svastika
svetofor 2021
OBASTAN VİKİ
Ştefan Svayq
Stefan Sveyq (almanca Stefan Zweig, 28 noyabr 1881[…], Vyana, Avstriya-Macarıstan – 22 fevral 1942, Petropolis, Rio-de-Janeyro) — alman romançı, bioqrafiya yazarı, araşdırmaçı və publisist. Stefan Zveyq zəngin bir yəhudi tekstil istehsalçısı (fabrikant) olan Moritz Zveyq və yəhudi bankirin qızı olan İda Brettauerin oğlu olaraq Vianada dünyaya gəldi. Yazıçının uşaqlığı və gəncliyi haqqında o qədər də çox məlumat yoxdur: özü bu haqda hər zaman çox xəsisliklə danışıb. 1900-cu ildə gimnaziyanı bitirdikdən sonra Sveyq Vyana universitetinə daxil olub. Artıq tələbəlik illərində öz vəsaiti hesabına “Gümüş Simlər” (Silberne Saiten) adlı ilk şeirlər kitabını dərc etdirib. Vyana Universitetində elmi dərəcəsini tamamladıqdan sonra Londona, Parisə (1905) yollanıb, daha sonra İtaliyanı və İspaniyanı (1906), Hindistanı, ABŞ-ni, Kubanı, Panamanı (1912) səyahət edib. Birinci Dünya savaşının son illərində (1917-1918) İsveçrədə, 1919-1934-cü illərdəsə Salzburqda yaşayıb. Savaş əleyhinə kəskin çıxışlar edib. Nasistlər hakimiyyətə gələndən sonra Salzburqu tərk etmək məcburiyyətində qalıb. 1938-ci ildə İngiltərəyə, 1939-da isə Nyu-Yorka gedib, bir neçə ay sonra da Braziliyaya yollanıb.
Robert Svayn Giford
Robert Svayn Giford- (23 dekabr 1840 – 15 yanvar 1905) Amerikalı rəssam. Giford Nonamesset adasında anadan olub. Ailəsi o 2 yaşında olarkən Nyu Bedford bölgəsinə köçüb. Giford Nyu Bedfordda dövlət məktəblərində təhsil alıb. Giford 1864-cü ildə Bostonda studiya açıb. İki il sonra o, Nyu Yorka köçüb. Giford 1867-ci ildə Milli Dizayn Akademiyasının üzvü seçilib. O, Luiz Komfort Tifani kimi rəssam yoldaşları ilə bərabər Oreqon və Koliforniyanı səyahət edib bu yerlərdə rəsmlər çəkib. Sonra Böyük Britaniya, Fransa, İtaliya və İspaniyada olub. ABŞ-a qayıtmazdan əvvəl Mərakeş və Misirə də səyahət edib.