transgender

transgender
transgen
transgenderofobiya
OBASTAN VİKİ
Transgender
Transgender — daxili hissləri doğulduğu cinsə uyğun gəlməyən fərd. Trans şəxslər xarici görünüşlərini gender kimliklərinə uyğunlaşdırmaq üçün hormon terapiyası və əməliyyatlar keçirməyi seçə bilər, digərləri isə buna ehtiyac duymaya bilər. Transseksual termini transgender cəmiyyətində çoxları tərəfindən köhnəlmiş termin kimi qəbul edilir. Bu termin tarixən cinsiyyət əməliyyatı keçirmiş şəxsləri damğalamaq məqsədilə istifadə edilmişdir. Psixoloji cəhətdən transgender fərdlər gender disforiyası ilə qarşılaşa bilər, hansı ki, fərdin daşıdığı bədən onda narahatlığa səbəb olur. Transgender fərdlərin mövcudluğunda ictimai amillər də mühüm rol oynayır. Müxtəlif gender kimliklərini daha çox qəbul edən və təsdiqləyən cəmiyyətlərdə transgender fərdlər özlərini daha rahat və həqiqi şəxsiyyətlərini ifadə etməkdə dəstək hiss edə bilərlər.
Rusiyada transgender keçidini qadağan edən qanun
Rusiyada transgender keçidini qadağan edən qanun (həmçinin cinsiyyətin dəyişdirilməsini qadağan edən qanun ) 14 iyul 2023-cü ildə Dövlət Duması tərəfindən qəbul edilmiş, daha sonra 19 iyul 2023-cü ildə Federasiya Şurası tərəfindən təsdiq edilmişdir. Prezident Vladimir Putin tərəfindən sənəd imzalandıqdan sonra 24 iyul 2023-cü ildə qüvvəyə minmişdir. Qanun insan haqları müdafiəçiləri, LGBT fəalları və tibb ictimaiyyəti tərəfindən ciddi şəkildə tənqid edilib; Human Rights Watch bunu insan hüquqlarının pozulması kimi qiymətləndirib. Qanun transgender insanlar tərəfindən tələb olunan və beynəlxalq səviyyədə qəbul edilmiş standartlara daxil edilən tibbi müdaxilələri qadağan edir. Qanun həmçinin interseks uşaqlarda onların razılığı və ya tibbi zərurət olmadan cərrahi əməliyyatlar aparmaq hüququ verir. Human Rights Watch hüquq müdafiə təşkilatı qəbul edilən qanunu Rusiya hakimiyyəti tərəfindən LGBT hüquqlarına edilən hücumun davamı kimi səciyyələndirir. Belə ki, bundan öncə 2022-ci ilin dekabrında Dövlət Duması “LGBT təbliğatını” qadağan edən qanun qəbul etmişdi. Tənqidlərə cavab olaraq qanun layihəsi son variantda daha da sərtləşdirildi. pasportda cinsiyyət işarəsinin dəyişdirilməsini qadağan edir; anadangəlmə anomaliyaların, genetik və endokrin xəstəliklərin müalicəsi ilə bağlı olanlar istisna olmaqla, insanda digər cinsə keçid ilə bağlı tibbi müdaxilələri qadağan edir ( cərrahi əməliyyatlar, hormonal terapiya və s.) transgender nikahları ləğv edir; transgenderlərin uşaqları övladlığa götürmək və ya qəyyumluq etmək hüququnu rədd edir. Qanun həmçinin interseks uşaqlarda onların razılığı olmadan əməliyyatlar etmək hüququ verir, baxmayaraq ki, bu, bir qayda olaraq, tibbi baxımdan zəruri deyil və bu cür müdaxilələr uşaqların fiziki və psixi sağlamlığı üçün risklər daşıyır.