Tanzaniya
Tanzaniya (rəsmi adı Tanzaniya Birləşmiş Respublikası) — Şərqi Afrikada dövlət.
1964-cü ildə iki müstəqil respublikanın-Tanqanika və Zanzibar, həmçinin Hind okeanında yerləşən Pembi adalarının birləşməsi nəticəsində yaranmışdır. Şimalda - Keniya və Uqanda, qərbdə - Ruanda, Burindi və Konqo Demokratik Respublikası (Tanqanika gölü ilə), cənubda - Zambiya, Malavi və Mozambiklə, şərqdə Hind okeanı ilə həmsərhəddir. Ərazisi 945,203 kv. km.,(Ərazisinə görə dünyada 31-ci yeri tutur), 2013-cü ildə aparılmış siyahıya almanın rəsmən elan olunmuş yekunlarına əsasən əhalisi 48 261 942 nəfərdir ( əhalisinə görə dünyada 27-ci yeri tutur). Tanzaniyanın tərkibinə Zanzibar, Pemba, Mafiya adaları daxildir. Ən böyük ada Zanzibar (sahəsi 1,7 min kv. km) adasıdır.
"Tanzaniya" sözü bu dövlətin tərkibinə daxil olan iki keçmiş müstəmləkənin - Tanqanikanın və Zanzibarın adlarının kombinasiyası nəticəsində yaranmışdır. Tanzaniyanını iki paytaxtı var.