transhumanist
transxəzər 2021
OBASTAN VİKİ
Transhumanizm
Transhumanizm (lat. trans – vasitəsilə,keçid, homo – insan) — elm və texnologiyanın tətbiqi vasitəsilə insanın əqli və fiziki qabiliyyətlərini yaxşılaşdırmaqla, insana xas olan və transhumanistlərin fikrincə arzuolunmaz hesab edilən bəzi xüsusiyyətlərin — əzab, xəstəlik, ağrı və hətta ölümün aradan qaldırılmasına əsaslanan fəlsəfi konsepsiya, həmçinin beynəlxalq hərəkatdır. == Tarixi == Transhumanistlərin bu gün əsaslandıqları arzular və fikirlərin ideyası bəşər tarixinin bütün mərhələlərində mövcud olmuşdur.İlk dəfə "transhumane" sözünü Dante Aligyeri "İlahi komediya" əsərində istifadə etsədə, bu sözün müasir məzmunda istifadəsinə ilk dəfə təkamülçü-bioloq Culian Hakslinin "Apokalipssiz din" əsərində rast gəlinir.Xaksli öz dövrünün ruhuna uyğun olaraq,xüsusilə, təbiət elmlərinin biologiyaya daha da yaxınlaşması, genetikanın sərbəst elmi istiqamət kimi formalaşması, həmçinin dinin insanların gündəlik həyatlarına təsirinin azalması fonunda, "transhumanizm"i — elmi-texniki inqilabın yeni mərhələsinə daxil olmuş bəşəriyyətə "inam" kimi səciyyələndirir. Xakslinin fikirlərinə yaxın olan fikirləri həmin dövrdə genetik C.B.S.Xoldeyn davam etdirir.İnsanın bioloji xüsusiyyətlərinin radikal dəyişdirilməsi üzrə real üsulların kəşf olunacağına ümidlər boşa çıxdıqdan sonra, bu sahəyə maraq azalmağa başladı. Təcrübədə ilk dəfə insanın əqli xüsusiyyətlərinin elmi əsaslarla hazırlanmış vasitələrlə gücləndirilməsinə rus ixtiraçısı S.N.Korsakov (1787–1853)başlamışdır. İnsanın gələcək təkamülünün onun bədəninin məhdud imkanlarının aradan qaldırılması ilə baş verəcəyi fikirləri artıq XIX əsrdə Frensis Bilyard və Fridrix Nitsşe tərəfindən səsləndirilmişdir.Elmi-texniki inqilabın müasir dalğası transhumanizmə marağı yenidən artırmışdır.Haksli 1957-ci ildə yenidən bu mövzuya müraciət etmişdir.(Bu il "transhumanizm" termininin rəsmi yaranma ili hesab edilir). 1962-ci ildə Robert Ettinqer və Evan Kuperin işıq üzü görmüş əsərləri, krionikanın ayrıca bir fəaliyyət sahəsi kimi formalaşmasına təkan verdi. 1972-ci Ettinqer öz ideyalarını transhumanizm kontekstində daha da genişləndirdi. 1966-cı ildən etibarən iran-amerikan futuroloqu FM-2030 (Firidun M.İsfəndiyari)transhumanizm ideyalarının aktiv şəkildə təşviq etmişdir. O, transhumanistləri insanın həyat tərzinin insanın özü tərəfindən təkmilləşdirilə biləcəyinə və bəşəriyyətin "postinsan" mövcudluq formasına keçidinə dair xüsusi dünyagörüşünə malik şəxslər hesab edirdi.