biri öz dövrlərinin məşhur sufisi kimi yüksəlir. Xalçada təsvir edilən kiçik göldə üzən ördəklə, iki qırmızı balıq, yuxarıda isə dərviş atributları : iki kəsişən təbərzin, kəşkül və təsbeh, kiçik medalyonlarda ərəbcə dərvişlərin adları verilmişdı.
Dərviş xan
Dərviş xan ya da Qulamhüseyn Dərviş (Farsca: درویش‌خان; 1872, Tehran – 22 noyabr 1926, Tehran) — klassik Fars musiqi bəstəkarı və tar virtiozudur. == Həyatı == Aziz Sultan musiqi qrubu üzvlərindən biri olan Dərviş xan, Darülfünun musiqi məktəbində təhsil aldı. Fransız hökumətindən çalışmaları adına birinci dərəcəli mükafat alan Dərviş xan, 22 noyabr 1926-cı il tarixində bir avtomobil qəzasında həyatını itirdi.
Dərviş Əroğlu
Dərviş Əroğlu (7 mart 1938, Famaqusta, Britaniya Kipri) — Şimali Kipr Türk Respublikasının 23 aprel 2010-cu ildən, 30 aprel 2015-ci ilədək prezidenti olmuşdur. == Həyatı == 1938-ci ildə Famaqusta şəhərində anadan olmuşdur.
Mahmud Dərviş
Mahmud Dərviş (13 mart 1941 — 9 avqust 2008, Hyuston, Texas) — fələstinli şair və yazıçı, ədəbiyyat üzrə bir sıra mükafatların laureatı, Fələstinin milli şairi. Mahmud Dərvişin poeziyasında Fələstin itirilmiş cənnətin, ölümün və zühurun, məcburi vətəndən qovulmanın əzab-əziyyətinin təcəssümü kimi canlanır.
Qara Dərviş
Qara Dərviş (11 oktyabr 1990, Bakı) — azərbaycanlı musiqiçi. == Həyatı == Qara Dərviş təxəllüsü ilə tanınan Hikmət Poladzadə 1990-cı il 11 oktyabrda Bakıda pedaqoq ailəsində doğulub. Seyid Cəfər Pişəvəri adına fars təmaüllü gimaziyada orta təhsilini tamamladıqdan sonra ali təhsilini Azərbaycan Memarlıq və İnşaat Universitetində davam etdirən Qara uşaq yaşlarından musiqiyə böyük maraq göstərir. O, Azərbaycan Memarlıq və İnşaat Universitetində təhsil almaqla yanaşı Bakı Musiqi Akademiyasında Opera vokal və Ümumi bəstəkaralıq dərsləri də almışdır. == Fəaliyyəti == Qara 2008-ci ildə dahi Azərbaycan şairi və filosofu İmadəddin Nəsiminin "Sığmazam", "İstəmə" qəzəllərinə olan bəstələrinin də yer aldığı ilk Demo proyektini dinləyicilərinə təqdim edir. Beləki, bu bəstələr Azərbaycanda və eləcə də dünyada metal janrının qəzəl ilə ilk sintezidir. 2010-cu ildə Sumqayıtda ilk solo konsertini edən Qara Dərviş, "Yuxu"-dan sonra Azərbaycanda dərin yuxuya getmiş roku yenidən oyadır. Elə həmin ildə Amerikanın məşhur qruplarından olan "Brazzaville" ilə eyni səhnəni paylaşaraq Azərbaycan rokunu təmsil edən Qara ali təhsilini başa vurduqdan sonra hərbi xidmətə üz tutur. 1 illik aradan sonra yenidən yaradıcılığa qayıdan Qara Dərviş bu dəfə sözləri Anara, bəstəsi Emin Sabitoğluya aid "İncəbellim"-i (Dədə Qorqud Dastanından – Bamsı Beyrəyin mahnısı) yenidən aranjeman və ifa edir. Dinləyiciləri arasında çox səs-küy salan ifadan sonra Qara 2013-cü ildə "TEDx Baku" layihəsində səhnə alır.
Suat Dərviş
Suat Dərviş (əsl adı Xədicə Səadət Baraner) (d. 1903, İstanbul - ö. 23 iyul 1972, İstanbul) == Həyatı == Tibb professoru İsmayıl Dərviş bəyin qızı Suat Dərviş bir müddət yazıçı Rəşad Fuad Baraner ilə evli olub. Xüsusi təhsil alıb. Bir müddət Almaniyada Berlin Konservatoriyası və Ədəbiyyat Fakültəsində oxuyub. 1932-ci ildə Türkiyəyə qayıtdıqdan sonra "Son məktub", "Vətən", "Cümhuriyyət", "Gecə məktubu" kimi qəzetlərdə reportajları və romanları çap olundu. Rəşad Fuad Baranerlə birlikdə Türkiyədə ictimai cərəyanın ilk yayın orqanlarından biri hesab edilən "Yeni Ədəbiyyat Dərgisi"ni 15 oktyabr 1940 - 15 noyabr 1941-ci illər arasında yayınladı. Bu dərgidə qısa hekayələr, lətifə və tənqidlər dərc olunurdu. 1944-cü il həbsləri zamanı əri Rəşad Fuad Baraneri gizlətdiyi və qanunsuz Türkiyə Komunist Partiyasına qoşulduğu ittihamı ilə mühakimə olundu və bir il həbs cəzasına məhkum edildi. Parisə getdi və 1953-1963-cü illər arasında orada yaşadı.
Əhməd Dərviş
Əhməd Dərviş (türk. Ahmet Derviş) (d. 1884, Selanik, Osmanlı İmperiyası – ö. 1932, İstanbul, Türkiyə) — Türk hərbi xadim. == Hərbi fəaliyyəti == 1906-cı ildə hərbi məktəbi bitirmişdir. İtaliya-Osmanlı müharibəsində, Balkan müharibələrində və Birinci Dünya müharibəsində iştirak etmişdir. 1920-ci ildə Anadoluya köçdü. 19302-cu ildə general-leytenant rütbəsinə yüksəldi. 1-ci Ordu korpus komandirliyi və Milli Müdafiə Nazirliyinin müşaviri vəzifəsində çalışmışdır. 7 yanvar 1932-də vəfat etmişdir.
Son dərviş
Son Dərviş romanı Fransada yaşayan azərbaycanlı jurnalist Qənimət Zahidin ilk romanıdır. Roman 2019-cu ilin dekabrında Bakı şəhərində çap edilib. Post modernist üslubda, tarixi- fəlsəfi mövzuda yazılan Son Dərviş Azərbaycanda böyük ajiotajla qarşılanıb. "Son Dərviş" 12- ci əcrdə və Stalinist repressiyaların tüğyan etdiyi 1930-cu illərdə baş verən hadisələrin ədəbi təsviri verilir. Kitabın fransız dilində çap edilməsi də nəzərdə tutulur. Qənimət Zahid nəşri 2016- cı ildən qadağan edilən Azadlıq qəzetinin baş redaktorudur, mühacirətdə olduğu zamanda Turan TV adlı peyk televiziyası yaradıb.
Hacı Sufi (Poldəşt)
Hacı Sufi (fars. حاجي صوفي‎) - İranın Qərbi Azərbaycan ostanının Poldəşt şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 87 nəfər yaşayır (22 ailə).
Sufi Həmid türbəsi
Sufi Həmid türbəsi — Abşeron rayonunun Hökməli kəndində yerləşir. == Məlumat == Deyilənlərə əsasən, türbə XVIII əsrdə tikilib. Hal-hazırda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli qərarı ilə ölkə əhəmiyyətli tarix və mədəniyyət abidəsi kimi qorunur.
Sufi kəndi (Xoy)
Sufi kəndi (fars. صوفي كندي‎) - İranın Qərbi Azərbaycan ostanının Xoy şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 84 nəfər. yaşayır (22 ailə).
Əbdürrəhman as-Sufi
Abul-Hüseyn Abdurrahman ibn Ömər əl-Sufi (fars.عبدالرحمن صوفی, Rey, 7 dekabr 903 -Şiraz,25 may 986) — məşhur fars astronom və riyaziyyatçı idi. O, Isfahanda, emir Adud ad-Daula hakimiyyəti dovrundə yaşamışdır və astronomiya haqqında olan məqalələri yunan dilindən tərcumə edirdi(birinci novbədə Almaqest Ptolimeyin). Təxmini olaraq 960-cı ildən Şirazda işləyirdi. Ən məşhur kitablarından biri "Sabit ulduzlar"kitabıdır(ərəb. كتاب الكواكب الثابتة). Kitabda 1017 ulduz və 48 bürc haqqında ətraflı məlumat verilmisdir. Kitabda bürclərin rəngarəng təsviri, eləcə də onların ekliptikal koordinatları haqqındada məlumat var. öz müşahidələrinə əsaslanaraq o, əvvəlki astronomi melumatları nəzərdən keçirmişdir(əsasən Klavdiy Ptolimeyin). Al-Sufi astronomiyanın gələcək inkişafına böyük təsir göstərmişdir. Onun elmi əsərlərindən daha sonra əl-Biruni, Əbu əl-Həsən ibn Yunis, Nasir əl-Din əl-Tusi, ispan və səmərqənd astronomları da istifadə etmişdirlər.
Əbdürrəhman əs-Sufi
Abul-Hüseyn Abdurrahman ibn Ömər əl-Sufi (fars.عبدالرحمن صوفی, Rey, 7 dekabr 903 -Şiraz,25 may 986) — məşhur fars astronom və riyaziyyatçı idi. O, Isfahanda, emir Adud ad-Daula hakimiyyəti dovrundə yaşamışdır və astronomiya haqqında olan məqalələri yunan dilindən tərcumə edirdi(birinci novbədə Almaqest Ptolimeyin). Təxmini olaraq 960-cı ildən Şirazda işləyirdi. Ən məşhur kitablarından biri "Sabit ulduzlar"kitabıdır(ərəb. كتاب الكواكب الثابتة). Kitabda 1017 ulduz və 48 bürc haqqında ətraflı məlumat verilmisdir. Kitabda bürclərin rəngarəng təsviri, eləcə də onların ekliptikal koordinatları haqqındada məlumat var. öz müşahidələrinə əsaslanaraq o, əvvəlki astronomi melumatları nəzərdən keçirmişdir(əsasən Klavdiy Ptolimeyin). Al-Sufi astronomiyanın gələcək inkişafına böyük təsir göstərmişdir. Onun elmi əsərlərindən daha sonra əl-Biruni, Əbu əl-Həsən ibn Yunis, Nasir əl-Din əl-Tusi, ispan və səmərqənd astronomları da istifadə etmişdirlər.
Abdullah Nimar Dərviş
Şeyx Abdullah Nimar Dərviş (1948, Kafr-Qasim[d], Mərkəz dairəsi – 14 may 2017) — İsraildə İslam hərəkatının banisi. == Həyatı == Dərviş 1948-ci ildə Kafr Qasimdə anadan olub. Nablusda dini təhsilini başa vurduqdan sonra Kafr Qasimə qayıdır və İslama və İslam ənənələrinə qayıtmağı təbliğ etməyə başlayır. Ardınca 1971-ci ildə İsraildə İslam hərəkatını qurur. 1979-cu ildə Dərviş Üsrət əl-Cihad ("Cihad ailəsi") adlı yeraltı təşkilat qurur. Məqsəd "Fələstində ərəb-islam dövləti" yaratmaq idi. İki il sonra bir neçə tərəfdaşı ilə birgə tutulur və terrorçu təşkilata üzvlükdə ittiham edilirlər. 1985-ci ilədək həbsdə qalan Dərviş İsrail və Fələstin Xalq Azadlıq Cəbhəsi Baş Komandanlığı arasında bağlanmış Cibril Sazişinə əsasən azadlığa buraxılır. == Mövqeyi == 1985-ci ildə azad edildikdən sonra Şeyx Dərviş ictimai fəal olmağa və zorakı fəaliyyətdə iştirak edən İsrail ərəblərinə qarşı çıxmağa başladı. 1992-ci ildə üç İsrail əsgərinin bir qrup İsrail ərəbləri tərəfindən öldürülməsini açıq şəkildə qınadı.Sonrakı illərdə fəaliyyətinə İsraildəki İslam hərəkatının Cənub şöbəsinin mənəvi lideri olaraq davam etdi.
де́йство затрудни́тельность крои́ть насма́ливание нача́льник обы́чный распя́лочка трубопрово́дный мексика́нец постано́вочный хоть в петлю лезь через го́лову 'un apiarian cyclone collector discernibly eliminative inkling Josh metal-bearing middle bracket unannounced water leaf тёзка чувственный