Duru (horra kimi) olan şeylərə indi sıyıq deyirik. Sözün mənşəyi su kəlməsi ilə bağlıdır, el arasında cuyuq kimi də işlədilir. Mənbələrdə bu söz suvluq(suvuq) kimi qeydə alınıb, mənası “sulu” deməkdir (indiki -lı4 şəkilçisi -lıq2 şəkilçisindəki son samitin düşməsi nəticəsində əmələ gəlib və forması kimi, mənası da dəyişib). Deməli, söz suvluq-suvuq-sıyıq ardıcıllığı ilə inkişaf edib. (Bəşir Əhmədov. Etimologiya lüğəti)