TRAGEDİYA

İlk ev heyvanları arasında cinsi fəallıqları ilə seçilən keçilər də var idi. Keçilərin məhz bu cəhəti insanların daha çox xoşuna gəlirdi, çünki ancaq bu yolla onlar sürülərinin sayını artıra bilərdilər.

Bu səbəbdən də qədim yunanlar bolluq, bərəkət allahlarını qəribə məxluqlar – yarı keçi, yarı adam sifətində təsəvvür edirdilər. Onlar bədən, baş və əlləri adama, beldən aşağısı isə keçiyə bənzər satirlər idi. Bu satirlər tütək çalır, ot gövşəyir və hər an cütləşməyə hazır idilər.

Bu bolluq və bərəkət ruhlarının şərəfinə keçirilən bayramlar olduqca səsli-küylü, şən olurdu. Yunanlar keçi dərisi geyinib özlərini satirlərə bənzədərək yürüşlər təşkil edir, bu zaman ədəbsiz mahnılar oxuyurdular. Bu mahnılar “tragoida” (keçinin şərəfinə mahnı) adlanırdı.

Zaman keçdi və e.ə. XV əsrdə afinalı şairlər həmin şənliklərə əsaslanaraq daha ciddi əsərlər yaratmağa başladılar. Onların şeirləri get-gedə daha da dolğunlaşaraq insan və cəmiyyətin təbiəti haqda ciddi düşüncələrə çevrildi. Lakin bu dramlar ilk adlarını qoruyub saxladı. Beləliklə, “keçilərin nəğmələri” (“tragoida”) tragediyaya çevrildi və bu ad ciddi problemlərdən söz açan dram əsərlərinə də keçdi. Bu dramlar, əsasən, kədərli şəkildə, xeyirxah və alicənab qəhrəmanların ölümü ilə, tamaşaçıları göz yaşları içində buraxaraq bitdiyindən “tragediya” sözü kədərli, qəmgin, faciəli mənasını verməyə başladı. (Ayzek Azimov. Sözlərin tarixi)

TÖVŞÜMƏK
TRANSKODER
OBASTAN VİKİ
Tragediya
Faciə — əsasını barışmaz həyat konfliktləri, xarakter və ehtirasların kəskin toqquşması təşkil edən və adətən qəhrəmanının ölümü ilə nəticələnən dramatik əsər; tragediya. Attika faciəsi - (hərfi "keçilərin mahnısı"). Yunanıstanda lirika özünü arxaika dövründə ifadə etdiyi kimi, e.ə V əsr Afina ədəbi, bədii yaradıcılığın mərkəzi olanda, faciə(traqediya) və məsxərə(komediya) dili ilə danışdı. Faciə xorla,keçi dərisi geyinmiş və Dionisin daimi yoldaşlarını təsvir edən "satir"lar tərəfindən oxunan mahnılardan, difiramlardan yaranmışdı. Satirlərin yaxud "keçilərin" belə xorları, artıq e.ə VII əsrdə, bütün Yunanıstanda mövcud idi. Pisistratın, ümumdövlət Böyük Dionisilər bayramını təsis etməsinin sayəsində, xalqın Dionisi kultu indi artıq rəsmi hökumətin dəstəyinə arxalanmağa başladı.[1] Ən tanınmış faciə yazıçıları: Esxil, Sofokl, Evripid, Jan Rasin. Azərbaycan ədəbiyyatında faciə janrının banisi Nəcəf bəy Vəzirov olmuşdur. Hüseyn Cavid də Azərbaycan ədəbiyyatında yazdığı faciələri ilə dərin iz qoymuşdur. == Ədəbiyyat == История культуры Древней Греции и Рима. Москва "Высшая школа" 1990 səh.

Digər lüğətlərdə

вспомога́тельный изверте́ть магнитосфе́ра омме́тр профила́ктика романи́стка сахароваре́ние депута́тка конса́лтинговый любе́зность полите́с реме́сленник среди́нный прова cairngorum herpes zoster monadical single-cut slave вручать греховодник настрадаться обезумевший просачиваться служба