Bataqlıq tısbağası
Avropa bataqlıq tısbağası (lat. Emys orbicularis) — Bataqlıq tısbağaları cinsinə aid tısbağa növüdür.
== Xariçi görünüşü ==
Orta ölçülərə malik olub, yarımnövlərindən asılı olaraq karapaksın uzunluğu 12-35 sm arasında dəyişir. Çəkiləri isə 1,5 kq olur. Gözləri sarı, narıncı və ya qırmızımtıl olur. Çanaq üstdən qara, qonur-qəhvəyi, tünd-zeytunu rəngdə olur. Başda, boyunda və ətraflarda çoxsaylı sarı rəngli xallar yerləşir.
== Yayılması ==
Avropa, Qafqaz, Ön Asiyada, həmçinin İspaniya, İtaliya, Mərakeş, Əlcəzair, Fransa, Türkiyə, Azərbaycan, Gürcüstan, Latviya, Litva, Rusiya, Moldova, Qazaxıstan, Türkmənistan və İranda yayılıblar. Əsasən düzənlik və ön dağlıq ərazilərdə rast gəlinirlər. Mərakeşdə isə hətta 1700 m yüksəkliklərdə rast gəlinir.