sərtiblik 2021
sərtqanadlılar
OBASTAN VİKİ
Sərtqanadlılar
Sərtqanadlılar (lat. Coleoptera) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinə aid heyvan dəstəsi. Bu dəstənin başqa dəstələrin nümayəndələrindən fərqləndirən ən mühüm əlamətlərindən biri — onların qanadlarının quruluşudur ki, bu da dəstənin adında öz əksini tapmışdır. Qanadüstü adlanan yuxarı cüt qanadlar, demək olar ki, həmişə sərt, çoxt vaxt qabarıq, az və ya çox dərəcədə iri qabarlar və ya çuxurlarla örtülmüş və ya uzununa qabırğalarla zolaqlanmışdır ki, bu da onlara daha çox möhkəmlik verir. Qanadüstləri tısbağa zirehi kimi daha zərif, şəffaf və ya yarımşəffaf qanadları örtür. Bunların köməyilə böcəklər uçur. Ancaq elə növlər, cinslər, hətta fəsilələr də vardır ki, onlarda qanadlar bitişmiş, alt qanadlar reduksiya olunmuşdur və bu böcəklər uçmur. Dinclik halında qanadlar elə yığılır ki, qanadüstləri onları tamamilə örtür. Uçmazdan əvvəl böcək qanadüstlərini qaldırır, qanadlarını açır, az və ya çox vızıltı ilə havaya qalxır. == Xarici quruluşu == Böcəklərin əksəriyyəti parlaq və rəngarəng boyanmışdır.