Transpersonal psixologiya
Transpersonal psixologiya, insan ağlının transsendental və ya mənəvi cəhətlərini araşdıran psixologiya məktəbidir. Dini dəyişmə, fərqli şüur vəziyyətləri, trans (keçid) və digər mənəvi fəaliyyətləri araşdıran transpersonal psixologiya müasir psixologiya nəzəriyyələrini mistisizmin müxtəlif formaları ilə birləşdirmə cəhddir.
Transpersonal psixoloqlar transspersonal psixologiyanı psixoanaliz, funksionalizm və humanist psixologiya kimi digər psixoloji cərəyanların tamamlayıcısı kimi qəbul etmişlər. Karl Qustav Yunq və bir sıra digər psixoloqlar öz əsərlərində mənəvi və transpersonal aspektlər qeyd etmişdir. Bununla birlikdə transpersonal psixologiyaya insan psixikasının fərdi və inkişaf aspektlərinə dair tədqiqatlar aparan psixoloqlar tərəfindən laqeyd yanaşılmışdır.
Tranpersonal psixologiyanın qurucuları olan şəxslər eyni zamanda psixologiya elminin də öncülləri hesab olunur. Həmin tədqiqatçılara misal olaraq Uilyam Ceyms, Ziqmund Freyd, Otto Rank, Karl Qustav Yunq, Abraham Maslau və Roberto Asocoli (Roberto Assagioli) kimi şəxslərin adlarını qeyd etmək mümkündür. Transpersonal termini ilk dəfə Uilyam Ceyms tərəfindən 1905-1906-cı illərdə Harvard Universitetində semestr dərsləri üçün tutduğu qeydlərdə istifadə edilmişdir. Bu psixologiya məktəbinin yaranmasında ən vacib amillərdən biri də 1960-cı illərdə Abraham Maslaunun humanistik cərəyan və insanın dərini təcrübə fəaliyyətlərinə dair olan tədqiqatlarıdır. Bundan sonra termindən humanistik cərəyanın daxilində yerləşən fərqli bir psixoloji məktəbi üçün istifadə olunmağa başlandı.