TRA

Threat and Risk Assessment Təhdidin və riskin qiymətləndirilməsi
TPEP
Traffic analysis
OBASTAN VİKİ
Erigeron trachseli
Erigeron trachseli (lat. Erigeron trachseli) — mürəkkəbçiçəklilər fəsiləsinin xırdaləçək cinsinə aid bitki növü.
Erigeron tracyi
Erigeron tracyi (lat. Erigeron tracyi) — mürəkkəbçiçəklilər fəsiləsinin xırdaləçək cinsinə aid bitki növü.
Erigeron transsilvanicus
Erigeron bonariensis (lat. Erigeron bonariensis) — mürəkkəbçiçəklilər fəsiləsinin xırdaləçək cinsinə aid bitki növü. == Arealı == Erigeron bonariensis növü Meksikadan Tropikal Amerikaya qədər yayılmışdır. == Sinonim == Aster ambiguus (DC.) E.H.L.Krause Conyza ambigua DC. Conyza bonariensis (L.) Cronquist Conyza bonariensis f. bonariensis Conyza chenopodioides DC. Conyza crispa (Pourret) Rupr. Conyza crispa (Pourr.) Cout. Conyza gracilis Hoffmanns. & Link Conyza hispida Kunth Conyza ivifolia Burm.f. Conyza ivifolia (L.) Less. [Illegitimate] Conyza leucodasys Miq.
Euphorbia trachyphylla
Euphorbia heterophylla (lat. Euphorbia heterophylla) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin südləyənkimilər fəsiləsinin südləyən cinsinə aid bitki növü. == Sinonimləri == Agaloma angustifolia Raf. Cyathophora ciliata Raf. Cyathophora heterophyla (L.) Raf. Cyathophora picta Raf. Euphorbia calyciflora Sessé & Moc. Euphorbia elliptica Lam. Euphorbia epilobiifolia W.T.Wang Euphorbia frangulaefolia Kunth Euphorbia frangulifolia Kunth Euphorbia geniculata Ortega Euphorbia havanensis Willd. ex Boiss.
European Computer Trade Show
Euseius transvaalensis
Euseius transvaalensis (lat. Euseius transvaalensis) — heyvanlar aləminin buğumayaqlılar tipinin hörümçəkkimilər sinfinin mesostigmata dəstəsinin phytoseiidae fəsiləsinin euseius cinsinə aid heyvan növü.
FK Trakai
Riteryay FK (Litva dilində-Futbolo klubas "Riteriai") — Litvanın futbol klubu. Trakay şəhərində yerləşir. == Tarixi == 2005-ci ildə yaranan komanda. LFF stadionunda keçirir. == Uğurları == Litvanin çempionatı: Çempion (0) - 2 Gümüş medal (2) - 2015, 2016 3 Bürünc medal (3) - 2017, 2018, 2019 Litvanin Kuboku: 1 Qızıl medal (0) - 2 Finalçı (1) - 2015/16.
Fortuna traxikarpusu
Fortuna traxikarpusu (lat. Trachycarpus fortunei) — bitkilər aləminin palmaçiçəklilər dəstəsinin palmakimilər fəsiləsinin traxikarpus cinsinə aid bitki növü. == Təbii yayilması == Qərbi Himalay, Çin və Yaponiyada dağ meşələrində, kasıb torpaqlarda yayılmışdır. Vətənində bu bitki Çin çətənə palması adlanır. == Botaniki təsviri == Hündürlüyü 10 m-dən çoxdur. Çətiri kiçikdir. Yarpaqları üst tərəfdən parlaq, yelpikvari, tünd-yaşıl, alt tərəfdən göyümtülü, çoxsaylı buğumlara bölünmüşdür, diametri 60 sm-ə çatır. Saplaqları çılpaq iynəsiz, bünövrəsində cod tükçuklüdür. Çiçəyi sarı, ətirlidir, iri qoltuq çiçək qruplarında yerləşir. Yarpaq buğumlarının miqdarı 30-a çatır.
Google Translate
Google Tərcümə — internet səhifələrini, mətnləri və ya yükləmiş olduğunuz sənədləri pulsuz tərcümə edən bir vasitədir. Google tərəfindən təmin olunur. İlk olaraq 28 aprel 2006 tarixində, Ərəb ilə İngilis arası tərcümə edərək xidmətə girmişdir. 20 milyard söz ehtiva edən Birləşmiş Millətlər Təşkilatının sənədləri üzərində öyrədilən bir proqramdır. Google Tərcümə 103 fərqli dil arasında anında tərcümə edən pulsuz bir tərcümə xidmətidir. Sözləri, cümlələri və veb səhifələri dəstəklənən dillərin bütün kombinasiyalarını çevirə bilər. Xüsusiyyətləri - Google Tərcümə, mətn, nitq, şəkil, sayt və ya real vaxt video daxil olmaqla bir çox mətn və media formatını bir dildən digərinə çevirə bilər. Müxtəlif səviyyələrdə 100-dən çox dili dəstəkləyir və 2013-cü ilin May ayına görə gündə 200 milyondan çox insana xidmət göstərir. Bəzi dillərdə Google Tərcümə, tərcümə edilmiş mətni tələffüz edə bilər, mənbə və hədəf mətndə müvafiq söz və ifadələri vurğulayır və tək söz daxil etmək üçün sadə bir lüğət kimi çıxış edə bilər. "Dili aşkar et" seçilsə, naməlum dildə mətn avtomatik olaraq müəyyən edilə bilər.
Gəncə tramvayı
Gəncə tramvayı — Gəncə şəhərində mövcud olmuş tramvay xətti. Gəncədə tramvay ilk dəfə 1933-cü ildə istifadəyə verilmişdir. Tramvay xətti üç maşrutdan ibarət olmuşdur. Reylslər arasında məsafə 1524 mm idi. Tramvay xətti 1976-ci ildə ləğv edilmişdir. Yaxın gələcəkdə Gəncədə tramvay xəttinin yenidən bərpası aktualdır. 2013-cü ildə fransız NEWTL şirkəti ilə bu məsələdə razılığa gəlinmişdir.
Hyacinthus transcaspicus
Hyacinthus transcaspicus (lat. Hyacinthus transcaspicus) — sünbülçiçəyikimilər fəsiləsinin sünbülçiçəyi cinsinə aid bitki növü.
Hyles hippophaes transcaucasica
Hyles hippophaes (lat. Hyles hippophaes) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinin pulcuqluqanadlılar dəstəsinin sphingidae fəsiləsinin hyles cinsinə aid heyvan növü.
Hypertext Transfer Protocol
HTTP (ing. HyperText Transfer Prоtocоl – İnternet şəbəkəsində istifadə olunan protokoldur. HTTP veb-səhifələri İnternetdən çağırmaq üçün bir mexanizmdir. HTTP-nin əsasını URL ünvanı təşkil edir. Ünvanın əvvəlində yazılmış http:// perefeksi müraciət olunan sənədin ümumdünya hörümçək torunun bir hissəsi olduğunu göstərir. Daha sonra əlaqənin tipi göstərilir. Ən çox yayılmış tip World Wide Web (WWW)-dir. Lakin İnternetdə digər əlaqə tiplərindən də istifadə edilir: File Transfer Protocol (FTP) və ya Gopher. Tiplərin ardınca serverin HTTP-nin əsasını URL ünvanı təşkil edir. Ünvanın əvvəlində yazılmış http:// perefeksi müraciət olunan sənədin ümumdünya hörümçək torunun bir hissəsi olduğunu göstərir.
Hündürboy traxikarpus
Rhapis excelsa (lat. Rhapis excelsa) — bitkilər aləminin palmaçiçəklilər dəstəsinin palmakimilər fəsiləsinin rhapis cinsinə aid bitki növü. == Təbii yayılması == Təbii halda Yaponiya da və Çində yayılmışdır. == Botaniki təsviri == Hündürlüyü 12 m-ə çatan həmişəyaşıl bitkidir. Gövdəsi qəhvəyi-qonur liflərlə (yarpaq qınlarının qalıqları) örtülüdür. Çətiri yelpikvaridir. Çoxsaylı yarpaqları sərt, dik dayanan seqmentlərə bölünmüşdür. Yarpaqların uzunluğu 80 sm, eni 3 sm olur. Yarpaq saplağının kənarlarında, gövdənin yan tillərində, dişli, sərt tikanları vardır, üstdən tünd-yaşıl, alt tərəfdən bozumtul-göydür. Saplağının uzunluğu 70-75 sm-dir.
II Manuel (Trabzon imperatoru)
II Manuel Komnenos (yun. Μανουήλ Μέγας Κομνηνός)(təq. 1324, Trabzon – 21 fevral 1333, Trabzon) — 11-ci Trabzon imperatoru. == Həyatı == Trabzon imperatoru III Andronikin nigahdan kənar doğulan oğludur. Atasının ailə daxili cinayətlərlə keçən 20 aylıq səltənətinin ardından 8 yaşında ikən taxta çıxarıldı. O əsnada imperiyada yaranan siyasi boşluqdan istifadə edən türkmənlər Trabzona hücum etdi, xeyli qənimət ələ keçirsələr də, ağır itkilərlə geri çəkildilər. Ancaq saray daxilindəki Bizanspərəst əyanların, Konstantinopola qaçan əmisi Vasileyə yazdıqları səltənətə dəvət məktubunun ardından taxtdan endirilərək həbs olundu. Saraydakı bütün tərəfdarları edam edilən II Manuel Komnenos bir il sonra əmisinin əmirylə edam olundu. == Mənbə == Claude Cahen, Pre-Ottoman Turkey: A General Survey of the Material and Spiritual Culture and History c. 1071–1330, 1968 George Finlay, The History of Greece and the Empire of Trebizond, (1204–1461) (Edinburgh: William Blackwood, 1877) Alexander Kazhdan, (Ed.) (1991).
II İohann (Trabzon imperatoru)
II İohann Komnenos (yun. Ἰωάννης Μέγας Κομνηνός)(1262, Trabzon – 16 avqust 1297, Trapezund imperiyası) — 7-ci Trabzon imperatoru. == Həyatı == Atası Trabzon imperatoru I Manuel, anası isə onun Trabzon əsilli ikinci xanımı İrina Surixanidir. Atasının 1263-cü ildə vəfatının ardından qardaşları Andronik və Qriqori taxta çıxmışdır. Ancaq qardaşının Elxani Abaqa xan tərəfindən əsir götürülməsinin ardından 1280-ci ildə saray əyanları tərəfindən taxta çıxarılmışdır. Onun səltənətində Bizans imperiyası ilə münasibətlər düzəlmiş, 1282-ci ildə Konstantinopolda imperator VIII Mixailin qızı Evdokiya Paleoloqla evlənmişdir. Onun ölkədə olmamasından istifadə edən İmereti çarı VI David bölgədə itirdiyi nüfuzu qazanmaq məqsədilə 1284-cü ildə Trabzona hücum etdi və onun gürcü əsilli ögey bacısı Teodora Komninini imperatriça elan etdi. Ancaq Bizans imperatorundan aldığı hərbi dəstəklə ölkəyə qayıdan II İohann dərhal hakimiyyəti ələ aldı və bacısı Teodora ölkədən qaçdı (1285). Bütün bu siyasi çəkişmələr əsnasında imperiyanın qərb torpaqları türkmənlər tərəfindən ələ keçirildi. 1291-ci ildə Roma papası IV Nikolay tərəfindən yazılan 2 məktubla, II İohann katolik dininə dəvət edilmiş, Qüdsə tərtiblənəcək yeni səlib yürüşünə qatılması təklif edilmişdir.
IKAU Transport Services
IV Aleksey (Trabzon imperatoru)
IV Aleksey Komnenos (yun. Αλέξιος Μέγας Κομνηνός) (1379, Trabzon – 26 aprel 1429) — 19-cu Trabzon imperatoru. == Həyatı == Atası Trabzon imperatoru III Manuel, anası isə Gürcü çarı IX Davidin qızı Evdokiya Baqrationidir. 1395-ci ildə atası tərəfindən ortaq imperator elan edildi. Atasının 1417-ci ildə ölümünün ardından idarəni təkbaşına ələ aldı. Atasının ölümündə əli olduğu ehtimal olunur. Onun səltənətində Genuyalılarla 1418-ci ildə sülh bağlansa da, onlarla mübarizədə Venesiya ilə ittifaq quruldu. Digər tərəfdən şərqi Anadoluda güclənən Qaraqoyunlularla yaxın münasibətlər quruldu və 1420-ci ildə qızlarından birini Qaraqoyunlu sultanı Qara Yusifin oğlu Cahanşahla evləndirdi. Apardığı evlilik siyasətləriylə qonşularıyla dost münasibət saxladı. Digər qızı Mariyanı 1428-ci ildə Bizans imperatoru VIII İohannla, Evdokiyanı isə italyan əsilli lord Nikol Krispo ilə evləndirdi.
I Aleksey (Trabzon imperatoru)
I Aleksey Komnenos (yun. Ἀλέξιος Κομνηνός) (təq. 1182, Konstantinopol – 1 fevral 1222, Trabzon) — 1-ci Trabzon imperatoru. Atası Bizans imperatoru I Andronikin oğlu Manuel Komnenos, anası isə Gürcü çarı III Qriqorinin qızı Rusudan Baqrationidir. Babasının taxtdan endirilərək öldürülməsinin ardından atasının gözlərinə mil çəkildi və çox keçmədən edam olundu. Anası isə onu və kiçik qardaşı Davidi alaraq bacısı olan Gürcü çariçası Tamaranın yanına qaçdı. 1204-cü ilin martında xalasından aldığı hərbi dəstəklə hərəkətə keçən Aleksey Komnenos müqavimətlə qarşılaşmadan Trabzonu ələ keçirdi. Burada öz hakimiyyətini təmin edərək özünü Trabzon imperatoru, kiçik qardaşı Davidi isə ortaq monarx elan etdi. Qara dənizin şimal sahillərindəki şəhər-dövlətlərini də özünə tabe edən Aleksey Komnenos qısa zamanda Rum sultanlığı, Genuya və Venesiyaya aid ticarət koloniyaları ilə yaxın əlaqələr qurdu. 1 fevral 1222-ci ildə Trabzonda vəfat etdi.
I Andronik (Trabzon imperatoru)
I Andronik Gidos (yun. Ἀνδρόνικος Κομνηνός Γίδος) (XII əsr – 1235, Trabzon) — 2-ci Trabzon imperatoru. Haqqında məlumat azdır. Trabzon imperatoru I Aleksey Komnenosun adı bilinməyən qızıyla evlənmişdir. İmperator 1222-ci ildə vəfat etdiyi əsnada oğulları azyaşlı olduğu üçün Andronik Gidos onun yerinə taxta çıxdı. Onun səltənətində Rum sultanı Əlaəddin Keyqubadın Trabzona olan hücumlarının qarşısı alınmışdır. Daha sonra Yastıçəmən müharibəsində Anadolu səlcuqlarına qarşı Xarəzmşah Cəlaləddini dəstəkləyən Andronik Gidos 1235-ci ildə vəfat etdi. I Aleksey Komnenosun qızıyla olan evliliyindən övladı olmamışdır. == Mənbə == W. Miller, Trebizond: The Last Greek Empire of the Byzantine Era, Chicago 1926. George Finlay, The History of Greece and the Empire of Trebizond, (1204–1461) (Edinburgh: William Blackwood, 1877) Alexander Kazhdan, (Ed.) (1991).
I Manuel (Trabzon imperatoru)
I Manuel Komnenos (yun. Μανουήλ Κομνηνός) (1218, Trabzon – mart 1263, Trabzon) — 4-cü Trabzon imperatoru. == Həyatı == Atası ilk Trabzon imperatoru I Alekseydir. Atası 1222-ci ildə vəfat etdiyi əsnada o və qardaşı İohann azyaşlı olduğu üçün taxta bacısının əri Andronik Gidos çıxdı. Bu müddət ərzində taxtın ikinci varisi olaraq qalan Manuel, Andronik Gidosun ölümünün ardından qardaşı İohannın taxta çıxmasıyla vəliəhd elan edildi. Əslində imperator qardaşının Yannis adlı bir oğlu vardı və taxt sırasında ondan öncə olmalı idi. Ancaq bu vəliəhd bilinməyən səbəblə rahib olmağı seçmiş və qalan ömrünü kilsədə keçirmişdir. Beləcə, Manuel hələ qardaşının sağlığında ikən taxt varisi elan edildi. Qardaşının üç illik qısa səltənətinin ardından 1238-ci ildə Manuel taxta çıxdı. Hakimiyyətinin ilk illərində monqol yürüşlərinə qarşı Rum sultanını və Nikeya çarlığını dəstəkləyən I Manuel daha sonra monqolların təbəəliyini qəbul etdi.
I İohann (Trabzon imperatoru)
I İohann Komnenos (yun. Ἰωάννης Κομνηνός Ἀξούχος) (v. 1238, Trabzon) — 3-cü Trabzon imperatoru. Atası ilk Trabzon imperatoru I Alekseydir. Atası 1222-ci ildə vəfat etdiyi əsnada o və qardaşı Manuel azyaşlı olduğu üçün taxta bacısının əri Andronik Gidos çıxdı. Bu müddət ərzində taxtın varisi olanraq qalan İohann, Andronik Gidosun ölümünün ardından 1235-ci ildə imperator oldu. Səltənəti haqqında olduqca az məlumat olan I İohann 1238-ci ildə polo bənzəri bir oyun oynarkən atdan düşüb vəfat etdi. Yanis adlı bir oğlunun olduğu və bu oğlunun ölümündən öncə rahib olaraq kilsəyə qapandığı bilinir. Bu səbəblə ondan sonra taxta qardaşı Manuel çıxdı. == Mənbə == Claude Cahen, Pre-Ottoman Turkey: A General Survey of the Material and Spiritual Culture and History c.
International Air Transport Association
Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyası (ing. International Air Transport Association). 1945-ci ilin aprel ayında Havanada keçirilən 31 ölkənin 57 hava nəqliyyatı şirkətinin iştirak etdiyi Konfransda təsis olunmuşdur. IATA hava nəqliyyatı sahəsində qeyri-hökumət təşkilatıdır. IATA-nın fikir və tövsiyələrini ICAO nəzərə alır və istifadə edir. IATA-nın üzvləri həqiqi (beynəlxalq hava daşımaları həyata keçirən istənilən kommersiya avia şirkətlər) və assosiasiya edilmiş (daxili hava daşımalarını həyata keçirən avia şirkətlər) üzvlərə bölünürlər. IATA tarif və rüsumlara, sərnişinlərə ümumi xidmət standartlarına dair tövsiyələrin işlənib hazırlanması, daşıma sənədlərinin unifikasiyası və standartlaşdırılması kimi işlərlə məşğul olur. IATA-nın üzvü olan aviaşirkətlər arasında özünün xüsusi hesablama orqanı vasitəsilə maliyyə hesablamaları aparır. IATA-nın idarəedici və işçi orqanları: Ümumi İclas, İcraiyyə Komitəsi, Daimi Komitələr, Katiblik, Daşımalar üzrə müvəqqəti regional konfranslar. Mənzil-qərargahı Monrealda yerləşir.
Jurinea transhyrcanica
Jurinea transhyrcanica (lat. Jurinea transhyrcanica) — mürəkkəbçiçəklilər fəsiləsinin jurinea cinsinə aid bitki növü.
Jurinea trautvetteriana
Jurinea trautvetteriana (lat. Jurinea trautvetteriana) — mürəkkəbçiçəklilər fəsiləsinin jurinea cinsinə aid bitki növü.