sənli-sənsiz

sənli-sənsiz
sənli-mənli
sənlik
OBASTAN VİKİ
Sənsiz
Sənsiz (romans)
Sənsiz (1968)
Sənsiz (1991)
Sənsiz (albom)
"Sənsiz" albomu – Zülfiyyə Xanbabayevanın dördüncü solo albomudur. İctimaiyyətə 2004-cü ilin dekabrında təqdim olunan albom satışa 2005-ci il yanvarın 2-si CD olaraq, yanvarın 5-i audiokaset olaraq çıxdı. Bu albomun, demək olar ki, bütün mahnıları məşhur oldu, çox dinlənildi. Albomla eyni adı daşıyan Sənsiz mahnısı radiolarda hələ 2003-cü ilin oktyabrından səslənməyə başladı. ATV telekanalında yayımlanan 10lar verilişi 2004-cü ilin sonu Sənsizi ilin mahnısı seçdi, belə ki, 2004-cü ildə 52 həftə efirə çıxan verilişin onluğunda 45 həftə məhz Sənsiz mahnısının videosu birinci oldu. Mahnı 2005-ci ildə də bir çox hitparadlarda zirvədə yer aldı. Bu mahnı nəinki, ATV, ümumiyyətlə, bütün telekanalların, radioların hitparadlarında 2003-2004-cü illər boyu ilk yerlərdə oldu. 2004-cü ildə Zülfiyyə Xanbabayeva Tarkanla birgə Tofiq Bayramov adına Respublika stadionunda konsert verdi. Albomun başqa bir hit parçası Azərbaycan mahnısı ilk dəfə bu konsertdə səsləndi. Konsert 28 May Respublika Gününə həsr olunmuşdu.
Sənsiz (romans)
Sənsiz — 1941-ci ildə Üzeyir Hacıbəyov tərəfindən Nizami Gəncəvinin "Sənsiz" qəzəlinin sözlərinə bəstələnmiş qəzəl-romans. Bəstəkar bu əsəri yazmağı II Dünya Müharibəsindən əvvəl düşünmüşdü. Əsər Nizami Gəncəvinin 800 illik yubileyinin keçirilməsinə hazırlıqla bağlı yazılıb. 40-cı illərin əvvəllərində bəstəkar Nizami Gəncəvinin Yeddi Gözəl əsərindəki gözəllərin obrazlarına uyğun olaraq yeddi şeirinə musiqi bəstələməyi düşünürdü. Bəstəkar bəstələyəcəyi vokal miniatürlərdə obrazların musiqi portretini, psixoloji vəziyyətlərini, xarakterlərini, hisslərini, daxili aləmlərini və ruhani gözəlliklərini təsvir etməyi planlayırdı, lakin bəstəkar yalnız iki romans bəstələyir "Sənsiz" və "Sevgili canan". Sənsiz romansını öz dövründə Bülbül və Müslüm Maqomayev kimi ifaçılar ifa ediblər. Hər gecəm oldu kədər, qüssə, fəlakət sənsiz, Hər nəfəs çəkdim, hədər getdi o saət sənsiz! Sənin ol cəlb eləyən vəslinə and içdim, inan, Hicrinə yandı canım, yox daha taqət sənsiz! Başqa bir yarı necə axtarım, ey nazlı mələk, Bilirəm, sən də dedin: "Yox yarə hacət sənsiz!" Sən mənim qəlbimə hakim, sənə qul oldu könül, Sən əzizsən, mən ucuz, bir heçəm, afət, sənsiz! Nə gözüm var – arayım mən səni, bəxtim də ki yox, Nə də bir qaçmağa var məndə cəsarət, sənsiz!
Gecələr sənsiz (mahnı)
Sənsiz (film, 1968)
Film görkəmli dövlət xadimi, istedadlı yazıçı-dramaturq, alim Şıxəli Qurbanova ithaf olunmuşdur. Qısa, lakin mənalı həyat yolu keçmiş unudulmaz Şıxəli Qurbanov haqqında kino materialları nisbətən azdır. Buna baxmayaraq tamaşaçılar kino vasitəsilə onun yazdığı kitablarla tanış olur, müxtəlif ictimai tədbirlərdə etdiyi çıxışları eşidir, ünsiyyət bağladığı bəzi adamları görürlər. Filmdə Ş. Qurbanovun "Sənsiz" və "Milyonçunun dilənçi oğlu" əsərlərindən parçalar da verilmişdir.
Sənsiz (film, 1991)
Film dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyovun ömrünün son günlərini və dəfn mərasimini ekranda canlandırır. Film Üzeyir Hacıbəyovun Ev Muzeyinin sifarişi ilə çəkilmişdir.
Sənsiz (Zülfiyyə Xanbabayeva albomu)