türkmənlər

türkmənlər
türkməncə
türkmənşəli
OBASTAN VİKİ
Türkmənlər
Türkmənlər — türk xalqlarının Oğuz qrupunu təşkil edən Azərbaycanlıların və Oğuz qrupundan olan digər xalqların etnogenezində iştirak etmiş ən qədim və ilk Oğuz əsilli türk xalqıdır. Türkmənistan Respublikasında, Əfqanıstan İslam Respublikasında və İran İslam Respublikasında kompakt halda yaşayan türkmənlər türk xalqları arasında Türkiyə türklərindən, Azərbaycanlılardan , özbəklərdən , uyğurlardan və qazaxlardan sonra ən böyük Türk xalqı hesab olunurlar. Bugünkü Türkmənistan Respublikasının yerli türk əhalisi olan türkmənlər əsas etibarilə VIII əsrdən sonra tarix səhnəsinə çıxan kınık, salur, qayı, bayat, beydilli boylarının birləşməsi ilə meydana gələn Oğuz qövmlərindəndirlər. Oğuz-Türkmən mədəniyyətinin formalaşmasında bu bölgədə yaşamış olan qədim Türk alanların, aakaların və xəzərlərin də mühüm rolu olmuşdur. "Türkmən" etnik adı tarixi mənbələrə görə, V əsrdən bəlli olsa da, bu ad X əsrdə kəsinlik qazanmışdır. Qərb tarixçiləri Türkmənləri saf qanlı Türk adlandırdıqları kimi, bəzi müəlliflər də Türkmənləri Türk xalqlarının kökü olaraq qəbul edirlər. Çünki Türkmənistan böyük tarixi Türküstanın ən qədim insan yaşayan bölgələrindən biridir. Burada aparılan arxeoloji tədqiqatlar nəticəsində müəyyən olunmuşdur ki, Türkmənistan ərazisində 300 min il bundan əvvəl insanlar yaşamışlar. Qərb Türklərinin və səlcuqluların əsasını təşkil edən Oğuz və ya Türkmənlər moğol tipindən tamamilə fərqlidirlər. Məşhur orta əsr tarixçisi Rəşidəddinə görə, "Oğuzların Mavəraünnəhr, İran və Azərbaycanda nəsilləri çoxalmış, digər yerli Türklərlə qaynayıb-qarışdığından taciklər onlara "Türk-manənd", yəni "Türkə bənzər" adını vermişlər… Oğuzlar "Türkmən" adı aldıqdan sonra digər Türk tayfaları olan qarluq, xələc, qıpçaq, kanqlı və uyğurlardan ayrılmışlar", halbuki Mahmud Kaşğarlı müsəlman olan qarluq, çigil və yağmalara da əvvəllər "Türkmən" deyildiyini yazmışdır.
Taxtaçı türkmənlər
Taxtaçı türkmənlər "Ağac əri" türkmənlərinin nəslindəndir. Taxta işləriylə məşğul olduqları üçün belə adlanırlar. Taxtaçılar Oğuz türklərindəndir. Alp Arslandan əvvəl Anadoluya gəlmiş və burada məskunlaşmışlar. Daha əvvəllər yaşadıqları yerlər Türküstan, Xorasan və Azərbaycandır. Taxtaçılar indi də özlərinə türkmən deyirlər. Onların xalq yaradıcılığı başqa oğuz xalqlarının ənənəvi şer biçimlərindədir.
Atal türkmənləri
Atal türkmənləri (türkm. Аталың түркменлери Atalyň Türkmenleri) — Rusiyanın Həştərxan oblastının Atal kəndində yaşayan və türkmənlərin bir qolu olan xalq. 5 qəbilədən ibarət olan Atal türkmənlərinin əsas hissəsi 1793-cü ildə buraya köç edən İğdır boyundan olan Türkmənistan türkmənlərinin nəslidən gəlirlər. Bu türkmənlərin gəldikləri yer kimi Manqışlaq yarımadası qəbul edilir. Dini baxımdan sünni müsəlmandırlar. == Tarix == Əsilləri Mnaqışlar yarımadasından XVII və XVIII əsrin əvvəllərində köç edən İğdır boyundan olan Türkmənistan türkmənlərinə dayanır. 5 qəbilədən (Mamıt, Gökler, Tever, Qoldağlı, Yaxşıxoca) ibarətdirlər. Bundan əlavə, kənddə adları türkmən dilində açıqlanmayan, ehtimal ki, Xəzər xaqanlığından qalma Peçenek soyları (Ellindel, An-Bollar, Arindan, İrrahir, İntedaal) da vardır. Müasir Atal türkmənlərinin əsas hissəsi 1793-cü ildə köç edən İğdır türkmənlərin nəsilləridir. Manqışlaq yarımadasından, Çovdur və Soyunaji tayfaları ilə birlikdə türkmən ığdır tayfasından ayrıldı.
Livan türkmənləri
Livan türkmanları (Livan azərbaycanlıları və ya Livan türkləri) — Livanda yaşayan türklərdir ki, sünni müsəlmandırlar və dilləri Azərbaycan dili və Ərəb dilidir. == Ümumi məlumat == Livanda türk toplumu iki qrupla təmsil olunur, onlardan hər ikisi türk xalqlarının oğuz yarım qrupuna daxildir. Birinci qrup Livan və Suriya vətəndaşları olan və dövlət tərfindən türkman adlandırılan toplumdur ki, danışdıqları ləhçələri azərbaycan dilinə daxil edilir. Livan türkmanları İordaniyada, Suriyada və İraqda yaşayan və bu dövlətlərin mərkəzi ərəb hökumətləri tərəfindən türkman adlandırılan əhali ilə eyni mənşədəndir və onlar kimi azərbaycan dilinin ləhçələrində danışmaqdadırlar. Livanın Şimal əyalətinin Akkar bölgəsində Kobayat şəhəri yaxınlığında iki kənddə 5,050 nəfər, Beqaa əyalətinin Baalbək bölgəsində Baalbək şəhəri ətrafında beş kənddə 3,800 nəfər, 1897-1913-cü illərdə Krit adasının yunan nəzarətinə keçməsi ilə Osmanlı hakimiyyətinin Krit adasından Trablusa köçürdüyü türklər, Suriyadan bura köç etmiş az sayda türkman və 1940-cı illərdə işçi olaraq Livanda əsasən Beyrut şəhərində yerləşmiş Türkiyə vətəndaşları olan türklər bu ölkədə türk toplumunu əmələ gətirirlər. == Yaşayış məntəqələri == Akkar türkmanları Şimal əyaləti: Akkar bölgəsində (Kobayat şəhərinin yaxılığında): Kavaşra kəndi - əhalisi 2,800 nəfərdir (10-20 iyun, 2009). Sakinlərini elliklə sünni türkmanlar təşkil edir. Səsvermə hüququ olan əhalisi 1,066 nəfərdir. Aydamun kəndi - əhalisi 3,000 nəfərdir (10-20 iyun, 2009). Sakinlərinin 2,250 nəfərini sünni türkmanlar, 750 nəfərini isə xristian ərəblər (80% ortodoks, 20% maruni) təşkil edir .
Suriya Türkmənləri
Suriya türkmanları — Suriyada yaşayan, Azərbaycan dilinin Cənubi Azərbaycan ləhcəsində danışan türk cəmiyyəti. Türk tayfalarının "Bələdi Şam" (indiki Suriya, Livan, İordaniya və Fələstin) adlanan ərazidə ilk məskunlaşması Səlcuqlu İmperiyasının zamanına təsadüf etmiş, bölgəyə türk tayfalarının axını Osmanlı İmperiyasının zamanınadək davam etmişdir. Suriyada əfşar, peçeneq, bayandır, baharlı və s. türk tayfaları məskunlaşmışdır. Suriyada milli tərkibi öyrənən əhali siyahıya alınmasının indiyədək aparılmaması bu ölkədə yaşayan etnik qrupların sayını müəyyən etməkdə çətinlik yaradır və bu səbəbdən səslənən bütün rəqəmlər müəyyən təxminlərdən ibarətdir. Suriyada ən aşağı qiymətləndirmələrə əsasən 750,000 maksimum isə 3,500,000 türkmənin yaşadığına dair məlumatlar mövcuddur. 1906-cı ildə çap olunmuş Hələb səlnaməsinə əsasən: Hələb şəhərinin ətrafında 350 türk kəndi vardır, bu kəndlərdə və Hələb şəhərində 200,000 nəfər, Lazikyə bölgəsində 150,000 nəfər, Təlkələ ətrafında 50,000 nəfər, Qüneytrə bölgəsində 100,000 nəfər, indiki Suriya o dövrkü digər bölglərində 300,000 nəfər olmaqla təxminən 800,000 nəfər türk yaşamaqda idi. Son məlumatlara əsasən əhalisinin təxminən sayı 23,000,000 nəfərə yüksəlmiş, türklərin sayı isə 3,500,000 nəfərə qədər artmışdır. Onlardan 1,500,000 nəfəri gündəlik danışıq dili olaraq türkcədən istifadə edir və türklük şüurunu yüksək səviyyədə qorumuşdur, 2,000,000 nəfəri isə türklük süurunu qorusa da çox az türkcə bilməkdədir və ana dillərini unutma mərhələsini yaşamaqdadır. 2010-cu ilə olan təxminə əsasən 23,000,000-luq ümumi Suriya əhalisinin 1,500,000 nəfəri türkcə danışan və etnik olaraq türk olan əhalidən, 2,000,000 nəfəri isə etnik kökən olaraq türk olan ancaq türkcəyi unutma mərhələsində olan əhalidən ibarətdir.
Əfqanıstan türkmənləri
Əfqanıstan türkmənləri — Əfqanıstanın Əfqan Türkistanı və ya Cənubi Türkistan deyilən hissəsində çoxu Türkmənistan sərhədinə yaxın, bir hissəsi isə İran (Məşhəd) sərhədində yaşayan türkmənlərin bir qolu olan türk xalqı. Sünni müsalman olub Əfqan özbəklərindən sonra Əfqanıstan türklərini təşkil edən ikinci böyük xalqdır. Özbəklərdən fərqli olaraq oturaq yox, köçəridirlər və heyvandarlıqla məşğul olurlar. 1885-ci ildə Rusiya və Əfqanıstan arasında sərhəd təyinindən sonra Türkmənistan türkmənləri ilə Xorasan türkmənləri ayırılmışlardır. Əfqanıstan türkmənlərinin əsas uruqları Ersarı, Çavdır, Yamut, Göklən, Təkə, Sarıq, Salur və Abdal uruqlarıdır. Ən böyükləri isə Ersarı uruğudur. 1990-cı illərdə əhali sayı 200000 nəfər olmuşdur. Hal-hazırda əhali sayı təxmini olaraq -1000000 600000 -1000000 nəfər təşkil edir. Əfqanıstanda olan əhalinin siyahıya alınması zamanı türkmənlərin yaşadığı bəzi kənd və qəsəbələr saya daxil edilməmişdir və demək olar ki, türkmən qadınlarının heç biri siyahıya alınmamışdır. Bunlarla birlikdə Əfqanıstan türkmənlərinin sayı 3 milyon olaraq təxmin edilir.
Türkmənlərin Gürcüstana hücumları
Türkmənlərin Gürcüstana hücumları - XV-XVIII əsrlərdə Qaraqoyunlu, Ağqoyunlu və Səfəvi dövlətinin Gürcüstan ərazisinə etdiyi səfərlər. Monqol hakimiyyətinin sona çatması ilə Qaraqoyunlu və Ağqoyunlu türkmənləri tarix səhnəsinə çıxmış, bu ərazidə 2 ayrı Türkmən dövlətinin əsasını qoymuşdular. Türk və Dünya tarixində əhəmiyyətli yerə sahib olan bu dövlətlər XV əsrdən başlayaraq Gürcüstan ərazisinə müxtəlif tarixlərdə səfərlər təşkil etmişdi. Bu dövrdə Qafqazda yerləşən Gürcüstan Teymurun səfərlərindən zəifləmiş və türk axınları üçün əlverişli bir əraziyə çevrilmişdi. Lakin Teymurun ölümü ilə mirasçıları arasında şiddətli mübarizə başladı. Bu vəziyyətdən istifadə edən gürcü kralı II Konstantin Gürcüstan sərhədlərində qalan simvolik türk əsgərlərini öldürtdü və idarəetməni yenidən təşkil etdi. Teymurilərin burada hökmranlığının sona çatmasından sonra Baqratilərdən olan I Aleksandr (1412-1442) Gürcüstanda hökmranlıq quraraq gürcü birliyini yaratmağa nail olsa da, sonradan Gürcüstan üç krallığa (Kartliya, Kaxetya, İmereti) və beş knyazlığa bölündü. Teymurun hücumlarından zəifləyən gürcü çarlığı yenidən dirçəlməyə başladı. Lakin bu dirçəliş çox çəkmədi. Qısa müddət sonra Gürcüstan sərhədlərinə yeni bir güc peyda olmuşdu.