1. SIRA Biletlərin hamısı birinci sırada, bir-birinin yanında idi (H.Abbaszadə); CƏRGƏ [Könül atasına:] Yadına gəlirmi, birinci cərgədə oturardı, həmişə də eyni yerdə, hər iki qolu sarıqlı (X.Hasilova); QATAR Sanki yamac üstündə duma qatarı süzür (M.Rzaquluzadə); SƏF (quş qatarı) Saqın gəzin, laçın gözü görməsin; Qorxuram səfnizi poza, dumalar! (M.P.Vaqif).
2. SIRA (coğr.) Sıra dağlar, gen dərələr; Ürək açan mənzərələr (S.Vurğun); SİLSİLƏ (məc.).
3. sıra bax növbə
4. sıra bax nizam 2