TEXNOLOGİYA

[yun. techne və logos-məfhum, elm] технология (материалар кӀвалахрунин, хам-малдикай затӀар расунин къайдаяр, тегьерар чирдай илим; гьа кӀвалахрин вири къайдаяр).
TEXNİKUM
TEXNOLOJİ
OBASTAN VİKİ
Harbin Texnologiya İnstitutu
Harbin Texnologiya İnstitutu (çin. 哈尔滨工业大学) — Çin Xalq Respublikasının Harbin şəhərində yerləşən ali təhsil müəssisəsi. == Tarixi == İnstitutun əsası 1920-ci ildə qoyulmuşdur. == Kitabxanası == İnstitutun zəngin kitabxana fondu var.
Hoşimin Texnologiya Universiteti
Hoşimin Texnologiya Universiteti (vyet. Trường Đại học Bách khoa, Đại học Quốc gia Thành phố Hồ Chí Minh) — Vyetnamın Hoşimin şəhərində yerləşən ali təhsil müəssisəsi. == Xarici əlaqələri == Liman Şəhərlərinin Universitet Liqasının üzvüdür.
Kaliforniya Texnologiya İnstitutu
Kaliforniya Texnologiya İnstitutu (qısa adı: Kaltek) — Amerika Birləşmiş Ştatlarının Kaliforniya ştatının Pasadena şəhərində yerləşən ali təhsil müəssisəsi. İnstitutda təbii elmlər və mühəndislik sahəsinə xüsusi diqqət yetirilir. Kaliforniya Texnologiya İnstitutu NASA-nın Cet Propuljon laboratoriyasını idarə edir. İnstitut təxminən 2100 tələbəsi (900 tələbə və 1200 aspirantı) olan kiçik bir ali məktəb olsa da, dünyanın ən yüksək reytinqli ali məktəbləri sırasındadır. == Tarixi == Kaliforniya Texnologiya İnstitutunun əsası peşə məktəbi kimi 1891-ci ildə Pasedenada yerli biznesmen və siyasətçi Amos G.Trup tərəfindən qoyulmuşdur. Məktəb 1921-ci ilə qədər Trup Universiteti, Trup Politexnik İnstitutu və Trup Texnologiya Kolleci kimi tanınmışdır. Cənubi Kaliforniyanın çiçəklənən iqtisadiyyatı və tərəqqisi sayəsində institut 1920-ci ildə özünün yüksək inkişafı dövrünə qədəm qoymuşdur. 1923-cü ildə institutun əməkdaşı R.E.Milikan fizika elmi sahəsində Nobel mükafatı ilə təltif olunmuşdu. 1925-ci ildə isə məktəbdə geologiya kafedrası açılmış, Harvard Universitetinin tarix, hökumət və iqtisadiyyat fakültəsinin sədri Vilyam Munro işə qəbul edilmiş, bəşəriyyət və ictimai elmlər fakültəsi yaradılmışdı. 1926-cı ildə burada aeronavtlar məktəbinin yaradılmışdır.
Kaunas Texnologiya Universiteti
Kaunas Texnologiya Universiteti (lit. Kauno technologijos universitetas) — Litvada universitet; texniki sahə üzrə ixtisaslaşan ali təhsil müəssisəsi. Baltik ölkələrində ən böyük texniki universitetdir. == Tarixi == Bu ali təhsil ocağının tarixi 1922-ci ildə Litva Universitetinin yaradılması ilə başlanıb. Litva hökuməti tərəfindən universitetin yaradılması haqqında qərar 1920-ci ildə qəbul edilmişdi. 1930-cu ildə ali məktəb Vytautas Maqnus adlandırılır. Burada riyaziyyat və təbiət elmləri, tibb, texnika, eyni zamanda humanitar elmlər, hüquq tədris olunurdu. 1940-cı ildə hüquq, humanitar elmlər, riyaziyyat və təbiət elmləri fakültələri Vilnüsə köçürülür. Həmin ildən ali məktəb Kaunas Universiteti kimi tanınır. 1943-cü il, 17 mart tarixində bir sıra ali təhsil müəssisələri ilə yanaşı bu ali məktəb də almanlar tərəfindən bağlanır.
Lappeenranta Texnologiya Universiteti
Lappeenranta Texnologiya Universiteti — Finlandiyada universitet; İKT üzrə ixtisaslaşmış müasir ali məktəblərdən biri. == Tarixi və fəaliyyəti == Ali Lappeenranta İqtisadiyyat Məktəbi adı ilə 1969-cu ildə fəaliyyətə başlayan ali məktəb 2002-ci ildən universitet statusu alaraq Lappeenranta Texnologiya Universiteti adlandırılıb. Lappeenranta Texnologiya Universiteti özündə biznes və texnologiyaları birləşdirmiş ilk texnologiya universitetidir. Ali məktəb texniki sahə üzrə peşəkar kadrlar yetişdirməklə yanaşı qlobal iqtisadi və ekoloji problemlərin həlli yollarını təklif edir. LTU tələbələrin akademik düşüncəsini inkişaf etdirir və karyera boyunca müvəffəqiyyət üçün peşəkar bacarıqların möhkəm bünövrəsini formalaşdırır. == Tədris prosesi == Lappeenranta Texnologiya Universitetində texnologiya, mühəndislik-iqtisadi və biznes məktəbi fakültələri fəaliyyət göstərir. Ali təhsil ocağının fakültələrinin hər biri magistratura, doktorantura və tələbə mübadiləsi proqramlarını təklif edir. Enerji effektivliyi və energetika texnologiyaları, istehsal və metalların emalı,həmçinin elmi hesablamalar və hadisələrin modelləşdirilməsi texnologiya fakültəsinin əsas istiqamətləridir. Mühəndislik-iqtisadi fakültənin fəaliyyəti innovasiyalar və informasiya texnologiyaları sahəsində biliklərə yönəldilib. Biznes Məktəbi fakültəsində qlobal bazarda müəssisələrin möhkəm rəqabət üstünlüyünün təmin olunması, biznesin müxtəlif formaları üzrə kadrlar hazırlanır.
Massaçusets Texnologiya İnstitutu
Massaçusets Texnologiya İnstitutu (ing. Massachusetts Institute of Technology – MIT) — ABŞ-nin Massaçusets ştatında, Kembric şəhərində yerləşir. Bu ali təhsil ocağına ənənəyə görə institut deyilir, əslində Massaçusets Texnologiya İnstitutu böyük bir universitetdir. "Kompüter texnologiyalarının mərkəzi" adlandırılan universitet elm və texnologiya, robot texnikası və süni intellekt sahələri üzrə dünya lideridir. İnstitut menecment, iqtisadiyyat, linqvistika, siyasi elmlər, fəlsəfə və s. sahələr üzrə də məşhurdur. Məhz bu elmi-tədqiqat mərkəzində bugünkü kompüter sivilizasiyasının bir çox nailiyyətləri əldə olunub. Hətta bununla bağlı "Massaçusets Texnologiya İnstitutu mədəniyyəti" adlı anlayış da mövcuddur. İnstitutun ən tanınmış bölmələri Linkoln, İnformatika və Süni İntellekt laboratoriyaları, İdarəçilik Məktəbidir. == Tarixi == 1861-ci ildə Massaçusets Birliyi Uilyam Berton Rocersin "Massaçusets Texnologiya İnstitutu və Boston Təbiət Elmləri Cəmiyyəti"nin yaradılması haqqında xartiyasını təsdiqlədi.
Monterrey Texnologiya İnstitutu
Monterrey Texnologiya İnstitutu (isp. Instituto Tecnológico y de Estudios Superiores de Monterrey, ITESM) — Meksikanın Monterrey şəhərində yerləşən ali təhsil müəssisəsi. == Tarixi == İnstitutun əsası 6 sentyabr 1943-cü ildə qoyulmuşdur. == Xarici əlaqələri == "Universitas 21" adlı beynəlxalq elmi-tədqiqat assosiasiyasına daxildir.
Texnologiya
Texnologiya ("sənət haqqında bilik", Yunanca: τέχνη, techne, "sənət, bacarıq, əl hiyləsi"; və -λογία, -logia - bilik, elm ) — malların və ya xidmətlərin istehsalında və ya elmi tədqiqat kimi məqsədlərin həyata keçirilməsində istifadə olunan hər hansı texnika, bacarıq, üsul və proseslərin məcmusudur. Bu nöqteyi-nəzərdən kompüter texnologiyası baxılan sahədə kompüter texnikasının aparat və proqram vasitələrindən istifadə texnologiyası deməkdir. Texnologiyanın ən sadə forması əsas alətlərin işlənib hazırlanması və istifadəsidir. Formalı daş alətlərin tarixdən əvvəlki ixtirası və ardınca yanğını idarə etmək üsullarının kəşfi qida mənbələrini artırdı. Sonrakı Neolit inqilabı bunu genişləndirdi və bir ərazidən əldə edilən ruzi dörd qat artırdı. Təkərin ixtirası insanlara səyahət etmək və ətraf mühiti idarə etməkdə kömək etdi. Tarixi dövrlərdə, o cümlədən mətbəə, telefon və internetdə baş verən inkişaflar ünsiyyət üçün fiziki maneələri azaldıb və insanların qlobal miqyasda sərbəst şəkildə qarşılıqlı əlaqədə olmasına imkan verib. Texnologiyanın çoxlu təsirləri var. Bu, daha qabaqcıl iqtisadiyyatların (o cümlədən, bugünkü qlobal iqtisadiyyatın) inkişafına kömək etdi və asudə vaxt sinfinin yüksəlməsinə imkan verdi. Bir çox texnoloji proseslər çirklənmə kimi tanınan arzuolunmaz əlavə məhsullar əmələ gətirir və təbii ehtiyatları Yerin ətraf mühitinə ziyan vuraraq tükəndirir.
Texnologiya (dəqiqləşdirmə)
Texnologiya
Texnologiya fəlsəfəsi
Texnologiya fəlsəfəsi — texnologiyanın təbiəti və sosial təsirləri ilə əlaqəli olan fəlsəfə sahəsi. Qədim Yunanıstanda meydana gələn texnologiya fəlsəfəsi ən qədim intizamlardan biridir. Bu sahə insanın istehsal sahəsini və bunların nəticələrini sorğulayır. Texnologiyanın insan cəmiyyətinə təsirini Aristotel ilk dəfə ətraflı şəkildə araşdırmışdır. Orta əsrdən sonra Frensis Bekonun bu sahədə gördüyü işlər daha sonra aparılan kəşfləri işıqlandırmışdır. Con Dyui, Martin Haydeqqer, Karl Marks müasir texnologiya fəlsəfəsinə yeni rəylər bildirmişdilər. Ümumiyyətlə texnologiya tənqidlərə məruz qalmışdır. Heraktlit və Demokrit texnologiyanı təbiətin təqlidi kimi təsvir edirlər. Platan texnologiyanı tanrı incəsənətinin imitasiyası olduğunu qeyd etmişdir. Aristotel təbiətin imitasiyasının açıqlamasını qəbul edərək bildirmişdir: "Texnologiya təbiətin bitirə bilmədiyi işləri tamamlaya bilər." Heydeqqer texnologiyanı insan inkişafının mərkəzi kimi qəbul etm, həmçinin onun ən böyük təhlükə yaratdığını qeyd etmişdir.
Yüksək texnologiya
Yüksək texnologiya — qabaqcıl olan, mövcud texnologiyanın ən yüksək forması olan texnologiya. Yüksək texnologiya hesablama texnikası və elektronika daxil olmaqla tətbiqi elm və texnika, geniş anlamda yüksək mürəkkəbliyə malik xüsusi texniki yeniliyə deyilir. O, bazarda ən mürəkkəb və ya ən yeni texnologiya kimi müəyyən edilə bilər. Yüksək texnologiyanın əksi sadə, çox vaxt ənənəvi və ya mexaniki texnologiya mənasını daşıyan aşağı texnologiyadır. Məsələn, loqarifmik xətkeş aşağı texnologiyalı hesablama alətidir. Yüksək texnologiya köhnələndə artıq aşağı texnologiyaya çevrilir. Bundan əlavə, yüksək texnologiya orta texnologiya anlayışı ilə bağlıdır, yəni aşağı texnologiyalı və yüksək texnologiyalı iki əks ekstremal keyfiyyət arasında tarazlıqdır. Orta texnologiya rəqəmsal/avtomatlaşdırılmış texnologiyanın səmərəliliyini və çoxyönlülüyünü aşağı texnologiyanın muxtariyyət və davamlılıq potensialı ilə birləşdirən inklüziv kimi başa düşülə bilər. Yüksək texnologiyalar üzərində işləyən (və ya yeni yüksək texnologiyalar inkişaf etdirən) startaplara bəzən dərin texnologiya deyilir. Termin həm də pozucu yeniliklərə və ya elmi kəşflərə əsaslananlara da aid ola bilər.
Ali Texnologiya Kollecləri
Ali Texnologiya Kollecləri (ərəb. كليّات التقنيّة العليا‎) — Birləşmiş Ərəb Əmirliklərində yerləşən dövlət ali təhsil müəssisəsi. Ölkəsinin Birləşmiş Ərəb Əmirlikləri Universiteti və Zayed Universiteti ilə birlikdə 3 dövlət ali təhsil müəssisəsindən biridir. == Tarixi == Ali Texnologiya Kollecləri əsası 1988-ci ildə 2 nömrəli Federal Qanuna əsasən qoyulmuşdur. == Fəaliyyəti == Ali Texnologiya Kollecləri hazırda ölkənin bütün əmirliklərini əhatə edən 16 tədris binasında 80 proqram üzrə bakalavr və magistratura təhsili verir. Ümumilikdə 22.000 nəfərin təhsil aldığı bu kolleclər ölkənin ən böyük ali təhsil müəssisəsi hesab edilir. Kolleclərin tələbə kontingentinin 10.000 nəfərdən çoxu qızlardan ibarətdir. Ali Texnologiya Kolleclərinin nəzdində fəaliyyət göstərən Tətbiqi Tədqiqat və Təlim üzrə Təcrübə Mərkəzində texniki peşə təhsili və tətbiqi texnologiya üzrə təlim kursları həyata keçirilir. Mərkəz çoxsaylı beynəlxalq şirkətlərlə əməkdaşlıq edir. Tətbiqi Tədqiqat və Təlim üzrə Təcrübə Mərkəzi texniki peşə təhsili və tətbiqi texnologiya üzrə Orta Şərqin ən böyük özəl təhsil müəssisəsi hesab olunur.
Azərbaycan Texnologiya Universiteti
Azərbaycan Texnologiya Universiteti — Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində olan ali təhsil müəssisəsi. == Tarixi == 1970-ci ildə Azərbaycan Politexnik İnstitutunun Kirovabad filialı fəaliyyətə başlayıb. Azərbaycan Texnologiya İnstitutu Heydər Əliyevin təşəbbüsü ilə, keçmiş SSRİ Nazirlər Sovetinin 202 saylı 22 fevral 1979-cu il tarixli, ona müvafiq Azərbaycan SSR Nazirlər Sovetinin 206 saylı 10 iyul 1980-ci il tarixli qərarı ilə Ç. İldırım adına Azərbaycan Politexnik İnstitutunun Kirovabad (indiki Gəncə) filialının bazasında, Krasnodar Politexnik İnstitutunun Bakı filialını, həmçinin S. Ağamalıoğlu adına Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun "Şərabçılığın texnologiyası" ixtisasını birləşdirməklə yaradılıb. Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında təhsil sisteminin təkmilləşdirilməsi haqqında” 13.06.2000-ci il tarixli Fərmanının icrası ilə əlaqədar olaraq Azərbaycan Respublikası Təhsil Nazirinin 11.07.2000-ci il tarixli 691 saylı əmri ilə Azərbaycan Texnologiya İnstitutunun profili genişləndirilməklə Azərbaycan Texnologiya Universiteti yaradılıb. Respublika ali məktəbləri arasında 1982-ci ildə keçirilən yarışda Azərbaycan Texnologiya İnstitutu ikinci yer, 1983 və 1984-cü illərdə isə birinci yer tutaraq Azərbaycan SSR Ali və Orta İxtisas Təhsili Nazirliyinin və sahə Həmkarlar İttifaqı Respublika Komitəsinin Fəxri Fərmanı ilə təltif edilmişdir. Həmçinin 1984-cü ildə Azərbaycan KP MK-nın, Azərbaycan SSR Nazirlər Sovetinin və Azərbaycan LKGİ MK-nın Keçici Qırmızı Bayrağı ilə təltif olunmuşdur. Universitet 20 xarici ölkədən 61 universitetlə ikitərəfli əməkdaşlıq, o cümlədən Erasmus+ KA1 mübadilə proqramı çərçivəsində Avropanın 7 aparıcı universiteti ilə əməkdaşlıq edir. == Maddi-texniki bazası == Universitetdə hazırda 4 fakültə, 14 kafedra, magistratura və doktorantura şöbəsi, elmi-tədqiqat mərkəzi, hazırlıq kursu, ingilis dili resurs mərkəzi, fakültələr üzrə tədris laboratoriyaları, kitabxana, innovasiya mərkəzi, idman zalı (sahəsi 1000 kv.m.) fəaliyyət göstərir. Universitetdə tələbə yataqxanası mövcuddur. Universitetdə “Heydər Əliyev Məktəbi” fəaliyyət göstərir.
Pekin Texnologiya İnstitutu
Pekin Texnologiya İnstitutu (çin. 北京理工大学) — Çin Xalq Respublikasının Pekin şəhərində yerləşən ali təhsil müəssisəsi. == Tarixi == İnstitutun əsası 1940-cı ildə qoyulmuşdur. == Kitabxanası == İnstitutun zəngin kitabxana fondu var.
Qəbzə Texnologiya İnstitutu
Gəbzə Texniki Universiteti (türk. Gebze Teknik Üniversitesi) — Türkiyə Respublikasının Kocaeli vilayətinin Gəbzə şəhərində yerləşən ali təhsil müəssisəsi, ölkənin ən aparıcı ali təhsil ocaqlarından biri. == Tarixi və fəaliyyəti == İnstitut 3 iyul 1992-ci ildə Gəbzə Yüksək Texnologiya İnstitutu (GYTE) adı ilə qurulmuşdur. 22 oktyabr 2014 tarixində TBMM tərəfindən qəbul edilən qanuna əsasən Gəbzə Texniki Universiteti olaraq yenidən qurulmasına qərar verilmişdir. Gəbzə Texniki Universiteti fəaliyyətində tədris prosesi ilə yanaşı elmi-tədqiqat işlərinin də prioritet elan edildiyi nüfuzlu ali təhsil ocaqlarından biridir. İnstitut yarandığı dövrdən etibarən türk sənayesinin qlobal rəqabət mühitində önəmli bir mövqe qazanmasında yaxından iştirak edən bir təhsil mərkəzi olmağı qarşısına məqsəd qoyub. 1994-ci ildən etibarən magistratura və doktorantura təhsil pillələri üzrə mütəxəssislər hazırlayan institutda 945 bakalvrla yanaşı 1420 magistr və doktorant təhsilini davam etdirməkdədir. Hələ çox gənc bir institut olmasına baxmayaraq sahib olduğu seçmə akademik heyəti və əhatəli infrastrukturu ilə sürətlə inkişaf edən GYTE, müəllim və tələbə sayı nisbətinə görə də iddialı bir ali məktəbdir. 165 doktorluq elmi dərəcəsinə malik təhsil işçisinin çalışdığı Gəbzə Texniki Universiteti beynəlxalq nəşrlərdə iştirak baxımından dövlət universitetləri arasında ilk sıralarda yer almaqdadır. Güclü akademik heyəti, son texnologiyalarla təchiz edilmiş araşdırma və təhsil laboratoriyaları, icra etdiyi Avropa Birliyi və TÜBİTAK dəstəkli layihələr ali təhsil ocağının müasir standartlar əsasında təşkil edildiyini bir daha sübut edir.
Texnologiya və cəmiyyət
Hər birimizin həyatında müstəsna yer tutan və gündəlik həyatımızın ayrılmaz parçasına çevrilən texnologiya, daha dəqiq desək, texnoloji avadanlıqlar, hər zaman elm adamlarının diqqət mərkəzində olubdur və məhz buna görə də daim müxtəlif elmi sahələrin nümayəndələri tərəfindən tədqiq edilmişdir. Lakin, hər bir mövzuya fərqli, qeyri-ənənəvi prizmadan baxmağı sevən sosioloqlar texnologiya mövzusuna da fərqli bucaqdan yanaşaraq olduqca maraqlı nüansları kəşf etmişlər. Sosiologiya elmində texnologiya tək bir formada yox, texnologiyanın cəmiyyətlə əlaqəsi kimi tədqiq olunur. Demək olar bütün sahələrdə olduğu kimi bu sahədə də fikir ayrılığı mövcuddur; technological determinism və social determinism.[mənbə göstərin] Sosioloqları maraqlandıran əsas sual odur ki, hansı amil hansına daha çox təsir edərək onun formalaşmasında rol oynayır. Yəni ki, texnologiya cəmiyyəti formalaşdırır, yoxsa cəmiyyətin ehtiyacları və istəyi texnoloji sənayenin gedişatını müəyyənləşdirir? Bu sualdan da aydın göründüyü kimi sosiologiya sahəsində bu mövzuya dair iki təzadlı perspektiv var. Bir qrup (technological determinism cərəyanı) iddia edir ki, texnoloji inkişaf cəmiyyəti formalaşdırır və onun inkişaf istiqamətlərini müəyyən edir. Digər qrupa görə isə (social determinism) cəmiyyətin istəkləri texnologiya sənayesinin vəziyyətini müəyyən edir, yəni ki, texnoloji sənaye sırf cəmiyyətin ehtiyaclarına görə çalışır. == Texnoloji determinism == Dünya tarixində bu günə kimi bir çox dönüş nöqtələri olub, və bu dönüş nöqtələrindən biri plan Sənaye İnqilabı məhz texnoloji innovasiyaların sahəsində gerçəkləşib. 18-ci əsrdə baş verən Sənaye İnqilabı ilk öncə qərbi Avropa, daha sonra isə Amerika və bütün dünyanın mənzərəsini köklü şəkildə dəyişdi.
Tokio Texnologiya İnstitutu
Tokio Texnologiya İnstitutu (yap. 東京工業大学) — Yaponiyanın Tokio şəhərində yerləşən ali təhsil müəssisəsi; dünyanın ən nüfuzlu elmi-tədqiqat mərkəzlərindən biridir. == Tarixi == 1881-ci il mayın 26-da, Meydzi hakimiyyəti bərpa edildikdən 14 il sonra Tokio şəhərində Tokio Texniki Peşə Məktəbi yaradılır. 1890-cı ildə həmin məktəb Tokio Texnikumu, 1901-ci ildə isə Tokio Ali Texniki Məktəbi adlandırılır. Meydzi hökuməti dövlətin inkişaf səviyyəsi üzrə Qərbi ötüb keçmək üçün, ilk növbədə, ölkədə modernləşmiş mühəndis və sənətkar hazırlığına diqqət ayırır. İlk vaxtlar məktəb Tokio şəhərinin şərqində Kuramae ərazisində yerləşir. Lakin 1923-cü ildə baş vermiş Böyük Kanto zəlzələsi zamanı məktəbin binaları dağıntıya məruz qalır. 1929-cu ildə məktəb Tokionun cənubundakı Ookayama ərazisinə köçürülür və Milli Universitet statusu qazanır. II Dünya müharibəsindən sonra, 1949-cu ildə Yaponiyada yeni təhsil sistemi qəbul edilir. Ali məktəbin Tokio Milli Universiteti adı Tokio Texnologiya İnstitutu ilə əvəz olunur.
Çalmers Texnologiya Universiteti
Çalmers Texnologiya Universiteti — İsveçin Göteborq şəhərində yerləşən ali təhsil müəssisəsi; İKT üzrə ixtisaslaşmış müasir ali məktəblərdən biri. == Tarixi və fəaliyyəti == Çalmers Texnologiya Universiteti informasiya texnologiya, təbiət elmləri və memarlıq sahəsində ixtisaslaşmış bir ali təhsil müəssisəsidir. İsveçin Göteborq şəhərində yerləşən universitet Avropanın ən yaxşı araşdırma mərkəzlərindən hesab olunur. "Swedish East İndia Company"nin sahibi Viliam Çalmersin ianəsi ilə 1829-cu ildə yaradılıb. 1937-ci ilə qədər özəl universitet statusu ilə fəaliyyət göstərib, 1994-cü ilə qədər dövlət, daha sonra isə özəl ali təhsil ocağı kimi fəaliyyətini davam etdirib. Çalmers İsveçdə şəxs adını daşıyan yeganə universitetdir. Ali təhsil ocağı 1937-ci ildə Gibraltar (Johannaberg) kampusuna köçürülüb, 1990-cı illərin əvvəllərində Hisingen adasında universitetin yeni Lindholmen kampusu tikilib. İsveçdə mühəndislik və memarlıq sahəsində çalışanların təqribən 40%-i Çalmers Texnologiya Universitetinin məzunlarıdır. Universitet bu günə qədər 30-a yaxın proqram üzrə təhsil prosesini həyata keçirib. Ali məktəb riyazi modelləşdirmə, ətraf mühit elmlər və nəqliyyat təhlükəsizliyi kimi 6 beynəlxalq araşdırma bölümünə ev sahibliyi edir.
İllinoys Texnologiya İnstitutu
İllinoys Texnologiya İnstitutu (ing. Illinois Institute of Technology) — Amerika Birləşmiş Ştatlarının İllinoys ştatının Çikaqo şəhərində yerləşən ali təhsil müəssisəsi. == Məşhur məzunları == Martin Kuper — mobil telefonun ixtiraçısı.
İzmir Texnologiya İnstitutu
İzmir Yüksək Texnologiya İnstitutu (türk. İzmir Yüksek Teknoloji Enstitüsü və ya İYTE) — Türkiyədə universitet; texniki sahə üzrə yüksək səviyyədə təhsil və tədqiqat fəaliyyətinin həyata keçirilməsi məqsədilə yaradılan müasir ali təhsil ocağıdır. == Tarixi və fəaliyyəti == İnstitut 1992-ci ildə Türkiyənin İzmir şəhərində qurulub. Bu gün dünyada ən inkişaf etmiş texniki universitet modeli olan yüksək texnologiya institutlarının Türkiyədəki iki nümunəsindən biridir. Ali məktəbin fakültə və bölmələri, 1994-cü ildə əvvəlcə magistr proqramların açılması ilə fəaliyyətə başlayıb, 1998-ci ildə də isə bakalavr proqramları üzrə tələbə qəbuluna başlanılıb. İzmir Yüksək Texnologiya İnstitutu, qurulduğu gündən 1999-cu ilə qədər İzmir şəhərinin mərkəzində faəliyyət göstərib, 1999-cu ildən etibarən tədricən Urla-Gülbahçedəki şəhərciyə köçürülüb. Təxminən 3500 hektar sahəyə malik olan institutun 132.000 qədər m²-ə yaxın qapalı sahəsində tədris və elmi-tədqiqat işləri uğurla həyata keçirilir. Ali məktəbdə 10 bakalavriatura, 25 magistratura və 12 doktorluq proqramı üzrə kadr hazırlığı həyata keçirilir. Bütün proqramlar üzrə təqribən 1600 nəfəri bakalavr olmaqla 2200 tələbə təhsil alır. İnstitutda tədris ingilis dilindədir.
Şərif Texnologiya Universiteti
Şərif Texnologiya Universiteti (fars. دانشگاه صنعتی شریف‎) — İranın ən nüfuzlu texnoloji ali təhsil müəssisələrindən biri.
Sinqapur Texnologiya İnstitutu
Sinqapur Texnologiya İnstitutu (STİ) — Sinqapurda ictimai muxtar universitet. Universitet təlim proqramlarını, öz dərəcə proqramlarını, eləcə də xarici universitetlərlə ixtisaslaşdırılmış dərəcə proqramlarını təklif edir. == Tarixi == 2005-ci ildə Sinqapur Təhsil Nazirliyi "Politexnik Xarici İxtisas Müəssisələri" təşəbbüsünü irəli sürdü. Onun məqsədi Sinqapurun iqtisadi inkişafını dəstəkləyən niş sahələrdə dərəcə proqramları təklif etmək üçün xarici universitetlərlə əməkdaşlıq etməyə təşviq etmək idi. Hökumət Sinqapura xaricdən universitet tərəfdaşlarını cəlb edən institutun yaradılmasını dəstəklədi. 2009-cu ildə universitet STİ-nin o vaxtkı prezidenti Tan Çin Tionq tərəfindən təsis edilmişdir. O, əvvəllər Sinqapur İdarəetmə Universitetinin sədr müavini olmuşdur. === Sinqapur Texnologiya İnstitutunun Qanun layihəsi === 2014-cü ildə Sinqapur Parlamenti universitetə ​​muxtariyyət statusu və öz dərəcələrini icazə verən qanun layihəsi qəbul etdi. SİT öz imkanlarını inkişaf etdirmək və SİT adından yeni tətbiq olunan dərəcələr təklif etmək üçün xarici universitetlərlə əməkdaşlıq edəcək. Universitetdən həmçinin Sinqapurun iqtisadiyyatında və cəmiyyətində baş verən hadisələrə uyğun olaraq öz proqramlarını daim yeniləmək tələb olunur.
Baş texnologiya direktoru
Baş texnologiya direktoru (ing. chief technology officer), qısaca CTO — informasiya texnologiyalarından cavabdeh olan rəhbər.
Kral Texnologiya Universiteti
KTH Kral Texnologiya İnstitutu (KTH) (isv. Kungliga Tekniska högskolan) — İsveçin ən böyük və ən qədim texniki universitetidir. 1827-ci ildə yaradılmışdır və Avropanın ən nüfuzlu texniki universitetlərindən biri hesab olunur. KTH mühəndislik, texnologiya, təbiət elmləri və memarlıq sahələrində təhsil və tədqiqat imkanları təklif edir. == Tarixi == KTH 1827-ci ildə Teknologiska Institutet (Texnologiya İnstitutu) adı ilə yaradılmışdır. 1877-ci ildə adı Kungliga Tekniska högskolan (Kral Texnologiya İnstitutu) olaraq dəyişdirilmişdir. 1915-ci ildə KTH Stokholm şəhərinin mərkəzindəki indiki yerinə köçürülmüşdür. == Təhsil == KTH bakalavr, magistr və doktorantura səviyyələrində təhsil proqramları təklif edir. Universitet mühəndislik, texnologiya, təbiət elmləri və memarlıq sahələrində geniş çeşiddə ixtisaslaşma imkanları təqdim edir. KTH-da təhsil ingilis dilində aparılır.
Moskva Texnologiya Universiteti
M.V.Lomonosov adına Moskva Dövlət Kimya Texnologiyaları Universiteti — kimya texnologiyası sahəsində geniş ixtisaslar üzrə kadr hazırlığı həyata keçirən universitet. Universitetdə bakalavriat, magistratura və doktorantura proqramları fəaliyyət göstərir. == Tarixi == Universitetin tarixi və ali təhsil müəssisəsi kimi davam edən fəaliyyəti 1900-cü il iyulun 1-dən başlayır və bir neçə mərhələni əhatə edir. 1940-cı il mayın 7-də elmi nailiyyətlərə və kimyaçı kadrların hazırlanmasında böyük uğurlarına görə instituta görkəmli rus alimi Mixail Lomonosovun adı verilmişdir. 1971-ci il fevralın 11-də institut xalq təsərrüfatı üçün mütəxəssislərin hazırlanmasında və elmi tədqiqatların inkişafında xidmətlərinə görə Qırmızı Əmək Bayrağı ordeni ilə təltif edilmişdir. 2011-ci ildə institut universitet statusu alıb. 29 may 2015-ci ildə Rusiya Təhsil və Elm Nazirliyinin əmri ilə Moskva Texnologiya Universitetinin yaradılması ilə MIREA-ya qoşularaq universitetin yenidən təşkili prosesi başladı. == Akademik strukturu == Tədqiqat və tədris proqramlarını 400-dən çox professor, 158 alim, 120-dən çox elmlər doktoru aparır. === Fakültələri və İnstitutları === * Humanitar elmlər fakültəsi İdarəetmə, İqtisadiyyat və Ekologiya fakültəsi Təbiət Elmləri fakültəsi Mühəndislik fakültəsi Nadir elementlərin və elektron materialların kimyası və texnologiyası fakültəsi Biotexnologiya və üzvi sintez fakültəsi Fizika, Kimya və Polimer emalı texnologiyası fakültəsi Əlavə Təhsil fakültəsi Polimer texnologiyaları və materialları İnstitutu Dövlət Kimya, Mikrobiologiya və Tibb Sənayesi İxtisasartırma və Yenidənhazırlanma İnstitutu Distant Təhsil İnstitutu === Bakalavr proqramları === Kimya Kimyəvi texnologiya Biotexnologiya Material Elmləri və Materialların Texnologiyası Standartlaşdırma və Sertifikatlaşdırma Texnosfer təhlükəsizliyi Tətbiqi informatika Tətbiqi riyaziyyat İdarəetmə === Magistr proqramları === ==== Kimya: ==== Qeyri-üzvi kimya Analitik kimya Üzvi kimya Fiziki kimya Kolloid kimya Kimyəvi və fermentativ kataliz Dərman kimyası Makromolekulyar birləşmələrin kimyası ==== Kimyəvi texnologiya: ==== Əsas üzvi və neft-kimya sintezi məhsullarının kimyası və texnologiyası Üzvi element birləşmələrinin kimyası və texnologiyası Təbii enerji daşıyıcılarının və karbon materiallarının kimyəvi texnologiyası Yüksək molekulyar ağırlıqlı birləşmələrin kimyəvi texnologiyası Plastik və kompozit materialların emalı üçün kimyəvi texnologiya Polimer materialların və PCM istehsalı və emalı texnologiyasında heterofaz sistemlərdə strukturun formalaşması. Elastomer emal texnologiyası Elastomer materiallar əsasında məhsulların texnologiyası və dizaynı Üzvi fotohəssas materialların nanotexnologiyası Kimya texnologiyasının prosesləri və aparatları Kimya texnologiyası və biotexnologiyada informasiya sistemləri Kimya texnologiyasının nəzəri əsasları Bioloji aktiv maddələrin kimyası və texnologiyası Üzvi maddələrin yüksək texnoloji texnologiyalarının fiziki-kimyəvi əsasları Katalizatorların və katalitik proseslərin kimyası və texnologiyası Sənaye katalizinin kimyası və texnologiyası ==== Biotexnologiya: ==== Molekulyar və hüceyrə biotexnologiyası Biofarmasevtika Texnologiyası Əczaçılıq mühəndisliyi ==== Materialşünaslıq və texnologiya: ==== Materialşünaslıq və nanomaterialların və örtüklərin texnologiyası Materialşünaslıq, qeyri-üzvi toz və kompozit materialların istehsalı və emalı prosesləri Nəzəri və tətbiqi polimer materialşünaslığı Yeni materialların və proseslərin fiziki-kimyəvi tədqiqi Fiziki materialşünaslıq və elektron materialların texnologiyası ==== Texnosfer təhlükəsizliyi: ==== Yüksək antropogen yüklü ərazilərin monitorinqi Standartlaşdırma və sertifikatlaşdırma Ümumi Keyfiyyət, İdarəetmə == Reytinqləri == 2012-ci ildə MITHT ümumi reytinqdə 35-ci yeri tutaraq (Rusiya Federasiyası Təhsil Nazirliyinin monitorinqinə əsasən) effektiv universitet kimi tanındı.
Honkonq Elm və Texnologiya Universiteti
Honkonq Elm və Texnologiya Universiteti (çin. 香港科技大學) — Çin Xalq Respublikasının xüsusi statuslu Honkonq bölgəsinin Yeni Sahə adlanan ərazisində, Say Kunq rayonunda yerləşən ali təhsil müəssisəsi; ölkənin ən aparıcı ali təhsil ocaqlarından biridir. == Tarixi == 1980-ci ilin sonlarında Honkonqda iqtisadiyyat yönümlü ali təhsil müəssisəsinə böyük ehtiyac duyulurdu. Bu məqsədlə Honkonqun qubernatoru Edvard Youde və ser Non Tze-Yun Çunq burada yeni ali məktəb açmaq qərarına gəlirlər. 1986-cı ildən universitetin yaradılması işlərinə başlanılır. Tikinti Böyük Britaniyanın keçmiş qarnizonu olmuş Kohima düşərgəsində Təmiz Su Körfəzi yarımadasında həyata keçirilir. 1986-cı ildə planın reallaşmasının ən qızğın vaxtında Edvard Youde vəfat edir. Universitetin 1994-cü ildə açılması nəzərdə tutulsa da, bu ali təhsil müəssisəsi 1991-ci ildə fəaliyyətə başlayır. Beləliklə, 1991-ci ilin oktyabrında Honkonq Elm və Texnologiya Universitetinin rəsmi açılışı baş tutur. Yeni yaradılmış universitetin əsas uğuru buraya yüksək səviyyədə ixtisaslaşmış alimlərin cəlb olunması ilə bağlı olur.
Honq Konq Elm və Texnologiya Universiteti
Honkonq Elm və Texnologiya Universiteti (çin. 香港科技大學) — Çin Xalq Respublikasının xüsusi statuslu Honkonq bölgəsinin Yeni Sahə adlanan ərazisində, Say Kunq rayonunda yerləşən ali təhsil müəssisəsi; ölkənin ən aparıcı ali təhsil ocaqlarından biridir. == Tarixi == 1980-ci ilin sonlarında Honkonqda iqtisadiyyat yönümlü ali təhsil müəssisəsinə böyük ehtiyac duyulurdu. Bu məqsədlə Honkonqun qubernatoru Edvard Youde və ser Non Tze-Yun Çunq burada yeni ali məktəb açmaq qərarına gəlirlər. 1986-cı ildən universitetin yaradılması işlərinə başlanılır. Tikinti Böyük Britaniyanın keçmiş qarnizonu olmuş Kohima düşərgəsində Təmiz Su Körfəzi yarımadasında həyata keçirilir. 1986-cı ildə planın reallaşmasının ən qızğın vaxtında Edvard Youde vəfat edir. Universitetin 1994-cü ildə açılması nəzərdə tutulsa da, bu ali təhsil müəssisəsi 1991-ci ildə fəaliyyətə başlayır. Beləliklə, 1991-ci ilin oktyabrında Honkonq Elm və Texnologiya Universitetinin rəsmi açılışı baş tutur. Yeni yaradılmış universitetin əsas uğuru buraya yüksək səviyyədə ixtisaslaşmış alimlərin cəlb olunması ilə bağlı olur.
Kitab çapı texnologiyası
Kitab çapı texnologiyası 1400-cü illərin ortalarında alman alimi İohann Qutenberq hərəkətli metal lövhələrin köməyi ilə kitab çapı texnologiyasını ixtira etmişdir. Dahi alman ixtiraçısı ilk çap olunan yüksək keyfiyyətli Bibliya kitabı ilə şöhrət qazanmışdır. Bundan əvvəl Qutenberq təqvimlər, latın qrammatikası dərslikləri kimi kiçik nəşrlər dərc etmişdi. Bütün bu işlər onun ən böyük nailiyyəti hesab olunan 42 sətirlik Bibliya kitabının çapına hazırlıq məqsədi daşıyırdı. == Ədəbiyyat == R.Əliquliyev, S.Şükürlü, S.Kazımova. Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər. Baki, İnformasiya Texnologiyaları, 2009, 201 s.
Koreya Qabaqcıl Elm və Texnologiya İnstitutu
Koreya Qabaqcıl Elm və Texnologiya İnstitutu (kor. 카이스트) və ya qısaca KAIST (ing. Korea Advanced Institute of Science and Technology) — Koreya Respublikasının Dəjeon şəhərinin Yuseonq rayonunda Daedeok elmi şəhərciyində yerləşən ali təhsil müəssisəsi; ölkənin ən aparıcı ali təhsil ocaqlarından biridir. == Tarixi == 1971-ci il fevralın 16-da Koreyada qəbul edilmiş xüsusi qanuna əsasən, elm və texnika üzrə mütəxəssislər hazırlayan Koreya Qabaqcıl Elmlər İnstitutu yaradılır. Tələbələr bu ali məktəbə xüsusi müsabiqə yolu ilə qəbul edilirlər. Buraya qəbul olunan tələbələr hərbi xidmətdən azad olunur, lakin məzunların qarşısında institutu bitirdikdən sonra 5 il Koreya Respublikasını tərk etməmək qadağası qoyulur. Bu qadağa ölkədən "beyin axını"nın qarşısını almaq məqsədi ilə edilir. 1973-cü ildən institutda ilk dəfə olaraq magistr səviyyəsi üzrə tələbələr qəbul edilir, iki il sonra avqustun 20-də isə ilk magistr diplomu verilir. Həmin il sentyabrın 12-də doktorantura pilləsinə ilk qəbul aparılır, 1978-ci il avqustun 19-da isə ilk doktorluq diplomları təqdim olunur. 1980-ci illərdə Koreya Qabaqcıl Elmlər İnstitutunun fəaliyyətində bir sıra böyük dəyişikliklər baş verir.
Koreya Qabaqcıl Elmlər və Texnologiyalar İnstitutu
Koreya Qabaqcıl Elm və Texnologiya İnstitutu (kor. 카이스트) və ya qısaca KAIST (ing. Korea Advanced Institute of Science and Technology) — Koreya Respublikasının Dəjeon şəhərinin Yuseonq rayonunda Daedeok elmi şəhərciyində yerləşən ali təhsil müəssisəsi; ölkənin ən aparıcı ali təhsil ocaqlarından biridir. == Tarixi == 1971-ci il fevralın 16-da Koreyada qəbul edilmiş xüsusi qanuna əsasən, elm və texnika üzrə mütəxəssislər hazırlayan Koreya Qabaqcıl Elmlər İnstitutu yaradılır. Tələbələr bu ali məktəbə xüsusi müsabiqə yolu ilə qəbul edilirlər. Buraya qəbul olunan tələbələr hərbi xidmətdən azad olunur, lakin məzunların qarşısında institutu bitirdikdən sonra 5 il Koreya Respublikasını tərk etməmək qadağası qoyulur. Bu qadağa ölkədən "beyin axını"nın qarşısını almaq məqsədi ilə edilir. 1973-cü ildən institutda ilk dəfə olaraq magistr səviyyəsi üzrə tələbələr qəbul edilir, iki il sonra avqustun 20-də isə ilk magistr diplomu verilir. Həmin il sentyabrın 12-də doktorantura pilləsinə ilk qəbul aparılır, 1978-ci il avqustun 19-da isə ilk doktorluq diplomları təqdim olunur. 1980-ci illərdə Koreya Qabaqcıl Elmlər İnstitutunun fəaliyyətində bir sıra böyük dəyişikliklər baş verir.
Limkokvinq Yaradıcı Texnologiya Universiteti
Limkokvinq Yaradıcı Texnologiya Universiteti — Malayziyada universitet; İKT üzrə ixtisaslaşmış müasir ali məktəblərdən biri. == Tarixi və fəaliyyəti == Limkokvinq Yaradıcı Texnologiya Universitetinin əsası beynəlxalq ali təhsil ocağı olaraq 1991-ci ildə Malayziyanın "Silikon vadisində" - Saybercaya şəhərində qoyulub. "Hewlett Packard", "L'Oreal", "Maxis", "TB3", "Lewre" kimi məşhur sənaye partnyorları ilə əməkdaşlıq tələbələrə təhsil zamanı iş təcrübəsi əldə etməyə və layihələr üzərində işləməyə imkan verir. Limkokvinq Yaradıcı Texnologiya Universitetinin şəhərciyi müasir şəkildə tikilib. Belə ki, müxtəlif rəngli bloklar yaradıcılıq sənayesinin, həyatın və təhsil müəssisəsinin fəaliyyətinin xüsusiyyətlərini əks etdirir. Universitetdə yüksək keyfiyyətli təhsil və aktiv həyat tərzi üçün lazımi şərait yaradılıb. Ali məktəbdə fəaliyyət göstərən universitet radiosu, dəb və animasiya studiyası, həmçinin səsyazma, rəqs, foto, kino və televiziya studiyaları, çap və multimedia laboratoriyaları, 25 kompüter sinfi, elektron kitabxana, çoxfunksiyalı zallar, müzakirələr üçün otaqlar peşəkar avadanlıqlarla təchiz edilib. Kompüter laboratoriyaları informasiya texnologiyalarının ən yeni vasitələri ilə hazırlanıb. == Kitabxana == Ali təhsil müəssisəsində həmçinin faydalı mənbələri əhatə edən zəngin kitabxana sistemi fəaliyyət göstərir. Kitabxanada ənənəvi nəşrlərlə yanaşı çox sayda elektron resurslar yer alır.
Maliyyə texnologiyası
Maliyyə texnologiyası (qısaldılmış ing. fintech və ya ing. FinTech, azərb. fintex‎ və ya azərb. FinTex‎) maliyyə xidmətlərinin göstərilməsində ənənəvi maliyyə metodları ilə rəqabət aparmağı hədəfləyən texnologiya və innovasiyadır. Süni intellekt, Blokçeyn, Bulud texnologiyası və Böyük verilənlər FinTex-in “ABCD” (dörd əsas sahə)-si qəbul edilir. Fintech sektoru maliyyə əməliyyatlarını təkmilləşdirmək üçün texnologiyadan istifadə edən inkişaf etməkdə olan bir sektordur. Mobil bankçılıq, investisiya, borc xidmətləri və kriptovalyuta üçün smartfonların istifadəsi, maliyyə xidmətlərinin geniş ictimaiyyət üçün daha əlçatan olmasını hədəfləyən FinTex həlləridir. Maliyyə texnologiyaları şirkətləri həm startap, həm də mövcud maliyyə institutları və maliyyə şirkətləri tərəfindən təqdim olunan maliyyə xidmətlərinin istifadəsini dəyişdirməyə və ya təkmilləşdirməyə çalışan texnologiya şirkətlərindən ibarətdir. Sığorta sənayesinə yönəlmiş fintech şirkətlərinin bir hissəsi birlikdə insurtech və ya insuretech şirkətləri kimi tanınır.
Maşınqayırma texnologiyası
Maşınqayırmanın əsas sahəsi maşınqayırma texnologiyası (texnologiya – yunanca τεχνη (technē) yəni sənət, λόγος (lógos) yəni elm sözlərindən ibarət olub, sənət, texnika haqqında elm deməkdir) sayılır. Bu texnoloji proses verilən hissənin pəstahdan hazır hala keçməsini əhatə edən emal ardıcıllığından ibarət olub, təkcə maşınların yox, həm də sənayenin başqa sahələrində tətbiq olunan texniki vasitələrin (məs. alətlərin) hazırlanmasında geniş tətbiq olunur. İlk dəfə olaraq texnologiya termini alman alimi Yohan Bekman tərəfindən tətbiq olunaraq 1777- ci ildə çap olunmuş "Texnologiyaya giriş" əsərində ona tərif verilmişdir. O texnologiya ilə " işləri, onların ardıcıllığını və əsasını tam, nizamla və aydın izah edən" yeni bir elmi istiqamətin başlanğıcını qoymuşdur. Maşınqayırma texnologiyası XX əsrdə daha da inkişaf etdirilərək elmi və nəzəri əsasları olan mühüm bir mühəndislik elminə çevrilmişdir.Bu gün maşınqayırma istehsal sənayesinin bütün sahələrində praktiki olaraq iştirak edir. Əsasən maşınlar, onların məqsədinə uyğun olaraq texniki məhsulların, avtomobillərin, elektrik cihazlarının, alətlərin istehsalında geniş tətbiq olunur. Ərzaq mallarının istehsalı, əzcazlıq sənayesi və tibbi texnikada da maşınlarsız keçinmək mümkün deyil. Maşınqayırma çox vaxt müxtəlif texnoloji sahələri inteqrasiya edərək, fundamental tədqiqatlar əsasında bazar üçün yetişmiş məhsullar meydana çıxarır. ==== Mənbə ==== 1.
Mobil bulud texnologiyaları
Dünyada mobil qurğuların (notbuk, planşet, smartfonların və s.) istifadəsinin sürətlə artması və onların uyğun telekommunikasiya texnologiyalarının (GPS, 3G, 4G, Wi-Fi və s.) köməyi ilə internet üzərindən hesablama buludlarına qoşulması, yeni texnologiyanın – mobil bulud (ing. Mobile Cloud Computing) texnologiyasının yaradılmasına təkan verir. MHB-də məlumatların emalı və yadda saxlanılması mobil qurğulardan kənarda həyata keçirilir. MHB-də mobil qurğular baza stansiyalarının (GPS, 3G, 4G, Wi-Fi və s.) köməyi ilə internet şəbəkəsi üzərindən hesablama buludları sisteminə qoşulur və ona lazım olan servislərdən istifadə edirlər. Hal-hazırda istifadəçilər bulud servislərin üç növündən (IaaS, PaaS və SaaS) geniş istifadə edirlər. IaaS (ing. Infrastructure as a Service - infrastruktur xidmət kimi) xidməti istifadəçilərə bulud sistemlərinin hesablama və yaddaş resurslarından (məsələn, ing. Amazon Elastic Cloud Computing - EC2 və Amazon S3 - Simple Storage Service) istifadə etməyə imkan verir.Hal-hazırda mobil bulud provayderlərinin xidmətindən istifadə etməklə dünyada milyonlarla mobil istifadəçi mobil proqram əlavələrindən (mobil kommersiya, mobil təhsil, mobil sağlamlıq, mobil oyunlar və s. sahələr üzrə) geniş istifadə edir. ==== Mobil Ticarət ==== Mobil ticarət: mobil qurğulardan istifadə etməklə ticarət işlərini həyata keçirməkdir.
Moskva Aviasiya Texnologiya İnstitutu
Rusiya Dövlət Texnologiya Universiteti (tam adı: K.E.Siolkovski adına Moskva Aviasiya Texnologiya İnstitutu (MATİ) - Rusiya Dövlət Texnologiya Universiteti; rus. ФГБОУ ВПО «МАТИ — Российский государственный технологический университет им. К. Э. Циолковского») — Rusiyada aviasiya və informasiya texnologiyaları üzrə ixtisaslaşan ali təhsil müəssisəsi. Müasir kosmonavtikanın əsasını qoyan rus alimi Konstantin Siolkovskinin adını daşıyır. == Tarixi və fəaliyyəti == Hal-hazırda universitetdə 6 000-dən artıq tələbə, təqribən 400 aspirant təhsil alır, 200-dən artıq elmlər doktoru və 450-dən çox elmlər namizədi maarifləndirici proqramların və elmi araşdırmaların həyata keçirilməsində iştirak edirlər. Ali təhsil ocağında avia - texnoloji, aerokosmik konstruksiyalar və texnologiyalar, informasiya sistemləri və texnologiyalar, materialşünaslıq və materiallar texnologiyası, tətbiqi riyaziyyat, mexanika və informatika,V.B.Rodinov adına mühəndislik – iqtisadi fakültələri, Gənclər siyasəti və sosial texnologiyalar İnstitutu fəaliyyət göstərir. Bununla yanaşı, universitetin tərkibinə Stupinski filialı, Yeni maarifləndirici texnologiyaların inkişafı İnstitutu, Təlimin elektron formaları İnstitutu, Hərbi hazırlıq İnstitutu, ixtisasın artırılması fakültəsi, avia-kosmik materiallar və texnologiyaların kollektiv istifadə resurs mərkəzi daxildir. Universitetin ilk yaradılan fakültələrindən biri olan avia-texnoloji fakültənin əsası 1940-cı ildə qoyulub. Fakültə aviasiya sənayesində metalların soyuq və isti emalı üzrə mühəndis-texnoloqların hazırlığının təşkili məqsədilə yaradılmışdı. Bu gün 1800 tələbənin təhsil aldığı fakültədə təzyiqlə metalların emalı texnologiyası, avtomatlaşdırılmış planlaşdırma sistemləri və tökmə istehsalı texnologiyaları, qaynaq istehsalı texnologiyası, elektronika və informatika, fizika, qeyri-üzvi toz, kompozisiya materialları və örtülər, Rosoboronstandart əsasında texniki nizamlama və xüsusi təyinatlı məmulatların keyfiyyət təminatı kafedraları fəaliyyət göstərir.
Moskva Dövlət Texnologiya Universiteti
"Stankin" Moskva Dövlət Texnologiya Universiteti (rus. Московский государственный технологический университет «Станкин») — Rusiyada universitet. == Tarixi və fəaliyyəti == 1930-cu ildə əsası qoyulan Moskva Maşın Alət İnstitutu sənaye sahələrini kadrlarla təmin etmək məqsədilə yaradılmışdı. İnstitut 1992-ci ildən etibarən universitet statusu əldə edərək rəsmi olaraq "Stankin" Moskva Dövlət Texnologiya Universiteti adı ilə fəaliyyətini davam etdirir. Bununla da universitetdə istənilən ölkənin texnologiya mühitinin əsas elementlərindən birini təşkil edən tədris prosesinin kompüterləşdirilməsi üzrə araşdırmalar həyata keçirilməyə başlanılır. Hazırda ali məktəbdə yeni təhsil texnologiyaları işlənir və tətbiq olunur. Bu texnologiyalar əsas beynəlxalq və milli standartların tələbləri nəzərə alınmaqla, maarifləndirici fəaliyyəti, idarə etmə metodları və tədrisin yüksək keyfiyyəti ilə ən müasir dünya tendensiyalarını əks etdirir. Universitet bu gün yalnız bakalaviatura və magistratura təhsil pillələri üzrə deyil, həmçinin aspirantura və doktorantura elmə dərəcələri üzrə yüksək ixtisaslı kadrların hazırlığını həyata keçirir. 150-dən artıq Rusiya, eləcə də yaxın və uzaq xarici ölkə universitetlərin məzunları bu ali məktəbin aspiranturasında təhsil alıblar. Yüksək ixtisaslı professor-müəllim heyəti müasir elmi-metodiki əsaslarla universitetdə tədris prosesinin keçirilməsini təmin edir.
Moskva Fizika və Texnologiya İnstitutu
Moskva Fizika və Texnologiya İnstitutu (Milli Tədqiqat Universiteti) — nəzəri, eksperimental, tədbiqi fizika, riyaziyyat, informatika, kimya və biologiya sahəsində mütəxəssislərin hazırlanması üzrə Rusiya ali təhsil müəssisəsilərindən biridir.
Multiagent texnologiyası
Multiagent texnologiyaları həm multiagent sistemlərin (MAS) işlənilməsi və istifadəsi, həm də multiagent idarəetmə başa düşülür. Multiagent sistem bir neçə agentlərin ünsiyyət edə biləcəyi, bir-birinə bəzi informasiya göndərə biləcəyi və qoyulan məsələni həll edə biləcəyi sistemdir. Son zamanlar dinamik sistem şəbəkələrində paylanmış idarəetmə və qarşılıqlı əlaqə məsələlərinin həllində multiagent texnologiyasından istifadə edilir. Həmçinin, paylanmış informasiya sistemlərində informasiyanın avtomatik toplanması, süzülməsi, axtarışı məsələlərində multiagent texnologiyasından geniş istifadə edilir. Multiagent sistemləri müxtəlif sahələrdə: tanıma neyron şəbəkələrinin parametrlərinin avtomatik tənzilmlənməsi, formasiyaların idarə olunması, paylanmış sensor şəbəkələrində, rabitə şəbəkələrində yüklənmələrin idarə edilməsi, pilotsuz uçan aparatlar qrupunun qarşılıqlı əlaqəsinin yaradılması, peyklər qrupunun nisbi düzülüşü, mobil robotlar qrupunun hərəkətinin idarəedilməsi, enerji sistemlərinin sinxronlaşdırması və s. sahələrdə istifadə edilir. Praktikada tez-tez müəyyən funksiyları paralel həyata keçirən paylanmış sistemlər istifadə edilir və onlar üçün məsələlər paketinin bir neçə hesablama axınları (qurğuları) arasında bölünməsi məsələsi aktualdır. Bu cür məsələlər təkcə hesablama şəbəkələrində deyil, həmçinin istehsal şəbəkələrində, xidmət şəbəkələrində, nəqliyyat və loqistik şəbəkələrdə və s. meydana çıxır. Məlum olur ki, əlaqəyə təbii məhdudiyyətlər olduqda, desentralizasiya edilmiş (paylanmış) strategiya bu cür məsələləri effektiv şəkildə həll edə bilər == Multiagent yanaşma == Multiagent yanaşmanın əsasında mobil proqram agent anlayışı durur və o müstəqil ixtsaslaşmış kompüter proqramı və ya süni intellektin elementi kimi yaradılır və fəaliyyət göstərir.
Multimedia Qalereyası (AMEA İnformasiya Texnologiyaları İnstitutu)
Multimedia Qalereyası - AMEA İnformasiya Texnologiyaları İnstitutunda yaradılmış və AMEA-da keçirilən bütün tədbirlərdən çəkilmiş şəkil və video-fayllarının toplanması və saxlanmasını həyata keçirən qalereya. == Yaranma səbəbi == Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) yarandığı dövrdən görkəmli elm xadimlərinin fəaliyyətinin əks olunmamasının səbəbi, foto və s. materialların olmaması və ya kifayət qədər az olmasıdır. 2003-cü il science.az portalının fəaliyyət göstərməsi ilə AMEA İnformasiya Texnologiyaları İnstitutunun mütəxəssisləri tərəfindən müxtəlif tədbirlərdən fotoşəkillər çəkilmişdir. Çəkilən şəkillərin, videomaterialların bulud texnologiyalarında etibarlı şəkildə qorunub saxlanmasına ehtiyac duyulurdu. AMEA İnformasiya Texnologiyaları İnstitutunun mütəxəssisləri tərəfindən hazırlanmış Multimedia Qalereyası bütün bu resursları toplayaraq lazım olan informasiyanı açar sözlərinin köməyi ilə asanlıqla əldə etməyə imkan yaradır. == Fəaliyyəti == Multimedia Qalereyası AR Prezidentinin elm sahəsinə qayğısını əks etdirən AMEA Rəyasət Heyətinin rəsmi görüşləri, eləcə də AMEA-nın keçirdiyi mötəbər tədbirlərdən materialları özündə əks etdirir. AMEA-nın institut və təşkilatlarında keçirilən konfrans və iclaslar, görüşlər, hesabatlar və s. Multimedia Qalereyasında strukturlaşdırılmış şəkildə toplanır. AMEA-nın institut və təşkilatlarının yeni avadanlıqlarla təchizatını əks etdirən fotomateriallar dövlətin elmə qayğısının bariz nümunəsidir.
Mədrəs Hindistan Texnologiya İnstitutu
Mədrəs Hindistan Texnologiya İnstitutu (hind. भारतीय प्रौद्योगिकी संस्थान मद्रास) — Hindistanın Çennai şəhərində yerləşən ali təhsil müəssisəsi. == Xarici əlaqələri == Liman Şəhərlərinin Universitet Liqasının üzvüdür.
Neft-qazçıxarmanın texnika və texnologiyası
Neft-qazçıxarmanın texnika və texnologiyası — neft və qaz yataqlarının açılması, quyuların fontan, kompressor və dərinlik nasosu ilə istismarı üsulları. == XIX–XX əsrlərdə neftçıxarma üsulu == XIX əsrin 60-cı illərinə qədər neft quyularından ya fontan ya da sadə mexaniki üsullarla çıxarılırdı. 1876-cı ildə ilk dəfə olaraq Bakı mədənlərindən dərinlik nasosu ilə neftçıxarma üsulu tətbiq edildi. 1897-ci illdə isə kompressorlu (hava qaldırıcısı) neftçıxarma üsulu sınaqdan keçirildi. 1923–1940 -cı illərdə dərinlik nasosu və kompressorla neftçıxarma üsullarının təkmilləşdirilməsi və genişləndirilməsi istiqamətlərində işlər həyata keçirilirdi. Bu üsullarla istismar üçün yeni konstruksiyalı neft-mədən avadanlıqları yaradıldı, dərinlik nasosu qurğularının işinin nəzəri aspektləri işlənib hazırlandı, nəzarət və tədqiqat məqsədləri üçün xüsusi cihazların tətbiqinə başlanıldı. laya maye, yaxud qaz (hava) vurmaqla lay enerjisini süni surətdə saxlamaq üçün 1928-ci ildə ilk dəfə "Balaxanı-Sabunçu Ramana" yatağında sənaye-təcrübə işlərinin başlanğıcı qoyuldu. 1934-cü illərdə neftin sıxılmış hava və ya qaz ilə quyudan çıxarılması nəzəriyyəsi, həmin quyuların işinin tədqiqi və işçi parametrlərin hesablanması qaydaları, eləcə də quyuların su-hava qarşılığının köməyi ilə mənimsənilməsi üsulu işlənib hazırlandı (Hilal Əsədov və b.). Eyni zamanda layların həllolunmuş qaz rejimlərində fontan üsulu ilə səmərəli istismar müddətlərinin, quyudaxili istismar avadanlıqlarının optimal konstruksiyalarının, quyudibi və lay təzyiqlərinin təyini üzrə geniş tədqiqat və təcrübə-sınaq işləri aparıldı. Neftçıxarma prosseslərinin intensivləşdirmək və daha da səmərələşdirmək üçün xüsusi quyudaxili konstruksiyalar, o cümlədən qaz-qum seporatları işlənib hazırlandı.
Nüvə texnologiyası
Nüvə texnologiyası və ya nüvə texnikası — müxtəlif maddələrin nüvə xassələrinin texniki istifadəsi üçün texniki vasitələr və tədbirlər məcmusu. Nüvə texnikasının əsas sahələri – reaktorayırma, nüvə yanacağı istehsalı, nüvə reaktorları üçün istilikayıran elementlərin hazırlanması, radioaktiv izotopların istehsalı və tətbiqi, orqanizmi şüalanmadan qorumaq üçün üsul və tədbirlərin işlənib hazırlanmasıdır.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (Azərbaycan)
Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi — nəqliyyat (Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi hallar istisna olmaqla), o cümlədən dəniz nəqliyyatı və mülki aviasiya, rabitə (telekommunikasiya və poçt), yüksək texnologiyalar (informasiya texnologiyaları, mikroelektronika, nano, bio və digər innovativ elmtutumlu texnologiyalar) sahəsində dövlət siyasətini və tənzimləməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı. == Tarixi == Azərbaycanda ilk telefon xətti 1880-ci ilin dekabr ayında "Qafqaz və Merkuri" Paroxod Cəmiyyəti tərəfindən inşa edilib. Xətt cəmiyyətin "Naberejnaya" küçəsində yerləşən baş kontoru ilə Bakı limanında yerləşən "Kaspi" neft cəmiyyətinin kontorunu birləşdirib. 1881-ci ilin yanvar ayında "Nobel qardaşları cəmiyyəti" telefon çəkilişinə icazə almaq məqsədilə Bakı qubernatoru general-leytenant Pozenə müraciət edib və fevralın 18-də icazə verilib. Həmin ilin noyabr ayının 23-də Azərbaycanda uzunluğu 6 km olan və "Nobel qardaşları cəmiyyəti"nin baş kontoru ilə sədr və baş mühəndisin evlərini birləşdirən ilk telefon xətti istismara verilib. Rəsmi olaraq bu xətt Azərbaycanda ilk telefon xətti hesab olunur və telefon rabitəsinin yaradılması həmin ilə təsadüf edir. Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən 1918-ci ildə Poçt və Teleqraf Nazirliyi yaradılıb. İlk rabitə nazirləri Xudadat bəy Məlik-Aslanov, Ağa Aşurov və Camo bəy Hacınski olmuşdur. 1920-ci il aprelin 28-də Azərbaycanda Sovet Hakimiyyəti qurulduqdan sonra Poçt və Teleqraf komissarlığı yaradılıb. Azərbaycan Rabitəsi SSRİ Rabitə Nazirliyinin Azərbaycan üzrə daimi nümayəndəsi tərəfindən idarə olunub.

Digər lüğətlərdə