tikanqıran
tikanlama
OBASTAN VİKİ
Tikanquyruqkimilər
Tikanquyruqkimilər- Myliobatiformes dəstəsi. Bu dəstənin 7 fəsiləyə aid olan 100-ə yaxın növü məlumdur. Fəsilələr və çox tanınmış növlər bunlardır: tikanquyruqlar (dəniz pişiyi, nəhəng tikanquyruq, qırmızı tikaquyruq və s.) yoğunquyruqlar, çay tikanquyruqları (çay skatı), kəpənəyi skatlar (Yaponiya kəpənəyi skatı), qartalı skatlar (adi qartalı skat, xallı qartalı skat, Amerika cöngəburunu və s.), buynuzlu skatlar (Aralıq dəniz buynuzlusu, manta və ya dəniz əjdahası və s.) və rinopteridlər. Bu skatların uzunluqları 0,5-7,0 m, eni 0,3-7,0 m arasında dəyişilir, bəzinin kütləsi 2 tona qədər çatır. Bunların bədəni rombvarı və ya girdədəir. Quyruq gövdəsi ilə bədən arasında keçid nəzərə çarpır, quyruğun ucu iti qurtarır. Bu skatlar yumurtadiridoğan və ya diridoğandırlar, balalarının sayı 4-dən 12-yə qədər olur. Manta və ya dəniz əjdahası kütləsi 15-20 kq olan bircə bala doğur. Sənayə əhəmiyyətləri yüksək deyil. Tikanquyruq skatlar fəsiləsinin əksər nümayəndələrinin quyruq gövdəsində bir, bəzən iki, kənarı dişli uzun-yastı qərniləşmiş törəmə-tikan var.
-и-(ть-ся) бде́ние безотра́дно звездопла́ватель красномо́рдая острота сво́дный су́ржик эндохирурги́я обре́зывать сверну́ть шпон грустить diet Lifford Nanking organism pear oil psychoanalyse somn- vantage point беззаветный видоизменение парта поворожить