təhlükəsizlik
təhrifçi
OBASTAN VİKİ
Təhrif
Təhrif — hər hansı bir şeyi əsl məcrasından və ya malik olduğu vəziyyətdən çıxarmaq, yaxud onu dəyişməyi nəzərdə tutan ərəb mənşəli söz. Başqa sözlə, təhrif bir növ dəyişmək və əvəz etməkdir. Lakin təhrif bu sözlərin mənasını vermir. Təhrifin bir neçə növü var. Onların ən əhəmiyyətlisi söz və məna təhrifidir. Söz təhrifi hansısa mövzunun zahiri görkəmini dəyişməkdən ibarətdir. Məsələn, hər hansı deyimdən bir cümlənin çıxarılması və ona bir cümlənin əlavə edilməsi. Yaxud, cümlələrin yeri elə dəyişilir ki, deyimin mənası orijinaldan fərqlənir, yəni bir sözlə deyimin görkəminə və sözünə toxunulur. Məna təhrifində isə sözə və zahiri görkəmə toxunulmur. Söz olduğu kimi qalır, lakin onu deyən şəxsin məqsədi düzgün izah olunmur.
Təhrif edilən cinayətkar (film, 1967)
Təhrif edilən cinayətkar (yap. 変態魔, ing. Perverted Criminal və ya ing. Abnormal Criminal) – 1967-ci ildə istehsal olunmuş Yaponiyanın erotik filmidir. Film baş qəhrəmanları cinayətkar və nekrofiliya olan qadındır. "Təhrif edilən cinayətkar" filmi dünya ölkələrində 3D formatında çəkilmiş ilk seks filmidir. Təhrif edilən cinayətkar — Internet Movie Database saytında.
Zamanın təhrifi
Zamanın təhrifi və ya zamanın distorsiyası (ing. tachypsychia) — zamanın həqiqi ölçüsündən asılı olmayaraq, insan zamanın uzandığını və ya daraldığını hiss edə biləcəyi zaman onun qavrayışındakı dəyişikliyi ifadə edən psixoloji termin. Zaman yavaşladıqda, hərəkət edən obyektlərin bulanıqlaşması kimi optik illüziyalar yarana bilər . Zamanın təhrifi keçmişin və ya gələcəyin təhrif olunmuş qavrayışına səbəb ola bilər. Bəzən bu şüursuz şəkildə baş verir. Qavrayışdakı dəyişikliklərin səbəbi çox vaxt psixoloji travma, fiziki fəaliyyət, psixi vəziyyətə və şüura təsir edən maddələrin istifadəsidir. Zamanın distorsiyasının ayrıca bir fenomen kimi müəyyənləşdirilməsi nisbətən son dövrlərdə başlamışdır. Psixoloq Paul Fress 1978-ci ildə yazırdı ki, stresli vəziyyətdə yaşanan vaxtın həddən artıq qiymətləndirilməsi baş verir və bunda affektiv vəziyyət həlledici rol oynayır . Bəzi psixoloqlar fərdin psixoloji vaxtı kimi kateqoriyanı müəyyən edir , zamanın qavranılmasının subyektivliyini qeyd edirlər. Qeyri-elmi mühitdə, eyni zamanda, vaxtın fərdi olaraq qəbul edildiyi, həmçinin stresli bir vəziyyətdə bir çox insanın təhrif - uzadılmış vaxtı hiss etdiyi barədə ümumi bir fikir var.

Digər lüğətlərdə