Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Tovsif Məmmədov
Məmmədov Tovsif Muxtar oğlu (22 mart 1929, Astara – 21 oktyabr 2013, Bakı) — texnika elmləri doktoru, professor. == Həyatı == Məmmədov Tovsif Muxtar oğlu 1929-cu ildə Azərbaycan Respublikasının Lənkəran şəhərində anadan olmuşdur. 1952-ci ildə "Neft yataqlarının işlənilməsi və istismarı" ixtisası üzrə AzSİ-nun neft-mədən fakültəsini bitirdikdən sonra, 1962-ci ilə qədər "Buzovnaneft" NQÇİ-də neft hasilatı üzrə usta köməkçisindən mədən rəhbərinə qədər vəzifələrdə işləmişdir. 1962-1972-ci illərdə "Azneft" İB-nin Quyuların sınağı və əsaslı təmiri idarəsində baş mühəndis olmuşdur. 1967-ci ildə "Köpük reagentlərinin tətbiqi ilə neft quyularının məhsuldarlığının artırılması" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. 1972-1983-cü illərdə "Suraxanıneft" NQÇİ-də baş mühəndis, 1983-1992-ci illərdə isə "Binəqədineft" NQÇİ-də rəis işləmişdir. 1981-ci ildə "Karbohidrogen məhlullarının və onların emulsiya sistemlərinin neft laylarına təsir üçün tətbiqinin nəzəriyyə və təcrübəsi" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. 1983-1992-ci illərdə neft və qaz sənayesi işçilərinin Elmi texniki cəmiyyətinin İdarə heyətinin sədri olmuşdur. 1983-1994-cü illərdə AzNKİ-da "Neft yataqlarının işlənilməsi və istismarı" kafedrasının professoru idi. 1992-2000-ci illərdə Azərbaycan EA DNQYPİ-nun aparıcı elmi işçisi vəzifəsində işləmişdir.
Tövhid
Tövhid (ərəb. توحيد‎) monoteizm anlayışının İslam terminologiyasındakı qarşılığıdır. Tövhid Allahın ad və sifətləri mövzusunda şirki rədd edir. Əraf surəsi 180-ci ayəsində "ən gözəl adlar (ƏsmaUl-Husnə) Allahındır" deyilir. Antropomorfizm və ya onu məxluqata oxşatmaq teologik olaraq rədd edilən bir hərəkətdir; yenə tövhid əhlinə görə "Allahın kamal sifətlərə sahib olduğuna və bütün nöqsan sifətlərdən və məxluqata oxşamaqdan uzaq olduğuna mütləq inanmaq gərəkdir." və "Kamal sifətlərini itirən tanrı, müdəbbir və rəbb ola bilməz. Əksinə əksikliyi səbəbi ilə özünü lağa qoyarlar. Həmd əzəldə və əbəddə cəlal və kamal sifətlərə sahib olana aiddir. Çünki həm də layiq olan sadəcə odur." == Etimologiya == Söz ərəb dilində vəhdət "bir olmaq" kökündən yaranır. İslami terminologiyada din fəlsəfəciləri bu sözə Allah üçün istifadə edildiyində həmçinin birləşdirmə, birləşik, bitişik, əlavə, qarışıq olmaq mənaları yüklənməsinə də qarşı çıxırlar və bunları da şirk olaraq tanımlayırlar. == Tarixçə == İbrahimi dinlərin kitablarında da tanrı şəxsi bir yaradıcıdır.
Şövqi Bektörə
Şövqi Bektörə (d. 1888, Rumıniya – v. 18 dekabr 1961, İstanbul Türkiyə) — Krım tatarı əsilli şair, maarifçi, akademik və siyasi aktivist. == Həyatı == Şövqi Bektörə 1888-ci ildə Rumıniyada anadan olmuşdur. 5 yaşında olarkən ailəsi Türkiyənin Əskişəhər şəhərinə köç etmişdir. Əskişehərdə ibtidai məktəbi bitirdikdən sonra gəldiyi İstanbulda bir çox Krım tatarı ilə tanış oldu. Təhsilini İstanbul universiteti İlahiyyat fakültəsində davam etdirdi. Burada tanıdığı Krım tatarları vasitəsilə qatıldığı Krım Tatar Tələbə cəmiyyətinin fəal üzvü oldu. 1918-ci ilin əvvəlində Şövqi İstanbulda Krım mənşəli Türklərdən ibarət Aktiv Gənclər Cəmiyyətinin baş katibi olaraq vəzifə yerinə yetirirdi. Mart ayında, müharibə başa çatdıqda, məhbus mübadiləsində ittiham olunan Qızıl Aypara heyəti ilə Sevastopol və Feodosiyaya yola düşdü.
Şövqi Göyçaylı
Şövqi Göyçaylı — Azərbaycanda ekoloji təhsilin əsas yaradıcılarından biri, Coğrafiya elmləri doktoru, professor, Azərbaycan Respublikasının Əməkdar müəllimi, "Şöhrət" ordeni laureatı. == Həyatı == Göyçaylı Şövqi Yusifziya oğlu 1935-ci ildə Göy­çay şəhərində ziyalı ailəsində anadan olmuşdur. 1958-ci ADU-nin Geologiya-coğrafiya fakültəsinin coğrafiya şöbəsini bitirmişdir. 1960-cı ildə "İqtisadi coğrafiya" ixtisasında Unversitetin aspiranturasına qəbul edilmişdir. 1965-ci ildə namizədlik, 1987-ci ildə isə Sankt-Peterburq Unversitetində «Kənd əhalisinin məskunlaşması və onun yenidən qurulması» mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir. 1989-cu ildən professordur. == İş fəaliyyəti == 1982-ci ildən BDU-də "Ətraf mühiti mühafizə və təbii ehtiyatlardan səmərəli istifadə" kafedrasının müdiridir (2015-ci ildən bu kafedra Coğrafi ekologiya kafedrası adlanır). Ş.Y.Göyçaylının elmi yaradıcılığı əhali məskunlaşmasının nəzəri və tətbiqi problemlərinə, təbiətlə cəmiyyət arasındakı qarşılıqlı əlaqələrin coğrafi məsələlərinə, coğrafi ekologiyanın inkişafına və tədrisinin təkmilləşdirilməsinə yönəldilmişdir. O, 130-dan çox əsərin, o cümlədən monoqrafiyaların, dərsliyin və dərs vəsaitlərinin müəllifidir. Azərbaycanın irimiqyaslı İqtisadi və Əhali xəritələrinin həmmüəllifi və müəllifi olmuş­ dur.
Şövqi Hüseynov
Hüseynov Şövqi Ərəstun oğlu (9 avqust 1972, Cəlilabad rayonu) — Azərbaycan teatr və kino aktyoru, Azərbaycan Respublikasının (2002) və Kalmıkiyanın RF (2016) Əməkdar artisti, "Qızıl Dərviş"(2006) və "Zirvə" (2015) mükafatları laureatı , "Stanislavski" medalı laureatı (2015). == Həyatı == Şövqi Hüseynov 1972-ci il avqust ayının 9-da Cəlilabad rayonunda anadan olub. 1989-cu ildə İncəsənət Universitetinin dram teatr və kino aktyoru fakültəsinə daxil olmuşdur. Xalq artisti, professor Cənnət Səlimovadan dərs alıb. 1991-ci ildən Cənnət xanımın rəhbərliyi ilə fəaliyyət göstərən Bakı Kamera Teatrında aktyor vəzifəsində fəaliyyətə başlamışdır 2000-ci ildən həm də dublyaj fəaliyyəti ilə məşğuldur. 2009-cu ildən Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının, 2014-cü ildən Akademik Musiqili Teatrın aktyorudur. 2018-ci ildən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin müəllimidir. == Mükafatları == İranda, Türkiyədə, Moskvada, Kiyevdə, Moldovada, Belarusiyada, Şri-Lankada, Makedoniyada keçirilən beynəlxalq teatr festivallarının laureatı olmuşdur. Azərbaycan Respublikasının əməkdar artistidir. 9 may 2012-ci ildə, 30 aprel 2014-cü ildə, 6 may 2015-ci ildə, 6 may 2016-cı ildə, 1 may 2017-ci ildə, 9 may 2018-ci ildə, 7 may 2020-ci ildə, 7 may 2021-ci ildə və 10 may 2022-ci ildə Prezident Mükafatına layiq görülmüşdür.
Şövqi Novruzov
Şövqi Novruzov(tam adı:Novruzov Şövqi Heydər oğlu; 3 may 1937, Bakı) — ədəbiyyatşünas və jurnalist. == Həyatı == Novruzov Şövqi Heydər oğlu 3 may 1937-ci ildə Bakı şəhərində anadan olub. === Vəfatı === 1960-cı ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) filologiya fakültəsinin jurnalistika şöbəsini, 1966-cı ildə Azərbaycan Milli Elmlər Akademiyası Nizami adına Dil və Ədəbiyyat İnstitutunun(indiki Ədəbiyyat İn-tu) aspiranturasını bitirmişdir. == Fəaliyyəti == == Elmi fəaliyyəti == 1969-cu ildə filologiya elmləri namizədi olub. === Əmək fəaliyyəti === Azərbaycan Sovet Ensiklopediyası Baş Redaksiyasında (indiki "Azərbaycan Milli Ensikolpediyası" Nəşriyyatı) böyük elmi redaktor, redaksiya müdiri (1966–70), Bakı Ali Partiya Məktəbində baş müəllim, dosent əvəzi (1970–74), "Azərbaycan kommunist" jurnalının baş redaktor müavini (1981–1991). ""Dirçəliş" jurnalının, "Ana vətən" qəzetinin (1992–93) baş redaktoru (1991–93), Baş Sosial İdarəetmə və Politologiya İnstitunun baş müəllimi (1993–99) olmuşdur. Mətbuat tarixinə dair tədqiqatı, elmi-publisistik məqalələri var. == Təltifləri == Azərbaycan SSR— "Qızıl qələm" mükafatı laureatı (1979). Azərbaycan SSR— əməkdar jurnalisti (1988). == Mənbə == Naxçıvan Ensiklopediyası.
Şövqi İsmayılzadə
Şövqi Əfəndi
Şövqi Əfəndi Rəbbani — bəhailər onu yeni İlahi dinin Mühafizi olaraq qəbul edirlər. Əbdül-Bəha Abbasdan sonra dinin Vəlisi (Vəliyyi Əmrullah), Mühafizi təyin olunmuşdur. == Dinin Mühafizi kimi == Əbdül-Bəhanın süudu ilə Bəhai Erasının Qəhrəmanlıq və ya Həvvarilik dövrü sona yetdi. Şövqi Əfəndinin "Allah yaxından keçir" kitabında "Allahın məst etdiyi qəhrəmanlar Qalaktikası" adlandırdığı 20 mindən çox şəhid İranda canlarından keçərək "öz növbəsində yaranmaqda olan İlahi Dinin hər yeri əhatə etməkdə olan hərəkatına əlavə təkan" vermişdilər. Əbdül-Bəhanın yazılı olaraq qoyduğu Ruhani Vəsiyyətnaməsinə uyğun olaraq böyük nəvəsi Şövqi Əfəndi Rəbbani Bəhai dininin Mühafizi təyin edilirdi. Şövqi Əfəndi o vaxt Oksforddakı Bolliol kollecinin iyirmi dörd yaşlı tələbəsi idi. O, babasının onun üçün hazırladığı qeyri-adi vəzifədən tamamilə xəbərsiz halda zəruri biliklər əldə edib, Bəhai Yazılarının tərcüməçisi olmaq həvəsilə səylə çalışırdı. Onu Əbdül-Bəhanın yaşadığı və dəfn olunduğu Müqəddəs Torpağa, Hayfaya cağırırlar. Mühafizin şərhçiliyinin ilhamverici qüvvəsi vasitəsilə Əbdül-Bəha Bəhai Dinini başqa dinlərin ruhani qüvvələrini gücdən salan parçalanma və təriqətçilikdən qorumuşdur. Şövqi Əfəndinin Mühafizliyi dövründə Bəhai dini yeni-yeni ölkələrə yayılmağa, bəhai ədəbiyyatı isə bir çox dillərə tərcümə edilməyə başlayır.
Əhməd Şövqi
Əhməd Şövqi (ərəb. أحمد شوقي‎; 1868[…], Qahirə – 23 oktyabr 1932 və ya 13 dekabr 1932, Qahirə) — Ərəb əsilli Misir şairi. == Həyatı == Qarışıq bir türk, ərəb, çərkəz, kürd və yunan köklərindən ibarət kübar bir ailədə anadan olub .Şair əslən Misirli olmayıb. Babası Əhməd Şövqi Məhəmməd Əli dövründə Misirə gəlmişdir və Səid Paşanın dövründə gömrük katibi vəzifəsinə qədər yüksəlmişdir. Ondan sonra ana tərəfdən babası Əhməd Həlim İbrahim Paşanın dövründə Anadoludan Misirə köçmüşdür. İbrahim Paşa onu sarayındakı yunan əsilli “Temzar” xanım ilə evləndirmişdir. Əhməd Həlim xədiv İsmayılın xüsusi vəkili olmuş və öləndən sonra xədiv bu vəzifəni onun dul qadınına ötürmüşdür. Şairin tərbiyəsi ilə yunan nənəsi məşğul olmuşdur. Hələ İbrahim paşanın dövründən Əhməd Şövqinin saray ilə əlaqəsi olmuşdur. Xədiv İsmayılın dövründə o, üç yaşında idi.
Əhməd Tövhid Əfəndi
Əhməd Tövhid Əfəndi (30 noyabr 1904, İstanbul – 24 aprel 1966, Beyrut) — 32. Osmanlı sultanı Əbdüləzizin kiçik oğlu Seyfəddin Əfəndinin oğlu Osmanlı şahzadəsi. == Həyatı == Şahzadə Tövhid Əfəndi 30 noyabr 1904-cü ildə atasının Çamlıcadakı köşkündə dünyaya gəldi. Fatma Gövhəri Sultanın əkizidir. Atası Sultan Əbdüləzizin kiçik oğlu Seyfəddin Əfəndi, anası isə onun ikinci xanımı Nervaliter xanımdır. İlk təhsilini şahzadələr məktəbində alan Tövhid Əfəndi 5 iyun 1918-ci ildə Heybəliadada yerləşən Osmanlı Donanma Akademiyasında hərbi təlimlərə başladı. Ancaq həmin ilin oktyabrında Mudros sülhü səbəbilə təhsili yarım qaldı və yenidən İstanbula döndü. 3 mart 1924 tarixli TBMM qərarı ilə digər Osmanlı sülaləsi üzvləri kimi, Tövhid Əfəndi də ailəsiylə birlikdə sürgünə göndərildi. Sürgündəki ilk mənzil Beyrut şəhəri oldu. Ardından Romaya, daha sonra isə Nitsaya köç edən Tövhid Əfəndi və ailəsi burada Səniha Sultana məxsus Qarabasel villası yaxınlığında bir köşkə yerləşdi.
Əhməd Əfəndi Zövqi
Molla İbrahimxəlil Məhəmməd oğlu və ya təxəllüsü ilə Əhməd Əfəndi Zövqi (XIX əsr, Baş Göynük – 1867, Nuxa) — Azərbaycan şairi. == Həyatı == Qazı Molla Əhməd Əfəndi XIX əsrdə Şəkinin Baş Göynük kəndində anadan olub və qazı seçilib. Əhməd Əfəndi şair kimi də tanınıb. Şəxsiyyəti və yaradıcılığı haqqında ilk məlumatı ədəbiyyatşünas Salman Mümtaz vermişdir: Əhməd Əfəndi Zövqi 1867-ci ildə Şəkidə vəfat edib.
Tövil (Val-d'Uaz)
Tövil (fr. Theuville) — Fransada bələdiyyə , region — İl-de-Frans, departament — Val-d’Uaz, rayon — Pontuaz, kanton — Marin. Əhalisi — 59 nəfər (1999). Bələdiyyə Paris şəhərinin təxminən 39 km şimal-qərbində, Serji belediyyənin 14 km şimalında yerləşir.
Tövil (Val-d’Uaz)

Tovhid
Tövhid (ərəb. توحيد‎) monoteizm anlayışının İslam terminologiyasındakı qarşılığıdır. Tövhid Allahın ad və sifətləri mövzusunda şirki rədd edir. Əraf surəsi 180-ci ayəsində "ən gözəl adlar (ƏsmaUl-Husnə) Allahındır" deyilir. Antropomorfizm və ya onu məxluqata oxşatmaq teologik olaraq rədd edilən bir hərəkətdir; yenə tövhid əhlinə görə "Allahın kamal sifətlərə sahib olduğuna və bütün nöqsan sifətlərdən və məxluqata oxşamaqdan uzaq olduğuna mütləq inanmaq gərəkdir." və "Kamal sifətlərini itirən tanrı, müdəbbir və rəbb ola bilməz. Əksinə əksikliyi səbəbi ilə özünü lağa qoyarlar. Həmd əzəldə və əbəddə cəlal və kamal sifətlərə sahib olana aiddir. Çünki həm də layiq olan sadəcə odur." == Etimologiya == Söz ərəb dilində vəhdət "bir olmaq" kökündən yaranır. İslami terminologiyada din fəlsəfəciləri bu sözə Allah üçün istifadə edildiyində həmçinin birləşdirmə, birləşik, bitişik, əlavə, qarışıq olmaq mənaları yüklənməsinə də qarşı çıxırlar və bunları da şirk olaraq tanımlayırlar. == Tarixçə == İbrahimi dinlərin kitablarında da tanrı şəxsi bir yaradıcıdır.
Tovhid surəsi
112-ci surə əl-İxlas (Yalnız Allaha məxsus olan sifətlər) surəsi (Məkkədə nazil olmuşdur, 4 ayədir) بِسْمِ ‌اللَّهِ ‌ال‍‍رَّحْمَنِ ‌ال‍‍رَّحِيمِ Bismi-LlAhi-r-Rahmani-r-Rahim Mərhəmətli və Rəhmli Allahın adı ilə! 1. قُلْ اللَّهُ أَحَدٌ Qul Huva Allahu Əhəd De: “O, tək Allahdır. 2. اللَّهُ الصَّمَدُ Allahu s-Saməd Allah Özünə Qadirdir. 3. Ləm yəlid və-ləm yuləd Doğmadı və doğulmadı, 4. أَحَدٌ Və ləm yəkul-ləHu kufuvən əhəd və Onun tayı-bərabəri yoxdur”. Əbu Səid əl-Xudrinin (r.a.) sözlərindən rəvayət olunur ki, Peyğəmbər (s.a.s.) səhabələrindən soruşdu: “Sizdən biriniz bir gecədə Quranın üçdə birini oxuya bilərmi?” Bu onlara çətin göründü və dedilər: “Bizim hansımız buna qadirdir, ya Rəsulallah?” Sonra (Peyğəmbər (s) buyurdu: "Bir və Əbədi olan Allah Quranın üçdə bir hissəsidir!" (yəni İxlas surəsi) — “Səhih əl-Buxari”, hədis No 5015 == Əl-İxlas surəsi və onun qiraət özəllikləri == === Nazil olunması, Qur’anda (tərtibi baxımdan) yeri, özəllikləri === Qur’ani-kərimin yüz on ikinci surəsi olan dörd ayədən ibarət əl-İxlas surəsi Məkkə surələrindən sayılaraq ən-Nas (Qur’ani-kərimin 114-cü) surəsindən sonra nazil olub. Əl-İxlas surəsi islamın ən vacib, onu digər dinlərdən fərqləndirən – Allahın vəhdaniyyətini – yek olduğunu açıq və aydın, eyni zamanda qəti – bəyanı ilə seçilir.
Tovlis Papa
Şaxta baba (rus. Дед Мороз və ya Дедушка Мороз; belar. Дзед Мароз; ukr. Дід Мороз; serb. Деда мраз; bolq. Дядо мраз; sloven. Dedek Mraz; mak. Дедо мраз; xorv. Djed Mraz) — Santa-Klausa bənzər Slavyan mifologiyası personajı.
Tosif Abdullayev
Tovin (Miyanə)
Tovin (fars. طوين‎) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 82 nəfər yaşayır (27 ailə).
Tovi Lovis
Lovis Tovi Yeqoroviç (d. 25 aprel 1757 - ö. 7 dekabr 1804) — görkəmli rus kimyaçısı, Peterburq Elmlər Akademiyasının akademiki. == Həyatı == Göttingendə anadan omuşdur. 1768-ci ildə atası, astronom Q.M.Lovislə Rusiyaya köçmüşdür. Puqaçov üsyanı zamanı atasının faciəli ölümündən sonra riyaziyyatçı Leonard Eylerin himayəsində tərbiyə amışdır. Peterburqda Baş əczaxanada köməkçi olmuşdur. Höttingen universitetində təhsil almışdır (1780-1797-ci illər). 1784-1797ci illərdə yenidən Peterburqda Baş əczaxanada işləmiş vəğz tədqiqatlarının böyük bir hissəsini burda yerinə yetirmişdir. 1797-ci ildən başlayaraq rəsmən Peterburq Elmər Akademiyasının professoru olsa da, özünün ev laboratoriyasında fəaliyyət göstərmişdir.
Lovis Tovi Yeqoroviç

Lovis tovi yeqoroviç