ADA Universiteti — Azərbaycan Respublikasının Bakı şəhərində yerləşən ali təhsil müəssisəsi.
ADA Universiteti | |
---|---|
ing. ADA University | |
40°23′54″ şm. e. 49°50′46″ ş. u. | |
Şüar | Aparıcı İnnovasiya və Məsuliyyətli Vətəndaşlıq |
Əsası qoyulub |
Azərbaycan Diplomatik Akademiyası (2006—2014) "ADA" Universiteti (2014—h.h) |
Tip | Dövlət |
Rektor | Hafiz Paşayev |
Tələbə sayı | 2324 (2068 bakalavr, 265 magistr) |
Şəhər | Bakı |
Ölkə | |
Ünvan | Nərimanov rayonu, Əhməd bəy Ağaoğlu küçəsi 61 |
Metro | Gənclik metrostansiyası |
Sayt | ada.edu.az |
Vikianbarda əlaqəli mediafayllar |
İnformasiya Texnologiyaları Universiteti Azərbaycan Respublikasında informasiya cəmiyyəti quruculuğu istiqaməti üzrə yüksək hazırlığa malik kadr potensialının formalaşdırılmasını təmin edən ali təhsil müəssisəsi idi. Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı ilə 1 fevral 2013-cü ildə yaradılmışdır.[1] İnformasiya Texnologiyaları Universitetinin və Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyasının əsasında, 13 yanvar 2014-cü ildə "ADA" Universiteti yaradılması ilə fəaliyyəti başa çatmışdır.[2]
Universitetin tarixi 2006-cı ildən başlayır. Belə ki, 2006-cı ilin martında Azərbaycan Xarici İşlər Nazirliyinin nəzdində Azərbaycan Diplomatik Akademiyası adı altında ali təhsil müəssisəsi yaradılmışdır. Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2014-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyasının və Azərbaycan Respublikasında İnformasiya Texnologiyaları Universitetinin əsasında ADA Universiteti yaradılmışdır[3].
Əsas məqsədi diplomatiya, ictimai münasibətlər, biznes, informasiya texnologiyaları və sistem mühəndisliyi üzrə qlobal liderlər hazırlamaqdır. Akademiyanın əsasını qoyan rektor, Azərbaycan Xarici İşlər Nazirinin müavini və Azərbaycanın ABŞ-dəki sabiq səfiri Hafiz Paşayevdir.[4]
2012-ci ildə Bakı şəhərində "Dədə Qorqud" parkı yaxınlığında yerləşən yeni "Green and Smart" kampusuna köçmüşdür. 2009-cu ildən magistr pilləsi, 2011-ci ildən bakalavr pilləsində ali təhsil verir.
Hazırda, universitetin nəzdində 4 institut fəaliyyət göstərir:
Bundan əlavə, 2022/2023-cü tədris ilindən etibarən ADA Universitetinin Qazax Mərkəzi fəaliyyətə başlamışdır.
Dövlət və İctimai Münasibətlər — ADA universiteti tərkibindəki fakültə. Fakültəyə ilk dəfə 2013-cü ildə tələbə qəbuluna başlanmışdır.[5] Dövlət İmtahan Mərkəzinin III qrup üzrə keçirdiyi imtahanda iştirak etməklə və ya SAT imtahanı vasitəsilə abituriyentlər bu fakültədə təhsil almaq hüququ qazana bilirlər.[6]
Abituriyentlərin ingilis dili üzrə bilik səviyyələrindən asılı olaraq təhsil müddəti 4–5 il arasında dəyişə bilir. Fakültə tələbələrə analitik və liderlik bacarıqlarını inkişaf etdirməyə şərait yaradır. Təhsil müddəti ərzində tələbələr Mikro/Makroiqtisadiyyat, Tarix, Sosiologiya, Media & Dövlət və İctimai Münasibətlər, Hüquq və başqa dərslərdə iştirak edirlər. Bunlarla yanaşı, 3-cü ildən etibarən, tələbələrə digər fakültələrin 1 və ya 2 dərslərində iştirak etməyə də icazə verilir. Təhsil müddəti ərzində tələbələr ADA Universiteti tərəfindən təşkil olunmuş mübadilə proqramları vasitəsilə bir semestr ərzində xaricdə təhsil alma şansı qazana bilirlər. Bundan əlavə, Dövlət və İctimai Münasibətlər fakültəsi üzrə magistratura proqramı da ADA da mövcuddur və bu proqramın adı isə "İctimai Siyasətdir". İxtisaslar bunlardır:
I ixtisas qrupu
II ixtisas qrupu
III ixtisas qrupu
ADA Qazax Mərkəzi — ADA Universitetinin Qazax şəhərində yerləşən mərkəzi. Mərkəz hazırda Qazax Müəllimlər Seminariyasının tarixi binasında fəaliyyət göstərir. Binanın 2021-ci ildən etibarən bərpa və yenidənqurması həyata keçirilmişdir. Bərpa işlərinə ADA Universiteti Fondu və onun tərəfdaşları Heydər Əliyev Fondu, "NEQSOL Holding, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası, PMD Qrup və Amerika-Azərbaycan Cəmiyyəti cəlb olunub.[7]
Mərkəzdə Azərbaycan dilində magistratura pilləsi üzrə üç proqram tədris olunur:
Mərkəzdə, həmçinin, "Bir Müəllimin Manifesti" adlı ixtisasartırma proqramı mövcuddur.