TARAZ

[ fars. ]
1. sif.zərf Düz, dümdüz, bərabər, eyni bərabərdə, eyni vəzndə. Boş tərəzinin gözləri bir-birilə taraz gəlmədi.
[Kosa] daş götürdü, pərsəng atdı, qıraqları çürümüş çanaqları birtəhər düzəlişdirdi. S.Rəhimov.

□ Taraz olmaq – bərabər olmaq, bərabərləşmək.
O gün ki fəsli-yaz olur; Gecə, gündüz taraz olur. A.Səhhət.

2. is. xüs. Dülgərlikdə, torpaq və bənnalıq işlərində səthin düzlüyünü yoxlamaq üçün alət.
…Fəhlələr yer qazar, evin binəsini qoyar, usta taraz ilə ölçər, … başlayıb divarı qaldırardı. Mir Cəlal.

Синонимы

  • TARAZ müvazi — düz
  • TARAZ rahat
  • TARAZ tay — bərabər
  • TARAZ taraz bax bərabər 1
TARAŞLI
TARAZI
OBASTAN VİKİ
Taraz
Taraz şəhəri (qaz. Тараз; до 1997 — Cambıl, 1993-ci ilədək — Cambul, 1938-ci ilədək — Mirzoyan, 1936-cı ilədək — Avliyé-Ata) — Qazaxıstan ərazisində yerləşir. Mahmud Qaşqarlının Divani-lüğət-it-türk adlı əsərində Taraz şəhərinin Talas və Tıraz variantları mövcuddur. Сайт Акимата Жамбылской области Электронная карта города Тараза Arxivləşdirilib 2011-05-09 at the Wayback Machine Объявления города Тараз Arxivləşdirilib 2021-05-08 at the Wayback Machine Город Тараз. Информационный портал Областная газета "Новый регион" Тараз на WikiMapia — аннотированные спутниковые снимки Путешествие по Казахстану: Тараз Гумилев Л. Н. Древние тюрки.
Taraz (jurnal)
"Taraz" (erm. Տարազ — Dəb) — 1890–1919-cu illərdə Tbilisidə nəşr edilmiş ədəbi-bədii, ictimai həftəlik erməni qəzeti, daha sonra jurnal. Mühərriri (redaktoru) və naşiri Tiqran Nazaryan olmuşdur. 1900-cu ilə qədər həmin naşirin çap etdirdiyi "Ağbyur" adlı şəkilli uşaq məcmuəsinə əlavə olaraq nəşr edilmişdir. Jurnal olaraq nəşr edildiyi vaxt "İllüstrasiya", "Paris modası", "Sağlamlıq" və s. bölmələri olmuşdur. "Taraz" jurnalı dövrünün demək olar ki, bütün ədəbi hadisələrinə öz səhifələrində əks etdirmiş, cavab vermişdir. Jurnalda Hovannes Tumanyan, Avetik İsahakyan, Şuşanik Kurqinyan, Aleksandr Şirvanzadə, Atabek Xnkoyan, Vahram Papazyan, Aleksandr Tsaturyan, Hakob Paronyan və başqalarının bədii əsərləri çap edilmiş, rus, gürcü və Qərbi Avropa ədəbiyyatından (A.Puşkin, M.Lermontov, N.Nekrasov İ.Turqenev, E.Ninoşvili, İ.Çavçavadze, A.Kazbeqi, Şekspir, Şiller, Bayron, Emil Zolya, Mopassan və b.) tərcümələr təqdim olunmuşdur. Hovannes Ter-Mirakyan, Sarkis Beknazaryan, Stepan Lisityan, Qazaros Ağayan kimi pedaqoqların pedaqoji, məktəb və ailə təhsili haqqında fikirləri işıqlandırılmışdır. Musiqi, teatr və təsviri sənət sahələrinin əhatə olunmasında "Taraz"ın (adı ilə əlaqədar olaraq) rolu böyükdür.
Taraz (qəzet)

Taraz FK
Taraz – Qazaxıstanın futbol klubu.
Daxili dinamiki tarazlıq qanunu
"Daxili dinamiki tarazlıq qanunu"-zəncir reaksiyası daxili dinamiki müvazinətin pozulmasına səbəb olur. == Ümumi məlumat == İlk dəfə olaraq N. İ. Reymers tərəfindən irəli sürülmüş bu qanun onunla izah olunur ki, hər hansı bir maddə, enerji, informasiya, ayrı-ayrı təbii sistemlərin dinamiki keyfiyyətləri bir-biri ilə o qədər sıx əlaqədə olurlar ki, onların hər hansı birində baş vermiş dəyişiklik digərində müəyyən dəyişikliyin yaranmasına səbəb olur. Həmçinin bu halda sistemin dinamiki, məlumat vermə və energetik keyfiyyətləri saxlanılır. Bu qanun ekosistem və biosfer də daxil olmaqla ayrı-ayrı təbii sistemlərin maddə, enerji, məlumat vermə və dinamiki keyfiyyətlərinin bütövlükdə qarşılıqlı əlaqədə olduğunu müəyyən edir və bu göstəricilərdən hər hansı birinin hər hansı dəyişməsi sistemim ümumi keyfiyyətinin saxlanılması ilə bütün digər göstəricilərinin funksional struktur kəmiyyət və keyfiyyət dəyişməsinə səbəb olur. Təbii mühitin istənilən bir elementinin dəyişməsindən sonra mütləq zəncirvari reaksiyalar artır ki, bunun da nəticəsində həmin dəyişikliyin neytrallaşmasına cəhd olunur. Qeyd etmək lazımdır ki, göstəricilərdən birinin cüzi dəyişməsi bütün ekosistem üzrə digər göstəricilərin güçlü dəyişməsinə də səbəb ola bilər.
Dinamik stoxastik ümumi tarazlıq
Dinamik stoxastik ümumi tarazlıq, DSÜT (ing. Dynamic stochastic general equilibrium, DSGE) tətbiq olunan tarazlıq nəzəriyyəsi və mikroiqtisadi prinsiplərə əsaslanan ekonometrik modellərdən istifadə edərək iqtisadi böyümə və iş dövrləri kimi iqtisadi hadisələri, habelə iqtisadi siyasətin təsirlərini izah etməyə çalışan makroiqtisadiyyat metodudur. == Terminologiya == Praktikada insanlar tez-tez müəyyən bir ekonometrik, kəmiyyət iş dövrü və ya real iş dövrü (DSÜT) modelləri adlanan iqtisadi böyümə modellərinə istinad etmək üçün "DSÜT modelləri" ifadəsini istifadə edirlər. Klassik kəmiyyət DSÜT modelləri Kydland & Prescott, və Long & Plosser tərəfindən təklif olunan modellərdir. Çarlz Plosser DSÜT modellərinin RBC modellərinin "yüksəldilməsi" olduğunu bildirdi. Çarlz Plosserə görə DSÜT mödellər RBC modellərin "yenilənmiş" halıdır. Adından da göründüyü kimi DSÜT modelləri dinamik (iqtisadiyyatın zamanla necə inkişaf etdiyini öyrənən), stoxastik (iqtisadiyyatın təsadüfi şoklardan təsirləndiyini nəzərə alaraq), ümumi (bütün iqtisadiyyata istinad edərək) və tarazlıqdır (Valrasiyanın ümumi tarazlıq nəzəriyyəsinə abunədir) == Həqiqi bir iş dövrünün modelləşdirilməsi (RBC) == Erkən real iş dövrü modelləri yüksək rəqabətli bazarlarda fəaliyyət göstərən bir təmsilçi istehlakçının yerləşdiyi bir iqtisadiyyatı postula etdi. Bu modellərdə yeganə qeyri-müəyyənlik mənbələri texnologiyalardakı "şoklar" dır. RBC nəzəriyyəsi iqtisadiyyatda baş verən real zərbələrin iş dövrü dalğalanmalarına necə səbəb ola biləcəyini öyrənmək üçün çevik qiymətlər götürdüyü neoklassik böyümə modelinə əsaslanır. "Təmsilçi istehlakçı" fərziyyəsi sözün əsl mənasında qəbul edilə bilər və ya Gormanın fərqli gəlir şokları ilə qarşılaşan və bütün varlıqlar üçün bazarlarla təchiz edilmiş fərqli istehlakçılarının toplusu ola bilər.
Ekoloji tarazlıq
Ekoloji tarazlıq- (təbiətdə) hər hansı təbii qruplaşmasında canlı orqanizmlərin növ tərkibinin, onun sayının, məhsuldarlığının, sahədə paylanmasının, həmçinin mövsümü dəyişməsinin, biotik maddələr mübadiləsinin və digər bioloji proseslərin nisbi davamlığı. == Ümumi məlumat == Müəyyən ekosistem üçün xas olan mühit şəraitinin dəyişməsi ekoloji tarazlığı pozur, bir növün azalmasına, digərinin isə artmasına səbəb olur. Bununla yanaşı, orqanizmlərin təbii qruplaşmaları müxtəlif zədəverici təzyiqlərə qarşı davam gətirmək qabiliyyətinə malik olub, normal şərait bərpa olunarkən öz ilkin vəziyyətinə qayıdırlar, yəni müəyyən davamlılığa malikdirlər. Çox zaman ekoloji tarazlıq pozulması dedikdə atmosferin qaz tərkibinin və hidroloji rejimin kəskin dəyişməsi, ətraf mühitin qlobal çirklənməsi başa düşülür. Ekoloji tarazlıq mürəkkəb və bir-biri ilə bağlı mexanizmlərini bilmədən təbiətdən səmərəli istifadə etmək, hər hansı bir təsərrüfat fəaliyyətini və təbii mühiti həyat üçün yararlı halda saxlamağı proqnozlaşdırmaq mümkün deyildir.
Kimyəvi tarazlıq
== Tarazlığa təsir edən amillər == Xarici şərait dəyişmədikdə sistemin tarazlıq halı uzun müddət sabit qala bilər. Xarici şərait dedikdə temperatur, təzyiq (maddələr qaz halında olduqda) və maddələrin qatılığı nəzərdə tutulur. Bunlardan birini dəyişdikdə tarazlıq pozulur və reaksiyada iştirak edən maddələrin qatılığı yeni tarzlıq halı yaranana qədər dəyişir. Yeni yaranan tarazlıqda qatılıqların qiyməti əvvəlki qiymətindən fərqlənir. Sistemin bir tarazlıq halından digərinə keçməsinə tarzlığın yerdəyişməsi deyilir. Xarici şəraitin kimyəvi tarazlığa təsiri Le-Şatelye prinsipi ilə müəyyən edilir. Bu prinsip aşağıdakı kimi ifadə olunur: Tarazlıqda olan sistemə hər hansı xarici təsir göstərilərsə, tarazlıq həmin təsirin azalması istiqamətində yerini dəyişir. Bu zaman yerdəyişmə tarazlıq yaranana qədər davam edir. === Qatılığın tarazlığa təsiri === Le-Şatelye prinsipinə əsasən reaksiyada iştirak edən maddələrdən birinin qatılığını artırdıqda tarazlıq həmin maddənin qatılığının azalması istiqamətinə yönələr.
Nash tarazlığı
Neş tarazlığı (ing. Nash equilibrium) oyunlar nəzəriyyəsində — iki və ya daha çox oyunçuların iştirak etdikləri qeyri-koperativ oyunlar üçün həll konseptidir. Con Neş belə bir tarazlığın mövcud olduğunu hər hansı bir sonlu oyunda qarışıq strategiyalarda sübut etdi. Bu konseptdə aşağıdakılar fərz olunur: hər bir oyunçu digər hər bir oyunçunun tarazlıq strategiyasını bilir, və heç bir oyunçu yalnız öz strategiyasını dəyişməklə öz qazancını artıra bilməz. Əgər bütün oyunçular öz strategiyalarını seçmişlərsə və heç bir oyunçu yalnız öz strategiyasını dəyişməklə artıq heç bir qazanc əldə edə bilmirsə, onda bu strategiyalar seçimi və müvafiq qazanclar (mükafatlar) Neş tarazlığın təşkil edir. Bu konsepsiya ilk dəfə Antuan Oqüst Kurno tərəfindən istifadə edilmişdir. Kurno oyununda Neş tarazlığı dediyimizi necə tapacağımızı göstərdi. Neş, bu cür tarazlığın istənilən sayda oyunçu ilə sonlu oyunlar üçün mövcud olduğunu sübut edən ilk şəxs idi. Bu, kooperativ olmayan oyunlar haqqında 1950-ci ildə yazdığı dissertasiyasında edilmişdir. Neşdən əvvəl bu, yalnız Con fon Neyman və Oskar Morqenştern tərəfindən 2 əlli sıfır məbləğli oyunlar üçün sübut edilmişdir.
Neş tarazlığı

Qışlaq-i Tarazlı (Urmiya)
Qışlaq-i Tarazlı (fars. قشلاق طرزلو‎‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 353 nəfər yaşayır (77 ailə).
Tarazlar
Tarazlar quruluşuna görə iki cür olur: Silindrik taraz - içərisi yaxşı cilalanmış şüşə silndrdən ibarətdir. Dairəvi taraz - aləti təxminən, silindrik taraz isə dəqiq üfüqi vəziyyətə gətirmək üçündür. Spirt və ya efir qızdırılıb şüşəyə töküldükdən sonra silindrin ağzı möhkəm bağlanır. Maye soyuduqdan, onun həcmi kiçilir və şüşədə boşluq (qabarcıq) əmələ gəlir. Silindrin səthində 2 mm-lik bölgülər vardır. Orta bölgü sıfır bölgüsü adlanır. Qabarcığın bir bölgü qaçması nəticəsində tarazın şaquli oxunun meyl etməsinə tarazın bir bölgüsünün qiyməti deyilir. Tarazın dəqiqliyi onun bir bölgüsünün qiymətindən, axırıncı isə silindr qövsünün radiusundan asılıdır. Silindrin radiusu böyüdükcə, tarazın bir bölgüsünün qiyməti kiçilir, dəqiqliyi isə artır. Üfuqi vəziyyət silndrik tarazın düzəldici vinti ilə təzim olunur.
Termodinamik tarazlıq
Termodinamik tarazlıq və ya İstilik tarazlığı Müxtəlif dərəcədə qızdırılmış iki cisim təsəvvür edək. Təbiidir ki, bu cisimlərdən hər birinin molekulları arasıkəsilmədən xaotik hərəkət (istilik hərəkəti) edir. Belə hərəkət, molekullar arasında təmas yaradır. Məhz, belə təmas nəticəsində, istilik (molekulların xaotik hərəkətinin kinetik enerjisi) nisbətən isti cisimdən soyuq cismə verilir. Enerjinin qarşılıqlı mübadiləsi, hər iki cismin eyni istilik vəziyyətinə gəlməsinədək (bir qədər sonra tanış olacağımız temperatur deyilən parametrin, hər iki maddə üçün bərabər olmasına qədər) davam edir. Heç bir xarici təsir olmadan, özbaşına davam edən bu növ proses nəticəsində meydana gələn son hal, istilik tarazlığı halı adlanır. İstilik tarazlığı halında olan sistem daxilində enerjinin makroskopik daşınma prosesi baş vermir. Lakin, bu heç də o demək deyildir ki, istilik tarazlılığı halında olan sistemin atomları (yaxud, molekulları) öz xaotik hərəkətlərini dayandırır. Daimi xaotik hərəkət sistemin bütün hallarında, o cümlədən istilik tarazlığı halında mövcuddur. İstilik tarazlığı halında da, atom və molekullar daimi toqquşur və bu toqquşmalar nəticəsində enerji mübadiləsi baş verir.
Biogeokimyəvi tarazlıq
Biogeokimyəvi tarazlıq – əsasən düzənlik və alçaq dağlıq ərazilərdəki təbii ərazi komplekslərində təsadüf edilir. Hər hansı bir mühit tipi üçün mövcud tarazlıq biogeokimyəvi rejimlin göstəriciləri dəyişilərkən pozulmuş olur. Biogeokimyəvi mühitdə bir sıra kompanentlərin, məsələn, C, K, S, J və s. elementlərin miqdarlarının dəyişməsi də bir mühit tipinin pozulması və digər bir mühit tipin yaranmasına gətirib çıxarır. Daha çox insanların yaşam tərzinə uyğun gələn O2 və CO2 biogeokimyəvi mühit tiplərinə uyğun gələn fiziki-kimyəvi və coğrafi göstəricilər isə ekoloji tarazlıq yaradır. Biogeokimyəvi tarazlıq şəraitində kimyəvi indikator elemenetlərin orqanizmlər tərəfindən mənimsənilmə sırası (K – Zn – Fe – Cu – Co – C) kimi olduğu ehtimal edilir. Biofil elementlərdən K, C, P, N, Fe, Co və Cu birləşmələrinin miqrasiyası yüksəkdir. J mikroelementinin tipomorfluğu, K / Na nisbətinin yüksək göstəriciləri səciyyəvidir.

Значение слова в других словарях