Tioefirlər
Tioefirlər - üzvi sulfidlər. Kükürdlü birləşmələrə daxildir. Ümumi formulu: dialkilsulfidlər RSR1, alkilarilsulfidlər R-S-Ar, diarilsulfidlər Ar-S-Ar.
İUPAC nomenklaturasına görə onlar alkil- və ya arilsulfidlər adlandırılır. C2H5SC2H5 - dietilsulfid (etiltioetan), C2H5SC3H7 - etilpropil sulfid (1-etiltiopropan), C6H5SC6H5 - difenilsulfid (feniltiobenzol), CH3SC6H5 - metilfenilsulfid (metiltiobenzol).
Karbohidrogen radikalının sonuna "ariltio" və ya "alkiltio" sözlərini də əlavə etmək olar.
Merkaptanın üzvi halogenidlərlə reaksiyası:
R-S-H + Cl-R1 → R-S-R1 +HCl
Merkaptanın alkenlərlə reaksiyası:
R-S-H + CH2=CH-R1 → R-S-CH2-CH2-R1
Yaşıl kimyanın karbid qanadı
Sankt-Peterburq Dövlət Universitetinin və N.D.Zelinski adına Üzvi Kimya İnstitutunun kimyaçı alimləri bir sıra üzvi molekulların – tioefirlərinin sadə və təhlükəsiz alınma üsulunu işləyib hazırlayıblar.
Tioefirlər nə ilə cəlbedicidir ki, onların sintezinin yeni üsulunun kəşfi tələb olunub? Yəqin ki, əvvəllər narkoz üçün istifadə olunan uçucu maddə - efir hamıya məlumdur. Efir molekulu iki hissədən ibarətdir və onlar oksigen körpüsü ilə əlaqədardır.