Bazar iqtisadiyyatı
Bazar iqtisadiyyatı —
dünyada mövcud olan iqtisadi sistemlərdən ən geniş yayılmışı.
Bazar iqtisadiyyatı məfhumundakı "bazar" iqtisadiyyatın sifətini, necəliyini, onun bazar təbiətli olmasını bildirir. Bazar təbiətli olmaq o deməkdir ki, iqtisadiyyat bazar üçün işləyir, bazar mexanizmi və bazar qanunları ilə tənzim olunur. Tarixən bazar bazar iqtisadiyyatından əvvəl meydana gəlmişdi. Ancaq o bazar iqtisadi sistemində fəaliyyət göstərir və buna görə də əvvəl bazar iqtisadiyyatının mahiyyəti, əsasları ilə bağlı məsələləri nəzərdən keçirmək lazımdır.
Bazar istehsalçı və istehlakçıların qarşılıqlı fəaliyyətini təmin edən mexanizmdir, onların mövcudluq üsuludur. Bazar əsasən tədavül sferası, alqı-satqı ilə bağlıdır.
Bazar iqtisadiyyatı daha geniş, əhatəlidir. O, istehsalı, bölgünü, mübadiləni və istehlak sahələrinin hamısını əhatə edir, onların tam halında mövcudluğunu təmin edir.
İqtisadi bir sistem kimi bazar iqtisadiyyatının tam formalaşması kapitalizm cəmiyyətində baş vermişdir.