Türkmənistan

coğ. Turkménie f, Turkménistan m

türkməncə
türkologiya
OBASTAN VİKİ
Mihnə (Türkmənistan)
Mihnə — Türkmənistanda qədim qəsəbə. Mihnə qəsəbəsi Mərvin cənub-qərbində, Əbivərdin cənub-şərqində, Sərəxsin şimal-şərqində, Türkmənistanın paytaxtı Aşqabad şəhərinin cənubunda yerləşir.
Türkmənistan kürdləri
Türkmənistan kürdləri — postsovet məkanındakı kürd əhalinin bir hissəsi. XVII əsrdə I Abbas və Nadir şah Xuzistanda yaşayan kürd tayfalarını indiki Türkmənistan sərhədi boyunca yerləşdirmişdilər. XIX əsrdə daha çox sayda kürd sahibsiz torpaq tapmaq və aclıqdan xilas olmaq üçün Türkmənistana köçmüşdür. Kürdüstan qəzasının ləğv edilməsindən sonra bir çox kürd Türkmənistana deportasiya edilmişdir. Stalin 1937-ci ildə və 1944-cü ildə bir çox kürdü Qafqazdan Türkmənistana sürgün etmişdir. 1980-ci illərdən bəri Türkmənistan kürdləri hökumət tərəfindən dəstəklənən assimilyasiya proqramlarına məruz qalırlar. Türkmənistan SSR dövründə kürdlərin öz qəzetləri və məktəbləri var idi, lakin Türkmənistan müstəqillik əldə etdikdən sonra prezident Saparmurat Niyazov demək olar ki, türkməndilli olmayan bütün məktəbləri bağlamışdı. Türkmənistan kürdlərinin əksəriyyəti şiədir, kiçik bir azlıq isə sünnidir.
Nisa (Türkmənistan)
Nisa (həmçinin Parthaunisa ), Türkmənistanın Aşqabad vilayətinin 18 km cənub-qərbində yerləşən Bagır kəndi yaxınlığında salınmış qədim bir şəhərdir. Nisa Parfiya mərkəzi administrasiyasının ilk mərkəzi kimi qəbul edilir. Şəhərin əsasının I Arşak (e.ə. 250-ci illərdə hakimiyyətdə olmuşdur) tərəfindən qoyulduğu qəbul edilir. Nisadakı qalanın tikilmə məqsədi dəqiq olaraq məlum olmasa da, onun nekropol kimi istifadə edildiyi təxmin edilir. Nisa ərazisində aparılmış olan arxeoloji qazıntılar zamanı mühüm tikililər, türbələr və məbədlər, çox sayda yazılı sənədlər və talan edilmiş xəzinə aşkar edilmişdir. Bir çox Hellenistik sənət əsərləri ilə yanaşı, fars süjetləri (İran ədəbiyyatının və mədəniyyətinin müxtəlif mövzuları) və ya klassik mifoloji səhnələrlə bəzədilmiş çox sayda fil sümüyündən hazırlanmış ritonlar və sikkələr aşkar edilmişdir. Nisanın adı daha sonralar Parfiya hökmdarı olan I Mitridat (e.ə. 171 - e.ə. 138) tərəfindən Mitradatkirt ("Mitridat qalası") olaraq dəyişdirilmişdir.
Türkmənistan
Türkmənistan (türkm. Türkmenistan) — Mərkəzi Asiyada dövlət. Türkmənistan Mərkəzi Asiyanın cənub-qərb hissəsində yerləşir. Şimal-qərbdə Qazaxıstan, şimal və şərqdə Özbəkistan, cənub-şərqdə Əfqanıstan, cənub və cənub-qərbdə İranla həmsərhəddir. Ölkənin qərbində isə Xəzər dənizi yerləşir və bu dəniz vasitəsilə Azərbaycan, Rusiya, Qazaxıstan və İranla sərhədə malikdir. Paytaxtı və ən böyük şəhəri Aşqabad şəhəri, ümumi sahəsi 488.1 min km²-dir. Cərco, Marı, Nebitdağ, Daşoğuz, Türkmənbaşı ölkənin iri şəhərlərindəndir. Türkmənistan 27 oktyabr 1991-ci ildə SSRİ-dən müstəqilliyini əldə etmişdir. Türkmənistan həm də Asiyanın ən az məskunlaşan ərazilərindən biridir. X əsrdə Türkmənistanın ərazisinə oğuzlar(indiki türkmənlərin əcdadları) köçüb gəlirlər.
Türkmənistan Konstitusiyası
Türkmənistan Konstitusiyası (türkm. Türkmenistanyň Konstitusiýasy) 18 may 1992 -ci ildə qəbul edilmiş, 1995, 1999, 2003-cü illərdə dəyişiklik edilmişdir, 2006, 2008 və 2016-cı illərdə 8 bölmə və 142 məqalədən ibarətdir. Konstitusiya quruluşunun əsasları (I Bölmə) prezidentlik (IV hissənin 91 -ci maddəsinə görə prezident eyni zamanda hökumət başçısıdır), dünyəvilik, bitərəflik, hakimiyyət bölgüsü, bir sıra insan hüquqları, xalqın suverenliyi, və Aşqabadın paytaxt statusu. Konstitusiyaya dəyişikliklər referendum yolu ilə və ya Məclis üzvlərinin üçdə ikisinin səs çoxluğu ilə edilə bilər. Əvvəllər konstitusiyaya dəyişiklik etmək səlahiyyəti Xalk Maslakhaty-yə məxsus idi. Dövlət sisteminin - prezident respublikasının forması ilə bağlı müddəalar dəyişdirilə bilməz. 2008 Konstitusiyasının birinci bölməsində 17 maddə var. 1 -ci maddə Türkmənistanı dünyəvi demokratik və prezident respublikası elan edir. Dövlətin suverenliyi və ərazi bütövlüyü toxunulmazdır və bölünməzdir. 3 -cü maddə fərdi hüquq və ləyaqəti dövlət tərəfindən qorunan bir dəyər kimi təsbit edir.
Türkmənistan Məclisi
Türkmənistan Məclisi (türkm. Türkmenistanyň Mejlisi) — qanunverici hakimiyyəti həyata keçirən ölkənin ən yüksək nümayəndəlik orqanı olan 125 deputatdan ibarət Türkmənistan parlamentinin aşağı palatasıdır. Məclis təxminən bərabər sayda seçicinin olduğu birmandatlı dairələrdə 5 il müddətinə seçilir. 2013-cü ildə keçirilən növbəti parlament seçkilərindən əvvəl, Türkmənistan Məclisi tək partiyalı idi (tamamilə bütün yerlər Türkmənistan Demokrat Partiyasının üzvləri tərəfindən tutulurdu), postsovet məkanında Türkmənistan bütün digər ölkələrdən fərqli olaraq, bir partiyalı sistemə malik idi. SSRİ-nin dağılmasından az əvvəl çoxpartiyalı sistemə keçdi. 2008 -ci ildən Türkmənistan Məclisi, Aşqabadın mərkəzində, Qaraşızlıq prospektində xüsusi tikilmiş yeni binada yerləşir. Bundan əvvəl, Sovet dövründə tikilmiş köhnə binada yerləşirdi, burada Sovet dövründə Nazirlər Şurası və Türkmənistan SSR Ali Soveti yerləşirdi. 2021-ci ildə iki palatalı sistemin tətbiqindən əvvəl ölkənin bir palatalı parlamenti idi. Türkmənistan Məclisi yurisdiksiyasına: qanunların qəbulu və təfsiri, onlara dəyişikliklərin edilməsi, habelə onların icrasına nəzarət daxildir. Qanunların icrasına nəzarət Türkmənistan Nazirlər Kabinetinin müvafiq reqlamenti əsasında həyata keçirilir.
Türkmənistan Prezidenti
Türkmənistan Prezidenti — Türkmənistanın ali dövlət vəzifəsi. Türkmənistan Prezidenti dövlətin başçısı hesab olunur. Türkmənistan Prezidenti, vəzifəyə seçki yolu ilə təyin olunur. Türkmənistan vətəndaşları seçki yolu ilə bir nəfəri yeddi il müddətinə Türkmənistan Prezidenti vəzifəsinə seçir. Türkmənistan Prezidenti seçilən şəxsin səlahiyyət müddəti seçildiyi il fevralın 12-də başlayır və yeddi il sonra başa çatır. 2007-ci il fevralın 12-dən Türkmənistan Prezidentinin səlahiyyətlərini Qurbanqulu Berdıməhəmmədov icra edir. Onun səlahiyyət müddəti 2024-cü il fevralın 12-də başa çatır.
Türkmənistan Respublikası
Türkmənistan (türkm. Türkmenistan) — Mərkəzi Asiyada dövlət. Türkmənistan Mərkəzi Asiyanın cənub-qərb hissəsində yerləşir. Şimal-qərbdə Qazaxıstan, şimal və şərqdə Özbəkistan, cənub-şərqdə Əfqanıstan, cənub və cənub-qərbdə İranla həmsərhəddir. Ölkənin qərbində isə Xəzər dənizi yerləşir və bu dəniz vasitəsilə Azərbaycan, Rusiya, Qazaxıstan və İranla sərhədə malikdir. Paytaxtı və ən böyük şəhəri Aşqabad şəhəri, ümumi sahəsi 488.1 min km²-dir. Cərco, Marı, Nebitdağ, Daşoğuz, Türkmənbaşı ölkənin iri şəhərlərindəndir. Türkmənistan 27 oktyabr 1991-ci ildə SSRİ-dən müstəqilliyini əldə etmişdir. Türkmənistan həm də Asiyanın ən az məskunlaşan ərazilərindən biridir. X əsrdə Türkmənistanın ərazisinə oğuzlar(indiki türkmənlərin əcdadları) köçüb gəlirlər.
Türkmənistan SSR
Türkmənistan SSR (türkm. Түркменистан Совет Социалистик Республикасы) — Türkmənistan Sovet Sosialist Respublikası. SSRİ-nin tərkibinə daxil olan 15 ittifaq ölkələrindən biri.
Türkmənistan azərbaycanlıları
Türkmənistan azərbaycanlıları (türkməncə:Türkmenistanyň azerbaýjanlylary) — tarixi Azərbaycandan kənarda, Türkmənistanda yaşayan etnik azərbaycanlılar. Türkmənistan əhalisi, onun etnik tərkibi barədə rəsmi məlumat olmadığına, habelə ölkənin xarici dünyadan özünü təcrid etdiyinə görə Türkmənistandakı azərbaycanlıların dəqiq sayını bilmək mümkün deyil. Lakin bəzi hesablamalra görə Türkmənistanda 54 min azərbaycanlı yaşamaqdadır. İlk öncə Rusiya imperiyası, daha sonra isə Sovet İttifaqında birgə yaşayış nəticəsində Türkmənistanda azərbaycanlıların müəyyən diasporası meydana çıxmaqda idi. 1979-cu ilə gəlindiyində Mərkəzi Asiya ölkələrində artıq əhəmiyyətli sayıla biləcək azərbaycanlı diasporası formalaşmışdı. Türkmənistandakı azərbaycanlı əhali əsasən neft sənayesinin üstün olduğu və şəhər mühiti mövcud olan yerlərdə məskunlaşmışdılar. Türkmənistan azərbaycanlılarının yaşamaq üçün əsas üstünlük verdiyi Xəzər sahili Aşqabad şəhərində hələ də tamamilə onlar tərəfindən məskunlaşdırılmış məhəllələr qalmaqdadır. Ölkədəki azərbaycanlı diasporası çok birləşmş və aktiv vəziyyətdə olmaqla birlikdə, etnik qrupun nümayəndələrinin başına gələn hər şeyə operativ reaksiya verir. Türkmənistandakı azərbaycanlılar əsasən sahil vilayətləri olan Türkmənbaşıda, paytaxt Aşqabadda və Balkanabadda yaşamaqdadırlar. 1926-c il sıyahıyaalmalarına görə, həmin dövrdə orada 4.2 min nəfər azərbaycanlı yaşamaqda idi.
Türkmənistan ağcaqayını
Türkmənistan bayrağı
Türkmənistan bayrağı (türkm. Türkmenistanyň baýdagy) — Türkmənistanın Dövlət bayrağı. 1991 (müstəqilliyini elan etdikdə) tarixində "milli bayraq" olaraq qəbul edilmişdir. Bayrağın sol tərəfində qalın bir lent olaraq uzanan "Türkmən xalçası" motivi iştirak etməkdədir. Türkmən xalçası və yaşıl zəmin Türkmən tarixini işarələməkdədir. Çarpaz olaraq dizayn edilən yarım aypara İslamiyyəti, beş ulduz isə Türkmən vilayətlərində işarələməkdədir. Xalça motivləri isə Türkmən boylarını işarələməkdədir. Ay və ulduz motivlərini Türk xalqlarının istifadə etdiyi bayraqlarda sıxlıqla rast gəlinir. Türkmənistanın ilk prezidenti Saparmurat Türkmənbaşının doğum günündə 19 fevral 1992-ci ildə Türkmənistan bayrağı milli olaraq dövlət bayrağı seçilmişdir.İndi də 19 fevral tarixində bütün Türkmən xalqı bu günü bayram kimi keçirir.
Türkmənistan coğrafiyası
Türkmənistan, ərazisinə gərə dünyanın 52-ci böyük ölkəsidir. O, İspaniyadan kiçik, ABŞ-nin Kaliforniya ştatından isə böyükdür. Türkmənistan Respublikasının ərazisini Aşqabad şəhəri və Axal, Balkan, Daşoğuz, Lebap, Marı olmaqla 5 əsas vilayət təşkil edir. Vilayətlər özləri ayrı-ayrı rayonlara, şəhərlərə bölünür. Aşqabad şəhəri respublikanın paytaxtıdır. Şəhər 1881-ci ildə salınmışdır və seyismik ərazidə yerləşir. 1948-ci ildə burada 9 bal gücündə dağıdıcı zəlzələ baş vermiş və şəhər əhalisinin yarısından çoxunu məhv etmişdir. Şəhərdə 50-yə qədər fabrik və zavod, əsası 1951-ci ildə qoyulmuş Türkmənistan Elmlər Akademiyası, doqquz kollec, onlarla peşə və orta ixtisas məktəbləri, universitetlər, kino-teatrlar, muzey mərkəzləri və özəl tele-radio kompaniyaları fəaliyyət göstərir. VII əsrdə Türkmənistanın yerləşdiyi region ərəblər tərəfindən istila olundu və ərəblər Mərkəzi Asiyaya özləri ilə İslam dini ilə yanaşı İslam mədəniyyəti də gətirdi. Xəlifə Əl-Məmunun dövründə regionun mərkəzi Mərvə köçürüldü.
Türkmənistan gerbi
Türkmənistanın gerbi - Türkmənistanın rəsmi dövlət gerbidir. Türkmənistanın dövlət gerbi onun forması, rəngləri və mənası "Türkmənistan dövlət gerbi haqqıdakı" qanuna əsasən 1992-ci ilin fevral ayının 19-da qəbul olunub. Gerbdə kənarı qızılı rəngli zolaqla əhatələnmiş səkkizguşəli yaşıl fon üzərində, mərkəzində məşhur türkmən atı Ahaltəkə atı təsvir olunmuş dairəvi formada türkmən xalısı verilmişdir. Həmin xalının hər iki tərəfində sarı-qızılı rəngdə buğda göstərilmişdir. Mərkəzdəki xalının üzərində Türkmənistanın 5 bölgəsini ifadə edən 5 ağ rəngli ulduzu olan ağ aypara göstərilmiş, xalının aşağısında isə sarı rəngli budaq üzərində 7 ədəd ağ rəngli çiçək cərgələnmişdir. Türkmənistanın gerbi Türkmənistanın rəsmi dövlət gerbidir. Ortada görünən at, Türkmənlərin qüruru olan Ahal Teke atıdır.
Türkmənistan himni
"Müstəqil, Bitərəf Türkmənistanın Dövlət Himni" (türkm. Garaşsyz, Bitarap Türkmenistanyň Döwlet Gimni) – Türkmənistanın əsas dövlət rəmzlərindən biridir. Sözlərinin müəllifi Türkmənistanın ilkinci prezidenti Saparmurat (Səfərmurad) Niyazovdur. Niyazov 21 dekabr 2006 da vəfat etdi və iki il onun vəfatından sonra bu himndə ki "Türkmənbaşının böyük yaradıcılığı" ibarəsi "Xalqın əbədi böyük yaradıcılığı" ilə dəyişildi. 1997-ci ilə qədər altı il əvvəl müstəqilliyi almış Türkmənistanda rəsmi himn kimi sözlərsiz versiyada Türkmən SSR-nin himni həyata keçirdi. Yeni himn 27 sentyabr 1996-cı il Bayramali Xalq Məsləhəti iclasında təsdiq edilmişdi. "Turkmenbaşinin Böyük yaradılması" nəqarətinin birinci cümləsi məlum himn 1997-ci ildən 2008-ci ildə qüvvədə olurdu. Himndə "Türkmənbaşı" sözü — dörd dəfə xatırlanırdı. 2008-ci ilin dekabrında KİV-də Saparmurat Türkmənbaşı haqqında yada salmaları götürmək məqsədilə Türkmənistanın himninin mətninə dəyişikliklərin daxil etməsi haqqında informasiya (Məlumat) meydana çıxmağa başladı — ölkənin birinci prezidenti Himnin sözlərini dəyişdirmək qərarı qəbul etdi. Ölkə vətəndaşlarından çoxsaylı müraciətlərdən sonra Akci Nurberdıevin və "himnin uyğunluğunun ehtiyacıyla hamı tərəfindən qəbul edilmiş beynəlxalq standartlara Türkmənistan Parlamentinin spikerinin sözlərinə görə.
Türkmənistan iqtisadiyyatı
Türkmənistan iqtisadiyatı – ÜDM (2012 ilə olan) AQP (Alıcılıq qabiliyəti pariteti) görə dünyanın 97 iqtisadiyatıdır. Türkmənistanın nominal ÜDM 2012 il üçün $ 33, 47 mlrd., AQP yə görə $47,55 təşkil edir. Türkmənistan iqtisadiyatının əsasını təbii qaz təşkil edir ki, ölkənin gəlirinin çoxusu onun ixracı hesabına başa gəlir. Kənd təsərufatı ölkə əhalisinin yarısından çoxu üçün dolanışıq vasitələri qaynağıdır. Türkmənistanın dünyanın 10 ən böyük pambığ istehsalçısı sırasına daxildir ki, onun yetişdirilməsi üçün ayrılan ərazi ölkənin suvarılan torpaqlarının təxminən yarısını təşkil edir. Türkmənistan neft – qaz yataqları.1990 ildə Türkmənistan 90 mlrd. kub metr qaz hasil edirdi, və bu həcmin 75%çoxu ittifaq cumhuriyətlərinə ötürülürdü. Baxmayaraq ki Türkmənistan qazı SSRİ nin hasil etdiyi qazın 12,5% təşkil edirdi, türkmən qazı Ukrayna, Qırğızıstan, Tcikistanın qaz təminatında mühüm rol oynayırdı. 2011 il oktyabrın 1 olan vəziyətə görə ölkənin ümumi qeoloji əhtiyatları 71,21 mlrd. ton şərti yanacaq kimi dəyərləndirilir ki, bunun 53,01 mlrd.
Türkmənistan itüzümü
Türkmənistan itüzümü (lat. Lycium turcomanicum) Mərkəzi Asiyada, İranda, Şimali Amerikada, Çində, Türkmənistanda, Qazağıstanda, Özbəkistanda yayılmışdır. Hündürlüyü 0,60-1,25 m, çox iynəli, ağımtıl gövdələri çox şaxələnmiş, çoxillik koldur. Kök sisteminin dərinliyi 1,5–2 m-dir. Yarpaqları növbəli, ellipsvari-uzunsov (uzunluğu 5–20 mm, eni 3–7 mm), qısa saplaqları möhkəm olmaqla, iynələrin ətrafında yerləşmişdir. Çiçəkləri ağ-bənövşəyi, çiçək qrupunda 1-6 ədəddir. Tozcuğun toxumu 2 hüceyrəlidir. Yumurtalığı yaxşıdır. Aprel, may aylarında çiçəkləyir. Meyvələri 3–4 mm diametrində qara rəngdə olub, şirintəhər, xoşagəlməyən iy verir.
Türkmənistan karakalı
Türkmənistan manatı
Türkmənistan manatı — Türkmənistanın pul vahidi. Dövriyyəyə 1 noyabr 1993-cü ildə buraxılıb. Yanvar 2009-cu ildə Türkmənistanda pul vahidinin devalvasiyası keçirildi: 5000 köhnə manat 1 yeni manatla əvəz edildi. 1 manat = 100 tenqe. Hal-hazırda metal pul kimi 1, 2, 5, 10, 20, 50 tenqe və 1 və 2 manatlıq; 1, 5, 10, 20, 50, 100, 500 manatlıq əskinazlar buraxılır. 1993-cü ildən 2005-ci ilədək buraxılan bütün əskinazlarda (1 və 5 manatlıqdan başqa) Saparmurad Niyazovun portreti verilirdi. 1 yanvar 2009-cu ildə dövriyyəyə denominasiya edilmiş metal pullar və əskinazlar buraxıldı. 5000 köhnə manat 1 yeni manatla əvəz edildi. Bununla da dövriyyədə olan ən yüksək nominallı 10 min köhnə manat 2 yeni manatla əvəz edildi. 2009-cu ildə hər iki əskinaz növü dövriyyədə idi.
Türkmənistan mandraqorası
Türkmənistan mandraqorası (lat. Mandragora turcomanica) — quşüzümükimilər fəsiləsinin mandraqora cinsinə aid bitki növü.
Türkmənistan mədəniyyəti
Türkmənistan (türkməncə: Türkmenistanyň medeniýeti) — Asiya qitəsində dövlət. Bu dövlətin zəngin mədəniyyəti var. Türkmənistanın EA-nın Məxtimqulu adına Dil və Ədəbiyyat İnstitutunun yaratdığı "Türkmən ədəbiyyatı tarixi"nin altı cildliyinin üç cildi qədim dövrdən müasir dövrə qədər ədəbiyyatının inkişaf mərhələlərini əks etdirir. Türkmən ədəbiyyatı tarixinin birinci cildi "Orta əsrlər dövrünün ədəbi irsi" adlanır ki, buradakı material təkcə türkmən xalqına deyil, Orta və Kiçik Asiyada, Azərbaycanda, Iranda, Hindistanda yaşamış türk və fars xalqlarına məxsus olan ədəbiyyatdır. Burada M. Kaşğarinin lüğətindən, Y. Balasaqunlunun "Qutadqu-bilik" əsərindən bəhs olunur. Ö. Xəyyamın, Sədi, Hafiz və Ə. Caminin, İ. Nəsimi, Ə. Nəvai, M. Füzuli kimi türk şairlərinin türkmən ədəbiyyatına təsirindən, qarşılıqlı əlaqələrdən danışılır. Amma o yerlərdəki ədəbi prosesin, ədəbiyyatların arasında dil, bədii sənətkarlıq, ədəbi ənənə və s. məsələlər üzrə eynilik, əlaməti qoymaq doğru olmaz. Hər ərazidə yaranan ədəbiyyatın öz xüsusiyyətləri, özünəməxsus ənənələri və mövqeyi vardır. Şeybanilərlə vuruşmada məğlub olaraq xüsusi ölkələrə mühacirət etməyə məcbur olan Babur Əfqanıstan və Hindistanda Moqol sülaləsinin əsasını qoymuşdur.
Türkmənistan mətbəxi
Türkmənistan mətbəxi (türkm. Türkmen tagamlary) dünyanın ən zəngin mətbəxlərindən biri sayılır. Mətbəx sahəsində demək olar ki Türkmənistan öz yetişdirdiy qovunları ilə də seçilir. Türkmənistan sovet dönəmində, ölkə üzrə ən böyük qovun tədarükçüsü olmuşdur. Bugün çox az miqdarda ölkədən qovun başqa yerlərə ixrac edilir. Türkmən mənbələrinə görə hazırda bu ölkədə 400 növ qovun əkilib, becərilir. İllik olaraq ölkədə Yemiş günü (Qovun bayramı) qeyd olunur. İlk olaraq bunu qeyd etməliyik ki Türkmən çörəkləri, bölgədəki yapılan başqa çörəklərdən fərqli olaraq, təndir gil sobasında bişirilib, qalın və dəyirmi şəkilli olur. Qavurtmaçlı çörək(Qovurmalı çörək):Bu çörəyin hazırlamasında qovurulmuş qoyun əti və bir sıra bitkilərdən(o cümlədən soğan) geniş istifadə edilir. Bişmə: Ballıbadıya çox bənzəyən türkmən şirniyyatlarından biridir.
Türkmənistan parlamenti
Türkmənistanın Milli Qenqeşi (türkm. Türkmenistanyň Milli Geňeşi) — Türkmənistanın iki palatalı parlamenti, davamlı olaraq dövlət hakimiyyətinin təmsilçisi və qanunverici orqanı kimi fəaliyyət göstərir. 24 oktyabr 2020-ci ildə, o vaxta qədər hələ bir palatalı Türkmənistan Məclisi, ölkənin yeni ikipalatalı parlamentində — "Türkmənistan Milli Qenqeşi haqqında" respublika Qanunu qəbul etdi. Buna görə, "Türkmənistan Milli Qenqeşinin fəaliyyəti Türkmənistan Konstitusiyasına, bu Qanuna və qurumun fəaliyyətini tənzimləyən Türkmənistanın digər normativ hüquqi aktlarına uyğun olaraq həyata keçirilir." 4 noyabr 2020-ci ildə Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov bu qanunu imzaladı. 1 yanvar 2021-ci ildə Türkmənistan bir palatalı parlamentdən ikipalatalı parlamentə keçdi. İndi o vaxta qədər ölkənin yeganə və bir palatalı parlamenti olan Məclis aşağı palata çevrildi və əvvəllər Məclisdən ayrı bir qurum olaraq mövcud olan Xalq Məsləkəti yuxarı parlamentə çevrildi. Ölkənin yeni, iki palatalı parlamentinin “Milli Qenqeş” (türkm. Milli Geňeş) — “Milli toplantı” və ya “Milli Şura” adlandırılmasına qərar verildi. Milli Qenqeş — Xalq Məsləkətinin yuxarı palatası 56 üzvdən ibarətdir. Bunlardan 48-i, hər velayatdan (bölgədən) və Aşqabad şəhərindən, beş xalqdan ibarət regional Xalq Məsləkətinin və Aşqabad şəhərinin yığıncaqlarında gizli səsvermə yolu ilə gizli səsvermə yolu ilə seçilir və 8 üzv tərəfindən təyin edilir.
Türkmənistan paytaxtı
Aşqabad — Türkmənistanın paytaxtı . Əhalisi 1 milyon 31 min nəfərdir . Şəhər 38-ci paralelin altında, Afina, Seul və San-Fransisko enlərində yerləşir; Türkmənistanın ən böyük şəhəridir. Aşqabad dünyanın ən qədim şəhərlərindəndir. Arxeoloqlar köhnə Aşqabadın ən azı 8 min il yaşı olduğunu və buranın heç vaxt tam boşalmadığını bildirirlər. Müasir Aşqabad 1881-ci ilin yanvarında Rusiya imperiya qoşunlarının bütün Axal-Tekinsky oazisini və xüsusən onun şərqində yerləşən Aşqabad kəndini işğal etdikdən sonra hərbi istehkam kimi quruldu.. Karvan yollarının və yaxın bir dəmir yolunun olması şəhərin sürətli inkişafını təmin etdi. Bütün yaxın ərazilərdən insanlar buraya gəldilər. Bəziləri pul qazandılar, bəziləri təqiblərdən qaçdı, üçüncüsü yeni bir şəhərin inşasında varlanmaq istədi. Aşqabadın sürətlə yüksəlməsinin ikinci səbəbi yaxşı təmiz su və tikinti materialları — yaxınlıqdakı dağlarda ağac, şəhərətrafı ərazilərdəki çınqıl və gilin çiçəklənməsidir.
Türkmənistan qaraqulağı
"Müstəqil Türkmənistana böyük sevgiyə görə" ordeni
"Müstəqil Türkmənistana böyük sevgiyə görə" medalı - Türkmənistanın dövlət mükafatıdır. == Tarixi == 1 mart 1999-cu ildə təsis edilmişdir. Əvvəlcə sifariş boyun zəncirində bir qızıl medal görünüşünə sahib idi, daha sonra 2011-ci ildə bir göğüs blokunda bir qızıl ulduz görünüşü əldə etdi. Türkmənistanın ilk prezidenti Saparmurat Niyazovun profili istisna olmaqla, 2014 -cü ildən bu sərəncama yeni bir görünüş verildi. == Əsasnamə == Sərəncam ölkə iqtisadiyyatının inkişafına, istehsalın səmərəliliyinin artırılmasına, elm və texnologiyanın inkişafına, ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsinə verdiyi böyük töhfələrə görə ölkə vətəndaşlarını və əcnəbiləri, mədəniyyət, ədəbiyyat, incəsənət, səhiyyə sahəsindəki böyük uğurlarına görə mükafatlandırmaq məqsədi daşıyır. Qayğıya, dövlət və ictimai fəaliyyətə, qanunun aliliyinin və asayişin möhkəmləndirilməsinə, gənc nəslin təhsili və tərbiyəsinə, Türkmənistanla digər dövlətlər və beynəlxalq təşkilatlar arasında iqtisadi və mədəni əlaqələrin inkişafına görə verilir. Sifarişlə təltif olunan şəxslərə minimum əmək haqqının on beş mislinə bərabər birdəfəlik mükafat verilir və əmək haqqı, əmək haqqı, təqaüd, müavinət və ya təqaüdə aylıq əlavə minimum əmək haqqının yüzdə 15-i miqdarında əlavə edilir. Ordenə layiq görülmüş şəxslər Türkmənistan qanunvericiliyi ilə müəyyən edilmiş hallarda və qaydada imtiyazlardan istifadə edirlər. == Təsvir == === 1999-dan 2011-ə qədər === Sifariş nişanı 40 mm diametrli bir dairə şəklindədir. Sifarişin ön tərəfinin ortasında Türkmənistan Prezidentinin ağ qızıldan hazırlanmış profil şəkli var.
ABŞ–Türkmənistan münasibətləri
ABŞ–Türkmənistan münasibətləri — Türkmənistan və ABŞ arasındakı mövcud ikitərəfli münasibətlər. Hər iki ölkə Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı və BMT-nın tam hüququlu üzvüdür. Hər iki ölkə beynəlxalq təşklatlar səviyyəsində bir-biri ilə əməkdaşlıq edir. == Diplomatik nümayəndəliklər == === Türkmənistan === Vaşinqtonda iqamətgahı olan Türkmənistanın ABŞ-dakı səfirliyi 1994-cü ildə açılmışdır. 2001-ci ilin martından Səfirliyə Türkmənistanın ABŞ-dakı fövqəladə və səlahiyyətli səfiri Mered Orazov rəhbərlik edir. ==== Səfirlər ==== Xəlil Uğur (1994—2001) Mered Orazov (2001—h.h.) === ABŞ === Aşqabadda yerləşən ABŞ-nin Türkmənistandakı səfirliyi 17 mart 1992-ci ildə açılmışdır. Allan Philip Mastard hazırda ABŞ-nin Türkmənistandakı səfiridir. 2015-ci ilin oktyabr ayından etibarən yeni ABŞ səfirliyi üçün bir bina kompleksi inşa edilir. ABŞ-nin Beynəlxalq İnkişaf Agentliyi də Aşqabadda yerləşir. ==== Səfirlər ==== Cozef Xyulinqs (1992—1995) Maykl Kotter (1995—1998) Stiven Mann (1998—2001) Lora kennedi (2001—2003) Treysi Ceykobson (2003—2007) Riçard Xoqland (2007—2010) müvəqqəti icra edici Robert Potterson (2011—2014) Filipp Mastard (2014—h. h.) == Tarix == 1-7 fevral 1994-cü ildə Prezident Saparmurat Niyazov, tibbi müayinədən keçdiyi Hyuston şəhərinə qeyri-rəsmi bir ziyarət edir.
Almaniya–Türkmənistan münasibətləri
Almaniya–Türkmənistan münasibətləri — Almaniya ilə Türkmənistan arasında ikitərəfli diplomatik əlaqələr. == Türkmənistanın Almaniyadakı səfirliyi == Türkmənistanın Almaniyadakı Səfirliyi (Berlin) Türkmənistan Prezidentinin 6 sentyabr 1993 -cü il tarixli fərmanı ilə açılmışdır. 2020-ci ilin yanvarından Səfirliyə Türkmənistanın Almaniyadakı fövqəladə və səlahiyyətli səfiri Berdımurad Rəcəbov rəhbərlik edir. == Siyasi münasibətlər == İki ölkə arasında ilk siyasi yaxınlaşma Türkmənistanın 27 oktyabr 1991 -ci ildə Sovet İttifaqından ayrılmasından sonra başladı. Almaniya buna o zamankı Türkmənistan hökuməti ilə diplomatik əlaqələr quraraq nail oldu. Almaniya hökuməti Türkmənistanla aşağıdakı müqavilələri imzalamağı bacardı. Bir tərəfdən, hələ Sovet İttifaqı dövründən bəri Almaniya və Türkmənistan arasında ticarətlə məşğul olan şirkətlərin ikiqat vergi ödəməməsini şərtləndirən ikiqat vergidən yayınma müqaviləsi (1981) mövcuddur. Bu, iki ölkə arasında ikitərəfli ticarətin inkişafına kömək edir. Bundan əlavə, 1997-ci ildə bir investisiyanın qorunması və təşviqi müqaviləsi bağlanmış və 2001-ci ildə qüvvəyə minmişdir. Müvafiq iqtisadiyyata sərmayə qoyarkən birbaşa xarici investorları qoruyur və bu, Almaniya şirkətləri üçün xüsusilə vacibdir, çünki Türkmənistanın bəzi hallarda istifadə olunmamış potensialı ilə çox maraqlanır.
Ermənistan–Türkmənistan münasibətləri
Türkmənistan–Ermənistan münasibətləri — Türkmənistan və Ermənistan arasındakı mövcud ikitərəfli münasibətlər. Hər iki ölkə SSRİ adlanan ittifaqa daxil olan respublikadan biri olmuşdur. 1991-ci ildə müstəqillik əldə etmişlər. Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı və Birləşmiş Millətlər Təşkilatının üzvüdürlər. 2015-ci ildə Türkmənsitan və Ermənistan arasında iki anlaşma, beş görüş protokolu, 3 memorandum və iki deklarasiya imzalanmışdır. == Tarixi == Türkmənistan və Ermənistan arasında diplomartik əlaqələr 9 oktyabr 1992-ci ildə qurulmuşdur. İki ölkə arasında bir ilk olaraq 1993-cü ildə Ermənistan Prezidenti Levon Ter-Petrosyan Türkmənistanı ziyarət etmişdir. 1994-cü ilin iyulunda Ermənistanın Türkmənistanda səfirliyi açılır. 1997-ci ildə Ermənistan Prezidenti Levon Ter-Petrosyan Türkmənistanı ikinci dəfə ziyarət etmişdir. 2000-ci ildə Türkmənistana Prezident Robet Koçaryan səfər etmişdir.
Gürcüstan–Türkmənistan münasibətləri
Türkmənistan–Gürcüstan münasibətləri — Türkmənistan Respublikası və Gürcüstan arasındakı mövcud ikitərəfli münasibətlər. İki ölkə arasında diplomatik əlaqələr 16 iyul 1992-ci ildə qurulmuşdur. Hər iki ölkə Birləşmiş Millətlər Təşkilatı və Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının üzvüdür. == Tarixi == 1991-ci ilə kimi Türkmənistan və Gürcüstan Sovet Sosialist Respublikaları İttifaqına daxil olan müttəfiq dövlətlərdən biri olmuşdur. 9 aprel 1991-ci ildə Gürcüstan, 1991-ci ilin 27 oktyabrında isə türkmənistan müstəqilliyini elan etmişdir. Tiflisdə Türkmənistanın, Aşqabadda isə Gürcüstanın səfirliyi vardır. 2014-cü il may ayının 20-dən Gürcüstanın Türkmənistandakı fövqəladə və səlahiyyətli səfiri Giorgi Karalaşvilidir. Türkmənistan Respublikasının Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Dövlətmurad Muradovdur. Ölkələr arasındakı əlaqələr tarixində əhəmiyyətli yeri yüksək səviyyədə təşkil olunan səfərlərdir. Türkmənistan Respublikasının ilk prezidenti Saparmurat Niyazov 1996-cı ildə Gürcüstana səfər etmişdir.
Hindistan–Türkmənistan münasibətləri
Hindistan–Türkmənistan münasibətləri — Hindistan və Türkmənistan arasındakı ikitərəfli münasibətlər. Hindistan Türkmənistanın müstəqilliyini 26 dekabr 1991-ci ildə tanımışdır. İkitərəfli əlaqələr 20 aprel 1992-ci ildə. Hər iki ölkə Birləşmiş Millətlər Təşkilatının üzvüdür. == Tarixi == Türkmənistan Prezidenti Saparmurat Niyazov 1992-ci ildə Hindistana ilk səfərini təşkil etmişdir. İkinci səfər isə 1997-ci ildə tə.şkil edilir. Hindistan 30 yanvar 1994-cü ildə Aşqabadda səfirliyini açmışdır. Türekmənistan isə Nyu-Dehlidə səfirliyə sahibdir. Türkmənistan Respublikasının fövqəladə və səlahiyyətli səfiri Paraxat Xommad oğlu Durdıyevdir. 1995-ci ildə Hindistanın baş naziri Pamulaparti Venkata Narasimha Rao Türkmənistanda rəsmi səfərdə olmuşdur.
Latviya–Türkmənistan münasibətləri
Latviya–Türkmənistan münasibətləri — Latviya Respublikası ilə Türkmənistan arasında ikitərəfli diplomatik əlaqələr 1993 -cü ilin yanvarında qurulmuşdur. Latviyanın Türkmənistanda rəsmi diplomatik nümayəndəliyi yoxdur; bu funksiyaları Latviyanın Özbəkistandakı səfirliyi həyata keçirir. Latviyanın Türkmənistandakı səfiri Mixail Popkovdur. == Tarixi == İki ölkə arasında diplomatik əlaqələr 1993-cü ilin yanvarında qurulmuşdur. 2008-ci ilin oktyabrında Latviya Prezidentinin Türkmənistana ilk rəsmi səfəri baş tutdu. Səfər zamanı Latviya Respublikasının Prezidenti Valdis Zatlers Türkmənbaşı şəhərini ziyarət etdi, burada Prezident Karlis Ulmanisin xatirəsini ehtiramla yad etdi . 2009-cu ildə Latviya Respublikası və Türkmənistan hökumətləri arasında "İqtisadi, sənaye, elmi və texniki əməkdaşlıq haqqında" müqavilə bağlanmışdır. 2013-cü ilin may ayında Latviya Prezidenti Andris Berzinş Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovla danışıqların aparıldığı Aşqabada rəsmi səfər etdi. == İqtisadi əlaqələri == Latviya Xarici İşlər Nazirliyinin nümayəndələri bildiriblər ki, bu il Aşqabadda keçirilməli olan Latviya Respublikası və Türkmənistan arasında iqtisadi, elmi, texniki və mədəni əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın dördüncü iclası qeyri-müəyyən vaxta təxirə salınıb. Trend.
Malayziya–Türkmənistan münasibətləri
Malayziya–Türkmənistan münasibətləri — Türkmənistan və Malayziya arasında beynəlxalq əlaqələr. Malayziyanın Aşqabadda səfirliyi vardır həmçinin, Türkmənistanın Kuala Lumpurda səfirliyi yerləşir. == İqtisadi əlaqələri == Hazırda həm Malayziya, həm də Türkmənistan ikitərəfli əlaqələri, xüsusən də iqtisadi əlaqələr sahəsində genişləndirməyə çalışırlar. Hər iki tərəf aralarında daha sıx əlaqələrin qurulması üçün bir sıra sənədlər imzaladılar. Bundan əlavə, bir sıra Malayziya şirkətləri iki ölkə arasında turizm və infrastrukturun inkişafına maraq göstərdilər. 2012-ci ildə Türkmənistan Prezidenti Qurbanqulu Berdimuhamedov digər Malayziya firmalarını Türkmənistandakı iş imkanlarını araşdırmağa dəvət etdi. Malayziya şirkəti Petronas 1996 -cı ildən etibarən ölkə daxilində fəaliyyət göstərir. Malayziya da halal qida ticarəti ilə yanaşı iki ölkə arasındakı ümumi ticarət sahəsini də genişləndirməyə çalışır. 2013-cü ildə dövriyyə 2012-ci ildə 11,68 milyon dollar, 2011-ci ildə 24,27 milyon dollar ilə müqayisədə 33,13 milyon dollar idi. 2010-cu ildə iki ölkənin ticarət həcmi 2009-cu ildəki 205.61 milyon ABŞ dolları ilə müqayisədə cəmi 28.90 milyon ABŞ dolları idi.
Muncuqlutəpə yaşayış yeri (Türkmənistan)
Muncuqlu təpə ― Cənubi Türkmənistanda, Kopetdağ dağlarının şimal yamacında yerləşən qədim yaşayış yeri. Ərazidə aparılmış qazıntılar Neolit dövrünün sonlarından, təxminən e.ə. 6 200-cü ildən başlayaraq erkən Mis dövrünə qədər davam edən məskunlaşmanı göstərmişdir. Ən erkən təbəqələr Türkmənistanın Ceytun mədəniyyətinə aiddir. Tarixə qədərki dövrə aid yaşayış məskəni şimalda Qaraqum səhrası, cənubda isə Kopetdağın yamacları ilə həmsərhəd olan quru allüuvial düzənlikdə yerləşir. Bu dağlar həm də müasir İranla sərhədi təşkil edir. Sahədən təxminən iki kilometr şimal-qərbdə yaxınlığında Türkmənistanın müasir Miana kəndinin yerləşdiyi Meana çayının quru yatağı var. Tunc dövrünə aid böyük yaşayış yeri olan Altuntəpə ərazidən təxminən 2 km şimal-şərqdədir. Ərazidə ilk qazıntı işləri 1959-cu ildə Aleksandr A. Maruşçenkonun başçılığı altında aparılmış və daha sonra həmkarı O.K. Berdiyev tərəfindən davam etdirilmişdir. 2010-cu ildə qazıntı sahəsinin potensialı Susan Pollok və Reynhard Bernbek tərəfindən tanınmış və bu, ərazidə daha beş qazıntı kampaniyasının (2010-2014) təşkilinə səbəb olmuşdur.
Müdafiə Nazirliyi (Türkmənistan)
Türkmənistan Müdafiə Nazirliyi (türkm. Türkmenistanyň Goranmak ministrligi) — Türkmənistan Hökuməti yanında, müdafiə sahəsində dövlət siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı və Türkmənistan Silahlı Qüvvələrinin rəhbərliyi. Hazırda Türkmənistanın müdafiə naziri Yaylım Berdiyevdir. Türkmənistan əslində keçmiş SSRİ ərazisindəki bütün dövlətlər arasında ən bitərəfdir. Türkmənistan nə Kollektiv Təhlükəsizlik Müqaviləsini imzaladı, nə də GUAM blokuna (Gürcüstan, Ukrayna, Azərbaycan, Moldova və son vaxtlara qədər Özbəkistan) üzv deyil. Türkmənistan, həm Taliban, həm də Şimali İttifaqla bərabər münasibətlər saxlayaraq, Əfqan müharibəsi ilə əlaqədar vurğulanan bitərəf siyasət yürütdü. 11 sentyabr 2001-ci il hadisələrindən sonra da müttəfiq qoşunlar respublika ərazisinə çıxmadılar, xüsusən də Niyazov respublikanın Almaniya təyyarələri üçün bir baza təmin etməkdən imtina etdi. bitərəflik prinsipləri. Sovet modelinə əsaslanan Zabitlər Evi, mülki-hərbi münasibətləri yaxşılaşdırmaq üçün hazırlanmış hərbi əsas mədəniyyət mərkəzidir. Bu, ABŞ-dakı zabit klublarına bərabərdir.
Oğuz xan adına Türkmənistan Mühəndislik Texnologiyaları Universiteti
Oğuz xan adına Türkmənistan mühəndis texnologiyaları universiteti və ya Oğuz xan adına mühəndis-texnoloji universitet (türkm. Türkmenistanyň Oguz han adyndaky Inžener-tehnologiýalar uniwersitetii) — Türkmənistanda mühəndis və yüksək texnologiyalar üzrə mütəxəssis hazırlığında ixtisaslaşmış ali təhsil müəssisəsi. 15 iyul 2016-cı il tarixində Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun fərmanı ilə təşkilati və hüquqi formasını dəyişdirərək Beynəlxalq Türkmən-Türk Universiteti əvəzinə Oğuz Xan adına Türkmənistanın Mühəndislik Texnologiyaları Universiteti yaradıldı. Həmçinin fərmanla Oğuz xan adına Türkmənistan Mühəndislik Texnologiyaları Universiteti Beynəlxalq Türkmən-Türk Universitetinin qanuni varisi oldu. Yeni yaradılan universitet Türkmənistan Elmlər Akademiyasının tabeliyinə verildi. Universitet üç min nəfərin təhsil alması üçün nəzərdə tutulmuşdur. 2016-2017-ci tədris ilinə universitetdə təxminən 280 tələbə təhsil alırdı. 2019-cu ilin əvvəlində Oğuz xan adına Türkmənistan Mühəndislik Texnologiyaları Universitetində keçirilən elm adamları, universitet müəllimləri və tələbələrinin konfransında, ölkə rəhbərliyinin bütün Türkmənistan elmi institutlarını və universitetlərini tədricən özünü maliyyələşdirməyə keçirmək qərarına gəldiyi açıqlandı. Bu dövlətin elm və təhsil sahəsindəki yeni siyasəti çərçivəsində dövlət büdcəsindən maliyyələşdirilməsini istisna edən sistemə keçilməsi proqramının elanı idi. Ali təhsil göstərilən peşə sahələri üzrə verilir: materialların öyrənilməsi və yeni materialların texnologiyası; nanomateriallar; kimyəvi texnologiya; biotexnologiya; informasiya sistemləri və texnologiyaları; avtomatlaşdırma və idarəetmə; mekatronika və robototexnika; yenilik, metallurgiya; təbiət elmləri; elektronika, radio mühəndisliyi və rabitə sistemləri.
Pakistan–Türkmənistan münasibətləri
Pakistan–Türkmənistan münasibətləri — Türkmənistan və BƏƏ arasındakı mövcud ikitərəfli münasibətlər. 1991-ci ildə Pakistan Türkmənistanın müstəqilliyini tanıyır. Ölkələr arasında rəsmi diplomatik münasibətlər 10 may 1992-ci ildə qurulur. İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində qarşılıqlı fəaliyyətə əlavə olaraq, 1991-ci ilin sonunda Türkmənistan Pakistanla əməkdaşlıq müqaviləsi imzalamış və ona 1992-ci ildə 10 milyon ABŞ dolları həcmində kredit veriləcyi barədə vəd almışdır. 1995-ci ildə hər iki ölkə Türkmənistan qazının Əfqanıstandan Pakistana daşıyacaq qaz kəmərinin çəkilməsinə dair bir memorandum imzalamışlar. Mərkəz Argentinada yerləşən Bridas ilə boru kəmərinin tikintisinə başlamaq üçün bir texniki-iqtisadi əsaslandırma müqaviləsi bağlanılır. 1994-cü ilin oktyabrında Pakistanın Baş naziri Bənazir Bhutto Türkmənistana ilk dövlət səfərini eedir. 1997-ci ilin oktyabrında Pakistan Baş Naziri Nəvaz Şərif Aşqabada səfər edir. 2010-cu ilin avqust ayında Türkmənistan Pakistana 40 ton humanitar yardım göndərmişdir. 2011-ci ilin iyun ayında iki ölkə arasındakı dostluq, qardaşlıq münasibətlərinin və xoş niyyətli işbirliyinin əlaməti olaraq 5 ton düyü Pakistandan Türkmənistana bayram münasibətilə göndərilir.
Qazaxıstan–Türkmənistan münasibətləri
Qazaxıstan–Türkmənistan münasibətləri — Qazaxıstan və Türkmənistan arasında diplomatik münasibətlər 27 avqust 1992-ci ildə qurulub. Qazaxıstanın Aşqabadda, Türkmənistanın isə Astanada bir səfirliyi var. Bu ölkələrin hər ikisi İƏT, ATƏT, MDB və BMT-nin üzvüdür. Üstəlik Türk Şurasıında fəal qarşılıqlı fəaliyyət göstərirlər. Hal-hazırda Türkmənistanın Qazaxıstandakı səfiri Matınkuli Ağmuradov, Qazaxıstanın Türkmənistandakı səfiri Orman Nurbaevdir. Qazaxıstanın Türkmənbaşı şəhərində, Türkmənistanın isə Aktau şəhərində konsulluğu fəaliyyət göstərir. İki ölkə arasındakı siyasi dialoq həmişə konstruktivdir. İkitərəfli münasibətlərin və beynəlxalq siyasətin əsas mövzularında heç bir ziddiyyət yoxdur. Türkmənistan qlobal neytrallıq prinsipinə uyğun təcrid olunmuş siyasət aparır. Qazaxıstan isə əksinə, bütün beynəlxalq təşəbbüslərdə fəal iştirak edərək açıq siyasət yürütməyə çalışır.
Qazaxıstan–Türkmənistan–İran dəmiryolu xətti
Qazaxıstan—Türkmənistan—İran dəmiryolu xətti — Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi. 2009-2014-cü illərdə Orta Asiyada Qazaxıstan, Türkmənistan və İranı birləşdirən bir dəmir yoludur. Xəttin digər bir ad Şərqi Şimal - Cənub dəhlizidir. Bu yolun köhnə bir variantı Qaraqalpaqıstan qəsəbəsindən keçərək iran sərhəddinə qədər uzanırdı. Vaqonların reylslərinin uyğunlaşdırılması Seraxs stansiyasında aparılır. Yeni xətt Bolaşak stansiyasından birbaşa Qərbi Qazaxıstandan Türkmənistana keçir. Bu xətt 2014-cü ildə istifadəyə verilir. Bu xətt Ətrek-Gürgan sərhəd keçidi ilə İran Respublikasına daxil olur. Bununla yanaşı Qazaxıstan vastəsi ilə Çindən İrana qədər olan məsafəni 500 km azalır. Dəmir yolu Qazaxıstanı, Rusiyanın mərkəzi bölgələrini Türkmənistan, İran, Fars Körfəzi ölkələri, Cənubi və Cənub-Şərqi Asiya ilə birləşdirən əlavə marşrutlar çoxalda, tranzit yük və sərnişin daşımalarını artıra bilər.
Qazaxıstan—Türkmənistan—İran dəmiryolu xətti
Qazaxıstan—Türkmənistan—İran dəmiryolu xətti — Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi. 2009-2014-cü illərdə Orta Asiyada Qazaxıstan, Türkmənistan və İranı birləşdirən bir dəmir yoludur. Xəttin digər bir ad Şərqi Şimal - Cənub dəhlizidir. Bu yolun köhnə bir variantı Qaraqalpaqıstan qəsəbəsindən keçərək iran sərhəddinə qədər uzanırdı. Vaqonların reylslərinin uyğunlaşdırılması Seraxs stansiyasında aparılır. Yeni xətt Bolaşak stansiyasından birbaşa Qərbi Qazaxıstandan Türkmənistana keçir. Bu xətt 2014-cü ildə istifadəyə verilir. Bu xətt Ətrek-Gürgan sərhəd keçidi ilə İran Respublikasına daxil olur. Bununla yanaşı Qazaxıstan vastəsi ilə Çindən İrana qədər olan məsafəni 500 km azalır. Dəmir yolu Qazaxıstanı, Rusiyanın mərkəzi bölgələrini Türkmənistan, İran, Fars Körfəzi ölkələri, Cənubi və Cənub-Şərqi Asiya ilə birləşdirən əlavə marşrutlar çoxalda, tranzit yük və sərnişin daşımalarını artıra bilər.
Qırğızıstan–Türkmənistan münasibətləri
Qırğızıstan–Türkmənistan münasibətləri — Qırğızıstan və Türkmənistan arasında ikitərəfli diplomatik əlaqələr 9 oktyabr 1992-ci ildə qurulmuşdur. Türkmənistanın Qırğızıstandakı Səfirliyi (Bişkek) ilk dəfə 4 may 1999 -cu ildə açılmış, lakin iş başlamamışdır. Türkmənistanın Qırğızıstanda səfirliyinin açılması ilə bağlı təkrar fərman 28 iyun 2014-cü ildə verilmişdir. Hal hazırda səfirliyin ünvanı: Bişkek şəhəri, Baytik Baatır küç., ev 9. 5 fevral 2016 -cı ildən etibarən səfirliyə Türkmənistanın Qırğızıstandakı fövqəladə və səlahiyyətli səfiri Şadurdı Meredov rəhbərlik edir. Batıt Niyazliyev (2014—2016) Şadurdı Meredov (2016 — h. h.) 2016-cı ildə Qırğızıstanla Türkmənistan arasında ticarət dövriyyəsi təxminən 5,2 milyon dollar təşkil edib ki, bu da ötən ilin statistik göstəriciləri ilə müqayisədə 23,7% çoxdur. 2014-cü ildə aralarındakı əməliyyatların həcmi də 46,3% (ümumi xarici ticarətin 0,2% -i) artmışdır ki, bu da 2013-cü ilin artım tempi ilə müqayisədə əhəmiyyətli artımdır. Son illərdə iki ölkə arasındakı münasibətlər həm hökumət, həm də iş səviyyəsində daha aktiv hala gəldi. Qırğızıstan Türkmənistandan qoz-fındıq, bitki yağı, polimerlər, propilen, gübrələr, xam qoyun dəriləri və tərəvəzlər idxal edir. 2016-cı ildə Türkmənistan Qırğızıstana 1,4 milyon dollarlıq tekstil ixrac etdi.
Rabitə Nazirliyi (Türkmənistan)
Türkmənistan rabitə infrastrukturunun ilk elementləri Rusiyanın tərkibinə daxil olduqdan sonra baş vermişdir. 1900-cü ildə Türkmənistan ərazisində 26 poçt və telekommunikasiya müəssisəsi var idi. Rusiyanın tərkibinə daxil olmamışdan əvvəl Türkmənistanda şəhərlərarası rabitə yox idi. Məhz sovet hakimiyyəti illərində kabel və radiorele xətləri çəkilməyə başlanmışdır.1965 -1980-cı illərdə şəhər telefon şəbəkəsinin ümumi tutumu 3,6 dəfə artmışdır.1981-ci ilə isə telefon nömrələrinin sayı 113 minə çatmışdır. Bu illərdə ölkənin ərazisində kolxoz və sovxozların artması ilə kənd rabitəsi inkişaf etmişdir. Hazırda Türkmənistanda beynəlxalq rabitənin yeganə provayderi Rabitə Nazirliyinin "Türkməntelekom" Dövlət Elektrikrabitə kompaniyasıdır. Kompaniya ABŞ (MCIWorldCom), İtaliya(Palermo), Rusiya ilə peyk rabitə kanalını təmin edir. Şəhər telefon rabitəsi əsasən Alcatel və Simens istehsalı olan rəqəmsal telefon stansiyaları ilə təmin edilmişdir. Kənd yerlərində isə sovet vaxtından qalan ATS-lər fəaliyyət göstərir. lokal şəbəkələr yaradılan ölkənin elmi və tədris institutlarına "ümumdünya torundan" məlumatların ötürülməsi üçün "Türkməntelekom" peyk antenalarını quraşdırmış və stansiyaları təmir etdirmişdir.
Rusiya–Türkmənistan münasibətləri
Rusiya–Türkmənistan münasibətləri — Türkmənistan və Rusiya arasındakı mövcud ikitərəfli münasibətlər. Türkmənistan və Rusiya bir-birini strateji tərəfdaş hesab edirlər ki, bu da 2009-cu ildə imzalanmış enerji və maşınqayırma sahəsində strateji əməkdaşlığın genişləndirilməsinə dair dövlətlərarası sazişin girişində əksini tapmışdır. İki ölkənin qanunvericilik bazası 149 dövlətlərarası, hökumətlərarası və idarələrarası müqavilələrdən ibarətdir. Hər iki ölkə BMT, MDB, ATƏT-in üzvüdür. Müstəqilliyin ilk illərində Türkmənistanın silahlı qüvvələri əslində Rusiya ordusunun bir hissəsi idi. 1994-cü ilin əvvəlinə qədər onlar ortaq Rusiya-Türkmən komandanlığı altında idilər. Ölkənin İran və Əfqanıstanla sərhədləri rus sərhədçiləri tərəfindən qorunurdu. 1992-ci ildən bəri Rusiyanın Türkmənistandakı səfirliyi Aşqabadda fəaliyyət göstərir. Rusiya Səfirliyinin Konsulluq İdarəsi Türkmənbaşı şəhərində yerləşir. Hazırda Rusiyanın Türkmənistandakı səfiri Bloxin Alekandr Viktoroviçdir.
Somali–Türkmənistan münasibətləri
Somali–Türkmənistan münasibətləri — Somali-Türkmən münasibətləri, Somali ilə Türkmənistan arasında ikitərəfli diplomatik münasibətlər. Somali, Ankaradakı səfirliyi vasitəsilə Türkmənistandakı maraqlarını təmsil edir. Somali Federal Respublikası ilə Türkmənistan arasında diplomatik əlaqələr 4 noyabr 2019-cu il tarixində bir protokol imzalayaraq qurulmuşdur. Xarici İşlər Nazirliyi və Türkmənistan Məclisi 18 fevral 2020-ci il tarixində Somali Federal Respublikasının Türkmənistandakı fövqəladə və səlahiyyətli səfiri (iqamətgahı Ankarada) Jama Abdullahi Məhəmməd ilə görüşlər keçirdi. Elə həmin gün yeni səfir etimadnaməsini Mezhdlisin sədri Gülşat Məmmədovaya təqdim etdi. Görüşün əvvəlində diplomatı təyin olunması münasibətilə təbrik etdi və ona Türkmənistan ilə Somali arasında əməkdaşlığın möhkəmləndirilməsində uğurlar arzuladı. Etimadnaməsinin surətlərini təqdim edən səfir, yüksək diplomatik vəzifəyə təyin olunması münasibətilə təbriklərinə və Somali xalqına ən xoş arzularına görə Türkmənistan tərəfinə təşəkkür etdi. Səmimi qarşılamadan sonra tərəflər Türkmənistan və Somali arasında qarşılıqlı maraq doğuran müxtəlif sahələrdə uzunmüddətli əməkdaşlıq qurmaqda maraqlı olduqlarını bildirdilər. Yüksək səviyyəli səfərlərin, eləcə də iki ölkənin xarici işlər nazirlikləri arasında əməkdaşlığın ikitərəfli əlaqələrin inkişafında mühüm rol oynadığı qeyd edilib. Diplomatlar, xüsusilə BMT kimi beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın müsbət təcrübəsini vurğuladılar.
Türkiyə–Türkmənistan münasibətləri
Türkiyə–Türkmənistan münasibətləri — Türkiyə və Türkmənistan arasındakı ikitərəfli münasibətlər. İki ölkə arasında diplommatik münasibətlər 29 fevral 1992-cü ildə qurulmuşdur. Türkiyə Türkmənistanın müstəqilliyini tanıyan ilk ölkə olmuş və Aşqabadda səfirlik açmışdır. Hər iki ölkənin xalqlarını ortaq dil, din və mədəniyyət birləşdirir. Hər iki ölkə İqtisadi Əməkdaşlıq Təşkilatı, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı və BMT kimi təşkilatların üzvüdürlər. Türkiyədə Türkmənistanın fövqəladə və səlahiyyətli səfiri fəaliyyət göstərir - İşanqulu Amanlıyev. Türkmənistanda Türkiyə fövqəladə və səlahiyyətli səfir fəaliyyət göstərir - Şevki Mütevellioğlu. Türkmənistanın Türkiyədəki səfirliyi (Ankara) 1992-ci ildə aşılmışdır. Hal-hazırda səfirliik bu ünvanda yerləşir: Ankara ş. Çankaya, Koza küçəsi, ev.28.
Daxili İşlər Nazirliyi (Türkmənistan)
Türkmənistan Daxili İşlər Nazirliyi ( türkm. Internal Affairs İzmir ) — Türkmənistanın Daxili İşlər Nazirliyi və ya milli polis qüvvəsidir. Nazirlik bilavasitə təxminən 25000 şəxsi heyətdən ibarət Türkmənistan polisinə nəzarət edir və hüquq-mühafizə və milli müdafiə məsələləri üzrə Milli Təhlükəsizlik Nazirliyi ilə işləyir. Polis orqanlarının əsas vəzifələrinə qanunun və ictimai təhlükəsizliyin təmin edilməsi, cinayətlərin qarşısının alınması, istintaqı, pasport nəzarəti, yol və yanğın təhlükəsizliyi, hüquq mühafizəsi sahəsində beynəlxalq əməkdaşlıq daxildir. Hazırkı nazir Məmmethan Çakiyevdir. Nazirlik 1998-ci il fevralın 19-da prezident Saparmurad Niyazovun “Türkmənistan polisinin formalaşdırılması haqqında” fərmanı ilə yaradılıb.
Türkmənistan Sovet Sosialist Respublikası bayrağı
Türkmənistan Sovet Sosialist Respublikası bayrağı — 1 avqust 1953-cü ildə Türkmənistan Sovet Sosialist Respublikası tərəfindən istifadə olunmağa başlanıb. Sovet Sosialist Respublikaları İttifaqının bayrağından ilhamlanaraq yaradılan bayraq, Qırğızıstan Sovet Sosialist Respublikası bayrağı ilə demək olar ki, eynidir. İki mavi zolaq (1/3 ölçüdə) Amudərya və Sırdərya çaylarını, aralarındakı qırmızı zolaq (1⁄20 ölçü) isə "işçi sinfinin" mübarizəsini ifadə edir. Oraq və çəkic fəhlə və kəndli siniflərinin birliyini, qırmızı ulduz isə kommunist partiyasını simvolizə edir. 1927-ci il mayın 13–20-də keçirilən Türkmənistan SSR Sovetlərinin II qurultayı Türkmənistan SSR Konstitusiyasını qüvvəyə mindirdi. Bayraq 83-cü bənddə təsvir edilmişdir; 1930-cu ildən 1992-ci ilə qədər bayraq bir neçə dəfə dəyişdirilmişdir. 1973-cü il sentyabrın 26-da Türkmənistan Ali Sovetinin Rəyasət Heyəti bayrağa son şəklini verib. Bu versiyada oraq, çəkic və ulduzun mövqeyi bayraq dirəyinə yaxınlaşdırılıb. 1930-cu illərdə bayraq qırmızı bayrağın yuxarı sol küncündə Sovet Sosialist Respublikaları İttifaqının bayrağına bənzər böyük qızılı oraq və çəkic təsvir edirdi. 1937-ci ildən başlayaraq bayrağın yuxarı sol küncündə qızılı sarı rəngli çıxıntısız şriftlə kiril əlifbası ilə yazılmış "ТССР" hərfləri var idi.