sələ
sələf
OBASTAN VİKİ
Əbu İshaq Sələbi
Əbu İshaq Əhməd ibn Məhəmməd Sələbi (ərəb. أحمد الثعلبي‎‎; Nişapur – noyabr 1035, Nişapur) — islam ilahiyyatçısı, Quran tərcüməçisi, tarixşünası. Tam adı Əbu İshaq Əhməd ibn Məhəmməd ibn İbrahim Nisaburi Sələbidir. Onun həyatı haqqında az şey məlumdur. Sələbi hicri təqvim ilə 427-ci ilin Məhərrəm ayında (1035-ci ilin noyabrı) vəfat etmişdir. Sələbi iki əsəri ilə tanınır. Birinci əsər çoxcildlik "əl-Kəşf və'l-bəyan'ən təfsir əl-Qur'an" təfsiridir. İslam ilahiyyatçıları onun təfsirinin nüfuzuna şübhə ilə yanaşırlar, çünki burada Mükatil ibn Süleyman, Məhəmməd Kəlbi və digər etibarsız rəvayətçilərdən nəqllər var. Bu, yəqin ki, onun təfsirinin uzun müddət nəşr olunmamasını izah edir. Bəqəvinin (1122-ci ildə vəfat etmişdir) "Müəllim ət-tənzil" əsəri Sələbinin əsərinin qısaldılmış variantı hesab olunur.

Digər lüğətlərdə