triumfal
triumvirat
OBASTAN VİKİ
I Triumvirat
Birinci Triumvirat (e.ə. 60-53-cü illər) — Roma Respublikasının üç məşhur siyasətçisi, Qay Yuli Sezar, Qney Pompey və Mark Krass arasında yaradılmış qeyri-rəsmi ittifaqdır. Bu ittifaq sayəsində Qay Yuli Sezar İlliriya və Qalliyanı beş illiyinə idarə etmək imtiyazına sahib oldu və Qalliyanın İşğalına başlaya bildi. E.ə. 56-cı ildə Triumvirat Lukka Yığıncağında yeniləndi. Beləliklə, Sezar Qalliyanı, Pompey Hispaniyanı, Krass isə Suriyanı növbəti dəfə 5 illiyinə idarə etmək imtiyazı qazandı. I Triumvirat E.ə. 53-cü ildə Krassın ölümü ilə başa çatdı və Sezarla Pompeyi qarşı-qarşıya gəlməsinə səbəb oldu. == Triumviratın yaradılması haqqında açıqlamalar == === Appianın versiyası === Appiana görə e.ə. 60-cı ildə Sezar Hispaniyadakı valiliyindən qayıtmışdı və oradakı qələbəlrinə görə triumf keçirtməklə mükafatlandırılmışdı.
Triumvirat
Triumvirat (lat. tres — üç və vir — kişi, "üç kişi ittifaqı") — Qədim Romada siyasətçi və sərkərdələrin e.ə. I əsrdə vətəndaş müharibəsi dövründə hakimiyyəti ələ keçirmək üçün siyasi ittifaq. == İlk triumvirat == E.ə. 60 cı ildə Qay Yuli Sezar, Qney Pompey (Böyük) və Mark Lisini Krass qeyri rəsmi olaraq ittifaq qururlar. Sonralar bu ittifaq "İlk triumvirat" adlandırılmağa başlanır. E.ə. 56 cı ildə ittifaq Qay Yuli Sezar və Qney Pompeyin səyləri ilə yenilənmişdir. Diktator Lusi Korneli Sullanın istefasından sonra Qay Yuli Sezar və Qney Pompey Roma siyasətində əsas fiqurlara çevrilmiş olurlar. İlk triumvirata daxil olmuş şəxslərin büstləri: == İkinci triumvirat == E.ə.