TUFAN
TULLAMAQ
OBASTAN VİKİ
Morin O'Tul
Morin O'Tul (d. 24 mart 1961) — Birləşmiş Ştatları təmsil edən su poloçusu. Morin O'Tul, ABŞ yığmasının heyətində 2000-ci ildə Avstraliyanın Sidney şəhərinin ev sahibliyində baş tutan XXVII Yay Olimpiya Oyunlarında mübarizə apardı. Final görüşündə Avstraliya yığmasına 4:5 hesabı ilə məğlub olan ABŞ yığması, Sidney Olimpiadasının gümüş medalına sahib oldu.
Piter O'Tul
Piter O'Tul (2 avqust 1932[…], Lids, Qərbi Yorkşir[d][…] – 14 dekabr 2013[…]) — səkkiz dəfə "Oskar Mükafatı" namizədliyi olan İrlandiyalı aktyor. Üç dəfə "Qızıl Qlobus" və bir dəfə "Emmi" almış, Akademiya tərəfindən "Akademiya Qürur Mükafatına" layiq görülmüş, səkkiz dəfə namizəd göstərildiyi "Ən Yaxşı Kişi Oyunçu Oskarını" isə heç qazana bilməmişdir. O`Tul 50 filmdə çəkilib. Onun çəkildiyi populyar filmlərdən "Milyonu necə oğurlamalı", "Aslan qışda", "Kaliqula", "Sonuncu imperator" və "Troya"nın adlarını çəkmək olar. O`Tul hələ özünün 80 illik yubileyində aktyorluq karyerasını tamamladığını bildirmişdi. Ancaq buna baxmayaraq o, yenə də çəkilişlərdə iştirak edib. Onun çəkildiyi sonuncu "Yekaterina Aleksandriyskaya" filmi hələ də ekranlara çıxmayıb. O`Tul 8 dəfə Oskar mükafatına namizəd olsa da, bu sevinci dada bilməyib, ancaq 2003-cü ildə ona fəxri "Oskar" təqdim edilib.
Tul (rayon)
Tul (fr. Toul) — Fransanın Lotaringiya regionun rayonlarından (fr. Arrondissement) biri. Departamenti — Mört və Mözel. Suprefektura — Tul (şəhər). Rayon əhalisi 2006-cı ildə 68 078 nəfər təşkil edirdi. Əhalinin sıxlığı — 60 nəf / km². Rayon sahəsi — 1143 km².
Tangdeh Tul Gilan (Talış)
Tangdeh Tul Gilan (fars. تنگده طول گيلان‎) — İranın Gilan ostanının Talış şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 1,513 nəfər yaşayır (358 ailə).
Euseius tularensis
Euseius tularensis (lat. Euseius tularensis) — heyvanlar aləminin buğumayaqlılar tipinin hörümçəkkimilər sinfinin mesostigmata dəstəsinin phytoseiidae fəsiləsinin euseius cinsinə aid heyvan növü.
Fucyen tulouları
Fucyen tulouları (Çincə:福建土樓|福建土楼|Fújiàn Tǔlóu) — Çində XII və XX əsrlərdə inşa edilən yaşayış yerləri. Tulay evləri 46 evdən ibarətdir. Çinin Fuji bölgəsinin 120 km-də yerləşir. Hər birinin içində 800 adam yaşaya biləcək şəkildə tikilmişdir. Bütün bir qəbiləni içində saxlaya bilən bu evlər sanki kiçik şəhəri xatırladır.
Horkelia tularensisa
Kosmik tullantı
Kosmik tullantı (həmçinin orbit zibili, orbit tullantısı, kosmik zibil, kosmik artıq və kosmik töküntü olaraq da tanınır), insanlar tərəfindən yaradılan, lakin artıq heç bir faydalı məqsədə xidmət etməyən Yer ətrafındakı orbitdəki cisimlərin məcmusudur. Bunun ilk nümunəsi, kosmosa ilk insan addımı olan Sputnik I süni peykidir. 4 oktyabr 1957-ci ildə Sputnik I orbitə buraxıldı və 3 aydan çox qalmasına baxmayaraq Sputnik yalnız 3 həftə işləmiş və 2 aydan çox dünya ətrafında dövrə vurmuşdur. Buda onu ilk kosmik tullantı etmişdir. Bu obyektlər keçmiş raket mərhələlərini və işləmək qabiliyyətini itirmiş peyklərin partlaması və toqquşması nəticəsində yaranan bütün hissəcikləri ehtiva edir. Məsələn, 10 fevral 2009-cu ildə artıq işlək vəziyyətdə olmayan bir Rusiya peyki ABŞ-nin aktiv “İridium” ticarət məqsədli peyki ilə toqquşub onu məhv etmiş və bu qəza nəticəsində kosmik tullantıların üstünə daha 2000 ədəd əlavə edilmişdir. Tullantı təbəqəsi raket mühərriklərindən meydana gələn tozlardan, boya lövhələri kimi səth pozğunluqları məhsullarından, RORSAT nüvə enerjisi peykləri tərəfindən yayılan soyuduculardan, Needles layihəsinin qruplarından, mikrometorların və ya çox kiçik dağıntıların kosmos vasitələrinin üstündəki təsiri nəticəsində sərbəst buraxılan cisimlərdən meydana gəlir. Bu obyektlərin orbitlərinin kosmik aparatın uçuş istiqamətləri ilə üst-üstə düşmə ehtimalının yüksək olması nəticəsində kosmik zibillər tez-tez potensial toqquşma riski yaradırlar. Kosmik zibillərin təxminən on milyonlarla ölçülən böyük əksəriyyəti boya hissəcikləri və raket yanacağı şlakları kimi kiçik hissəciklərdən ibarətdir. Bu kiçik hissəciklərin təsiri eroziv və qumlama kimi zərərlərə səbəb olur.
Lalə-Tulpan
"Lalə-Tülpan" Ufa Katedral Məscidi (başq. «Ләлә-Тюльпан» Өфө йәмиғ мәсете, rus. Уфимская соборная мечеть «Ляля-Тюльпан») — Rusiya Federasiyasının Başqırdıstan Respublikasının paytaxtı olan Ufa şəhəri islam mədəniyyət və təhsil mərkəzi. Məscid 7 aprel 1998 tarixində açılmışdır, və müsəlman bayramlarına ev sahibliyi edir. == Tarixi == Layihə yaz fəslinin simvolu olan lalə gülünə (qədim dövrdən türk xalqlarının simvolu olmuşdur) əsaslandırılmışdır. Məscidin minarələri iki qönçəni özündə birləşdirir. Məscid layihəsinin memarı V. V Davlyaşindir. Məscid möminlərin ianələri və Başqırdıstan Respublikası hökumətinin köməyi ilə inşa edilmişdir. İnşaat 1989-cu ildə başlamış, 1998-ci ildə isə başa çatmışdır. Layihə "BNZS" tresti tərəfindən həyata keçirilmişdir.
Mark Tulli Siseron
Markus Tullius Sisero (lat. Marcus Tullius Cicero, 3 yanvar e.ə. 106[…], Arpino[d], İtaliya[d], Qədim Roma – 7 dekabr e.ə. 43[…], Formiya, İtaliya[d], Qədim Roma) — Qədim Romalı natiq, filosof, siyasi xadim, hüquqşünas və siyasi nəzəriyyəçi. Romada varlı, zadəgan ailəsinə mənsub olan Siseron bütün zamanların ən böyük natiqlərindən biri hesab edilir. Latın dilinin əsas fəlsəfə dili olmasında böyük xidməti olmuşdur. Maykl Qranta görə, Siseronun Avropa ədəbiyyatı və ideyalarına təsiri istənilən nasirin dilə xidmətindən daha artıqdır. == Həyatı == === Uşaqlıq və gənclik illəri === Markus Tullius Siseron Romanın 100 kilometrliyində yerləşən Arpinum şəhərində anadan olmuşdur. Atasının Qədim Romada yuxarı təbəqəyə mənsub olması Siseronun erkən yaşlarından təhsilinə də ciddi təsir etmişdir. Siseronun soyadı qədim latın dilindəki cicer , yəni noxud sözündən gəlir.
Markus Tulio Tanaka
Markus Tulio Tanaka (d. 24 aprel 1981) — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 43 oyun keçirib, 8 qol vurub.
Məişət tullantıları
Məişət tullantıları — məişət tullantıların bir neçə növü var. Ağır məişət tullantıları (AMT) predmet və ya mal, ehtiyac zərurətini itirmiş, çox hissəsi tullantıya dönmüş materialdır. AMT 3 hissədən ibarətdir: bioloji, qeyri bioloji( süni və sintetik hissə) və sonuncu hissə lazımsız tullantı hissəsi Tullantıların öyrənilməsi «Tullantı arxeologiyası», onun utilizasiyası ilə məşğul olan bölməsi Qabrologiya adlanır. ATM çox mürəkkəb getorogen qarışıqdan ibarətdir Morfoloji cəhətdən ATM indiki dövrə nəzərən müxtəfil komponentlidir. Bioloji tullantı Qida tullantıları Sintetik tullantılar kağız – qəzet, jurnal, hədiyyəlik paketlər və s. neft məhsulları: plastmas dəri, rezin tekstil Müxtəlif metallar (ağır və əlvan) şüşə ATM -in kimyəvi tərkibi Onun keyfiyyətini müəyyən etməklə yanaşı bioqazınn alınması üşün vacibdir. Dövlət Statistika Komitəsinin illik hesabatına əsasən 2017-ci il ərzində ölkə ərazisində ümumilikdə 6.6 mln. m³ məişət tullantısı əmələ gəlmişdir. Məişət tullantılarının idarə edilməsi probleminin həllinə yüksək dövlət qayğısı və bu işin dövlət siyasətinə çevrilməsi, ölkəmizdə ekoloji mühitin yaxşılaşdırılması üçün çoxşaxəli tədbirlər həyata keçirilir ki, bu tədbirlərdən biri də Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün kompleks Tədbirlər planı»na uyğun olaraq Balaxanı ərazisində ildə 500 min ton məişət tullantısını emal etmək gücünə malik müasir məişət tullantılarının yandırılması zavodunun və ildə 200 min ton məişət tullantısını çeşidləyən müasir zavodunun tikilməsi və istismara verilməsidir. Məişət tullantılarının idarə olunması sisteminin təkmilləşdirilməsi məqsədilə son dövrlərdə ölkəmizdə həyata keçirilən digər bu kimi tədbirlər ümumilikdə idarə olunma sisteminin beynəlxalq tələblərə uyğun inkişafının təməlini qoymuşdur və hazırda da bu istiqamətdə davamlı olaraq tədbirlər həyata keçirilir.
Nikolas Tulp
Nikolas Tulp (nid. Nicolaes Tulp; 9 oktyabr 1593, Amsterdam, Hollandiya qraflığı – 12 sentyabr 1674, Amsterdam, Hollandiya qraflığı və ya Haaqa) — Hollandiyalı cərrah və Amsterdam bələdiyyə başçısı. 1611-1614-cü illərdə Leydendə tibb təhsili alıb. Amsterdama qayıtdıqdan sonra hörmətli həkim oldu və 1617-ci ildə Eve Eqbertsdoxter van der Vux ilə evləndi. İddialı bir gənc, Tulp soyadını götürdü və adını Nikolas (Klasın tam forması) olaraq dəyişdirdi. Siyasi karyerasına şəhər xəzinədarı kimi başladı və 1622-ci ildə Amsterdamda hakim heyəti üzvü oldu.
Nişa Tulu xaqan
Nişa Tulu xaqan (əsl adı - Aşina Nişu 阿史那泥孰, taxt adı - Tulu xaqan, tam titulu və adı - 吞阿娄拔奚利邲咄陆可汗) — Qərbi Göytürk dövlətinin VIII xaqanı. 631-ci ildə Qaraşəhrə qaçmışdı. Si Yabqunun taxtdan endirilməsindən sonra, Nuşibilər tərəfindən xaqan elan edilmişdi. Atası Yanq Soux Teginin beşinci oğlu Bağa Şad idi. Tan sülaləsi tərəfindən xaqan kimi tanınmışdı, sonrakı il xəstələnərək öldü. İrbis İşbara Yabqu xaqanın atasıdır.
Panthera pardus tulliana
İran bəbiri (lat. Panthera pardus saxicolor) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin pişiklər fəsiləsinin panter cinsinin bəbir növünə aid heyvan yarımnövü. İran, Zaqafqaziya (Azərbaycan, Gürcüstan, Ermənistan), Türkiyə, Türkmənistan, Özbəkistan, Pakistan, Tacikistan və Əfqanıstan.
Passiflora tulae
Passiflora tulae (lat. Passiflora tulae) — qonaqotukimilər fəsiləsinin qonaqotu cinsinə aid bitki növü.
Proprioseiopsis tulearensis
Proprioseiopsis tulearensis (lat. Proprioseiopsis tulearensis) — phytoseiidae fəsiləsinin proprioseiopsis cinsinə aid heyvan növü. Proprioseiopsis tulearensis Catalogue of Life saytında Mites GSDs: PhytoseiidBase.
Radioaktiv tullantılar
Radiaktiv tullantılar — tərkibində müəyyən normadan artıq radioaktiv izotop olan tullantılar: maye, bərk və qaz halında ola bilər. Maye radiaktiv tullantılar atom elektrik stansiyalarında istifadə edilmiş nüvə yanacağının regenerasiyasında, elm texnika və tibbdə müxtəlif radioaktiv şüalanma mənbələrindən istifadə etdikdə əmələ gəlir. Radioaktiv tullantıların yayılması və canlı orqanizmlərə zərərli təsir göstərməməsi üçün onların basdırılması.
Servi Tulli
Servi Tulli (lat. Servius Tullius; e. ə. VI əsr, Roma – e.ə. 535 və ya e.ə. 534, Roma) — Qədim Romanın VI çarı. Bir rəvayətə görə onun anası latın tayfaları ilə müharibədə əsir alınıb Tarkvini Priskin arvadına kənizliyə verilmişdi. Qul arvadın bir oğlu olmuş, uşağın adını Servi Tulli qoymuşdular, (latınca serva - "qul" deməkdir). Lusi Tarkvini uşağı oğulluğa götürüb böyütmüş, ölərkən özünə xələf təyin etmişdi. Romada ilk ictimai islahatın keçirilməsi onun adı ilə bağlıdır.
Siseron Mark Tulli
Markus Tullius Sisero (lat. Marcus Tullius Cicero, 3 yanvar e.ə. 106[…], Arpino[d], İtaliya[d], Qədim Roma – 7 dekabr e.ə. 43[…], Formiya, İtaliya[d], Qədim Roma) — Qədim Romalı natiq, filosof, siyasi xadim, hüquqşünas və siyasi nəzəriyyəçi. Romada varlı, zadəgan ailəsinə mənsub olan Siseron bütün zamanların ən böyük natiqlərindən biri hesab edilir. Latın dilinin əsas fəlsəfə dili olmasında böyük xidməti olmuşdur. Maykl Qranta görə, Siseronun Avropa ədəbiyyatı və ideyalarına təsiri istənilən nasirin dilə xidmətindən daha artıqdır. Markus Tullius Siseron Romanın 100 kilometrliyində yerləşən Arpinum şəhərində anadan olmuşdur. Atasının Qədim Romada yuxarı təbəqəyə mənsub olması Siseronun erkən yaşlarından təhsilinə də ciddi təsir etmişdir. Siseronun soyadı qədim latın dilindəki cicer , yəni noxud sözündən gəlir.
Tulon
Tulon (fr. Toulon) — Aralıq dənizinin Lacivərd sahilində, Faron dağının ətəyində şəhər və kommuna. Fransanın cənub-şərqində Provans-Alp-Kot-d'Azür bölgəsində, Var departamentində kommuna. Şəhər Var departamentinin prefekturasıdır (inzibati mərkəz), Tulon rayonu və dörd kantondur: Tulon-1, Tulon-2, Tulon-3, Tulon-4. Tulon limanı Fransanın ən mühüm və böyük hərbi dəniz bazasına ev sahibliyi edir. Kommunanın sahəsi 42,84 km², əhalisi 167,816 nəfərdir (2006). Əhalinin artımının sabit həddi: 164,899 nəfərdir (2012). Şəhərdə əhalinin sıxlığı 3849,0 nəfər / km² təşkil edir. Tulonun əsası burada bənövşəyi boyalar hasil edən finikiyalılar tərəfindən qoyulub. Merovinqlər dövründə Tulon yepiskopun oturduğu mərkəz idi.
Horkelia tularensis
Potentilla tularensis (lat. Potentilla tularensis) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin qaytarma cinsinə aid bitki növü.
Hündürlükdən tullanma
Hündürlükdən tullanma (ing. bungee jumping) — böyük bir elastik ipə bağlı olan bir insanın çox hündür məsafədən tullanmasını əhatə edən bir attraksiondur. Başlatma meydançası adətən bina və ya kran kimi hündür strukturda, dərin dərə üzərindən körpüdə və ya qaya kimi təbii coğrafi obyektin üzərində qurulur. İsti hava şarı və ya vertolyot kimi yerin üzərində uçmaq qabiliyyətinə malik olan bir tipli təyyarədən tullanmaq da mümkündür. Həyəcan sərbəst düşmə və beynin buraxdığı adrenalin hormonlarından irəli gəlir. Şəxs tullananda ip uzanır və ip geri çəkildikcə tullanan adam yenidən yuxarıya doğru uçur və bütün kinetik enerji dağılana qədər yuxarı və aşağı salınmağa davam edir.
Tulipa acuminata
Gesner dağlaləsi (lat. Tulipa gesneriana) — bitkilər aləminin zanbaqçiçəklilər dəstəsinin zanbaqkimilər fəsiləsinin dağlaləsi cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu. "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir – VU C2a(ii). Nadir növdür. Çoxillik ot bitkisidir. Soğanağı yumurtaşəkilli, uzunsov, qonur rəngli qınla örtülüdür. Gövdə və çiçək saplağı qısadır. Yarpaqları 3 ədəd, enli neştərşəkilli, yaşılımtıl-göydür. Çiçəkyanlığı parlaq qırmızı, qaidəsində sarı ləkələr var; ləkələr sarı və ya qırmızı ləkəli sarıdır.
Tulipa albanica
Albaniya dağlaləsi (lat. Tulipa albanica) — bitkilər aləminin zanbaqçiçəklilər dəstəsinin zanbaqkimilər fəsiləsinin dağlaləsi cinsinə aid bitki növü.
Tulipa biebersteiniana
Biberşteyn dağlaləsi (lat. Tulipa biebersteiniana) — bitkilər aləminin zanbaqçiçəklilər dəstəsinin zanbaqkimilər fəsiləsinin dağlaləsi cinsinə aid bitki növü. Çoxillik bitkidir. Soğanağı 1–2 sm diametrdə, uzunsov-yumurtavari, tünd-qonur və ya qara-qonur qınla örtülmüşdür. Gövdəsi düz, silindrik, çılpaq, 15–30 sm hündürlükdədir. Yarpaqları çılpaq, xətvari, aşağıdakılar daha çox enli, enli-xətvari və ya uzunsovlansetvaridir. Çiçəkləri tək, 2,5–3,5 sm uzunluqdadır. Çiçəkyanlığının yarpaqcıqları sarı, iti, az və ya çox sivri, lansetvari, xarici tərəfdə bənövşəyi ləkəli, daxildə uzunsovyumurtavari, əsası kirpikciklidir. Erkəkciklər çiçəkyanlığından nisbətən qısadır; tozcuğu 2–3 dəfə erkəkcik sapından qısadır. Qutucuq 1,5–2,5 sm uzunluqdadır.
Tulipa biflora
İkiçiçək dağlaləsi (lat. Tulipa biflora) — bitkilər aləminin zanbaqçiçəklilər dəstəsinin zanbaqkimilər fəsiləsinin dağlaləsi cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu. "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir – VU A2c+3c. Nadir növdür. Çoxillik ot bitkisidir. Gövdəsi 7-17 sm hündürlüyündə bitkidir. Soğanaq böyük deyi l,1-1,5 sm diametrində, xaricdən parlaq qonur, dərivari, daxildən yüngül hörümçək toruna bənzər qınla örtülmüşdür. Gövdə nazik, çilpaq, yarpaqlar 2 ədəd, dar-neştərşəkilli və ya xətvari, böyük hissəsi oraqvari əyilmiş göyümtüldür. Çiçəkləri 1 ədəd, bəzən 2, çiçəkyanlığı yarpaqcıqları 1,5-2,5 sm uzunluğundadır.

Значение слова в других словарях