Təkkəbinlilik
Monoqamiya — fərdin eyni anda yalnız bir partnyoru olduğu nikah və ya münasibət forması.
== İnsanlar arasında monoqamiya ==
Monoqamiya ibtidai icma cəmiyyəti dağıldıqdan sonra qoşa nikahdan təşəkkül tapmışdır. Əmlakın kişiyə məxsus olması və varislərə keçməsi, qadının hüquqsuzluğu və s. monoqamiyanın xarakterik xüsusiyyətləri idi.
== Heyvanlar arasında monoqamiya ==
Monoqamiya erkək və dişi cinslər arasında əlaqədir. Erkək fərd az, yaxud çox uzun müddətdə müəyyən bir dişi fərdlə çütləşir və adətən dişi ilə birgə nəsil qayğısına qalır. Leyləklərdə, qartallarda, qu quşlarında və s. təsadüf olunur. Bir mövsüm, yaxud ömür boyu davam edir. Vəhşi qazlarda monoqamiya bir mövsüm, bəzi ördəklərdə yuva quranadək, canavar, tülkü, qunduzda və s.