Şeyx Əhməd Əfəndi Talalı
Şeyx Əhməd Əfəndi 1839-cu ildə Zaqatala rayonunun Tala kəndində doğulub. Atası Mustafa, əkinçiliklə məşğul olurdu. Erkən yaşlarında atasını itirdiyindən, el arasında “Yetim Əhməd” deyə çağrılırmış. “Sən nə bilirsən ki, Qədir gecəsi nədir?!” Hələ uşaqlıqdan Əhmədin dinə böyük marağı vardı. Odur ki, yaşıdlarından fərqli olaraq, Talada kənd ağsaqqallarının təşkil etdikləri dini mərasimlərin demək olar ki, hamısında iştirak edib, orada danışılan söhbətlərə, edilən zikrlərə maraqla qulaq asardı.
Əvvəlcə Mürsəl müəllimdən, sonra isə Suvagildə Hətəm Əfəndidən dərs aldı. Daha sonra isə İlisuda Səid Əfəndinin yanında elmini bir qədər də dərinləşdirdi. 1862-ci ildə mənəvi cəhətdən daha da kamilləşmək və tasəvvüf elminin dərinliklərinə varmaq üçün dostu Həmzət Əfəndi ilə birlikdə Nəqşibəndiyyə Şeyxi Mahmud Əfəndiyə mürid oldular. Altı ay mürşidinin xidmətində duran Əhməd Əfəndi, seyr və sülukunu tamamlayaraq, məzun oldu. Şeyx Mahmud Əfəndi Talada irşad fəaliyyəti göstərmək üçün Əhməd Əfəndiyə xilafətnamə (İcazənamə-müəllif) verdi.