suyuşirinlik
suznak 2021
OBASTAN VİKİ
Suzanbağı
Suzanbağı və ya Misir lotus gülü(lat. Nymphaea) - suzanbağıkimilər fəsiləsinə aid bitki cinsi. Su zanbağı və ya Nymphaeum (lat. Nymphaéa) , su zanbağı fəsiləsinin (Nymphaeaceae) su bitkiləri cinsinə aiddir və 50-yə yaxın növü var.. Su zanbağının böyük ürək formalı oval və ya ürək formalı yarpaqlarının üzərində iri çiçikləri vardır. Bu bitki suyun üzərində üzürmüş kimi görünür. Bitkinin hazırkı Latın adı yunan dilindən gəlir. Νυμφαία - "nimfa", ehtimal ki, "kukla" mənasını verən Νύμφη sözü ilə bağlıdır. Bitki bəzən ağ su zanbağı adlanır. Su zanbaqlarının kökündə suyun altında nişasta ilə zəngin qalın sürünən rizomlar əmələ gətirir.
Ağ suzanbağı
Ağ suzanbağı (lat. Nymphaea alba) — bitkilər aləminin suzanbağıçiçəklilər dəstəsinin suzanbağıkimilər fəsiləsinin suzanbağı cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir – VU D2. Azərbaycanda nadir növüdür. Güclü kökə malik olan çoxillik su bitkisidir. Yarpaqları çox iri, tək-tək, uzun, yoğun saplaqlarda; yarpaq ayası ürəkvari-ovalvari, bəzən dairəvi, 10-25 sm enindədir. Kasayarpağı uzunsov və ya oval-uzunsov, uzunluğu 7 sm-ə qədər, itivari və ya kütvari, aşağıdan yaşıl, yuxarıdan yaşılvari-ağdır. Çiçəkləri tək-tək, iri, 10-15 (25) sm diametrindədir; ləçəkləri çoxsaylı, ağ oval-uzunsov. Dişicik ağzının şüaları 8-24 saydadır. Meyvəsi kürəvi, yaşıl rəngdə, çoxyuvalıdır.
Mavi suzanbağı
Nymphaea caerulea (lat. Nymphaea caerulea) — suzanbağıkimilər fəsiləsinin suzanbağı cinsinə aid bitki növü.
Meksika suzanbağı
Meksika suzanbağı (lat. Nymphaea mexicana) – suzanbağıkimilər fəsiləsinin suzanbağı cinsinə aid bitki növü. Castalia flava (Leitn. ex A.Gray) Greene Castalia mexicana (Zucc.) J.M.Coult. Leuconymphaea flava (Leitn. ex A.Gray) Kuntze Leuconymphaea mexicana (Zucc.) Kuntze Nymphaea flava Leitn. ex A.Gray Nymphaea lutea Treat Nymphaea planchonii Casp.
Suzanbağı (fəsilə)
Suzanbağıkimilər (lat. Nymphaeaceae) — ikiləpəlilərə aid bitki fəsiləsi. Çoxillik, kökümsovlu su bitkiləridir. Su üzərində üzən saplaqlı yarpaqları növbəli düzülür. İkicinsiyyətli iri (diametri 35 sm-dək) çiçəkləri tək-tək yerləşir. Arktikada, Antarktikada səpra və hündür dağlardan başqa hər yerdə bitən 4 cinsi (60-dək növü) məlumdur. Evriala və viktoriya cinsini xüsusi fəsiləyə — Euryalaceae fəsiləsinə ayırırlar. Bəzən kabomboları,şanagülləkimiləri və Barclayaceae-nı suzanbağı fəsiləsinə aid edirlər. Viktoriya gülü 50 kq yük götürə bilir. Yarpaqları o qədər böyükdür ki, 3 yaşında bir uşağı rahatlıqla su üzərində gəzdirə bilir.
Suzanbağıkimilər
Suzanbağıkimilər (lat. Nymphaeaceae) — ikiləpəlilərə aid bitki fəsiləsi. Çoxillik, kökümsovlu su bitkiləridir. Su üzərində üzən saplaqlı yarpaqları növbəli düzülür. İkicinsiyyətli iri (diametri 35 sm-dək) çiçəkləri tək-tək yerləşir. Arktikada, Antarktikada səpra və hündür dağlardan başqa hər yerdə bitən 4 cinsi (60-dək növü) məlumdur. Evriala və viktoriya cinsini xüsusi fəsiləyə — Euryalaceae fəsiləsinə ayırırlar. Bəzən kabomboları,şanagülləkimiləri və Barclayaceae-nı suzanbağı fəsiləsinə aid edirlər. Viktoriya gülü 50 kq yük götürə bilir. Yarpaqları o qədər böyükdür ki, 3 yaşında bir uşağı rahatlıqla su üzərində gəzdirə bilir.
Suzanbağıları (rəsm)
Suzanbağıları (fr. Les Nymphéas) — fransız impressionizm cərəyanının görkəmli rəssamlarından olan Klod Mone tərəfindən, həyatının son 30 ili ərzində hazırlanmış və 250-yə yaxın yağlı boya tablodan ibarət olan rəsm əsəri. Bu tablolar bir çiçək bağçasının, xüsusilə Monenin Parisdəki evinin bağçasındakı kiçik dərə və gölməçələrdə su içində yetişən suzanbağı çiçəklərinin rəsmləridir. Mone bundan əvvəl Parisdəki Sen-Lazar vağzalı stansiyasının gün ərzində fərqli işıq və hava şəraiti altında rəsmlərindən ibarət olan "Sen-Lazar vağzalı" seriyasını və 1890–91-ci illərdə eyni baxış tərzi ilə "Saman yığınları" seriyasını hazırlamışdı. "Suzanbağıları" bu yanaşmanın daha geniş formasında olub, dəyişkən işıq və hava şəraitində suzanbağı çiçəklərinin necə dəyişkən formada çəkiləcəyini sınamaqdadır. Rəssam bu əsərləri çəkməklə məşğul olarkən gözlərində yaranan kataraktadan əziyyət çəkirdi. Bu tablolar fərqli formalarda (kvadrat, düzbucaq, dairəvi və başqa formalı) və ölçülərdə (bəziləri bir neçə metr böyüklükdə) kətanlar üzərində çəkilib. noyabr 1890: Mone Jivernidəki evini satın alması və bağçasını dəyişdirərək yenidən qurması. may 1895: Monenin "Suzanbağıları" tabloları seriyasını hazırlamağa başlaması. noyabr 1901: Monenin Jivernidə bağçada yetişdirilən ekzotik bitkilərin su ehtiyacını qarşılamaq üçün yaxınlıqdakı Epte suyunun axarını dəyişdirərək bağçadan axmasını təmin etməsi.
Suzanbağıçiçəklilər
Suzanbağıçiçəklilər (lat. Nymphaeales) — bitkilər aləminə aid bitki sırası.

Digər lüğətlərdə