Türke

der; -n, -n türk
Türgriff
Türkei
OBASTAN VİKİ
Akçabük (Türkeli)
Akçabük (türk. Akçabük) — Türkiyənin Sinop ilinin Türkeli ilçəsində yerləşən kənd. Akçabük kəndinin məlum olan ən qədim adı "Makdil" olub indiki Marbel məhəlləsindən almışdır. Daha sonrakı adı "Yervi" olub Yervi məhəlləsindən götürmüşdür. Bu adlar romalılardan qalmışdır. Son adı "Akçabük"ü isə indiki Sancaqoğlu məhəlləsinin keçmiş adı "Bayaz" adından almışdır. "Bayaz" fars sözü olub "ağ, axça" deməkdir. "Bük" isə ağacsız yer mənasını verir. Əhalinin başlıca gəlir mənbəyi heyvandarlıq və əkinçilikdir. Qışda yanacaq kimi odundan istifadə olunur.
Alparslan Türkeş
Alparslan Türkeş (25 noyabr 1917, Nikosiya, Nikosiya rayonu[d] – 4 aprel 1997, Ankara) — Türk hərbçi, siyasətçi, Milliyətçi Hərəkat Partiyasının qururcusu və ilk sədri. Alparslan Türkeş 25 noyabr 1917-ci ildə Əhməd Həmdi əfəndi və Fatmagül Zəhra xanımın ailəsində Lefkoşada dünyaya gəlmişdir. Əslən Kayserilidir. İlk və orta təhsilini Lefkoşda almışdır. 1933-cü ildə ailəsi ilə birlikdə İstanbula köçmüşdür. Hərbi sferaya böyük sevgisi olan Alparslan Türkeş, 1936-cı ildə Qülləli Hərbi Liseyinə daxil olmuş, 1938-ci ildə kiçik leytenant rütbəsi ilə məzunu olmuşdur. 1940-cı ildə Refik Yurdsevərin qardaşı qızı Müzəffər xanımla evlənmiş, daha sonra isə Seval xanımla ailə qurmuşdur. Türkeşin 2 evlilikdən 7 uşağı olmuşdur. 1997-ci ildə Ankarada vəfat etmişdir. 1944-cü ildə baş leytenant Türkeş, Nihal Atsız və Nejdət Sancarla birlikdə "İrqçilik-turançılıq" məhkəmə iddiası üzrə mühakimə olunur.
Alparslan Türkeş Stadionu
Alparslan Türkeş Stadionu — Kocaelinin Körfəz rayonunda yerləşən futbol stadionudur. "Kocaeli Birliy"in matçlarına ev sahibliyi edir. Stadion, tamamilə oturacaqlı olmaqla 1,790 (min yeddi yüz doxsan) nəfər tutuma malikdir. Stadionda futbol matçlarından əlavə bayram şənlikləri də keçirilir.
Qara türkeşlər
Qara türkeşlər — türkeşlər iki tayfadan - mukri və abarlardan yaranmışdır. Hələ VII əsrdə türkeş nəsli sarı (mukrinin nəsli) və qara (abarların nəsli) nəsillərə bölünürdülər. Asiyada sarı rəng adlı-sanlı şəxsləri, qara isə xalqı təmsil edirdi. Bu bölgünün nə vaxtsa öz əsası vardı, lakin artıq VIII əsrdə əcdadlarından irsən keçmiş qarşılıqlı düşmənçilik istisna olunmaq şərtilə sarı və qara nəsillər arasında heç bir fərq hiss etmək mümkün deyildi.
Sabir Nuri Türkel
Nuriyev Sabir Ayyət oğlu (Sabir Nuri Türkel) (1938-2009) — azərbaycanlı şair, ədəbiyyat tədqiqatçısı, Azərbaycan Yazıçılar Birliyinin üzvü. Sabir Nuri Türkel 1938-ci il iyulun 16-da Sabirabad rayonunun Qəzli kəndində, el xanəndəsi Ayyət Nuri oğlunun və dini təhsilli şamaxılı qızı Məşədi Ceyranxanımın ailəsində dünyaya gəlmişdir. Kiçik yaşlarında valideynlərini itirdiyindən qardaş himayəsində tərbiyə və təhsil almışdır. Orta məktəbi bitirdikdən sonra, 1954-cü ildə Bakı şəhərindəki 10 saylı texniki peşə məktəbinə qəbul olunmuşdur. Bu məktəbi bitirdikdən sonra, 1956-cı ildə Bakı Pedaqoji Sənaye Texnikumuna göndərilmiş, 1960-cı ildə isə bu texnikumu bitirərək inşaatçı-texnik ixtisasına yiyələnmişdir. 1961-1962-ci illərdə Bakının Sabunçu qəsəbəsindəki 6 saylı texniki peşə məktəbində tərbiyəçi-müəllim, 1970-1972-ci illərdə Sumqayıtda və Bakıda inşaat ustası və iş icraçısı, daha sonra Kolxozlararası Layihə İnstitutunda smetaçı-mühəndis vəzifələrində çalışmışdır. Lakin yazıb-yaratmağa, o cümlədən, mətbuata olan böyük həvəs onu müvafiq ali təhsil almaq məqsədilə Azərbaycan Dövlət Universitetinə gətirmiş və 1972-ci ildə bu universitetin filologiya fakültəsini bitirmişdir. Bununla yanaşı, o, Azərbaycan Jurnalistlər İttifaqı Jurnalist Sənətkarlığı İnstitutunu (1977) və Azərbaycan KP MK-nın Marksizm-Leninizm Universitetini (1991) də bitirməyə müvəffəq olmuşdur. Ümumiyyətlə, Sabir Nuri Türkel ədəbiyyat aləminə ötən əsrin 50-ci illərində ilk qələm təcrübələri – şeirləri ilə qədəm qoymuşdur. İlk məqaləsi 1953-cü ilin fevralında "Azərbaycan gəncləri" qəzetində dərc olunmuşdur.
Toğrul Türkeş
İldırım Toğrul Türkeş (türk. Yıldırım Tuğrul Türkeş; 1 dekabr 1954, İstanbul) — Türk iqtisadçısı, təşəbbüskar-menecer, jurnalist və sağçı millətçi siyasətçi. Alparslan Türkeşin böyük oğludur. Milliyyətçi Hərəkat Partiyası sədrinin müavini, Türkiyə parlamentinin üzvüdür. 2015-ci ilin avqust ayında Türkiyə Baş nazirinin müavini vəzifəsinin icrasına başlamış və Ədalət və İnkişaf Partiyasına keçmışdir. Türk ultra sağ millətçiləri Bozqurdların lideri Başbuğ Alparslan Türkeşin ailəsində anadan olub. Jandarma və hərbi polisdə xidmət etmiş, İngiltərə, İsveç, Çili və Argentinada təcrübə keçmişdir. Ankara Haceteppe Universitetinin İqtisadiyyat fakültəsini bitirib. Türkiyə Ticarət Nazirliyinin mətbuat xidmətində çalışıb. Bir sıra ticarət və maliyyə təşkilatlarının rəhbərliyində təmsil olunub..
Türkel TV
ARB 24 — Azərbaycanın ilk xəbər telekanalı. Telekanal 2010-cu il iyunun 1-də "Türkel TV" adı ilə Tovuzda yaradılıb. İlk illərdə regional yayım həyata keçirən telekanal 2012-ci ildən xəbər formatına keçib və 2015-ci il aprelin 10-dan "Azerspace-1" peyki vasitəsilə yayımlanıb. Telekanal 2016-cı il sentyabrın 19-da rebrendinq edərək "ARB 24" adlandırılıb. 2017-ci il dekabrın 28-də "ARB 24" telekanalına Milli Televiziya və Radio Şurasının elan etdiyi ixtisaslaşmış (xəbər) televiziya kanalının açılması üçün ümumrespublika televiziya yayımı üzrə müsabiqənin nəticəsində müddətsiz lisenziya verilib. 2018-ci il noyabrın 27-dən ixtisaslaşmış xəbər kanalı kimi "ARB 24" Bakıdan Full HD formatlı ümumrespublika yayımına başlayıb. Peyk parametrləri isə belədir: Azerspace 46, 11024 MHz, Vert., S/R 12700. "ARB 24" telekanalı hər saatın tamamında olmaqla 24 saat ərzində aparıcılı və aparıcısız xəbər buraxılışları təqdim edir. Bundan başqa, gündəlik "İşgüzar səhər", "İş vaxtı" və "Nə baş verir?" xəbər marafonları, eləcə də "Oyundankənar" idman layihəsi, həftəlik "Peşəkar mübahisə", "Həftəyə baxış", eləcə də "Gündəm" ictimai-siyasi verilişləri izləyicilərin ixtiyarına verilir. Həftədə 1 dəfə yayımlanan "Business Lady", "Kreativ sənaye", "Fokusda" və "Gələcəyin peşəsi" verilişləri də böyük maraqla izlənilir.
Türkelli
Türkelli — Azərbaycan Respublikasının Cəlilabad rayonunun inzibati ərazi vahidində kənd. Cəlilabad rayonunun Xanəgah kənd inzibati ərazi vahidində kənd. 31 may 2013-cü ildə Azərbaycan Respublikasının Milli Məclisinin qərarı ilə Xanəgah kənd inzibati ərazi dairəsi tərkibindəki Xanəgah kəndinin ərazisində faktiki mövcud olan yaşayış məntəqəsi Türkelli adlandırılmış, Xanəgah kənd inzibati ərazi dairəsi tərkibində qalmaqla həmin yaşayış məntəqəsinə kənd ərazi vahidi statusu verilmiş və Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrinə daxil edilmişdir. Türkelli oyk. Cəlilabad rayonunun eyni adlı i.ə.v-də kənd. Buravar silsiləsinin ətəyindədir. 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 244 nəfər əhali yaşayır. Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Türkeş
Türkeş (əvvəlki adı: Tirkeş) — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunda kənd. Azərbaycan Respublikası Milli Məclisinin 1 mart 2003-cü il tarixli, 423-IIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Sələsüz kənd inzibati ərazi dairəsi tərkibindəki Tirkeş kəndi Türkeş kəndi adlandırılmışdır. Əhalisi 403 nəfərdir. VII-VIII əsrlərdə Qərbi türk xanlığına daxil olan bir tayfa Qurqəş (Tirqəş) adlanırdı. VIII əsrin sonlarında bu tayfa türk xanlığına son qoymuş və bir müddət öz xaqanlığını yaratmışdır. Sonrakı əsrlərdə siyasi hadisələrlə əlaqədar olaraq müxtəlif ərazilərə köçmüşlər. Tatarların və başqırdların içərisində tirkoş adlı tayfalar vardır. Dağlıq Altayda bir türkdilli etnoqrafik qrup indi də Tirkoş adlanır. Ehtimal ki, tirkəşlər monqolların tərkibində Azərbaycana gəlmişlər. Tirkəşəvənd (Kəlbəcər rayonu) və Tərkəş (Oğuz rayonu) kənd adları ilə mənşəcə eynidir.
Türkeş dağı
Türkeş dağı – Şahbuz rayonu ərazisində dağ (hünd. 1409,2 m). Dərələyaz silsiləsinin suayırıcısındakı Qaraquş yüksəkliyindən (2600,5 m) cənub-şərqə ayrılan Dərələyəz-qapısı qolunun şərq istiqamətli şaxəsi olan Girdəsər silsiləsinin suayırıcısında zirvə. Türkeş kəndindən 1 km cənub-şərqdədir. Orta Eosenə aid Paradaş lay dəstəsinin çökmə və vulkanogen-çökmə süxurlarından təşkil olunmuş sıldırım yamaclı qayalıqdır. Tektonik cəhətdən Ordubad qarılma zonasının Şahbuz seqmentinin cənub-qərb cinahına aid Mərəlik-Göynük sinklinalının şimal-şərq qanadında yerləşir. Cənub-qərb yamacı boyu şimal-qərb istiqamətli fay-yerdəyişmə qırılma pozulması keçir.
Türkeş nekropolu
Türkeş nekropolu — Şahbuz rayonunun Türkeş kəndindən şərqdə, yolun kənarında arxeoloji abidə. Nekropol su kəməri çəkilərkən dağıdılmışdır. Qəbirlər daşqutu tiplidir. Onların yanları yastı sal daşlarla qurulmuş, üstü isə eyni tipli daşlarla qapadılmışdır. Qəbirlərin içərisində çürümüş skelet qalıqlarının olduğu müəyyən edilmişdir. Nekropoldan aşkar edilən keramika məmulatı 1–2 əsrlər üçün xarakterikdir.
Türkeş qəbiristanlığı
Türkeş qəbiristanlığı — Şahbuz rayonunun Türkeş kəndindən qərbdə arxeoloji abidə. Qəbirlərin bir çoxunun yerüstü əlamətləri itmişdir. Yalnız baş daşıları salamat qalmışdır. Başdaşları olduqca müxtəlif formalıdır. Onlardan birinin insan fiquru formasında hazırlanması olduqca diqqət çəkicidir. Bəzi baş daşlarının ön tərəfi taxça şəklində oyulmuş və ərəb əlifbası ilə kitabə yazılmışdır. Bəzi baş daşlarının arxa tərəfində də kitabələrə rastlanır. Qəbiristanlığın şərq qurtaracağında boz rəngli tuf daşından yüksək sənətkarlıqla hazırlanmış bir daş qoç vardır. Onun üzərində xəncər təsvir edilmiş və ərəb əlifbası ilə kitabə həkk edilmişdir. Qəbiristanlığı XVI–XX əsrlərə aid etmək olar.
Türkeşlər
Türkeşlər — on oxların tu-lu qoluna mənsub olan türk mənşəli xalq. Türkeşlərin ilk yaşadıqları bölgə Altay dağlarının cənub-qərb ətəkləri idi. Türkeşlər eramızın əvvəllərində Balxaş gölü ətrafındakı ərazidə, Çu və İli çayları arasında yaşayırdılar. On boy halında yaşayan türkeşlər, 657-ci ildən sonra Çinin təzyiqi ilə qərbə köçüb ətrafa yayıldılar. Bunlardan daha çoxsaylı beş boy İli çayı boylarına gəlib yerləşdilər. Sarı türkeşlər deyə adlandırılan bu qisimin başında Baqa Tarkan dururdu. Daha qərbdə Talas bölgəsinə gəlmiş olan digər beş boy isə Qara türkeşlər adı ilə bilinməkdədir. Baqa Tarkan, qərbdəkilərin də onlara birləşməsi ilə siyasi birlik meydana gətirmiş, cənubda məşhur bir ticarət mərkəzi olan Toxmaq şəhərini ələ keçirərək buranı paytaxt elan etmişdir. Şəhərləşməyə böyük əhəmiyyət verən Türkeşlər, Türküstanın əhəmiyyətli şəhərlərini ələ keçirmişdilər. Baqa Tarkan öz adına pul da zəbt etdirmişdir.
Türkeşçay
Türkeşçay — Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonu ərazisində çay. Naxçıvançayın sağ qolu. Mənsəbindən 34 km məsafədə Naxçıvançaya tökülür. Uzunluğu 10 km, hövzəsinin sahəsi 30 kv. km-dir. Əsasən yağış, qismən qar və qrunt suları ilə qidalanır.
İldırım Toğrul Türkeş
İldırım Toğrul Türkeş (türk. Yıldırım Tuğrul Türkeş; 1 dekabr 1954, İstanbul) — Türk iqtisadçısı, təşəbbüskar-menecer, jurnalist və sağçı millətçi siyasətçi. Alparslan Türkeşin böyük oğludur. Milliyyətçi Hərəkat Partiyası sədrinin müavini, Türkiyə parlamentinin üzvüdür. 2015-ci ilin avqust ayında Türkiyə Baş nazirinin müavini vəzifəsinin icrasına başlamış və Ədalət və İnkişaf Partiyasına keçmışdir. Türk ultra sağ millətçiləri Bozqurdların lideri Başbuğ Alparslan Türkeşin ailəsində anadan olub. Jandarma və hərbi polisdə xidmət etmiş, İngiltərə, İsveç, Çili və Argentinada təcrübə keçmişdir. Ankara Haceteppe Universitetinin İqtisadiyyat fakültəsini bitirib. Türkiyə Ticarət Nazirliyinin mətbuat xidmətində çalışıb. Bir sıra ticarət və maliyyə təşkilatlarının rəhbərliyində təmsil olunub..
Qıznaz Türkeli
Qıznaz Türkeli (türk. Kıznaz Türkeli; 1 yanvar 1962, Mələkli) — Azərbaycan əsilli Türkiyə əsnafı və siyasətçisi. Qıznaz Türkeli 1 yanvar 1962-ci ildə Türkiyədə, İğdırın Mələkli qəsəbəsində anadan olmuşdur. Onun ailəsi İğdıra Təbriz və Qum şəhərlərindən gəlmişdir. Türkeli özünü sosialist adlandırmışdır. O, ibtidai və orta təhsilini İğdırda tamamlamışdır. Türkeli gənc yaşlarında bir çox iş yerlərində və fabriklərdə çalışaraq iş həyatına başladıqdan sonra 15 il əsnaf olaraq çalışmışdır. O, qadın təşkilatları fəhlə hərəkatlarında fəal iştirak etmişdir. Türkeli Türkiyə Böyük Millət Məclisinin XXV çağırış Iğdır millət vəkili olmuşdur. Ailəlidir, uşağı var.
Adana Alparslan Türkeş Elm və Texnologiya Universiteti
Adana Alparslan Türkeş Elm və Texnologiya Universiteti (ATU) — 2011-ci ildə Türkiyənin Adana şəhərində yaradılmış dövlət universiteti. Türkiyə Böyük Millət Məclisi tərəfindən 31 mart 2011-ci ildə qəbul edilmiş 6218 saylı Qanunla yaradılmışdır. Universitetin adı 2019-cu ildə Adana Elm və Texnologiya Universitetindən rəsmi olaraq Adana Alparslan Türkeş Elm və Texnologiya Universitetinə dəyişdirildi. 2016-cı ilin avqust ayından ATU-nun rektoru prof. Dr. Mehmet Tümaydır. 2020-ci ilin yanvar ayında universitetdə 366 professor—müəllim heyəti çalışırdı. Ali Təhsil Şurasının qərarlarına uyğun olaraq universitetin Aviasiya və Astronavtika sahəsində ixtisaslaşması qərara alındı. Bu sahəni inkişaf etdirməkdən ötrü kampusun şimal-qərb hissəsində 240 metr uzunluğunda pilotsuz uçuş aparatının uçuş-enmə zolağı inşa edildi. 2021-22-ci tədris ilində universitetdə ümumilikdə 4192 tələbə təhsil alırdı: 3176 bakalavr 899 magistr 117 doktorant 2022-ci ilə kimi universitetdə 21 professor, 49 dosent, 101 doktor, 75 müəllim və 160 elmi işçi olmaqla cəmi 406 professor—müəllim heyəti çalışırdı.
Ayyüce Türkeş Taş
Ayyüce Türkeş Taş (2 oktyabr 1977, Ankara ili) — iqtisadçı və siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı. Ayyüce Türkeş Taş 1977-ci ildə Ankarada anadan olub. MHP qurucusu Alparslan Türkeşin qızıdır. İbtidai və orta təhsilini Ankarada alıb. 2000-ci ildə Bilkent Universiteti İqtisadiyyat Bölməsindən məzun olub. 2003-cü ildə İstanbul Bilgi Universitetində magistr dərəcəsi alıb. 2010-cu ildə isə Mərmərə Universitetində dissertasiya işini müdafiə edib və PhD dərəcəsi alıb. 12 il maliyyə sahəsində çalışıb. 2011-ci ildə iş adamı Egemen Taşla evlənib və 2011-2023-cü illərdə Birləşmiş Ştatlarda çalışıb. 2023-cü ildə vətənə qayıdıb və Adana ilinin Kozan ilçəsində yaşamağa başlayıb.