TÜND-NARINCI

прил. тёмно-оранжевый (оранжевый тёмного оттенка)
TÜND-MAVİ
TÜND-SARI
OBASTAN VİKİ
Narıncı
Narıncı — qırmızı və sarı rənglər arasında olan rəng. 590—620 nanometr dalğa uzunluğuna sahibdir.
Narıncı inqilab
Narıncı inqilab — 2004-cü ilin noyabr-dekabr aylarında Ukrayna prezidentliyinə namizəd Viktor Yuşenkonun tərəfdarlarının digər namizəd Viktor Yanukoviçin qeyri-qanuni prezident elan edilməsinə qarşı keçirdikləri və kütləvi çıxış, mitinq, piket, tətil və digər vətəndaş itaətsizliyi ilə müşahidə edilən etiraz aksiyaları. Petro Narıncı İnqilabın iştirakçısı olub. O deyir ki, Maydan müqəddəsdir: “Bütün dünya Kiyevdəki Narıncı İnqilab haqda bilir. Ancaq indi hər şey əvvəlki vəziyyətə qayıdıb.
Narıncı maklyura
Narıncı maklyura (lat. Maclura pomifera) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin tutkimilər fəsiləsinin maklyura cinsinə aid bitki növü. Ioxylon pomiferum Raf. Joxylon pomiferum Raf. Maclura aurantiaca Nutt. Maclura pomifera var. inermis C.K.Schneid. Toxylon aurantiacum (Nutt.) Raf. Toxylon maclura Raf. Toxylon pomiferum (Raf.) Sarg.
Narıncı rəng
Narıncı — qırmızı və sarı rənglər arasında olan rəng. 590—620 nanometr dalğa uzunluğuna sahibdir.
Narıncı sarılıqotu
Narıncı südləyən
Tünd atlanqaç
Tünd atlanqaç (lat. Elephantulus fuscipes) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin atlanqaçlar dəstəsinin atlanqaçlar fəsiləsinin uzunqulaq atlanqaç cinsinə aid heyvan növü.
Tünd göy
Tünd göy – rənglərdən biri. Soyuq, ağır, sərt və sirli hesab edilir. Adıçəkilən rəng kainatı, kosmosu təmsil edir və Yupiterə uyğundur.
Tünd qırmızı
Tünd qırmızı – rəng çaları.
Tünd susüpürən
Tünd susüpürəni
Tünd şibyəyeyən
Tünd şibyəyeyən (lat. Cnophria rubricollis) — buğumayaqlılar tipinin pulcuqqanadlılar dəstəsinin ayıcalar fəsiləsinə aid olan nadir növ. Kəpənəyi kiçikdir. Qanadları açılmış halda 10-13 mm-dir. Ön və arxa qanadları tünd qəhvəyidir. Döş hissəsi açıq qırmızı, qarıncığın yarısı qara, onun qurtaracağı isə sarı rəngdədir. Tırtılı boz-yaşıl rəngdə olub üzərində qara nöqtəli dalğavari naxışlar, kürək hissəsinin hər seqmetində üzərində qara tükləri olan 4 qırmızı-sarı ziyil, yanlarda isə sarımtıl tüklərlə örtülmüş 2 ziyil vardır. Başı qonur rəngdədir. Pupu qonur-qırmızı rəngdə olub, sərbəst baramada yerləşir. Meşə biotoplarında yaşayır.
Narıncı sinəli qızılquş
Narıncı sinəli qızılquş (lat. Falco deiroleucus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qızılquşkimilər dəstəsinin qızılquşlar fəsiləsinin qızılquş cinsinə aid heyvan növü.
Tünd qırmızı ayıca
Tünd qırmızı ayıca (lat. Rhyparia purpurata) — pulcuqluqanadlılar dəstəsinin ayıcalar fəsiləsinə aid kəpənək növü. Qanadları açılmış halda 40-42& mm-dir. Ön qanadları təmiz sarı rəngdədir, üzərində çox sayda boz-qonur ləkələr var. Bu ləkələr qanadın ön kənarında cərgə ilə düzülmüş bir qədər iri və qaramtıldır. Qanadın daxili kənarındakı ləkələr yaxşı seçilmir. Arxa qanadları al qırmızı rəngdədir, üzərində eninə uzanmış 4 qara rəngli ləkə var. Bunlardan ortada yeləşən iki ləkə böyükdür. Qanadın xarici kənarında iki qara ləkə var. Ətrafındakı saçaqlar sarıdır.
Tünd rəngli dovşanalması
Tünd rəngli dovşanalması (lat. Cotoneaster morulus) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin dovşanalması cinsinə aid bitki növü. Zaqafqaziya, Dağıstan, şimali-şərqi Azərbaycan, Gürcüstan, şimali Ermənistan, şimali-şərqi Türkiyədə yayılmışdır. Hündürlüyü 50-125 sm, şaxələnmiş budaqları olan koldur. Cavan zoğları tünd qırmızı, parlaq çox qısa, yapışqan tükcüklərlə örtülmüşdür. Yarpaqları nazik, dərivari, üstü açıq, sarımtıl-yaşıl, tutqun, çılpaq və ya orta damarcığın ətrafında seyrək tükcüklü, alt tərəfi açıq, yaşılımtıl-bozumtul, nazik tükcüklü, uzunluğu 11,5-20 mm-dək və eni 8,5-16 mm, bünövrəsi qeyri-bərabərdir. Saplaqların uzunluğu (1,5) 2-3 mm, nazik tükcüklərlə örtülmüşdür. Çiçəklərin uzunluğu 18-30 mm-dır. Çiçək qrupu düz dayanan, möhkəm, qısa, uzunluğu 8-16 mm, 3-6 (8) çiçəkli, 1-3 çiçəkli yarımçətirlərdən ibarətdir. Çiçək saplağının uzunluğu 1-1,5 (2) mm, boz tükcüklüdür.
Tünd rəngli sovka
Sibirdə narıncı qar (2007)
Sibirdə narıncı qar – 2007-ci ilin fevralında Rusiyada baş vermiş anomal hadisə. 31 yanvar 2007-ci ildə Rusiyanın Sibir federal dairəsinin Omsk vilayətindəki 1500 km2 əraziyə narıncı qar yağmışdır. Narıncı qar Tomsk və Tümen vilayətlərində də müşahidə olunmuşdur. Narıncı qarın yağmasına səbəb olan hadisə naməlumdur. Bir versiyaya görə buna səbəb Qazaxıstanda baş vermiş fırtınanın gətirdiyi çirkli maddələrdir. Narıncı qar pis qoxulu, yağlı idi və normal səviyyədən 4 dəfə çox dəmir saxlayırdı. Qarın böyük qismi narıncı olsa da, qırmızı və sarı qar da müşahidə olunmuşdur. Qarın yağdığı ərazidə 27 min nəfər yaşayırdı. İlk öncə narıncı qarın sənayə çirklənməsi, raket gündərilməsi və ya nüvə qəzası ilə əlaqədar olaraq yağdığı güman olunurdu. Lakin daha sonra narıncı qarın toksik olmadığı müəyyən edilmiş, lakin insanlara həmin qardan istifadə etməmək tövsiyə olunmuşdur.
Tünd qırmızı talış uzunbığı
Tünd qırmızı talış uzunbığı (lat. Purpuricenus Talyshensis) — sərtqanadlılar dəstəsinin uzunbığlar fəsiləsinə aid növ. Təbii şəraitdə nəslinin kəsilməsi ehtimalı vardır. Azərbaycanın endemik canlısıdır. Bədənin uzunluğu 12,5–17 sm-dir. Rəngi qaradır. Qanadüstlükləri açıq-qırmızı və ya çəhrayımtıl-sarı rəngdə olub hər birinin üzərində 3 iri qara ləkə vardır. Qanadüstlüklərin əsasında nisbətən kiçik qara ləkə, orta hissəsində iri və qismən oval, zirvədə isə ən kiçik qara ləkə vardır. Ön döş açıq –qırmızı rəngdə olub əsasda qalın qara ləkə ilə əhatələnmişdir, öndə iki qara nöqtəlidir. Bığcıqları 11 buğumludur.
Şərqi Avropada narıncı qar (2018)
Şərqi Avropada narıncı qar – 2018-ci ilin martında baş vermiş anomal fenomen. Narıncı qar Rusiyanın şimali Qafqaz regionu və şərqi Avropanın bir çox ölkəsində yağıb. Narıncı qarın şəkilləri sosial şəbəkələrdə Rusiya, Bolqarıstan, Ukrayna, Rumıniya və Moldovadan paylaşılıb. Narıncı qar Böyük Səhradan gələn qum fırtınasının yağış və qarla qarışmasından yaranıb. Bu cür hadisələr təxminən hər beş ildən bir baş versə də, bu dəfə qarla qarışan qumun miqdarı əvvəl müşahidə olunan normalardan daha yüksək olub. Qumun ağızlarına düşməsindən şikayətlənənlər olub. Narıncı qar Rusiyanın Soçi şəhərinə yaxınlıqdakı kurortlarda da müşahidə olunub.

Digər lüğətlərdə