1593-cü ildə teleportasiya olmuş əsgər əfsanəsi
1593 teleportasiya olmuş əsgər əfsanəsi — bir xalq əfsanəsinə görə, 1593-cü ilin oktyabr ayında İspaniya imperiyasının əsgərlərindən biri müəmmalı formada Maniladan Mexikodakı Plaza Mayora (indi Konstitusiya meydanı) teleportasiya olmuşdur. Əsgərin Filippindən gəldiyi iddiası, Qomez Perez Dasmarinasın aylar sonra bu xəbər ilə Sakit okeanı keçən bir gəmi sərnişini tərəfindən təsdiq edilməsinə qədər meksikalılar tərəfindən rədd edildi. Folklorist Tomas Alliboun Cenvayr 1908-ci ildə əfsanəni "Meksika şəhərinin əhalisinin bütün təbəqələri arasında aktual" olaraq təsvir etdi. XIX əsrdə yaşayan paranormal araşdırmaçılar, hekayəyə inam verən, teleportasiya və yadplanetlilər tərəfindən qaçırılma kimi açıqlamalar verdilər.
== Hekayə ==
Əsgər 24 oktyabr 1593-cü ildə Filippinin Manila şəhərinin Ümumi kapitanlığının tərkibində Qubernator sarayını mühafizə edirdi. Daha əvvəlki gün qubernator Qomez Perez Dasmarinas, Çinli piratlar tərəfindən öldürüldü, lakin gözətçilər hələ də sarayı qoruyurdular və yeni bir qubernatorun təyin olunmasını gözləyirdilər. Əsgərlərdən biri əsəbi və tükənmiş hiss etməyə başladı. Divara söykəndi və dincəlmək üçün gözlərini bağladı.
Bir neçə saniyə sonra gözlərini açanda özünü Meksikada, okeanın minlərlə kilometr uzaqdakı digər sahilində tapdı. Ordakı bəzi mühafizəçilər onu səhv uniformada gördülər və onun kim olduğunu soruşmağa başladılar.