TSA

Time-Stamping Authority Vaxt möhürü mərkəzi (xidməti)
TS
TSF
OBASTAN VİKİ
Tsa
Ծ, ծ (Adı: tsa, erm. ծա) - erməni əlifbasının 14-cü hərfi. Transkripsiya "s". Tələffüzü "ts". Rəqəm işarəsi "50". Mesrop Maştots tərəfindən 405-406-ci illərdə yaradılıb. Orta əsrlərdə "erkatagir", "qrçagir", "notrgir", "şhagir" yazı növləri istifadə olunub.
Cövhər Tsarnayev
Cövhər Tsarnayev (rus. Джоха́р Анзо́рович Царна́ев) — çeçen-avar mənşəli amerikalı tələbə. 2013-cü ilin 15 aprel tarixində Amerika Birləşmiş Ştatlarının Massaçusets ştatının Boston şəhərində hər il ənənəvi formada keçirilən olunan Boston marafonuna təşkil olunmuş terror hücumunun iki əsas şübhəlisindən biri. Hadisənin bir digər şübhəlisi Cövhər Tsarnayevin qardaşı Tamerlan Tsarnayevin polis tərəfindən keçirilən əməliyyat nəticəsində (hadisədən 3 gün sonra) öldürülmüşdür.
Dalbergia tsaratananensis
Dalbergia tsaratananensis (lat. Dalbergia tsaratananensis) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin dalbergiya cinsinə aid bitki növü.
Froyla Tsalam
Froyla Tsalam (ing. Froyla Tzalam; 27 iyul 1971, San-Antonio[d]) — belizeli antropoloq və icma lideri. Tsalam Toledo şəhərinin San Antonio kəndində anadan olub. Texasdakı Triniti Universitetindən antropologiya ixtisası üzrə bakalavr dərəcəsi ilə məzun olub. Daha sonra, Susseks Universitetindən kənd inkişafı üzrə magistr dərəcəsi əldə edib. Hal-hazırda Sarstun Temaş Yerli İdarəetmə İnstitutunun icraçı direktorudur. 22 aprel 2021-ci ildə Beliz Baş naziri Conni Briseno ser Kolvill Yanqın təqaüdə çıxmasının ardından Belizin növbəti general-qubernatoru olaraq onu namizəd olaraq açıqladı. Üçüncü general-qubernator, bu vəzifəyə təyin edilmiş ikinci qadın və ilk yerli amerikalı general-qubernatoru olaraq Tsalam vəzifəsinə başladı. Tsalam 2017-ci ilin yanvarında senata namizədlik verdi və siyahıya alındı, lakin STYİİ-dakı işinə yönəlmək üçün sonradan imtina etdi.
Kldistskaro (Tsaxvlisi)
Kldistskaro (gürc. კლდისწყარო) — Gürcüstanın Xaşuri bələdiyyəsinin inzibati ərazi vahidində kənd. 2002 siyahıyaalmaya görə kəndin əhalisi 197 nəfər idi. 2014-cü ildə 139 nəfər yaşayırdı. Gürcüstan Sovet Ensiklopediyası, V cild, səh.
Ligularia tsangchanensis
Ligularia tsangchanensis (lat. Ligularia tsangchanensis) — mürəkkəbçiçəklilər fəsiləsinin liqulariya cinsinə aid bitki növü.
Marek Tsalka
Marek Yanuş Tsalka (pol. Marek Janusz Całka; 2 yanvar 1966, Varşava) — Polşanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri (2015–2019); Polşanın Koreyadakı sabiq fövqəladə və səlahiyyətli səfiri (2007–2011). 2 yanvar 1966-cı ildə Varşavada anadan olmuşdur. 1991-ci ildə Varşava Universitetini Tarix fakültəsi üzrə magistr kimi bitirmişdir. 1992 – 1993-cü illərdə — Polşa Şərq Araşdırmalar Mərkəzinin baş mütəxəssisi 1993 – 1996-cı illərdə — Polşa Xarici İşlər Nazirliyinin eksperti 1999 – 2000-ci illərdə — Polşa Respublikasının Budapeştdəki Səfirliyinin müşaviri 2000 – 2003-cü illərdə — Polşa Respublikasının Moskvadakı Səfirliyinin müşaviri 2007 – 2011-ci illərdə — Polşa Respublikasının Seuldakı Səfirliyinin Polşa Respublikasının Səlahiyyətli və Fövqəladə Səfiri 2011 – 2015-ci illərdə — Polşa Xarici İşlər Nazirliyinin Şərq Departamentinin Direktor müavini 02.2015 – 2019-cu illərdə — Polşa Respublikasının Azərbaycandakı Səfirliyinin Polşa Respublikasının Səlahiyyətli və Fövqəladə Səfiri Ailəlidir, 1 uşağı var. Səfir.
Mariya Tsarenko
Mariya Tsarenko (d. 12 avqust 1976) — Azərbaycanı təmsil edən voleybolçu. Mariya Tsarenko, Azərbaycan yığmasının heyətində 1994-cü ildə baş tutan Dünya Çempionatına qatılıb və 9-cu yeri tutub. Mariya Tsarenko, 1994-cü ildə Azərbaycan yığması ilə birgə Braziliyada baş tutan Dünya Çempionatına qatıldı. Yarışların 1/8 final mərhələsində Azərbaycan yığması, Almaniya yığmasını 1:3 hesabı ilə məğlub oldu və Dünya Çempionatını 9-cu yerdə başa vurdu.
Ovanes Tsaretsi
Ovanes Tsaretsi və ya Ovannisik Tsaretsi (erm. Հովհաննիսիկ Ծարեցի; 1560, Zar, Xaçın knyazlığı – bilinmir) — XVI əsr erməni tarixçisi.. Ovanes Tsaretsi əslən Xaçın knyazlığının Tsar bölgəsindən idi. Atasının adı Melkon idi. O, Artaz qavarındakı Müqəddəs Faddey monastırında keşiş olmuşdur. Buna baxmayaraq, bunun Qarabağdakı eyniadlı monastır, yəni Dadivəng ola biləcəyinə dair bir nəzəriyyə var. Onu tez-tez adaşı və əmisi – 1583-cü ildə vəfat etmiş Ovannes Cahanşah oğlu Tsaretsi ilə qarışdırırlar. Nerses Qnunetsi və əmisi ona təlim keçmişdir. Əlyazmaların bərpası və siyahıya alınması ilə məşğul olmuş, sonralar vardapetçi olmuşdur. Sotk qavarında Müqəddəs Astvatsatsin kilsəsinin tikintisinsə iştirak etmişdir.
Ovannisik Tsaretsi
Ovanes Tsaretsi və ya Ovannisik Tsaretsi (erm. Հովհաննիսիկ Ծարեցի; 1560, Zar, Xaçın knyazlığı – bilinmir) — XVI əsr erməni tarixçisi.. Ovanes Tsaretsi əslən Xaçın knyazlığının Tsar bölgəsindən idi. Atasının adı Melkon idi. O, Artaz qavarındakı Müqəddəs Faddey monastırında keşiş olmuşdur. Buna baxmayaraq, bunun Qarabağdakı eyniadlı monastır, yəni Dadivəng ola biləcəyinə dair bir nəzəriyyə var. Onu tez-tez adaşı və əmisi – 1583-cü ildə vəfat etmiş Ovannes Cahanşah oğlu Tsaretsi ilə qarışdırırlar. Nerses Qnunetsi və əmisi ona təlim keçmişdir. Əlyazmaların bərpası və siyahıya alınması ilə məşğul olmuş, sonralar vardapetçi olmuşdur. Sotk qavarında Müqəddəs Astvatsatsin kilsəsinin tikintisinsə iştirak etmişdir.
Tsab
Tsab — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Qafan rayonu ərazisində kənd olmuşdur.
Tsabit
Tsabit (ərəb. تسابيت‎) — Əlcəzairin mərkəzi hissəsində, Adrar vilayətində şəhər və kommuna. Eyniadlı dairənin inzibati mərkəzidir. Şəhər vilayətin mərkəzi hissəsinin şimalında, Böyük Səhranın şimal-qərbindəki vahələrindən birinin ərazisində, paytaxt Əlcəzairdən təxminən 971 kilometr cənub-cənub-qərbdə yerləşir. Mütləq hündürlüyü dəniz səviyyəsindən 252 metrdir. Tsabit kommunası Bəşar vilayətinin Sbaa, Metarfa, Şəruin, Talmin, Xabi və Tabelbala kommunaları ilə həmsərhəddir. Sahəsi 13,263 km2-dir. Şəhərin iqlimi quraq isti kimi xarakterizə olunur. İl ərzində yağıntı demək olar ki, yoxdur (orta illik miqdarı – 17 mm). Orta illik temperatur 24,3 °C-dir.
Tsablovana
Tsablovana (gürc. წაბლოვანა) — Gürcüstanın Xaşuri bələdiyyəsinin inzibati ərazi vahidində kənd. 2002 siyahıyaalmaya görə kəndin əhalisi 139 nəfər idi. 2014-cü ildə 84 nəfər yaşayırdı. Gürcüstan Sovet Ensiklopediyası, XI cild, səh.
Tsada
Tsada — Kiprin qərb hissəsindəki kiçik bir şəhərdir. Eparkia Pafou rayonunda, ölkənin qərb hissəsində, paytaxt Nikosiyadan 90 km qərbdə və Pafosdan 8 km şimalda yerləşir. Tsada dəniz səviyyəsindən 619 metr yüksəklikdədir. 1,043 əhalisi var.
Tsageri
Tsageri (gürc. ცაგერი) — Gürcüstan şəhəri. Tsageri bələdiyyəsinin mərkəzidir. Dəniz səviyyəsindən 475 metr yüksəklikdə, Tsxenistsqali çayının sahilində yerləşir. 1968-ci ildə şəhər statusu almışdır. Tsageridə şərab və meyvə emalı müəssisələri vardır. Şəhərdə yerləşən orta əsr kilsəsi hələ də qorunub saxlanılır. Tsageri qədim dövrlərdən Leçxuminin mərkəzi olmuşdur. 2014-cü il əhalinin siyahıya alınması nəticələrinə əsasən şəhərdə 1320 nəfər yaşayırdı. Etnik tərkibi gürcülərdən ibarətdir.
Tsakuri
Hünərli (əvvəlki adı: Tsakuri) — Azərbaycan Respublikasının Xocavənd rayonunun Çiraquz kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 20 noyabr 2020-ci il tarixli, 197-VIQ saylı Qərarı ilə Xocavənd rayonunun Çiraquz kənd inzibati ərazi dairəsi tərkibindəki Tsakuri kəndi Hünərli kəndi adlandırılmışdır. 2 oktyabr 1992-ci ildən 7 noyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. Hünərli kəndi 7 noyabr 2020-ci il tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. Kəndin adı XIX əsrə aid rus mənbələrində Zakurli və ya Zaxur variantında qeydə alınmışdır. Oykonimin zakirli tirəsinin adı ilə bağlılığı güman edilir. Gəlmə ermənilər 1828-ci ildə burada məskunlaşdıqdan sonra kənd Tsakuri (ziqore/zigir erm. "əzgil") adı ilə rəsmiləşdi. 1992-ci ildə rəsmi olaraq Zakirli adlandırılmışdır. 1933-cü ildə Laçın rayonunda Zəkir adlı yaşayış məntəqəsi qeydə alınmışdır.
Tsalencixa
Tsalencixa (gürc. წალენჯიხა) — Gürcüstanın Tsalencixa bələdiyyəsinin inzibati mərkəzi. Dəniz səviyyəsindən 222 metr yüksəklikdəki Çanistkali çayı sahillərində yerləşir. 1964-cü ildə şəhər elan edildi. Şəhərin səhiyyə, təhsil və mədəniyyət müəssisələri var.
Tsalka
Salka, Barmaqsız — Gürcüstan Respublikasının Aşağı Kartli ölkəsində şəhər. Salka bələdiyyəsinin inzibati mərkəzi. Tsalka su anbarı yaxınlığında, dəniz səviyyəsindən 1569 metr hündürlükdə, Aşağı Kartlinin ikinci ən iri şəhəri olan Marneulidən 84 km uzaqlıqda yerləşir. 22 dekabr 1932-ci ildə Başkeçid rayonu tərkibindəki Barmaqsız kəndinin adı dəyişdirilərək Tsalka qəsəbəsi adlandırılmışdır. 3 aprel 1984-cü ildə Tsalka rayonunun inzibati mərkəzi Tsalka qəsəbəsi rayon tabeli şəhər statusu almışdır. 17 yanvar 1939-cu il Ümumsovet əhali siyahıyaalınmasına əsasən Tsalka rayonunun inzibati mərkəzi Tsalka kəndində 4.875 nəfər əhali yaşayırdı, onlardan 3.444 nəfərini və ya 70.65 %-ni urumlar, 171 nəfərini və ya 3.51 %-ni ermənilər, 166 nəfərini və ya 3.41 %-ni gürcülər, 43 nəfərini və ya 0.88 %-ni azərbaycanlılar, 1.051 nəfərini və ya 21.55 %-ni isə digərləri təşkil edirdi. 17-24 yanvar 2002-ci il Ümumgürcüstan əhali siyahıyaalınmasına əsasən Tsalka rayonunun Tsalka şəhərində, Bediani və Trialeti qəsəbələrində yaşayan toplam şəhər əhalisi 2.411 nəfər olmuşdur. Tsalka rayonunun toplam şəhər əhalisinin 59 %-ni urumlar, 23 %-ni gürcülər, 11 %-ni ermənilər, 2 %-ni ruslar, 1 %-ni isə azərbaycanlılar təşkil edir. 2006-cı ilin yanvar-fevral aylarına olan rəsmi təxminə əsasən Tsalka şəhərinin 1.8 min nəfər əhalisnin 70 %-ni gürcülər, 15 %-ni urumlar, 10 %-ni azərbaycanlılar, 5 %-ni isə ermənilər təşkil edir.
Tsalka (şəhər)
Salka, Barmaqsız — Gürcüstan Respublikasının Aşağı Kartli ölkəsində şəhər. Salka bələdiyyəsinin inzibati mərkəzi. Tsalka su anbarı yaxınlığında, dəniz səviyyəsindən 1569 metr hündürlükdə, Aşağı Kartlinin ikinci ən iri şəhəri olan Marneulidən 84 km uzaqlıqda yerləşir. 22 dekabr 1932-ci ildə Başkeçid rayonu tərkibindəki Barmaqsız kəndinin adı dəyişdirilərək Tsalka qəsəbəsi adlandırılmışdır. 3 aprel 1984-cü ildə Tsalka rayonunun inzibati mərkəzi Tsalka qəsəbəsi rayon tabeli şəhər statusu almışdır. 17 yanvar 1939-cu il Ümumsovet əhali siyahıyaalınmasına əsasən Tsalka rayonunun inzibati mərkəzi Tsalka kəndində 4.875 nəfər əhali yaşayırdı, onlardan 3.444 nəfərini və ya 70.65 %-ni urumlar, 171 nəfərini və ya 3.51 %-ni ermənilər, 166 nəfərini və ya 3.41 %-ni gürcülər, 43 nəfərini və ya 0.88 %-ni azərbaycanlılar, 1.051 nəfərini və ya 21.55 %-ni isə digərləri təşkil edirdi. 17-24 yanvar 2002-ci il Ümumgürcüstan əhali siyahıyaalınmasına əsasən Tsalka rayonunun Tsalka şəhərində, Bediani və Trialeti qəsəbələrində yaşayan toplam şəhər əhalisi 2.411 nəfər olmuşdur. Tsalka rayonunun toplam şəhər əhalisinin 59 %-ni urumlar, 23 %-ni gürcülər, 11 %-ni ermənilər, 2 %-ni ruslar, 1 %-ni isə azərbaycanlılar təşkil edir. 2006-cı ilin yanvar-fevral aylarına olan rəsmi təxminə əsasən Tsalka şəhərinin 1.8 min nəfər əhalisnin 70 %-ni gürcülər, 15 %-ni urumlar, 10 %-ni azərbaycanlılar, 5 %-ni isə ermənilər təşkil edir.
Tsalka bələdiyyəsi
Salka bələdiyyəsi, Barmaqsız bələdiyyəsi — Gürcüstan Respublikasının Aşağı Kartli mxaresində inzibati-ərazi vahidi. İnzibati mərkəzi Salka şəhəridir. Tsalka rayoyu 1930-cu ildə təşkil edilmişdir. Buna qədər əraziləri 1921-1929-cu illərdə Tiflis qəzasına daxil idi. 1 yanvar 1931-ci il tarixinə olan inzibati-ərazi bölgüsünə əsasən Tsalka rayonu 1.060 km² ərazini, bu ərazidə yerləşən 7 kənd sovetliyinə daxil olan toplam 44 kəndi və bu kəndlərdə yaşayan 35.163 nəfər əhalini əhatə edirdi, rayonun inzibati mərkəzi Güney Qala kəndi idi. 22 dekabr 1932-ci ildə Barmaqsız kəndinin adı dəyişdirilərək Tsalka qəsəbəsi adlandırıldı. Yeni inzibati bölgüyə əsasən Tsalka qəsəbəsi Tsalka rayonunun inzibati mərkəzi oldu. Barmaqsız bələdiyyəsi sıx hidroşəbəkəyə malikdir. Bələdiyyə ərazisində çoxlu sayda iri və xırda çaylar axır. Ən böyük çayı Borjomi ərazisində mənbəyini götürən Anaxatır çayıdır.
Tsalka su anbarı
Tsalka su anbarı (gürc. წალკის წყალსაცავი) — Gürcüstanın ən böyük su anbarı. Salka bələdiyyəsinin Xrami dərəsində, dəniz səviyyəsindən 1506 metr yüksəklikdə yerləşir. Güzgü sahəsi 33.7 km², ümumi sahəsi 1060 km²-ə qədərdir. Suyun həcmi 312 mln. m³. Maksimum dərinlik 25 m, orta dərinlik isə 9,3 m. Qərbdən şərqə uzanır. Bölgənin əksər hissələrində sahil aşağıdır, cənub-şərq hissəsinin sahili isə - dik və yüksəkdir. Anaxatır və digər kiçik çaylar, yeraltı, qar və yağış sularıyla qidalanır.
Tsao Syuetsin
Tsao Syuetsin (Çincə: 曹雪芹; pinyin: Cáo Xuěqín) 1715 (1724) - 1763(1764 )) Çinli yazıçı. Çində dörd böyük klassik romandan biri "Qırmızı otaqda yuxu" romanının ilk 80 fəslinin ehtimal olunan müəllifidir.
Tsavtat
Tsavtat (xorv. Cavtat, it. Ragusavecchia) — Adriatik dənizi sahilində yerləşən Xorvatiya şəhəri. Dubrovnik şəhərindən cənub-şərqdə yerləşir və Dubrovnik-Neretva jupaniyasına aiddir. Tsavtat Konovale icmasının mərkəzidir və Xorvatiyanın ən cənub şəhəridir. Əhalisi 2015 nəfərdən ibarətdir (2001). Tsavtat qədim şəhərdir, əvvəllər Epidavr adlı yunan koloniyası kimi tanınırdı. E.ə. 228-ci ildə şəhər romalıların hakimiyyəti altına düşdü və daha sonra Roma müstəmləkəsi oldu. Şəhərin adı latınlaşdırıdı və Epidavrum (lat.
Tsaxia Elbeqdorj
Tsaxia Elbeqdorj (monq. Цахиагийн Элбэгдорж; d. 8 mart 1963) — Monqolustan Prezidenti. 24 may 2009-cu ildə prezident seçilərində qalib gəldi. Demokratik Partiyası üzvü olaraq Monqolustan xalqının inqilabçı partiya üzvü və qərb təhsilli ilk prezidenti. Tsaxia Elbeqdorj, Monqolustan Parlamenti spikerinin köməkçisi olmaqla yanaşı, bir dəfə parlament farksiya lideri, dörd dəfə parlament üzvü və iki dəfə Monqolustan baş naziri olmuşdur. Tsaxia Elbeqdorj Monqolustanda Demokratiya qəzetinin yaradıcısıdır. Demokratiya qəzeti ölkənin ilk müstəqil qəzeti olmaqla yanaşı ilk müstəqil televiziya kanalının yaradılmasına da kömək edib. O, 1979-cu ildə səkkizillik orta məktəbi bitirdi. Daha sonra ailəsi Erdenet rayonuna köçür və o təhsilini Erdenet məktəbində davam etdirir.
Tsaxvli
Tsaxvli (gürc. წაღვლი) — Gürcüstanın Xaşuri bələdiyyəsinin inzibati ərazi vahidində kənd. 2002 siyahıyaalmaya görə kəndin əhalisi 760 nəfər idi. 2014-cü ildə 538 nəfər yaşayırdı. Gürcüstan Sovet Ensiklopediyası, XI cild, səh.