Sərhədçi İdman Olimpiya Mərkəzi
"Sərhədçi" İdman Olimpiya Mərkəzi — Azərbaycanın onlarla möhtəşəm idman qurğularından biri.
31 avqustda Bakının Xətai rayonunda Dövlət Sərhəd Xidmətinin (DSX) "Sərhədçi" İdman Olimpiya Mərkəzinin açılışı olmuşdur.
Yüksək keyfiyyət göstəricilərinə malik olan bu idman mərkəzində tez-tez beynəlxalq yarışlar, ölkə miqyaslı mötəbər turnirlər keçirilir. Təşkilatçılar yarışları əsasən Sərhədçi İdman Olimpiya Mərkəzində keçirməyə üstünlük verirlər. Yüksək standartlara cavab verən bu iri diman obyektindəki şərait idmançı və məşqçiləri, eləcə də tamaşaçıları hərtərəfli qane edir.
"Sərhədçi" İdman Olimpiya Mərkəzi 3 hektar ərazidə inşa olunmuşdur və tikintinin ümumi sahəsi 37.300 kvadratmetrə bərabərdir. Mərkəz üçmərtəbəli universal zaldan, idmanın müxtəlif növləri ilə məşğul olmaq üçün 2 açıq meydançadan, üzgüçülük hovuzundan, avtomobil dayanacağından, yardımçı binalardan və mehmanxanadan ibarətdir. Ərazidə quraşdırılmış 4 ekran vasitəsilə mərkəzdə eyni vaxtda keçiriləcək ayrı-ayrı yarışlar nümayiş etdiriləcəkdir. Bu mərkəz respublikamızda son illərdə inşa olunan ən böyük və əzəmətli idman qurğularından biridir. Ərazidə abadlaşdırma və yaşıllaşdırma işləri aparılmış, çəmənliklər salınmış, dekorativ ağac və kollar əkilmişdir.