Südlü plov
Südlü plov — Azərbaycan mətbəxinə aid geniş yayılmış plov növlərindən biri.
Südlü plov bir neçə üsulla hazırlanır.
1 kq düyü, 2 litr süd, duz, zəfəran, 100 qram kişmiş, 100 qram xurma, 350 qram kərə yağı, bal, qaymaq – zövqə görə.
Südlüplov ətsiz, yalnız südlə bişirilir. Düyü təmizlənir, xırdası çoxdursa, aşsüzəndən keçirilir. Düyü isti suda təmiz yuyulur. Bir hissə düyüyə iki hissə süd götürülür. Süd qaynadıqdan sonra içinə düyünü tökülür, qarışdırılır, bir az duz vurulur. Rəngi saralanadək zəfəran tökülür, yenidən qarışdırılır. Düyü bişənə yaxın içinə yuyulmuş kişmiş, xurma, zövqə görə bir az şəkər tökülür, ehtiyatla qarışdırılır.